Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə77/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   73   74   75   76   77   78   79   80   ...   208

– Bu gün burada həkim iştirak edir və mən doktor Kertisdən beysbolçuların

sağlamlığının mühafizəsi barədə danışmağı xahiş edirəm.

O, bu cür çıxış üçün hazırlıqlı idimi? Əlbəttə, hazırlıqlı idi. Onun çox gözəl

hazırlığı var idi – o, gigiyenanı öyrənirdi və demək olar, bir qərinə ərzində

müalicə edən həkim işləmişdi. O, öz kreslosunda əyləşərək yanında oturan

adamla bu mövzu ətrafında bütün gecəni də söhbət edə bilərdi. Lakin ayağa

qalxmaq və həmin şeyləri qısa şəkildə də olsa, auditoriya qarşısında demək – bu,

tamamilə başqa məsələ idi. Bu, onu iflic etdi, onun ürəyi sürətlə çırpınmağa və

fasilələrlə döyünməyə başladı. O, ömründə heç vaxt ictimaiyyət qarşısında çıxış

etməmişdi və fikirlərin hamısı dərhal beynindən buxarlanıb uçdu.

Nə etmək olardı? İştirakçılar alqışlayırdılar, hamı ona baxırdı. O başını

buladı, ancaq bu, alqışları və xahişləri yalnız gücləndirdi. “Doktor Kertis! Danışın!

Danışın!” sədaları getdikcə ucadan və təkidlə səslənirdi.

Kertis əsl ümidsizliyə qapandı. O bilirdi ki, heç on cümləni də əməlli-başlı

deyə bilməyəcəkdir. Buna görə də ayağa qalxdı və bir kəlmə belə kəsmədən

arxası ilə dostlarına tərəf döndü və dəhşətli çaşqınlıq və alçalma hissi ilə banketi

tərk etdi.

Qəribə deyil ki, o, Bruklinə qayıdandan sonra dərhal mənim natiqlik sənəti

kurslarıma yazıldı. O, özünün bir dəfə də qızarmağa məcbur olmasını, danışmaq

qabiliyyətini başqa yerdə yenə də itirməsini istəmirdi.

Doktor Kertis müəllimin, adətən, fəxr etdiyi tələbələrdən oldu: o, bu işə

fövqəladə dərəcədə ciddi yanaşırdı. O çıxış eləməyi öyrənmək istəyirdi və onun

bu qərarı möhkəm idi. Həkim çıxışlara diqqətlə hazırlaşır, var gücü ilə məşq edir

və bir məşğələ də olsun buraxmırdı.

Və nəticə bu cür tələbələrdə həmişə olduğu kimi idi: onun əldə etdiyi

nailiyyətlər, hətta özünü də heyrətləndirən sürətlə baş verirdi, bu uğurlar onun

ən cəsarətli arzularını da üstələyirdi. Bir neçə məşğələdən sonra həyəcan azaldı,

özünə inam hissi artırdı. İki ay ərzində doktor qrupun ən yaxşı natiqi oldu.

Tezliklə o, başqa yerlərdə çıxış etmək üçün dəvətlər almağa başladı – o, bu hissi,

keçirdiyi ruh yüksəkliyi hissini sevdi, o, bu minvalla qazandığı hörmət və təzə

dostları ilə fəxr edirdi.

Respublikaçılar Partiyasının Nyu-York seçki komitəsinin üzvlərindən biri

doktor Kertisin hansısa bir tədbirdə etdiyi çıxışı eşidən kimi öz partiyasını

şəhərdə təbliğ etmək üçün onu dəvət elədi. Bu siyasi xadim həmin natiqin cəmi

bir il əvvəl auditoriya qarşısında qorxudan dili tutulduğu üçün banketdən pərt və

acınacaqlı halda çıxıb getdiyini bilmiş olsaydı, necə də heyrətlənərdi!

Auditoriya qarşısında çıxış edərkən inam hissini, cəsarəti, sakit və aydın

danışmaq bacarığını formalaşdırmaq özündə adamların əksəriyyətinin təsəvvür

etdiyi çətinliyin heç ondabirini də ehtiva etmir. Bu heç də göylərin yalnız ayrı-

ayrı şəxsiyyətlərə bəxş etdiyi istedad deyildir. Bu, qolf oynamağı bacarmaq kimi

bir şeydir. İstənilən adam, əgər onun kifayət qədər güclü istəyi olarsa, özünün

gizli qabiliyyətlərini inkişaf etdirə bilər.

Sizin oturmuş vəziyyətdə olduğu kimi, auditoriya qarşısında dayananda da

yaxşı fikirləşmək qabiliyyətinə malik olmadığınızı düşünmək üçün heç olmasa

cüzi bir əsas məgər var? Siz, əlbəttə, bilirsiniz ki, bu cür əsaslar yoxdur. Siz bir

qrup adama müraciət edərkən mahiyyət etibarilə daha yaxşı fikirləşməlisiniz.

downloaded from KitabYurdu.org



Dinləyicilərin olması sizi vəcdə gətirməli, sizdə ruh yüksəkliyi doğurmalıdır. Bir

çox natiq deyər ki, auditoriyanın olması stimuldur, coşqunluq doğurur, onların

beynini daha aydın, intensiv işləməyə məcbur edir. Elə bil heç vaxt onların

ağıllarına belə gəlməyən fikirlər, faktlar, ideyalar bu cür məqamlarda, moizəçi

Henri Uord Biçer dediyi kimi, “birdən haradansa peyda olur” və bircə onları

tutub saxlamaq, səsləndirmək qalır. Eyni cür də sizinlə baş verməlidir. Və əgər

siz təkidlə məşq etsəniz, çox güman ki, məhz elə belə də olacaqdır.

Hər halda, siz bunda tamamilə əmin olmalısınız ki, öz üzərinizdə işləmək və

təcrübə sizi auditoriya qarşısında qorxudan azad edəcək və sizə özünəinam hissi

və qarşısıalınmaz cəsarət gətirəcəkdir.

Ağlınıza gəlməsin ki, özünüzlə bağlı hal qeyri-adi dərəcədə çətindir. Hətta

vaxt keçdikcə öz nəslinin ən gözəl nitqli natiqinə çevrilən adamlar da öz

karyeralarının başlanğıcında bu cür izaholunmaz qorxu və utancaqlıqdan əziyyət

çəkib.


Döyüşlərdə bərkimiş veteran, siyasi xadim Uilyam Cenninqs Brayan etiraf

edirdi ki, ilk çıxışlarında onun içalatı əsirdi.

Mark Tven mühazirə oxumaq üçün birinci dəfə kafedraya qalxanda belə hiss

eləmişdi ki, elə bil ağzı pambıqla tıxanıb, nəbzi isə elə döyünür ki, sanki o,

hansısa kubok uğrunda yarışda iştirak edir.

General Qrant Viksberqi ələ keçirdi və həmin dövr üçün dünyada yaradılmış

ən qüdrətli ordulardan birini qələbəyə gətirdi, lakin publika qarşısında çıxış

etmək lazım gələndə, özünün sözlərinə görə, dinamik ataksiyaya

27

çox oxşayan



nə isə baş verdi.

Fransada öz nəslinin ən görkəmli siyasi natiqi olan Jan Jores ilk nitqini

söyləmək üçün, nəhayət, cəsarətini toplayana qədər Deputatlar Palatasında düz

bir il lal-dinməz oturmuşdu.

“Mən birinci dəfə auditoriya qarşısında çıxış etməyə çalışanda, – deyə Lloyd

Corc etiraf edirdi, – sizi inandırıram ki, dəhşətli bir halda idim. Heç nəyi artırıb-

şişirtmirəm, olanı deyirəm – dilim udlağıma yapışmışdı və başlanğıcda mən heç

bir kəlmə də tələffüz edə bilmirdim”.

Məşhur ingilis dövlət xadimi, ABŞ-da Vətəndaş müharibəsi gedən dövrdə

İngiltərədə yunionistlərin tərəfində və qulların azad olunması uğrunda çıxış edən

Con Brayt ilk nitqini məktəbin binasında toplanmış bir qrup kəndlinin qarşısında

etmişdi. O, məktəbə qədər yolda elə həyəcanlanırdı ki, yol yoldaşına yalvarır və

ondan həyəcanı həddən çox seziləcəyi halda onu canlandırmaq üçün əl çalmasını

xahiş-minnət edirdi.

Görkəmli irland siyasi xadimi Çarlz Styuart Parnell ictimaiyyət qarşısında ilk

çıxışlarında, öz sözlərinə görə, çox vaxt yumruqlarını elə bərk sıxırdı ki,

dırnaqları ovcundan qan çıxardırdı.

Dizraeli etiraf edirdi ki, ona süvarilərin hücumuna başçılıq etmək İcmalar

Palatasında birinci dəfə çıxış eləməkdən asan görünürdü. Onun birinci nitqi

biabırçılıqla iflasa uğradı. Eyni hadisə Şeridanın da başına gəlmişdi.

Məşhur ingilis natiqlərinin çoxu öz ilk nitqini uğursuzluqla başlamışdır. Əgər

cavan adamın birinci nitqi aşkar uğurla keçirsə, bu, indi parlamentdə pis əlamət

hesab olunur. Odur ki, həvəsdən düşməyin.

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə