Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə64/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   60   61   62   63   64   65   66   67   ...   208

kayzeri, lovğalandığı kimi, öz qüdrətini istənilən kəsin üstünə tökə biləcək

ordunu və donanmanı yaradan.

Və budur, əlamətdar şey baş verdi. Kayzer elə sözlər, ağlasığmaz sözlər,

bütün dünyanı lərzəyə gətirən sözlər dedi. Müqayisəolunmaz dərəcədə daha pis

etmək üçün kayzer bu sarsaq, eqoistik, absurd qənaətlərini ictimaiyyət

qarşısında səsləndirdi. O, bu sözləri İngiltərədə qonaq olarkən dedi və onların

“Deyli teleqraf”da dərc olunmasına öz kral icazəsini verdi. Beləcə, o, məsələn,

bildirdi ki, Almaniya – İngiltərəyə münasibətdə dostluq hissləri keçirən yeganə

ölkədir; dedi ki, donanmanı yapon təhlükəsinə qarşı tikir; dedi ki, Rusiya və

Fransa tərəfindən əzilib toza çevrilməkdən İngiltərəni yalnız o xilas edib; dedi ki,

ingilis lordu Robertsə burları məğlubiyyətə düçar etmək imkanı verən

kampaniyanın planı ona məxsusdur və bu kimi.

Son yüz il ərzində hələ heç vaxt monarxın dilindən belə sözlər çıxmamışdı.

Bütün kontinent arı pətəyi kimi uğuldayırdı. İngiltərə hiddətlənmişdi.

Almaniyanın dövlət xadimləri sarsılmışdılar. Və bütün bu çaşqınlığın içində

kayzer panikaya düşür və şahzadə fon Byulova, imper kanslerinə təlqin etmək

istəyir ki, günahı o, öz üzərinə götürsün. Bəli, kayzer istəyirdi ki, kansler fon

Byulov məsuliyyətin tam olaraq onun üzərində olduğunu bəyan etsin. Bəyan

etsin ki, monarxa bu ağlasığmaz şeyləri deməyi o məsləhət görmüşdür.

“Lakin, əlahəzrət, – deyə Byulov etraz etdi, – mən tamamilə qeyri-mümkün

hesab edirəm ki, Almaniyada və İngiltərədə kimsə siz əlahəzrətə belə şeyləri

deməyə qabil olduğunu hesab etsin”.

Bu sözlər Byulovun dilindən çıxar-çıxmaz kayzer partladı.

“Siz məni, – deyə o bağırdı, – elə kobud səhvlər edən eşşək hesab edirsiniz ki,

özünüz bunları heç vaxt etməzdiniz!”

Fon Byulov bilirdi ki, mühakimə etməzdən əvvəl o gərək tərifləyə idi.

Lakin bunu etmək artıq gec olduğundan o etmək mümkün olan ən yaxşısını

elədi. O, mühakimə edən sözləri deyəndən sonra təriflədi. Və bu, tərifin çox tez-

tez etdiyi kimi, möcüzə törətdi.

“Mən bu fikri aşılamaqdan çox uzağam, – deyə o, ehtiramla cavab verdi. –

Əlahəzrət məndən bir çox məsələlərdə, yalnız hərbi və dəniz işini bilməkdə deyil,

ən çox da ictimai elmlərlə bağlı biliklərdə üstündür. Əlahəzrətin barometrin

quruluşunu necə izah etdiyini və ya naqilsiz telefon və yaxud rentgen şüaları

haqqında söhbətlərini mən tez-tez heyranlıqla dinləmişəm. Mən təbiətşünaslığın

bütün sahələri ilə bağlı rüsvayçı dərəcədə nadanam, fizika, kimya haqqında

anlayışa malik deyiləm və təbiətin ən sadə təzahürlərini belə izah etməyi

bacarmıram. Lakin, – deyə fon Byulov kompensasiya qismində izah elədi, – mən

məlum tarixi biliklərə və ola bilsin ki, siyasətdə, ələlxüsus da diplomatiyada

faydalı olan bəzi keyfiyyətlərə yiyələnmişəm”.

Kayzerin sifəti işıqlandı. Fon Byulov onu təriflədi. Fon Byulov onu yüksəltdi

və özünü əskiltdi. Bundan sonra kayzer istənilən hər şeyi bağışlaya bilərdi. “Mən

həmişə demirdimmi ki, – deyə o, fəhmlə səsləndi, – biz bir-birimizi möhtəşəm

tamamlayırıq? Biz birlikdə olmalıyıq və biz bunu edəcəyik!”

O, fon Byulovun əlini sıxdı, özü də bir dəfə yox, bir necə dəfə. Və elə həmin

gündəcə fəhmdən alışıb-yanan halda, yumruqlarını düyünləyib bildirmişdi: “Əgər

downloaded from KitabYurdu.org




kimsə mənə knyaz fon Byulova qarşı nə olursa olsun desə, mən həmin adama

şapalaq çəkəcəyəm”.

Fon Byulov özünü müvəqqəti xilas etdi. Lakin o, necə diplomat olsa da,

bununla belə, səhvə yol vermişdi: o, kayzerin yarıdəli, himayəçiyə möhtac adam

olduğuna eyham etmək əvəzinə, özünün çatışmazlıqlarından və Vilhelmin

üstünlüklərindən başlamalı idi.

Əgər özünü əskildən və başqasını ucaldan bir neçə cümlə qürrəli, təhqir

olunmuş kayzeri sadiq dosta çevirə bilirsə, təvazökarlığın və tərifin gündəlik

kontaktlarda sizə və mənə nə verə biləcəyini təsəvvür edin. Düzgün tətbiq

ediləndə onlar insan münasibətlərində möcüzələr törədir.

İnsanı incitmədən, onda hiddət doğurmadan ona təsir göstərmək

istəyirsinizsə, 3-cü qaydanı tətbiq edin:

Başqasını tənqid etməzdən əvvəl öz çatışmazlıqlarınız barədə danışın.

Dördüncü fəsil

Amiranə tonu heç kim sevmir

Bu yaxınlarda mənə amerikalı bioqrafların ən tanınmışı, xanım İda Tarbeyllə

nahar etmək kimi bir füsunkar imkan düşmüşdü. Ona bu kitabı yazdığımı

deyəndə biz əsas sualı – adamlarla özünü necə aparmalı sualını müzakirə etməyə

başladıq və o, mənə danışdı ki, Ouen D.Yunqun bioqrafiyasını yazanda Yunqun

kontorunda üç il çalışmış adamdan müsahibə almışdı. Həmin adam ona

bildirmişdi ki, bütün bu müddət ərzində Yunqun kiminləsə əmr tonunda

danışdığını eşitməmişdi. O, həmişə məsləhət edirdi, əmr vermirdi.

Yunq heç vaxt, məsələn, belə demirdi: “filan şeyi edin, behmanı edin”, yaxud

“filan şeyi etməyin”. O deyirdi: “Filan və ya behman yerinə düşməzdimi?”

“Düşünmürsünüz ki, filan cür etsəniz daha yaxşı olardı?” Məktubu diktə edəndən

sonra çox vaxt soruşurdu: “Siz bu haqda nə düşünürsünüz?” Öz köməkçilərindən

biri tərəfindən yazılan məktubları gözdən keçirərkən deyirdi: “Əgər biz filan cür

yazsaydıq, bəlkə daha yaxşı olardı?”

Beləliklə, insanı incitmədən, onda hiddət doğurmadan ona təsir göstərmək

istəyirsinizsə, 4-cü qaydanı tətbiq edin:

Əmrlərin yerinə suallar verin.

Beşinci fəsil

Adama öz simasını xilas etməyə

imkan verin

Ümummilli Elektrik Kompaniyası bir neçə il əvvəl incə bir məsələ ilə

üzləşmişdi: şöbənin rəhbəri postunda çalışan Çarlz Steyketsi əvəz etmək lazım

idi.

Elektriklə bağlı hər şeydə dahi olan Steyketsin inzibati iş üçün yararsız



olduğu üzə çıxmışdı. Lakin kompaniya onun məninə toxunmaq istəmirdi. O,

kompaniyaya lazım idi və özü də son dərəcə həssas insan idi. Buna görə də ona

yeni titul vermək qərara alındı. Onu Ümummilli Elektrik Kompaniyasının

mühəndis-məsləhətçisi – onun indiyə qədər yerinə yetirdiyi iş üçün yeni titul –

təyin etdilər, şöbənin başçısı postuna isə başqa adam təyin olundu.

Steykets məmnun idi. ÜEK-in rəhbərləri də məmnun idilər. Onlar öz

temperamentli ulduzlarının yerini ehtiyatla dəyişdilər və bu vaxt fırtına

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə