Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə73/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   69   70   71   72   73   74   75   76   ...   208

qədər xoşbəxt idilər, lakin indi, qırx səkkiz il ötəndən sonra Tolstoy ona çətinliklə

dözə bilirdi. Hərdən gecələr onun qoca, dərddən əldən düşmüş, sevgi həsrətini

çəkən arvadı gəlir, diz çökür və ərindən əlli il qabaq öz gündəliyində onun

haqqında yazdığı o məftunedici sevgi sözlərini bərkdən oxumağı xahiş edirdi. Və

o həmin, həmişəlik ötüb gedən, xoşbəxt, gözəl günlər haqqında oxuyanda hər

ikisi ağlayırdı. Həyatın gerçəkliyi romantik arzulardan necə də kəskin fərqlənirdi.

Əvvəl-axır, 88 yaşında Tolstoyun öz evliliyinin, öz ailə həyatının faciəvi

bədbəxtliyinə dözmək halı qalmadı və 1910-cu ilin qarlı oktyabr gecəsində öz

həyat yoldaşından soyuğun və zülmətin ağuşuna, hara getdiyini özü də

bilməyərək qaçdı.

On bir gün keçəndən sonra o, balaca dəmiryol stansiyasında vəfat etdi.

Ölümündən əvvəl tələb edirdi ki, həyat yoldaşını onun yanına buraxmasınlar.

Qrafinya Tolstoyun öz hücumları, zarıltıları və isterikalarına görə ödədiyi qiymət

bu oldu.


Oxucu deyə bilər ki, onun şikayət etmək üçün kifayət qədər bəhanəsi var idi.

Tutaq ki, amma məsələ bunda deyil. Sual bundan ibarətdir ki, onun dığdığıları və

giley-güzarı kömək etdimi, yoxsa, əksinə, vəziyyəti sonsuz qədər pisləşdirdi?

“Düşünürəm ki, mən qeyri-normal idim” – onun həddindən gec dediyi sözlər

budur.

Avraam Linkolnun da həyatının faciəsi onun evlənməsi idi. Diqqət yetirin,



onun qətlə yetirilməsi yox, onun evlənməsi. But ona atəş açanda Linkoln hiss

etmədi ki, onu öldürdülər. Lakin 23 il ərzində o, demək olar, hər gün onun

həmkarı Qrendonun “uğursuz nikahın çox acı meyvəsi” kimi qələmə aldığının

barını yığırdı. Uğursuz nikah? Belədir, əgər yumşaq desək.

Çünki xanım Linkoln, demək olar, əsrin dörddəbiri ərzində onu bezdirir və

həyatını zəhərləyirdi.

O, həmişə şikayətlənir, ərini tənqid edirdi. Ərində heç nə düzgün deyildi. O

donqarlanır, yöndəmsiz gəzirdi. Yeriyəndə ayaqlarını hindular kimi qaldırır və

qoyurdu. Xanım Linkoln şikayət edirdi ki, onun addımları elastik deyil, onun

hərəkətlərində şuxluq yoxdur. Onun yerişini lağa qoyur, ondan tələb edirdi ki,

Lensinqtonda xanım Mentelin pansionunda özünə öyrətdikləri kimi, ayaq

barmaqlarını aşağı salaraq gəzsin.

Linkolnun iri qulaqlarının necə şəkləndiyi onun xoşuna gəlmirdi. O, Linkolnu

hətta burnunun kifayət qədər düz olmadığına, alt dodağının qabağa çox çıxdığına,

əl və ayaqlarının həddən böyük, başının həddən balaca olduğuna görə də tənbeh

edirdi.


Avraam Linkoln və Meri Todd Linkoln bütün hər şeydə bir-biri ilə ziddiyyət

təşkil edirdilər: tərbiyədə, nəsil-nəcabətlərində, xarakterlərində, zövqlərində,

zəka genişliyində. Onlar bir-birilərini daim qıcıqlandırırdılar...

“Xanım Linkolnun hündür, cingiltili səsi, – deyə mərhum senator, Linkolnun

ən nüfuzlu bioqrafı Albert D.Beneric yazırdı, – küçənin o biri tərəfində eşidilirdi.

Onun aramsız hiddət doğuran püskürtülərini isə qonşuların hamısı eşidirdi.

Onun qəzəbi yalnız sözlərlə ifadə olunmurdu. Çoxları danışırdı ki, onun söyüşləri

fasiləsiz biabırçı hərəkətlərlə müşayiət olunurdu və bu, həqiqətə uyğundur”.

Abraham Lincoln (1809.02.12 – 1865.04.15)

downloaded from KitabYurdu.org




Toylarından bir müddət sonra cənab Linkoln ilə xanımı səhər yeməyi

yeyirmişlər. Linkoln nə iləsə arvadının hiddətini doğurur. Nə ilə, indi bunu heç

kim xatırlamır, lakin qəzəblənmiş xanım Linkoln qaynar qəhvə fincanını qapır və

onu ərinin sifətinə vızıldadır. Özü də bunu başqa adamların yanında edir.

Heç nə deməyərək Linkoln alçaldılmış vəziyyətdə və susqun halda oturub

qalır, xanım Erli nəm dəsmalla ona yaxınlaşır və üzünü və pal-paltarını silir.

Xanım Linkolnun qısqanclığı o qədər axmaqcasına, o qədər quduzcasına və o

qədər ağlasığmaz idi ki, hətta üstündən 75 il keçəndən sonra da onun camaatın

qarşısında çıxardığı biabırçı səhnələr barədə oxuyanda adam hiddətindən

boğulur. Əvvəl-axır xanım Linkoln dəli oldu. Və ola bilsin ki, onun haqqında

demək mümkün olan ən mərhəmətli nə varsa, bu, başlanmaq üzrə olan ruhi

xəstəliyin, çox güman, onun xarakterini dəyişməsidir.

Bu hücumlar, danlaqlar, hiddət püskürtüləri Linkolnu dəyişdimi? Bir

münasibətdə hə. Sözsüz ki, bu, onun xanım Linkolna münasibətini dəyişdi.

Bunlar onu özünün uğursuz evliliyinin peşmançılığını çəkməyə və arvadından

imkan daxilində uzaq olmağa məcbur etdi.

Sprinqfild şəhərində on iki nəfər vəkil var idi və şəhərdə onlara iş çatışmırdı.

Buna görə də onlar, adətən, atla ətraf kəndlərə gedir, hakim Devid Devisin

keçirdiyi səyyar məhkəmə sessiyalarında iştirak edirdilər. Beləcə, onlar bütün

Sprinqfild məhkəmə dairəsində işləri aparırdılar.

Vəkillərin hamısı işlərini elə qururdu ki, şənbə günləri Sprinqfildə qayıdır və

uik-endi öz ailələri ilə birlikdə keçirirdilər. Lakin Linkoln bunu etmirdi. O, evə

qayıtmağa qorxurdu və yazda üç ayı, ardınca isə üç ay da payızda şəhərin

ətraflarında keçirir, Sprinqfildə yaxınlaşmırdı.

İlbəil bu cür davam edirdi. Kənd mehmanxanalarında yaşamaq şəraiti iyrənc

idi, lakin, buna baxmayaraq, o, bunu xanım Linkolnun daimi partlamaları və

oyunlarının baş verdiyi öz ailə ocağından üstün tuturdu.

Xanım Linkoln, imperatriçə Yevgeniya və qrafinya Tolstoy öz hücumları və

dığdığıları ilə bax belə nəticələrə nail olmuşdular. Onlar öz həyatlarına faciədən

başqa heç nə gətirmədilər. Hər şeydən çox, bəsləyib yetişdirdiklərini məhv

etdilər onlar.

Beləliklə, xoşbəxt ailə həyatını qoruyub saxlamaq üçün birinci qayda:

Heç bir halda bəhanə axtarmayın!!!

İkinci fəsil

Sevin və yaşamağa mane olmayın

“Mən həyatımda bir çox axmaqlıqlar törədə bilərdim, – deyirdi Dizraeli, –

amma sevib evlənməyə heç vaxt hazırlaşmamışam”.

O da sevib evlənmədi. O, 35 yaşına qədər subay qaldı. Və onda o, bunu bir

varlı dul qadına təklif etdi. Ondan 15 yaş böyük olan dul qadına.

Qadın bilirdi ki, Dizraeli onu sevmir, bilirdi ki, Dizraeli onunla puluna görə

evlənir.

Buna görə də bir şərt qoydu: onun xarakteri ilə tanış olmağa imkan vermək

üçün ondan bir il gözləməsini xahiş etdi. Və vədə çatanda ona ərə getdi.

Meri Enn 30 il ərzində Dizraeli üçün yaşadı, yalnız onun üçün. Hətta

varidatını da yalnız bunun Dizraelinin həyatını yüngülləşdirdiyinə görə

qiymətləndirirdi. Və o, Dizraelinin qəhrəmanı oldu. Dizraeli qraf tacını Meri Enn

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə