Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə56/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   52   53   54   55   56   57   58   59   ...   208

əmlakın qorunması üzrə özü özünü elan etmiş, bir nəfərdən ibarət olan komitə

kimi fəaliyyət göstərməyə başladım.

Başlanğıcda oğlanların nöqteyi-nəzərini başa düşməyə heç çalışmırdım;

ağacların altında yanan ocaq görəndə istəyirdim ki, düzgün hərəkət edim, amma

çox vaxt səhvə yol verirdim. Mən atı sürüb oğlanların yanına gəlir, onları ocaq

qaladıqlarına görə həbsxanaya salınacaqları ilə hədələyir, amiranə səslə ocağı

söndürməyi əmr edirdim, onlar imtina edəndə isə həbs edəcəyimlə

qorxudurdum. Mən uşaqların psixologiyasını başa düşməyə çalışmadan yalnız öz

hisslərimi ifadə edirdim.

Nəticəsi? Uşaqlar qaşqabaqla, inciklik hissiylə tabe olurdular. Mən təpənin

arxasında gözdən itəndə isə onlar, çox güman, bütün parkı yandırmaq istəyi ilə

ocağı yenidən qalayırdılar.

İllər keçdikcə mən insan münasibətlərindən, zənn edirəm ki, daha çox baş

çıxarmağa başladım, daha taktikalı oldum, şeylərə başqasının nöqteyi-

nəzərindən baxmaq tələbatına bir qədər də çox yiyələndim. Buna görə də

göstəriş vermək əvəzinə, mən atın üstündə yanan ocağa yaxınlaşır və nə isə buna

oxşar söhbətə başlayırdım:

“Eşq olsun, uşaqlar! Vaxtınızı yaxşı keçirirsiniz? Axşam yeməyinə nə

hazırlayırsınız? Mən uşaq olanda özüm də ocaq qalamağı çox sevirdim və indiyə

qədər də sevirəm, lakin bilirsinizmi, burada, parkda bu çox təhlükəlidir. Bilirəm

ki, siz ziyan vurmayacaqsınız, amma başqa uşaqlar sizin kimi ehtiyatlı deyillər.

Onlar bura gələcəklər, sizin ocaq qaladığınızı görüb, özləri də ocaq qalayacaqlar

və getməzdən qabaq söndürməyəcəklər. Alov quru budaqlarla yayılacaq və

ağacları yandıracaq. Ehtiyata riayət olunmasa, ağacların hamısı məhv ola bilər.

Sizi isə ocaq qaladığınıza görə həbsxanaya sala bilərlər. Lakin mən burada

komandanlıq etməyə və sizin oyununuza mane olmağa hazırlaşmıram. Vaxtınızı

şən keçirdiyinizi görməyimə şadam. Amma xahiş edirəm, lap indi yarpaqları

ocaqdan uzaqlaşdırın və onların üstünə torpaq tökün, bacardıqca çox torpaq

tökün. Bunu edəcəksiniz? Gələn dəfə isə oynamaq həvəsinə düşəndə ocağı

təpənin o biri tərəfində, qumsal yerdə qalamaq daha yaxşı olmazdımı? Ora

tamamilə təhlükəsizdir.... Çox sağ olun, uşaqlar, sizə vaxtınızı yaxşı keçirməyi

arzulayıram”.

Nə qaşqabaq, nə inciklik.

Onları başqalarının əmrlərinə tabe olmağa məcbur etmirdilər. Onlar öz

simalarını qoruyub saxlayırdılar. Onlar məmnun idilər və onların nöqteyi-

nəzərini hesaba aldığım üçün mən də məmnun idim.

Siz sabah kiməsə ocağı söndürmək xahişiylə müraciət etməzdən, bir banka

“Alfa” pastası almazdan, yaxud Qırmızı Xaça 50 dollar ianə etməzdən əvvəl – bir

qədər tələsməyib, gözlərinizi yumub və bunu özünüz üçün başqasının nöqteyi-

nəzərindən təsəvvür etməyə niyə də çalışmayasınız? Özünüzdən soruşun: “Axı o,

niyə bunu etmək istəyir?” Doğrudur, bu, sizin bir qədər vaxtınızı alacaq, lakin siz

dostlar qazanacaqsınız və daha yaxşı nəticələr əldə edəcəksiniz; özü də bunu

daha az zəhmət çəkmək, daha az əsəb hesabına əldə edəcəksiniz.

“Görüşməli olduğum biznesmenə nə deyəcəyim və onun mənim maraqlarım

və motivlərimlə bağlı öz biliklərindən çıxış edərək nə cavab verə biləcəyi haqda,

ümumiyyətlə, heç bir təsəvvürə malik olmadan onun otağına girmək əvəzinə, –

downloaded from KitabYurdu.org



demişdi Harvard Biznes Məktəbinin dekanı Dodhem, – onun kontorunun

qabağında iki saat gəzişməyə üstünlük verərəm”.

Bu, o qədər vacibdir ki, bunun xüsusi əhəmiyyətini qeyd etmək və təkrar

eləmək istəyirəm.

Əgər bu kitabı oxumağınızın nəticəsində siz təkcə – başqa adamın nöqteyi-

nəzərini nəzərə almağa, məsələləri onun baxış bucağından seyr etməyə və

məsələ ilə bağlı yalnız öz baxışlarınızı rəhbər tutmamağa daha güclü meyil əldə

etmiş olarsınızsa, bu halda belə alına bilər ki, siz öz karyeranız yolunda mühüm

addım atmısınız.

Buna görə də əgər siz adamların narazılıq, yaxud inciklik hissi keçirmədən öz

rəylərini və ya davranışlarını dəyişməsini istəyirsinizsə, qayda 8-i tətbiq edin:

Öz vicdanınız qarşınızda düzgünlüklə çalışın ki, şeyləri başqasının nöqteyi-

nəzərindən görə biləsiniz.

Doqquzuncu fəsil

Bu, hər kəsin istədiyidir

Mübahisələri dayandıran, bədxahlığı məhv edən, xoş iradə doğuran və

başqalarını diqqətlə dinləməyə məcbur edən sözləri bilmək istəyərdiniz?

İstəyirsiniz? Çox gözəl. Budur onlar: “Sizin məhz fikirləşdiyiniz kimi

fikirləşdiyinizə görə mən sizi qətiyyən günahkar bilmirəm. Sizin yerinizdə

olsaydım, mən də, şübhəsiz ki, düz elə sizin kimi fikirləşərdim”.

Bu cür cavab ən tərs həmsöhbətin də mövqeyini yumşalda bilərdi. Siz bunu

deyərkən özünüzü yüz faiz səmimi adam hesab edə bilərsiniz, çünki əgər siz

başqa adamın yerində olsaydınız, onda, əlbəttə, elə onun kimi də fikirləşərdiniz.

Sizin zəhərli ilan olmamağınızın yeganə səbəbi budur ki, sizin valideynləriniz

də zəhərli ilan olmayıb. Sizin inəklərə səcdə etməməyinizin və ilanları müqəddəs

hesab etməməyinizin yeganə səbəbi bundan ibarətdir ki, siz Bramaputra

sahillərində indus ailəsində doğulmamısınız.

Hazırda kim olmağınızda özünüzün xidməti çox azdır və yadda saxlayın,

rastlaşdığınız əsəbi, səbirsiz, qərəzli, dərrakəsiz adam da günahkar deyil ki, məhz

olduğu kimi var. Yazığa ürəyiniz ağrısın. Onun halına acıyın. Simpatiyanızı

göstərin. Özünüzə Con V.Qrifin ayaq üstə zorla dayanan əyyaş görəndə dediyini

təkrar edin: “Şükür Tanrıya, onun lütfü olmasaydı, bu, mən də ola bilərdim”.

Sabah rastlaşacağınız adamların dörddə üçü öz dərdlərinə acıyan adamın

həsrətindədir. Bunu büruzə verin və onlar sizi sevəcəklər.

Bir dəfə mən “Kiçik qadınlar” əsərinin müəllifi Luiza Mey Olkott haqqında

radio ilə çıxış edirdim. Mən bilirdim ki, o, Massaçusets ştatının Konkord

şəhərində yaşayır və xanım kitablarını burada yazırdı. Lakin öz sözlərimə

nəzarət etməyərək dedim ki, onun doğma evini Konkordda, Nyu-Gempşir

ştatında ziyarət etmişdim. Əgər mən Nyu-Gempşirin adını bir dəfə çəkmiş

olsaydım, ola bilsin, bunu mənə bağışlayardılar. Lakin əfsus! Mən iki dəfə səhv

etdim. Məni məktub və teleqramların içində batırdılar. Kinayəli ismarışlar

mənim müdafiəsiz başımın üzərində fırlanırdı. Massaçusets ştatı, Konkordda

boya-başa çatan və həmin vaxt Floridada yaşayan bir sinli xanım öz şiddətli

qəzəbini mənim üzərimə tökdü. Əgər mən xanım Olkottu Yeni Qvineyadan olan

adamyeyən olmaqda ittiham etmiş olsaydım, o, mənə, çətin ki, bundan betərini

yaza biləydi. Mən bu xanımın məktubunu oxuyanda fikirləşirdim: “Şükür Tanrıya

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə