Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə81/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   77   78   79   80   81   82   83   84   ...   208

c) Özünüzə inamlı olduğunuzu göstərin. “Özünü cəsarətli hiss eləmək üçün, –

deyə professor Uilyam Ceyms məsləhət verir, – belə hərəkət edin ki, sanki siz,

həqiqətən də, cəsarətlisiniz, bu məqsədlə bütün iradənizi toplayın və onda qorxu

pristupu, çox güman ki, mərdlik qabarması ilə əvəz olunacaqdır”. Teddi Ruzvelt

etiraf edirdi ki, qrizli ayıları, kəhgir atlar və başkəsənlər qarşısında qorxusunu

məhz bu üsulla adlamışdır. Siz bu psixoloji metoddan istifadə etməklə auditoriya

qarşısında qorxunuza qalib gələ bilərsiniz.

d) Çıxış edin, təcrübə toplayın. Bu, məqsədə çatmaq üçün ən vacib olanıdır.

Qorxu inamsızlığın nəticəsidir, inamsızlıq özünüzün nələrə qabil olduğunuzu

bilməməkdən irəli gəlir, həmin bilməməzlik isə – təcrübənin kifayət qədər

olmamasının nəticəsidir.

Buna görə də özünüzə uğurlu təcrübə baqajı yaradın və sizin qorxularınız

yox olacaqdır.

İkinci fəsil

Özünə inam hazırlaşmaqla yaradılır

Bu kitabın müəllifinin 1912-ci ildən başlayaraq peşəkar borcu və bununla da

yanaşı sevimli məşğuliyyəti il ərzində təqribən altı min nitqi dinləmək və bunlara

tənqidi yanaşma olmuşdur. Bu nitqləri kolleclərin tələbələri yox, yetkin insanlar:

biznesmenlər və mütəxəssislər edirdi. Toplanan təcrübənin nəticəsində müəllif

aşağıdakılara əmin olub: çıxışa qabaqcadan hazırlaşmaq təkidli dərəcədə

zəruridir; natiq danışacağı mövzu barədə aydın və müəyyən təsəvvürə malik

olmalıdır. Natiqin danışacağı onda güclü təəssürat yaratmış olan və onun bu

haqda susmağı heç cür bacara bilmədiyi bir şey olmalıdır. Dinləyici olaraq hiss

etdiyiniz kimi, vacib ideya uğrunda sizin ağlınıza və ürəyinizə təsir göstərməyə

coşqunluqla can atan natiq sizi qeyri-iradi olaraq cəlb etməzdimi? Natiqlik

məharətinin sirrinin yarısı məhz elə bundadır.

Natiq belə bir əqli və emosional halda olanda o, özündə mühüm bir şərt

aşkar edir – onun nitqi elə bil öz-özünə axır. Nitq onun üçün yük olmur və heç bir

çətinlik təşkil etmir. Yaxşı hazırlanmış nitq – onda doqquzu səsləndirilmiş

nitqdir.


Birinci fəsildə qeyd olunduğu kimi, insanların əksəriyyətinə bu cür məşq

əsas etibarilə özlərinə inam hissini əldə edə bilmək, cəsarətli olmaq və özlərini

ələ almaq bacarığına yiyələnmək üçün zəruridir. Çoxları faciəvi səhvə öz

nitqlərini hazırlamağa saymazyana yanaşmaqla yol verirlər. Əgər döyüşə nəm

çəkmiş barıt və ya boş güllələrlə, ya da tamamilə silahsız gedərsənsə, qorxu və

əsəbiliyi adlaya biləcəyinə necə ümid etmək olar axı? Belə olan təqdirdə, onların

auditoriya qarşısında özlərini tam sərbəst hiss edə bilmədiklərinə

təəccüblənmək lazım gəlmir. “Düşünürəm, – deyə Linkoln artıq Ağ Evdə olanda

bildirmişdi, – heç vaxt o qədər qoca olmayacağam ki, deməyə bir sözüm

olmayanda utanıb çəkinmədən danışa bilim”.

Əgər siz özünüzdə inam formalaşdırmaq istəyirsinizsə, onda siz bunun üçün

zəruri olanı niyə etmirsiniz? “Kamil sevgi, – demişdir apostol İoann, – qorxunu

qovur”. Eyni şeyi kamil hazırlıq da edir. Vebster deyirdi ki, o, dinləyicilər

qarşısında bərabər dərəcədə nə pis hazırlıqlı, nə də yarıçılpaq dayanmağa qabil

idi.

Biz çıxışımıza niyə daha ciddi hazırlaşmırıq? Niyə?



downloaded from KitabYurdu.org


Bəzilərinin çıxışa hazırlaşmağın nə demək olduğu və onu dərrakə ilə necə

etmək lazım olduğu ilə əlaqədar heç aydın təsəvvürləri belə yoxdur; başqaları

vaxtın çatışmazlığına istinad edirlər.

Buna görə də biz növbəti fəsli həmin sualların ətraflı nəzərdən keçirilməsinə

həsr edəcəyik.

Düzgün hazırlaşmaq

Hazırlaşmaq nədir? Kitabların mütaliəsi? Bu, hazırlaşmağın bir növüdür, özü

də heç də ən yaxşı növü deyildir. Mütaliə kömək edə bilər. Lakin əgər adam

kitablardan çoxsaylı “konservləşdirilmiş” fikir götürməyə çalışarsa və onları

dərhal özünə məxsus olan fikirlər kimi qəbul edərsə, onda onun çıxışında

müəyyən çatışmazlıqlar olacaqdır. Dinləyicilər nəyin çatışmadığını heç başa

düşməyə də bilərlər, lakin onların, bununla belə, natiqə münasibəti soyuq

olacaqdır.

Misal göstərim. Bu kitabın müəllifi bir müddət əvvəl Nyu-York banklarının

yüksək vəzifəli şəxslərindən ibarət olan qrupa natiqlik sənəti üzrə məşğələlər

keçirdi. Öz-özlüyündə aydın məsələdir ki, bu qrupun üzvlərinə, işləri başlarından

aşan adamlara lazım olan qədər hazırlaşmaq, yaxud onların hazırlaşmaq hesab

etdiklərini yerinə yetirmək çox vaxt çətin olurdu. Bütün ömürləri boyu onlar

özlərinə məxsus tərzdə fikirləşirdilər, fərdi baxışlarını formalaşdırmışdılar,

bütün təzahürlərə öz nöqteyi-nəzərlərinin bucağı altından baxırdılar, şəxsi

təcrübə toplamışdılar. Beləcə, onlar qırx il ərzində çıxış üçün mahiyyət etibarilə

material toplayırdılar.

Lakin onlardan bəzilərinə bunu dərk eləmək çətin gəlirdi. Onlar ağacların

arxasından meşəni görməyi bacarmırdılar.

Həmin qrup kurslarda cümə günləri axşam saat beşdən yeddiyə qədər

məşğul olurdu. Nyu-Yorkun şəhərətrafı qəsəbələrindən birində yerləşən

bankdan olan centlmen – onu cənab Cekson adlandıraq – bir dəfə görür ki, artıq

saat beşin yarısıdır, çıxış üçün isə mövzusu yoxdur. O, öz kontorundan çıxır,

köşkdən “Forb meqezin” jurnalını alır və metro ilə məşğələlərin keçirildiyi

Federal Ehtiyat Bankına gedənə qədər oradakı “Uğur qazanmaq üçün sizin

sərəncamınızda yalnız on il var” başlıqlı məqaləni oxuyur. O, bu məqaləni yazının

onu xüsusi olaraq maraqlandırdığına görə yox, çıxışa qədər ona verilmiş vaxtı nə

iləsə doldurmaq üçün oxumuşdu.

Üstündən bir saat keçəndən sonra cənab Cekson ayağa qalxdı və məqalənin

müəllifinin toxunduğu mövzu barədə inandırıcı surətdə, maraqla danışmağa

cəhd etdi.

Nəticə, qaçılmaz nəticə necə idi?

O, haqqında danışmağa cəhd elədiyini həzm etməmişdi, mənimsəməmişdi.

“Danışmağa cəhd edirdi” sözləri işin mahiyyətini tamamilə dəqiq ifadə edir. O

yalnız cəhd edirdi. Onda özünə çıxış axtaran fikirlər yox idi. Onun özünü aparmaq

manerası, onun səsinin tonu buna aydın dəlalət edirdi. O, məqalənin özünə

göstərdiyi təəssüratdan güclü təəssüratı dinləyicilərdə yarada biləcəyinə necə

ümid edə bilərdi? O, tez-tez məqaləyə istinad edirdi, deyirdi ki, müəllif filan və

behman yazır. Həmin çıxışda “Forb meqezin” jurnalından əxz edilmiş həddən

çox, cənab Ceksona məxsus isə çox az söz var idi.

Bax buna görə bu kitabın müəllifi ona təqribən aşağıdakıları dedi:

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə