Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə83/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   79   80   81   82   83   84   85   86   ...   208

ayaqqabı fabrikantı olmasından asılı olmayaraq) dəyər təcəssüm etdirirdi. Odur

ki, burada mən doktor Braunun sözlərini iqtibas gətirməyi özümə rəva görürəm:

“İncildən seçdiyiniz sitatı və moizənin mövzusunu çox ciddi düşünüb-

daşının. Onları beyninizdə o qədər bəsləyin ki, onlar yetişsin, plastik olsun. Əgər

siz onlardakı ən xırda cücərtilərin böyüməsinə və inkişaf etməsinə imkan

verərsinizsə, onlardan çoxlu maraqlı fikir götürəcəksiniz...

Yaxşı olardı ki, bu proses uzun müddət ərzində baş versin, onu şənbə

gününün səhərinə, bazar günü edəcəyiniz çıxışa hazırlığı bitirməli olduğunuz

vaxta saxlamayın. Əgər kilsə xadimi bu mövzuda çıxış etməzdən əvvəl hansısa bir

həqiqəti beynində bir ay, altı ay və ya hətta bir il ərzində saxlaya bilərsə, onda

əmin olacaqdır ki, bundan aramsız olaraq yeni-yeni fikirlər yetişir və son

nəticədə bol məhsul verir. O, bu haqda küçədə gəzəndə, qatarla səyahətə çıxanda

və ya gözləri mütaliədən çox yorulanda düşünə bilər.

O, bəzi şeyləri, şübhəsiz ki, gecələr də düşünüb-daşına bilər. Əlbəttə, yaxşı

olardı ki, kilsə xadimi yatmağa öz kilsəsi və ya moizəsi barədə düşüncələrlə

uzanmasın – kilsə kafedrası moizə etmək üçün çox yaxşıdır, lakin onunla “yatmaq

narahatdır”. Hərdən belə olurdu ki, ağlıma gələn bir fikri səhərə qədər

unudacağımdan qorxduğum üçün gecənin bir aləmində durur və onu qeyd

edirdim...

Siz müəyyən bir moizə üçün material toplayanda seçdiyiniz sitat və mövzu

ilə bağlı ağlınıza gələn hər şeyi qeyd edin. İncildən olan mətni siz onu birinci dəfə

seçəndə necə başa düşdüyünüzü qeyd edin. Bunun ardınca sizdə meydana çıxan

assosiasiyaların, fikirlərin hamısını yazın...

Bütün bu fikirləri qısaca, bir neçə sözlə qeyd edin, təki onlar qeyd edilmiş

olsun və qoy sizin beyniniz hər vaxt yeni fikirlər axtarsın, elə axtarsın ki, elə bil

bundan sonra həyatınızda bircə dənə də olsun kitab görmək sizə nəsib

olmayacaqdır. Öz təfəkkürünüzü inkişaf etdirmək üsulu elə budur. Bu üsulla siz

öz əqli fəaliyyətinizin həmişə təravətli, orijinal, yaradıcı olmasına nail

olacaqsınız...

Sizdə müstəqil surətdə, başqasının köməyi olmadan doğan fikirlərin

hamısını qeyd edin. Onlar sizin əqli inkişafınız üçün rubin, almaz və təmiz

qızıldan qiymətlidir. Yaxşı olardı ki, bunları kağız parçasında, köhnə məktubların

arxa üzündə, zərflərin tikələrində, qablaşdırma kağızında – əlinizə düşən hər

şeyin üstündə yazasınız. Bu, yazı kağızının uzun vərəqləri üzərində yazmaqdan

hər bir mənada daha yaxşıdır. Burada məsələ təkcə qənaətdə deyil – siz öz

materialınızı qaydaya salmağa başlayanda həmin tikə-parçaları yığmaq və

yerbəyer etmək asan olacaqdır.

Ağlınıza gələn fikirlərin hamısını daim qeyd edin və onların üzərində həmişə

çox ciddi düşünüb-daşının. Bu prosesi sürətləndirmək lazım deyil. Bu, sizə

həyata keçirilməsi bəxş edilmiş ən mühüm əqli səylərdən biridir.

Onun sayəsində sizin şüurunuz əsl yaradıcı qüvvəyə çevrilir...

Siz buna əmin olacaqsınız ki, sizə ən çox həzz verən və sizin pastvanızın

(kilsə icması) həyatı üçün ən çox faydalı olan moizələr – bu məhz özünüzün ən

dərin açıqladığınız moizələrdir. Onlar – sizin öz sümüyünüzdən və sizin öz

ətinizdəndir; sizin əqli övladınızdır, sizin yaradıcı enerjinizin törəməsidir.

Başqalarının fikirlərindən doğan moizələr həmişə elə bil nimdaş kimi, bayat kimi

downloaded from KitabYurdu.org



görünəcəkdir. Yaşayan və nəfəs alan moizələr, yaradana tərif edə-edə məbədə

daxil olan moizələr, insanların ürəyinə sızan, onları qartal kimi yüksəkliklərə

qanad açmağa və onları getməyə borclu olduqları yolla mərdliklərini itirmədən

irəliləməyə məcbur edən moizələr – əsl, onu deyənin həyat enerjisi tərəfindən

doğulmuş moizə də elə bunlardır”.

Linkoln öz çıxışlarına necə hazırlaşırdı

Linkoln öz nitqlərini necə hazırlayırdı? Xoşbəxtlikdən, bəzi faktlar bizə

məlumdur. Və siz burada onun metodu barədə oxuyanda nəzərinizə çarpacaq ki,

dekan Braun öz mühazirələrində Linkolnun ondan dörddə üç əsr əvvəl istifadə

etdiyi fəndlərin bir çoxunu məsləhət görür. Linkolnun ən məşhur nitqlərindən

biri – bu, o nitqdir ki, Linkoln burada peyğəmbərcəsinə vəhylə bu fikri söyləyib:

“Deyilmişdir ki, “bölünmüş ev duruş gətirə bilməz”. Düşünürəm ki, bizim yarı

qullardan, yarı azad insanlardan ibarət olan ölkəmizin hökuməti də duruş gətirə

bilməz”. Bu nitq Linkoln öz gündəlik işləri ilə məşğul olduğu, nahar etdiyi, küçədə

gəzişdiyi, inəyi sağdığı, əlində səbət, nimdaş boz rəngli şərfi çiyninə ataraq

qəssab və ya baqqal dükanına getdiyi, böyrü ilə balaca oğlunun çərənləyə-çə-

rənləyə, sual verə-verə, şıltaqlıq edə-edə yüyürdüyü və atasının uzun bar-

maqlarını dartışdıra-dartışdıra onu cavab verməyə əbəs yerə məcbur etdiyi vaxt

düşünülüb-daşınırdı. Lakin Linkoln öz düşüncələrinə dalmış halda, öz nitqi

barədə fikirləşə-fikirləşə və oğlunun varlığını unudaraq irəli gedirdi.

Bu düşünüb-daşınma və fikirlərin bəslənib yetişdirilməsi prosesində o,

vaxtaşırı qeydlər edir, gah burada, gah da orada köhnə zərflərin, kağız paketlərin

tikələrində – əlinə keçən hər şeyin üstündə ayrı-ayrı cümlələri yazırdı. Bunların

hamısını o vaxta qədər şlyapasının içində saxlayırdı ki, oturub qeydləri müəyyən

ardıcıllıqla düzmək, onların hamısını bütövlükdə nəzərdən keçirmək və çıxış,

yaxud mətbuatda dərc elətdirmək üçün hazırlamaq mümkün olsun.

1858-ci il diskussiyalarında senator Duqlas hər yerdə eyni bir nitqlə çıxış

edirdi. Linkoln isə hər vaxt hazırlaşır, düşünürdü. Və elə ona görə də o, hər gün

təzə nitqlə çıxış edir, köhnəni təkrar etmirdi. Beləliklə, mövzu onun şüurunda

aramsız olaraq genişlənir və dərinləşirdi.

Ağ Evə köçməzdən bir qədər əvvəl o, konstitusiyanın və üç nitqinin

mətnlərini götürür, əlində başqa heç bir şey olmadan Sprinqfilddə dükanın

üstündəki tozlu, qaranlıq otaqda qapanır və prezident vəzifəsinə keçmək

münasibəti ilə öz nitqini yazır.

Bəs Linkoln özünün Gettisberqdəki nitqini necə hazırlamışdı? Əfsuslar olsun

ki, bununla bağlı yanlış məlumatlar yayılmışdır. Lakin həqiqi tarixçə istisnasız

olaraq maraqlıdır. Budur o.

Gettisberq hərbi qəbiristanlığı ilə məşğul olan komissiya onun təmtəraqlı

təqdim edilməsini təşkil etməyi qərara alanda nitqlə çıxış etməyi Edvard Everetə

təklif etdi. O, Bostondan olan pastor, Harvard Universitetinin prezidenti,

Massaçusets ştatının qubernatoru, Birləşmiş Ştatların senatoru, İngiltərədə elçi,

dövlət katibi idi; o, Amerikanın ən istedadlı natiqi kimi qiymətləndirilmişdi.

İlkin olaraq təmtəraqlı mərasim 1863-cü il oktyabrın 23-nə təyin olun-

muşdu. Cənab Everet çox ağıllı bəyanatla çıxış etdi ki, o, belə qısa vaxt ərzində

lazım olan şəkildə hazırlaşa bilməyəcəkdir. Buna görə mərasim, demək olar, bir

ay, noyabrın 19-na qədər təxirə salındı ki, ona hazırlaşmaq üçün vaxt verilsin.

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə