Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə80/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   76   77   78   79   80   81   82   83   ...   208

Mən bu nəzəriyyəyə riayət etməyə başladım. Əvvəl mən çox şeydən

qorxurdum – qrizli ayılarından tutmuş kəhgir atlara və başkəsənlərə qədər.

Lakin mən özümü elə aparırdım ki, sanki qorxmuram və tədricən, həqiqətən də,

qorxmamağa başladım.

Adamların əksəriyyəti, istək olarsa, eyni şeyi edə bilər”.

Və siz də, əgər istəsəniz, buna nail ola bilərsiniz. “Müharibədə, – demişdi

marşal Foş, – müdafiə olunmağın ən yaxşı üsulu hücum etməkdir”. Buna görə də

öz qorxularınızın üzərinə hücuma keçin. Onların qabağına çıxın, onlarla döyüşün,

onları imkan düşən hər bir vəziyyətdə cəsarətinizlə məğlub edin.

Təsəvvür edin ki, siz hansısa bir naməni çatdırmaq üçün göndərilmisiniz. Biz

naməni gətirənə xüsusi diqqət yetirmirik, bizi onun məzmunu maraqlandırır.

Bütün mətləb məzmundadır. Öz diqqətinizi onun üzərində cəmləşdirin. Onu öz

ürəyinizdə saxlayın. Onu öz beş barmağınız kimi tanıyın. Ona inanın. Ardınca isə

danışın, inandırıcı şəkildə və qətiyyətlə.

Bu cür hərəkət edin və on şans birə qarşı ki, siz tezliklə vəziyyətin yiyəsi

olacaq və özünüzü ələ almağı bacaracaqsınız.

Dördüncü qayda:

təcrübə, təcrübə, təcrübə

Burada yada salmalı olduğumuz axırıncı məsələ, sözsüz ki, ən mühüm

olanıdır. Əgər siz indiyə qədər oxuduqlarınızı unutsanız belə, aşağıdakını yadda

saxlayın: çıxış edərkən özündə inam hissini formalaşdırmaq üçün birinci (onun

özü də axırıncıdır) səhvsiz üsul – bu, bacardıqca çox danışmaqdır. Hər şey

mahiyyət etibarilə bir əsas məqamda cəmlənir – təcrübə, təcrübə və təcrübə. Bu,

hər şey üçün “sine qua non”

28

deməkdir, bunsuz heç nəyin alınmayacağı şərtdir.



“Başlayan hər kəs, – deyə Ruzvelt xəbərdarlıq edir, – “maral sətəlcəmi”

həyəcanına düçar ola bilər. Bu, son həddə əsəbi coşqunluq vəziyyətidir ki, onun

utancaqlıqla ortaq heç nəyi yoxdur. Bu hal ovda birinci dəfə maral görən və ya

döyüşdə iştirak edən hər bir kəsdə olduğu kimi, böyük auditoriya qarşısında ilk

dəfə çıxış edən adamda da meydana çıxa bilər. İnsanın cəsarətə yox, özünü ələ

almaq, soyuqqanlı olmağa ehtiyacı var. Bunu isə yalnız daim təcrübə keçməklə

qazanmaq mümkündür.

O, daimi özünənəzarətlə öz əsəblərini tam şəkildə ələ almağı öyrənməlidir.

Bu, əhəmiyyətli dərəcədə vərdişin, daim səy göstərməyin və daim iradənin

gücünü qabartmağın işidir. Əgər insanın təmayülləri yaxşıdırsa, o, həmin

iradənin gücünün hər təzahürü ilə daha qüvvətli və bir az da qüvvətli olacaqdır”.

Siz auditoriya qarşısında qorxudan yaxa qurtarmaq istəyirsiniz? Gəlin bu

qorxunun nədən doğduğuna baxaq.

“Qorxu cahillik və inamsızlıqdan doğur”, – deyə professor Robinson özünün

“Zəkanın təşəkkül tapması” kitabında yazır. Başqa sözlə desək, qorxu nəticə kimi

təzahür edərək özünə inamın kifayət qədər olmamasından doğur.

Bəs bu, sonuncunu meydana çıxaran nədir? Özünə inamsızlıq öz növbəsində

sizin etməyə həqiqətən qabil olduqlarınızı bilməməyinizin nəticəsi kimi meydana

çıxır. Həmin bu bilməməzlik isə təcrübənin kifayət qədər olmamasından irəli

gəlir. Sizin çiyninizdə uğurlu təcrübə baqajı olanda qorxularınız yox olacaq; onlar

iyul günəşi altında duman kimi əriyib itəcəkdir”.

downloaded from KitabYurdu.org




Bir şey şübhəsizdir: üzməyi öyrənmək üçün suya tullanmaq lazımdır.

Bununla hamı razılaşır. Siz bu kitabı artıq kifayət qədər xeyli vaxtdır ki,

oxuyursunuz. Niyə də siz indi onu bir kənara qoymayasınız və praktiki işdən

yapışmayasınız?

Özünüz üçün bir, yaxşı olardı ki, müəyyən biliklərə malik olduğunuz mövzu

seçin və üç dəqiqəlik çıxış hazırlayın.

Həmin çıxışı təklikdə dəfələrlə məşq edin. Ardınca, əgər mümkündürsə,

adamların və ya dostlarınızın qarşısında çıxış edin, həmin çıxışa bütün qüvvənizi

qoyun.

Xülasə


1. Kursların minlərlə dinləyicisi bu kitabın müəllifinə yazaraq natiqlik

sənətini nə üçün öyrənmək və bunun nəticəsində nəyə nail olmaq istədiklərini

bildiriblər. Demək olar ki, hamının göstərdiyi əsas motiv budur: onlar

həyəcandan yaxa qurtarmaq, publika qarşısında dayanarkən fikirləşməyi

bacarmağı öyrənmək və istənilən miqyaslı auditoriya qarşısında inamla və asudə

danışmaq istəyirlər.

2. Bütün bunları etmək bacarığına yiyələnmək çətin deyil. Bu heç də göylərin

ayrı-ayrı şəxslərə bəxş etdiyi istedad hesab olunmamalıdır. Bu, nə isə poker

oynamağı bacarmaq kimi bir şeydir: istənilən kişi, istənilən qadın – əgər onda

kifayət qədər güclü istək olarsa, özündəki gizli qabiliyyətləri inkişaf etdirə bilər.

3. Təcrübəli natiqlərin bir çoxu auditoriya qarşısında ayrıca bir adamla

söhbət zamanı olduğu ilə müqayisədə daha yaxşı fikirləşir və yaxşı danışır.

Çoxsaylı dinləyicilərin olması onlar üçün stimuldur, onlarda ilham doğurur.

Əgər siz bu kitabda işıqlandırılmış məsləhətlərə dəqiq riayət edərsinizsə,

onda vaxt gələr, siz də eynilə bu cür bacarığa yiyələnər və ictimaiyyət qarşısında

gələcək çıxışlarınızda məmnunluqla belə düşünərsiz.

4. Belə düşünməyin ki, sizinlə bağlı hal – istisna təşkil edir. Sonralar məşhur

natiq olmuş bir çox insan öz fəaliyyətinin başlanğıcında utancaqlıqdan əziyyət

çəkir və auditoriya qarşısında qorxudan az qala iflic vəziyyətə düşürdü. Brayanla,

Jan Joreslə, Lloyd Corcla, Çarlz Stüart Parnellə, Con Braytla, Dizraeli, Şeridan və

bir çox başqaları ilə də eynilə bu baş vermişdi.

5. Tez-tez çıxış etməyinizdən asılı olmayaraq, siz bu utancaqlığı nitqinizin

əvvəlində həmişə hiss edə bilərsiniz, lakin danışmağa başlayandan bir neçə an

sonra o, tamamilə yox olacaqdır.

6. Bu kitabdan qısa vaxt ərzində bacardıqca çox şey əxz etmək üçün

aşağıdakı dörd qaydaya əməl etmək lazımdır:

a) Nitqinizi məqsədə güclü və inadlı can atmaq istəyi ilə başlayın.

Öyrənmək üçün göstərdiyiniz səylərin sizə gətirəcəyi faydaların hamısını

yadda saxlayın. Özünüzdə ruh yüksəkliyi yaradın. Bunun sizə maliyyə və sosial

mənada, eləcə də sizin nüfuzunuzun artması, rəhbər postları tutmaq mənasında

nələr verə biləcəyi haqda düşünün. Yadda saxlayın ki, sizin uğur əldə edəcəyiniz

vaxtın nə qədər tez yetişəcəyi özünüzün məqsədə doğru can atmağınızın

gücündən asılı olacaqdır.

b) Çıxışınıza hazırlaşın. Əgər siz haqqında danışmağa hazırlaşdığınız

mövzunu yaxşı bilməsəniz, özünüzü inamsız hiss edəcəksiniz.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə