Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə82/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   78   79   80   81   82   83   84   85   ...   208

– Cənab Cekson, bu məqaləni yazmış naməlum şəxs bizi maraqlandırmır.

Həmin adam burada yoxdur. Biz bu xanımı görə bilmirik. Lakin siz və sizin

fikirləriniz bizi maraqlandırır. Siz bizə başqa kimin isə dedikləri haqqında yox,

şəxsən özünüzün nə düşündüyünüz barədə danışın. Deyəcəklərinizə cənab

Ceksonun fikirlərini bacardıqca çox qatın. Niyə də biz elə bu mövzuda gələn həftə

çıxış etməyək? Məqaləni bir dəfə də oxuyun və özünüzdən soruşun ki, müəlliflə

razılaşırsınız, ya yox. Əgər siz razılaşırsınızsa, onun mülahizələrini düşünüb-

daşının və onları öz müşahidələrinizlə illüstrasiya edin. İşdir, əgər

razılaşmırsınızsa, onda elə bunu da deyin və nəyə görə razılaşmadığınızı izah

edin. Qoy bu məqalə sizin öz şəxsi nitqinizin təkan aldığı başlanğıc məntəqə

olsun.

Cənab Cekson bu təklifi qəbul etdi, məqaləni təkrarən oxudu və bu nəticəyə



gəldi ki, məqalənin müəllifi ilə tamamilə razı deyildir. Yeni çıxışına o, metronun

vaqonunda hazırlaşmırdı. Çıxış onun şüurunda tədricən yetişirdi. Bu çıxış onun

beyninin törəməsi idi və çıxış elə bil onun öz övladı kimi inkişaf edir, böyüyür və

forma alırdı. Onun qızları kimi təzə övlad gündüz və gecə, onun bunu ən az dərk

etdiyi vaxt böyüyürdü. Gah hansısa bir qəzetdə nəyisə oxuyanda onda yeni bir

fikir peyda olur, gah da tanışı ilə söhbət əsnasında gözlənilmədən yerinə düşən

misal üzə çıxırdı. O, bütün həftə ərzində boş dəqiqələrində mövzu barədə

fikirləşdikcə bütün bunlar genişlənir, dərinləşir, sıxılıb kipləşirdi.

Növbəti məşğələdə cənab Cekson bu mövzuda çıxış edəndə o, nə isə

özününkü olanı – öz karxanasında hasil etdiyi filizi, öz fərdi zərbxanasında zərb

olunmuş sikkəni təqdim edə bildi. Və o ələlxüsus da buna görə yaxşı danışırdı ki,

məqalənin müəllifi ilə razı deyildi. Fikirlərdə azacıq fərqdən yaxşı stimulyator

yoxdur.

Eyni bir adamın bir həftə ərzində eyni bir mövzuda etdiyi bu iki çıxış necə də



nəzərəçarpan təzad təşkil edirdi!

Düzgün hazırlaşmaq necə də böyük fərq meydana çıxara bilərmiş!

Hazırlaşmaq necə lazımdır və necə lazım deyillə bağlı başqa bir misal

göstərim.

Bizim cənab Flinn adlandıracağımız centlmen natiqlik məharətini

Vaşinqtonda öyrənirdi. Bir dəfə o, öz nitqini paytaxtımızın vəsfinə həsr elədi. O,

bir qəzetin buraxdığı reklam broşürasını tələsik vərəqlədi və ondan faktları əxz

etdi. Və bu faktlar müvafiq surətdə də səsləndirildi – quru, rabitəsiz və aydın hiss

olunurdu ki, material mənimsənilməyib. Natiq öz mövzusu üzərində lazım olan

şəkildə düşünüb-daşınmamışdı, mövzu onu ilhamlandırmırdı. O, haqqında

danışdığını hissiyyatından o qədər dərin keçirməmişdi ki, həmin hissləri

səsləndirməyə dəymiş olaydı. Onun bütün nitqi səthi, zövqsüz və heç kimə lazım

olmayan bir çıxış idi.

Bu, uğurlu ola bilməyəcək bir nitq idi.

Təqribən iki həftədən sonra cənab Flinnə bərk təsir etmiş bir hadisə baş

verdi: ictimai qarajdan onun maşınını oğurlamışdılar. O, polisə cumdu, mükafat

təklif etdi, lakin hər şey əbəs idi. Polis etiraf etdi ki, o, cinayətkarlığa qarşı

mahiyyət etibarilə mübarizə aparmaq iqtidarında deyildir, bu arada isə, bundan

bir həftə qabaq polismen əlində tabaşir küçəni keçərək cənab Flinni onun

maşınının dayanacaqda on beş dəqiqə artıq qaldığına görə cərimə etmişdi. Bu,

downloaded from KitabYurdu.org



işləri başlarından aşdığına görə cinayətkarları tuta bilməyən “tabaşirli polislər”

cənab Flinnin qəzəbinə tuş gəldilər. O özündən çıxmışdı. İndi onun danışmaq

üçün mövzusu – broşüradan əxz edilən yox, öz həyatından götürülmüş mövzusu

var idi. Bu, canlı insanla əlaqədar olan, onun hisslərinə və baxışlarına toxunmuş

bir məsələ idi. Vaşinqtonu vəsf etdiyi nitqində o, bir cümləni zorla o birisi ilə

əlaqələndirirdi; burada isə hələ heç ayağa tam qalxmamışdı və ağzını açan kimi

polisin ünvanına ittiham dolu nitq sel kimi axdı və Vezuvu püskürəndə qaynayan

lava kimi töküldü. Bu cür nitq, demək olar ki, həmişə səhvsiz vurur, bu nitq uğur

qazanmaya bilməzdi. Onun əsasında həyati təcrübə dururdu və o düşünülüb-

daşınmışdı.

Əsl hazırlaşmaq özü ilə nə təcəssüm etdirir

Çıxışa hazırlıq özündə kağıza yazılmış və ya əzbərlənmiş hamar cümlələrin

seçilməsini ehtiva edirmi? Xeyr. Çıxış mahiyyət etibarilə şəxsən sizin özünüzə çox

az toxunan təsadüfi bir neçə fikrin seçilməsidirmi? Əsla yox. Bu hazırlıq sizin

fikirlərinizin, sizin ideyalarınızın, sizin baxışlarınızın, sizin istəklərinizin

seçilməsi deməkdir. Axı sizdə belə fikirlər, istəklər olmamış deyil. Bunlar siz oyaq

olanda beyninizdə hər gün doğulur, onlar hətta sizin yuxugörmələrinizə də sızır.

Sizin bütün mövcudiyyətiniz hisslər və sıxıntılarınızla aşıb-daşır. Bütün bunlar

sizin təhtəlşüurunuzda yığılıb və o qədər çoxdur ki, elə bil çayın sahilində çınqıl

kimidir. Hazırlaşmaq – bu, fikirlər üzərində düşünmək, onları bəsləyib

böyütmək, xatırlamaq, sizi xüsusilə cəlb edənləri seçmək, cilalamaq, onları

müəyyən ardıcıllıqla yerləşdirmək, özünəməxsus mozaika yaratmaqdır.

Bəlkə bu cür proqram sizə həddən artıq çətin görünür? Xeyr, bu, çətin deyil.

Yalnız diqqəti bir qədər cəmləmək və məqsədyönlü surətdə fikirləşmək lazımdır.

Duayt L.Mudi dini düşüncə tarixinə daxil olan çıxışlarını necə hazırlayırdı?

“Bu, sirr deyil, – deyə o, ona verilmiş suala cavab verdi. – Məndə hansısa bir

mövzu yarananda onu zərfin üstünə yazıram. Məndə bu cür zərflər çoxdur. Əgər

mütaliə edərkən nəzərdə tutduğum mövzulara aidiyyəti olan dəyərli nə isə

tapıramsa, onda çıxarışı müvafiq zərfin içinə qoyuram və o, zərfin içində qalır.

Mənim yanımda həmişə qeyd kitabçası olur və əgər kiminsə moizəsində bu

məsələyə işıq sala biləcək nəsə eşidirəmsə, bunu qeyd edirəm, sonra onu zərfə

qoyuram. Bütün bunlar bir il, ya da daha çox qala bilər. Mənə təzə moizə

hazırlamaq lazım gələndə yığılanların hamısını çıxarıram. Öz müşahidələrimlə

yanaşı, bütün bunlar mənə kifayət edəcək qədər material verir. Bundan başqa,

mən öz moizələrimin üzərində daim işləyirəm – onlardan nəyisə çıxarıram,

nəyisə əlavə edirəm. Nəticədə onlar heç vaxt köhnəlmir”.

Yel məktəbinin dekanı Braunun müdrik məsləhəti

Yel İlahiyyat Məktəbi öz yüzilliyini qeyd edəndə onun dekanı Çarlz Reynolds

Braun moizə etmək sənəti barədə mühazirələr silsiləsi ilə çıxış etmişdi. Həmin

mühazirələr eyni başlıq altında Nyu-Yorkun “Makmillan” nəşriyyatı tərəfindən

kitab halında buraxılmışdı.

Doktor Braun bir qərinə idi ki, hər həftə moizələrə hazırlaşırdı, eləcə də

başqalarına moizələri hazırlamağı və onları deməyi öyrədirdi. Buna görə də o,

haqqında söhbət gedən mövzuda bəzi müdrik məsləhətlər verə bilərdi ki, bu

məsləhətlər özü ilə (natiqin 91-ci psalmla bağlı danışmağa hazır olan kilsə

xadimi, yaxud həmkarlar ittifaqları barədə nitqlə çıxış etməyə hazır olan

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə