Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə89/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   85   86   87   88   89   90   91   92   ...   208

bilməzdi. Lakin o, belə hərəkət etmədi. O, Filadelfiyanın istehsalına görə dünyada

birinci yeri tutduğu malları sadalamaq üçün dayandı. Bu, yun, dəri məmulatları,

trikotaj, tekstil malları, fetr şlyapalar, dəmir məmulatları, dəzgahlar,

akkumulyatorlar, polad gəmilərdir.

Bu, təbliğata o qədər də oxşamır, doğru deyilmi?

Filadelfiya “hər iki saatda – gündüz və gecə – bir parovoz buraxır və bizim

qüdrətli ölkəmizin əhalisinin yarısı Filadelfiya şəhərində istehsal edilmiş

tramvaylarda gəzir”.

“Mən isə bunu heç bilmirdim, – deyə dinləyici fikirləşəcək. – Bəlkə elə mən

özüm də bu gün bu tramvaylardan birində getmişəm. Sabah gərək baxım və

öyrənim ki, mənim şəhərim tramvayları haradan alır”.

“Dəqiqədə min ədəd siqar, – deyə natiq davam edir, – ... ölkəmizin hər bir

kişisi, qadını və uşağı üçün iki cüt corab məmulatı...”.

Bu daha böyük təəssürat yaradır. “Bəlkə mənim sevdiyim siqaretlər də

Filadelfiyada hazırlanır... geyindiyim corablar da?..”

Bəs natiq indi nə edir? Bir qədər əvvəl toxunduğu məsələyə, Filadelfiyanın

ölçüləri ilə bağlı suala qayıdır və yaddan çıxardığı faktları göstərir?

Heç də yox. O, bir mövzu haqqında onu tam yekunlaşdırana qədər danışır və

natiqə həmin məsələyə bir daha qayıtmaq gərək deyildir. Buna görə biz sizə

minnətdarıq, cənab natiq. Əks-təqdirdə, əgər məruzəçi bir sualdan başqasına

sıçrayır və sonra yenə geri qayıdırsa, əgər natiq yarasa kimi ala-toranlıqda ora-

bura vurnuxursa, onda dinləyici başını itirir, onun beynində tam qarmaqarışıqlıq

yaranır. Lakin natiqlərin bir çoxu məhz elə bu qaydada da danışır. Məsələləri 1, 2,

3, 4, 5 nizamında işıqlandırmaq əvəzinə, onlar futbol komandasının 27, 34, 19, 2

nömrələrini qışqıran kapitanı kimi hərəkət edirlər. Yox, bundan da pis. Onlarda

düzülüş bax belə olur: 27, 34, 27, 19, 2, 34, 19.

Bizim natiq ona ayrılmış vaxta sığışaraq düz yolla gedir, haqqında danışdığı

parovozlardan biri kimi ləngimir, geri qayıtmır, nə sağa, nə də sola sapır.

Lakin budur, o, öz nitqinin ən zəif yerinə yetişir: “Filadelfiya, – deyə o bildirir,

– bizim ölkəmizdə ən iri tibb, incəsənət və təhsil mərkəzlərindən biridir”. O, bunu

yalnız deklarasiya edir və dərhal da tələsik qaydada nə isə başqa məsələyə keçir.

Bu faktı canlandırmağa, onu rəngarəng etməyə, yaddaşda möhkəmləndirməyə

vur-tut on iki söz ayrılıb. Cəmi on iki sözün hamısı altmış beş hərfdən ibarət olan

bircə cümlədə it-bat olub. Bu yaramır, sözsüz ki, yaramır.

İnsan beyni polad tələ kimi işləmir. Natiq bu məsələyə o qədər az vaxt həsr

edib, o qədər ümumi, qeyri-müəyyən danışıb ki, bununla özünün də bunda az

maraqlı olduğunu büruzə verib və dinləyicidə yaradılan təəssürat, demək olar,

sıfıra bərabərdir. Bəs gərək o nə edəydi? O lap indicə Filadelfiyanın dünyanın

emalatxanası olduğunu göstərərək istifadə etdiyi elə həmin metodu tətbiq

etməklə bu mövzunu inkişaf etdirməli olduğunu başa düşürdü. O, bunu bilirdi.

Lakin o, bunu da bilirdi ki, xronometr işə salınıb, onun sərəncamında beş dəqiqə

var və vaxt bir saniyə də çox deyildir. Buna görə də onun ya bu məsələni, ya da

başqa birini yayğın göstərməkdən başqa çarəsi yox idi.

Filadelfiyada “dünyanın istənilən başqa şəhərindən çox şəxsi yaşayış evi

vardır”. Natiq bu bəyanatının təəssürat yaratmasına, inandırıcı olmasına necə

nail oldu? Birincisi, o, ədəd göstərdi: 397 000.

downloaded from KitabYurdu.org



İkincisi, o, bu ədədə əyanilik verdi: “Əgər həmin evləri iyirmi beş futluq

sahədə bir sıraya düzsək, onda bu sıra Filadelfiyadan başlayıb, Kanzas-Sitidə indi

biz olduğumuz qurultaylar zalından keçərək Denverə qədər, yəni 1881 mil

məsafəyə uzanardı”.

Dinləyicilər onun dediyi ədədi, çox güman, o hələ cümləni bitirməyə macal

tapmamış unutmuşdular. Lakin onlar canlandırılan mənzərəni də unutdular? Bu,

demək olar ki, qeyri-mümkündür.

Soyuq, maddi faktlarla bağlı toxunacağımız bax bunlardır. Lakin gözəl nitq

bunların üzərində çiçəklənmir. Bu natiq ruh yüksəkliyi yaratmaq, qəlblərə

toxunmaq, hissləri alovlandırmağa can atırdı. Və budur, yekunda o, emosiyaları

meydana çıxaran məsələlərə keçir. O, bu evlərə malik olmağın şəhərin sakinləri

üçün nə demək olduğu barədə danışır. O, Filadelfiyanı “azadlığın əsl mənbəyi”

kimi vəsf edir. Azadlıq! Sehrli hisslərlə dolu sözdür, milyonlarla adamın uğrunda

həyatını qurban verdiyi sözdür. Bu cümlə öz-özlüyündə yaxşıdır, lakin natiq onu

dinləyicilərin qəlbləri üçün qiymətli, müqəddəs olan konkret tarixi hadisələrə və

sənədlərə istinad etməklə möhkəmləndirəndə o, min dəfə yaxşı olur...

“Bu, birinci Amerika bayrağının hazırlandığı şəhərdir; bu, Birləşmiş Ştatların

birinci konqresinin iclas keçirdiyi şəhərdir; bu, Müstəqillik Deklarasiyasının

imzalandığı şəhərdir... Azadlıq Zənginin... ilhamlandırdığı... biz... amerikalı

ruhunun bərqərar edilməsindən və yanan azadlıq məşəlini qoruyub

saxlamaqdan ibarət olan missiyanı yerinə yetiririk ki, Vaşinqtonun, Linkolnun və

Teodor Ruzveltin hökuməti Yaradanın izni ilə bütün bəşəriyyət naminə

ilhamlanmış olsun”. Bu, nitqin əsl kulminasiyasıdır.

Dediklərimiz nitqin quruluşu ilə bağlıdır. Lakin kompozisiya nöqteyi-

nəzərindən nitq nə qədər yaxşı olsa da, o, yenə də uğursuz ola, asanlıqla heç bir

təəssürat yaratmaya bilərdi; əgər o, biganəliklə, ilhamsız, süstcəsinə

səsləndirilmiş olsaydı. Ancaq natiq onu necə qurmuşdusa, o cür də səsləndirdi –

hisslərlə dolu, dərin səmimilikdən doğan ruh yüksəkliyi ilə. Bu nitqin birinci

mükafatı aldığına və onun Çikaqo Kuboku ilə təltif olunduğuna heyrətlənmək

lazım gəlmir.

Doktor Konuell öz nitqlərini necə qururdu

Artıq dediyim kimi, nitqin ən yaxşı quruluşu məsələsini həll edə biləcək

səhvsiz qaydalar mövcud deyildir. Nitqlərin hamısı və ya onların əksəriyyəti

üçün yararlı olan çertyojlar, sxemlər, yaxud reseptlər yoxdur. Amma biz bəzi

hallarda tətbiq edilə biləcək bir neçə çıxış planı göstəririk. Mərhum doktor,

məşhur “Akrlarla almaz” kitabının müəllifi Rassel H.Konuell bir dəfə mənə dedi

ki, o, ictimaiyyət qarşısında etdiyi saysız-hesabsız çıxışlarının çoxunu aşağıdakı

prinsip üzrə qurur:

1. Faktların göstərilməsi.

2. Bunlardan irəli gələn mülahizələrin deyilməsi.

3. Hərəkətə çağırış.

Çoxları belə bir planın da kifayət qədər məqsədəmüvafiq və ilhamverici

olduğunu hesab edir:

1. Nə isə pis bir şeyi nümayiş etdirmək.

2. Həmin pisi necə düzəltmək gərək olduğunu göstərmək.

3. Əməkdaşlıq barədə xahiş etmək.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə