Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə85/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   81   82   83   84   85   86   87   88   ...   208

Özünüz özünüzə bu məsələ ilə bağlı mümkün olan hər cür sualları verin.

Məsələn, əgər siz boşanmalar haqqında danışmalı olacaqsınızsa, özünüzdən

soruşun ki, boşanmaların səbəbi nədir? Bunların iqtisadi və sosial nəticələri

necədir? Bu şərlə necə mübarizə aparmaq olar? Bizə boşanmalar haqqında eyni

cür qanunlara malik olmaq lazımdırmı? Niyə? Ümumiyyətlə, boşanmalar

haqqında qanunlar lazımdırmı? Boşanma imkanını istisna etmək lazımdırmı?

Yoxsa onu çətinləşdirmək lazımdır?

Və yaxud asanlaşdırmaq?

Ehtimal edək ki, sizə natiqlik sənətini nə üçün öyrəndiyiniz barədə danışmaq

lazımdır. Bu halda özünüzə bu cür suallar verməlisiniz:

Mənim çətinliklərim nədədir? Mən nəyə nail olmağa ümid edirəm? Mən

indiyə qədər ictimaiyyət qarşısında çıxış etmişəmmi? Bu məhz nə vaxt olub?

Harada? Bu, necə olub? Mən niyə hesab edirəm ki, bu məşğələlər işgüzar adam

üçün faydalıdır? Elə kişi və ya qadın tanıyırammı ki, onlar kommersiya və ya

siyasi sferada əsas etibarilə özlərinə inamları, özlərini ələ almaq bacarıqları,

inandırıcı surətdə danışa bildikləri sayəsində irəliləyə biliblər? Mən başqa elə bir

adam tanıyırammı ki, bu mühüm keyfiyyətlərin olmaması səbəbindən onlar heç

vaxt əhəmiyyətli uğur qazana bilməyəcəklər? Konkret olun. Lakin həmin adamlar

haqqında onların əsl adlarını çəkmədən danışın.

Siz ayağa qalxanda aydın fikirləşə və iki, yaxud üç dəqiqə danışa bilə-

cəksinizsə, sizin birinci çıxışlarınızdan gözləmək mümkün olan elə budur.

Məsələn, “Natiqlik sənətini mən niyə öyrənirəm” mövzusu çox asandır, bu, aşkar

məsələdir. Əgər siz material seçiminə və onların yerləşdirilməsinə bir qədər vaxt

sərf edərsinizsə, onda siz heç nəyi yaddan çıxarmayacağınıza, demək olar, əmin

olacaqsınız, çünki siz şəxsi müşahidələriniz, şəxsi istəkləriniz, şəxsi təcrübəniz

haqqında danışacaqsınız.

Lakin indi ehtimal edək ki, siz öz məşğuliyyətiniz və ya işiniz haqqında

danışmaq istəyirsiniz. Belə bir çıxışa hazırlaşmağı necə həyata keçirəcəksiniz?

Sizin bu mövzu ilə bağlı geniş materialınız var. Onda sizin işiniz onu seçməkdən

və yerbəyer etməkdən ibarət olacaqdır. Bircə üç dəqiqə ərzində hər şey barədə

danışmağa cəhd etməyin. Bu, qeyri-mümkündür. Belə edərsinizsə, danışdığınız

həddən çox ümumi, həddən artıq fraqmentləşdirilmiş olacaqdır. Öz mövzunuzun

bir və yalnız bir aspektini seçin, onu inkişaf etdirməyə, açıb göstərməyə çalışın.

Məsələn, sizin müəyyən işlə məşğul olmağınızın və ya bu peşəyə

yiyələnməyinizin necə baş verdiyi barədə niyə də danışmayasınız? Bu,

təsadüfənmi olmuşdu, yoxsa şüurlu surətdə edilmişdi? Başlanğıcda adlamalı

olduğunuz çətinliklərdən, öz uğursuzluqlarınızdan, bəslədiyiniz ümidlərdən, öz

qələbələrinizdən danışın.

Qoy sizin söhbətiniz özündə hər kəs üçün maraq ehtiva etsin, qoy bu, öz

təcrübənizə əsaslanan əsl həyatın mənzərəsi olsun. İstənilən ömrün doğru

tarixçəsi, əgər o, təvazökarlıqla və təhqiredici özünəvurğunluq olmadan

danışılıbsa, həmişə böyük maraqla dinlənir. Əmin ola bilərik ki, belə bir söhbət

uğur qazanacaqdır.

Və yaxud öz işinizin başqa bir aspektini götürün: onun çətinlikləri nədədir?

Çalışdığınız sahədə fəaliyyətə başlayan cavan adamlara nə kimi məsləhətlər

verə bilərdiniz?

downloaded from KitabYurdu.org



Və ya üzləşdiyiniz insanlar haqqında danışın – vicdanlı və vicdansız adamlar

haqqında. Öz qarşınızda duran vəzifələr barədə danışın. Dünyanın ən maraqlı

sahəsində işiniz sizə nə öyrədib – insan təbiəti anlamında? Əgər siz öz işinizin

texniki tərəfindən, yəni detallar barədə danışacaqsınızsa, onda söhbətiniz

başqaları üçün maraqlı olmaya da bilər. Lakin söhbət insanlardan gedirsə, onlar

haqqında söhbət, çətin ki, uğursuz olsun.

Və ən əsası – öz çıxışınızı abstrakt moizəyə çevirməyin. Bu, darıxdırıcı

olacaqdır. Qoy sizin söhbətiniz konkret nümunələrdən və ümumi xarakterli

fikirlərdən ibarət lay-lay piroq olsun.

Hansı konkret hadisələri müşahidə etdiyinizi və bu nümunələrlə, öz

fikrinizcə, hansı ümumi həqiqətləri təsdiq etmək mümkün olduğunu xatırlayın.

Siz bunda əmin olacaqsınız ki, konkret nümunələr abstraksiyalardan xeyli asan

yadda qalır və onlar haqda danışmaq xeyli asandır. Onlar həm də sizin

mülahizələrinizi daha canlı və rəngarəng edəcəkdir.

Baxaq ki, bir çox maraqlı müəllif bu işə necə girişmişdi. B.E.Forbsun yazdığı –

firmaların rəhbərlərinin məsuliyyəti öz partnyorları ilə bölüşməli olduqlarını

necə sübuta yetirdiyi ilə bağlı – məqalədən çıxarışı sizə təqdim edim.

Nümunələrə diqqət yetirin – bu, müxtəlif adamların həyatından hadisələrdir:

“Bizim nəhəng müəssisələrimiz əvvəllər təkbaşına idarə olunurdu, lakin

onların əksəriyyəti bu statusdan artıq böyüyüb çıxmışdır.

Səbəb: hər bir iri təşkilatın sanki “bir nəfərin uzanmış kölgəsi” olduğuna

baxmayaraq, kommersiya fəaliyyəti və sənaye elə bir miqyasa çatmışdır ki, hətta

ən bacarıqlı adam da zərurətin təsiri altında qabiliyyətli, idarəetmənin

cilovlarının hamısını öz əlində saxlamaqda ona kömək edə biləcək partnyorlarla

əhatə etmək məcburiyyətində qalıb”.

Necə olmuşdusa, Vulvord bir dəfə mənə demişdi ki, uzun illər ərzində o, öz

işinə, əsasən, təkbaşına rəhbərlik etmişdi. Lakin əvvəl-axır öz sağlamlığını

laxlatdı və xəstəxanada olduğu həftələr ərzində başa düşdü ki, işin onun istədiyi

kimi inkişaf etdirilməsi üçün bu işə rəhbərlik etmək məsuliyyətini kiminləsə

bölüşməli olacaqdır.

“Betlehem Stil” – bu, təkbaşına rəhbərlik edilən korporasiyanın uzun illər

ərzində nümunəsi olmuşdu. Çarlz Şvabın hər şeyə dəxli var idi. Lakin Yucin

C.Qreys tədricən irəli çıxırdı və nəhayət, polad üzrə Şvabdan yaxşı mütəxəssis

oldu ki, Şvab özü bunu ictimaiyyət qarşısında dəfələrlə etiraf edirdi.

İlkin mərhələsində “İstmen Kodak” firmasına əsas etibarilə Corc İstmen

rəhbərlik edirdi, lakin effektli təşkilat yaratmağa onun müdrikliyi çoxdan çatıb.

Çikaqonun konserv firmalarının hamısı əsası qoyulandan sonra eynilə bu cür

dəyişikliklərə məruz qalıb. “Standard Oyl” kompaniyası iri miqyaslar aldığı

dövrdən etibarən geniş yayılmış təsəvvürlərə zidd olaraq, təkbaşına idarə olunan

təşkilat olmayıbdır.

C.P.Morqan nəhəng fiqur olsa da, qabiliyyətli partnyorların seçilməsi və öz

vəzifələrinin onlarla bölüşməsinin qızğın tərəfdarı idi.

Kommersiya təşkilatlarının hələ də elə şöhrətpərəst rəhbərləri vardır ki,

onlar təkbaşına idarəçilik prinsipindən yapışaraq işi məhv etməyə üstünlük

verərdilər. Amma onlar müasir əməliyyatların nəhəng miqyasları üzündən

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə