Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə53/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   49   50   51   52   53   54   55   56   ...   208

bunları ilhamla danışırdı. O, nəhayət, cənab Kubelisi iş təcrübəsi ilə bağlı qısaca

sorğu-sual etdi, sonra öz vitse-prezidentlərindən birini yanına çağırtdırdı və

dedi: “Düşünürəm ki, o məhz elə bizim axtardığımız adamdır”.

Cənab Kubelis öz ehtimal olunan işəgötürəninin nailiyyətləri barədə

əvvəlcədən bacardıqca çox öyrənmək üçün əziyyətə qatlaşdı. O, işəgötürəninə və

onun problemlərinə maraq büruzə verdi. Özü haqqında danışmağa ona imkan

verdi və bunun sayəsində özü haqqında əlverişli təəssürat doğurdu.

Həqiqət bundan ibarətdir ki, hətta bizim dostlarımız da bizim etdiklərimizlə

necə öyündüyümüzü dinləməkdən qat-qat çox, özləri və öz nailiyyətləri barədə

danışmağı sevirlər.

Fransız filosofu Laroşfuko demişdir: “Əgər siz özünüzə düşmən qazanmaq

istəyirsinizsə, dostlarınızdan üstün olduğunuzu onlara hiss etdirin, lakin əgər siz

dostlara malik olmaq istəyirsinizsə, onda dostlarınıza özünüzdən üstün

olduqlarını hiss eləməyə imkan verin”. Bu müddəa niyə doğrudur? Çünki

dostlarınız sizdən üstün olduqlarını hiss edəndə – bu, onlarda özlərinin

əhəmiyyət kəsb etmələri təəssüratını doğurur, lakin biz onlardan üstün olanda –

bu, onlarda fərdi natamamlıq hissini doğurur və bu, paxıllıq və qısqanclığa

gətirir.


Almanlarda bir məsəl vardır və tərcümədə o, təqribən bu cür səslənir:

“Ən böyük sevinc – bu, paxıllıq etdiklərimizin bədbəxtliyini görəndə hiss

elədiyimiz bədxah şadyanalıqdır” və ya başqa sözlə:

“Bizə ən böyük sevinc gətirən başqalarının dərdləridir”.

Bəli, bizim dostlarımızdan bəziləri bizim bədbəxtliklərimizə uğurlarımızdan

çox sevinirlər.

Odur ki, öz nailiyyətlərimizi kiçiltmək yaxşı olardı. Təvazökar olaq. Bu özünü

həmişə doğruldur. İrvin Obb necə hərəkət etmək lazım olduğunu bilirdi. Bir dəfə

Obb məhkəmədə şahid qismində çıxış edərkən vəkil ondan soruşdu: “Cənab Obb,

mənə məlum olduğu qədər, siz ən tanınmış yazıçılardan birisiniz. Bu, doğrudur?”

“Mənim bəxtim, çox güman, buna layiq olduğumdan çox gətirib”, – deyə Obb

cavab vermişdi.

Biz təvazökar olmalıyıq, çünki nə mən, nə də siz böyük dəyər kəsb etmirik.

Biz ikimiz də öləcəyik və yüzilliklər sonra unudulacağıq. Həyat çox qısadır ki,

başqalarını öz nailiyyətlərimizlə təngə gətirək. Bunun yerinə qoy bizim

həmsöhbətlərimiz danışsın. Bir qədər dərindən fikirləşsək, bizim öyünə

biləcəyimiz məgər belə çoxdur? Bizi havalanmadan xilas edənin nə olduğunu

bilirsinizmi? Çox az şey. Sizin mədəaltı vəzinizdəki qiyməti beş sentdən baha

olmayan yodun miqdarı. Əgər cərrah sizin mədəaltı vəzinizi açarsa və həmin bir

damla yodu çıxararsa, onda siz idiota çevriləcəksiniz. Tindəki aptekdən beş sentə

ala biləcəyiniz yodun cılız damlası – sizinlə və psixi xəstələr üçün sığınacaq

arasında duran vur-tut budur. Beş sentlik yod! Öyünməyə elə də güclü əsas

yoxdur. Doğru deyilmi?

Beləliklə, əgər siz kimi isə öz nöqteyi-nəzərinizə inandırmaq istəyirsinizsə, 6-

cı qaydanı tətbiq edin:

Həmsöhbətinizə ürəyini boşaltmağa imkan verin.

Yeddinci fəsil

Əməkdaşlığa necə nail olmalı

downloaded from KitabYurdu.org



Doğru deyilmi ki, sizə gümüş məcməyidə təqdim olunan ideyalardan çox, öz

şəxsi ideyalarınıza etibar edirsiniz? İndi ki bu, belədir, öz rəyinizi başqalarına

sırımaq ağıllı hərəkətdirmi? Fikri, sadəcə olaraq, ortaya atmaq və qalanına isə

həmsöhbətinizin öz düşüncələri sayəsində çatmasına imkan vermək daha

ağlabatan deyilmi?

İllüstrasiya qismində: mənim keçmiş tələbəm, Filadelfiyadan olan cənab

Adolf Zelts bir dəfə avtomobillərin satışı üzrə agentlər qrupunu ruhi düşkünlük

vəziyyətindən çıxarmaq, onları ruhlandırmaq zərurəti ilə üzləşmişdi – onlar

başlarını itirmişdilər. O, agentlərlə görüş təşkil edərək onlardan şəxsən onun

özündən nə gözlədiklərini dəqiq danışmağı xahiş etdi.

O, çıxışları dinləyə-dinləyə irəli sürülən təklifləri yazı taxtasında qeyd edirdi.

Çıxışlar qurtarandan sonra o dedi: “Sizin məndən gözlədiklərinizin hamısını mən

yerinə yetirəcəyəm. İndi isə mənə deyin görüm, mən öz növbəmdə siz tərəfdən

nəyə ümid edə bilərəm. Cavablar tez, dəqiq səsləndi: vicdanla işləmək,

düzgünlük, təşəbbüskarlıq, kollektiv iş, gündə səkkiz saat ərzində can-başla

işləmək. Görüş ruh yüksəkliyi və ilhamla başa çatdı və cənab Zeltsin sonralar

mənə danışdığı kimi, satılan maşınların sayının fenomenal artımına gətirdi.

“Adamlar mənimlə nə isə mənəvi sövdəyə bənzər bir şey bağladılar, – deyirdi

cənab Zelts, – və nə qədər ki mən öz vəzifələrimi yerinə yetirirdim, onlar öz

üzərilərinə düşənləri yerinə yetirməkdə qərarlı idilər. Onların tələbatlarının və

istəklərinin aydınlaşdırılması elə onların möhtac olduqları stimul idi”.

Bunu dərk etmək heç kəsin xoşuna gəlmir ki, onu nəyi isə etməyə və ya

almağa məcbur ediblər. Biz belə hiss etməyə üstünlük veririk ki, öz istəyimizə

uyğun olaraq almışıq və ya öz istəklərimiz, tələbatımız, ehtiyacımız, düşüncəmizə

müvafiq olaraq hərəkət etmişik.

Gəlin Yucin Vessonla bağlı hadisəni nəzərdən keçirək. O, həqiqətə çatmazdan

əvvəl saysız-hesabsız ziyan çəkmişdi. Cənab Vesson parça dekoratorları və

fabrikantlarına şəkillər təqdim edən studiyalar üçün eskizlər edir. Cənab Vesson

üç il ərzində hər həftə (həftədə bir dəfə) Nyu-Yorkun aparıcı modelyerlərindən

birinin qəbuluna gəlirdi. “O, məni qəbul etməkdən heç vaxt imtina etmirdi, –

deyə cənab Vesson danışırdı, – lakin mənim sifarişlərimi heç vaxt almırdı. O,

eskizləri həmişə diqqətlə gözdən keçirir və sonra da deyirdi: “Yox, Vesson, mənə

belə gəlir ki, bu gün bizdə heç nə alınmayacaqdır”.

Vesson 150 uğursuz cəhddən sonra başa düşdü ki, tapdanmış cığırdan

çıxmaq lazımdır. Buna görə də o, həftədə bir günü insanlara təsir etmək və yeni

ideyaların işlənib hazırlanması metodlarının öyrənilməsinə həsr etməyi qərara

aldı.

O, əvvəl-axır yeni metoda əl qatmağı qət etdi. O, rəssamların üzərində



işlədikləri yarım düjünə qədər tamamlanmamış eskizi özü ilə götürərək

modelyerinin kontoruna yollandı. “Siz mənə kiçicik bir minnət etməyə razı

olmazdınızmı, – dedi o, – baxın, bunlar bir neçə tamamlanmamış eskizdir. Deyə

bilməzdinizmi, onları necə tamamlamaq lazımdır ki, sizin işinizə yarasın?”

Sifarişçi heç bir söz demədən müəyyən müddət eskizləri gözdən keçirdi,

sonra isə bildirdi: “Onları bir neçə günlük qoyun burada qalsın, Vesson, sonra isə

gələrsiniz danışarıq”.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə