Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə93/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   89   90   91   92   93   94   95   96   ...   208

a) faktların göstərilməsi;

b) bunlardan irəli gələn mülahizələrin deyilməsi;

c) fəaliyyətə çağırış.

5. Siz, çox güman ki, aşağıdakı planın çox faydalı olduğunu hesab

edərsiniz:

a) pis nəyisə nümayiş etdirmək;

b) həmin pisi necə düzəltmək lazım olduğunu göstərmək;

c) əməkdaşlıq barədə xahiş etmək.

6. Budur, nitq üçün bir dənə də əla plan:

a) maraq və diqqətə nail olmaq;

b) etibar qazanmaq;

c) faktları söyləmək;

d) insanları hərəkətə gəlməyə sövq edən motivlər göstərmək.

7. Keçmiş senator Albert C.Beveric məsləhət görürdü ki, mövzunuzu hər iki

tərəfdən işıqlandıran faktlar toplanmalı, öyrənilməli, sistemləşdirilməli,

yoxlanmalıdır. Onları yoxlayın, bunda əmin olun ki, onlar, həqiqətən də,

faktlardır; sonra isə həmin faktların sizi hansı qənaətə sövq etdiyini özünüz üçün

düşünüb-daşının.

8. Linkoln çıxış etməzdən əvvəl öz qənaətlərini riyazi dəqiqliklə düşünüb-

daşınırdı. Onun qırx yaşı və o artıq konqresin üzvü olanda Linkoln sofizmləri

aşkar etmək və öz qənaətlərini sübuta yetirmək bacarığına yiyələnmək üçün

Evklidi öyrənirdi.

9. Teodor Ruzvelt çıxışlarına hazırlaşanda faktların hamısını toplayır, onları

qiymətləndirir, sonra öz nitqini çox sürətlə diktə edir, makina yazısında

düzəlişlər edir və ardınca nitqi artıq yekun halda diktə edirdi.

10. Əgər bacarırsınızsa, öz çıxışınızı lentə yazın və ona qulaq asın.

11. Natiqin əlindəki qeydlər çıxışa marağı əlli faiz məhv edir. Bundan qaçın.

Ən əsası – öz nitqlərinizi oxumayın. Auditoriyanı nitqin oxunmasına dözməyə

məcbur etmək çətindir.

12. Öz nitqinizi düşünüb-daşınandan və yerbəyer edəndən sonra onu küçədə

gedərkən özlüyünüzdə məşq edin. Harada isə təklikdə qapanın və nitqi əvvəldən

axıradək tam şəkildə səsləndirin, jestlərlə, özünüzə sərbəstlik verərək. Təsəvvür

edin ki, siz əsl auditoriyaya müraciət edirsiniz. Siz bunu nə qədər tez-tez etmiş

olsanız, ictimaiyyət qarşısında çıxışınızın vaxtı gələndə özünüzü bir o qədər yaxşı

hiss edəcəksiniz.

Dördüncü fəsil

Yaddaşı necə yaxşılaşdırmalı

“Orta insan, – deyə tanınmış psixoloq Karl Sişor bildirir, – öz yaddaşının

anadangəlmə imkanlarının ən çoxu on faizindən istifadə edir. Qalan doxsan faiz

it-bat olur, çünki o, yadda saxlamağın təbii qanunlarını pozur”.

Siz də belə insanlar sırasına mənsubsunuzmu? Əgər belədirsə, onda siz həm

sosial, həm də kommersiya cəhətdən qeyri-məqbul vəziyyətdəsiniz; deməli, bu

fəsli oxumaq və təkrar oxumaq sizə maraqlı olacaqdır. Burada yadda saxlamağın

təbii qanunları qələmə alınıb, işgüzar və məişət söhbətlərində, eləcə də

ictimaiyyət qarşısında edilən çıxışlarda onları necə istifadə etmək lazım olduğu

göstərilib.

downloaded from KitabYurdu.org



Bu, “yadda saxlamağın təbii qanunları” çox sadədir. İstənilən, necə deyərlər,

“yadda saxlama sistemi” onlara əsaslanır.

Qısa deyilərsə, söhbət təəssüratdan, təkrardan və assosiasiyadan gedir.

Yadda saxlamağın birinci şərti – yadda saxlamaq barəsində haqqında dərin,

rəngarəng və möhkəm təəssürat almaq lazımdır. Bunun üçün isə siz diqqətinizi

cəmləməlisiniz. Teodor Ruzvelt onu tanıyanların hamısını öz gözəl yaddaşı ilə

heyran edirdi. Lakin Ruzveltin qeyri-adi yadda saxlamaq qabiliyyəti bununla izah

edilirdi ki, onun təəssüratları poladın üzərində həkk olunmuşdu, suyun səthində

yazılmamışdı. İnadkarlığı və məşqləri sayəsində o hətta ən əlverişsiz şəraitdə

belə özünü cəmləməyi bacarırdı. 1912-ci ildə, Proqressiv Partiyasının Çikaqoda

qurultayı keçirilən vaxt onun mənzil-qərargahı Konqres hotelində idi. Aşağıda,

onun pəncərələrinin altında kütlə yığışmışdı. Adamlar bayraqları yellədir və

qışqırırdılar: “Biz Teddini istəyirik! Biz Teddini istəyirik!” İzdihamın nəriltisi,

orkestrlərin musiqisi, siyasi xadimlərin gəlişi və gedişi, təcili iclaslar və

məsləhətləşmələr – bütün bunlar adi adamın diqqətini yayındıra bilərdi, lakin

Ruzvelt öz otağında kreslo-yelləncəkdə oturur, heç nəyə diqqət yetirmir və

yunan tarixçisi Herodotu oxuyurdu. Braziliyanın səhralıq rayonlarında səyahət

zamanı dincəlmək yerinə çatar-çatmaz o bir çətirli ağacın altında quru yer tapır,

səyahət stulunu və Hibbonun “Roma imperiyasının zəifləməsi və dağılmasının

tarixi” kitabını götürür və dərhal da mütaliəyə o qədər dərin qərq olurdu ki, nə

yağışı, nə düşərgədəki səs-küyü, nə də tropik meşənin səslərini vecinə almırdı.

Bu adamın oxuduqlarını yadda saxladığına təəccüblənməyə dəyərmi?

Özünü beş dəqiqə ərzində tam, dərin cəmləmək bütöv günlər ərzində əqli

dumanda dala-qabağa getməkdən çox nəticə verər. “Bir saat intensiv fəaliyyət, –

deyə Henri Uord Biçer yazır, – illər uzunu mürgüləməkdən çox fayda verər”.

“Mən hər şeydən vacib olan bir şeyi mənimsəmişəm, – deyə “Betlehem Stil”

kompaniyasının prezidenti, ildə bir milyon dollardan çox məvacib alan Yucin

Qreys bildirmişdi, – və bunu hər gün, istənilən şəraitdə tətbiq edirəm – mən

hazırda məşğul olduğum işin üzərində cəmlənirəm”.

Bu, qüvvənin, baxdığımız halda yaddaşın qüvvəsinin sirlərindən biridir.

Onlar ağacı niyə görə bilmirdilər

Tomas Edison müəyyən etdi ki, iyirmi yeddi nəfər laborant altı ay ərzində

hər gün Menlo-Parkdakı (Nyu-Cersi ştatı) lampa sexindən zavodun əsas binasına

doğru aparan yolla gedib. Yolun kənarında albalı ağacı bitmişdi, lakin həmin

iyirmi yeddi nəfər arasında keçirilən sorğu göstərdi ki, onlardan heç birinin

ağacın mövcud olduğundan xəbəri yoxdur.

“Orta təfəkkürlü adamın beyni, – deyə Edison qızğınlıqla və inamla bildirir, –

gözlərin gördüyünün heç mində birini də qəbul etmir. Bizim müşahidə – əsl

müşahidə qabiliyyətimizin nə qədər miskin olduğu, demək olar, ağlasığmazdır”.

Orta adamı iki və ya üç dostunuzla tanış edin və belə də alına bilər ki, iki

həftədən sonra o, tanış olduğu adamların heç birinin adını xatırlaya

bilməyəcəkdir. Bəs niyə? Ona görə ki o, hər şeydən əvvəl, onlara layiqincə diqqət

yetirməmişdi, onlara diqqətlə baxmamışdı. O, çox güman, sizə deyəcək ki,

yaddaşı pisdir. Xeyr, onun müşahidə etmək bacarığı pisdir. Axı o, dumanlı havada

fotoşəkillərin alınmadığına görə fotoaparatı mühakimə etməyəcək, amma istəyir

downloaded from KitabYurdu.org




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə