Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə92/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   88   89   90   91   92   93   94   95   ...   208

Li kapitulyasiyanın şərtlərinin Qrant tərəfindən yazılı surətdə ifadə

edilməsini istəyəndə Federasiyanın Hərbi Qüvvələrinin komandanı general

Parkerə müraciət etdi və ona yazı ləvazimatlarının verilməsini xahiş elədi. “Mən

lələklə kağıza toxunanda, – deyə Qrant öz “Memuarlar”ında yazır, – hansı sözdən

başlayacağımı bilmirdim. Mən yalnız nəzərimdə nə tutduğumu bilirdim və bunu

aydın surətdə, heç bir ikibaşlılıq olmadan ifadə etmək istəyirdim”.

General Qrant, sizə hansı sözdən başlamalı olduğunuzu bilmək lazım deyildi.

Sizin fikirləriniz var idi. Sizdə elə bir şey var idi ki, siz onu deməyi və aydın

deməyi çox istəyirdiniz. Nəticədə sizin adi sözləriniz kağızın üzərinə xüsusi səy

göstərmədən axdı. Eyni şey istənilən adama da aiddir. Əgər siz bunda şübhə

edirsinizsə, bir kəsi vurub yerə yıxın. O ayağa qalxanda bəlli olacaq ki, öz

hisslərini ifadə etmək üçün ona söz axtarmaq lazım deyil.

Horatsi iki min il əvvəl yazırdı:

Yazmağa başlamazdan nizamla fikirləşməyi öyrən,

Filosofların kitabları bu işdə sənə layiqli örnək olar.

Fikrin arxasınca ifadələr isə artıq özbaşına gələcək.

Siz fikirlərinizi artıq cəmləmiş olandan sonra öz nitqinizi əvvəldən axıra

qədər məşq edin. Bunu səssiz, beyninizdə, qəhvədanın qaynamasını gözləyəndə,

küçə ilə gedəndə, lifti gözləyəndə edin. Boş otağa girin və nitqi hündürdən,

jestikulyasiya edə-edə, enerjili surətdə, canlı-canlı səsləndirin.

Kenterberidən olan övliya (keşiş) Noks Littl deyərdi ki, kilsə xadimi moizəni

beş dəfə deməyənə qədər moizə pastvaya

32

heç vaxt tam həcmdə çatmaz. Bəs



siz məruzənizi bir neçə dəfə məşq etmədən onun dinləyicilərə çatacağına necə

ümid edə bilərsiniz? Siz məşq edən vaxt təsəvvür edin ki, qarşınızda auditoriya

var.

Bunu özünüzdə bacardıqca canlı şəkildə təsəvvür edin və onda əsl auditoriya



qarşısına çıxanda sizə belə gələcək ki, onun qarşısında artıq çıxış etmisiniz.

Fermerlər niyə fikirləşirdilər ki,

Linkoln “dəhşətli tənbəldir”

Əgər siz natiqlik sənətini bu tərzdə təcrübə edərsinizsə, onda bir çox məşhur

natiqin nümunəsini dəqiqliklə təkrar etmiş olacaqsınız.

Lloyd Corc öz doğma şəhəri Uelsdə diskussiya cəmiyyətinin sədri olanda tez-

tez əkin sahələrində gəzir, jestikulyasiya və nitqləri ilə ağaclara və dirəklərə

müraciət edirdi.

Linkoln cavanlıq illərində otuz-qırx mil məsafəni piyada gedirdi ki, Brekenric

kimi məşhur natiqi dinləsin. Bundan sonra Linkoln evə o qədər vəcdə gəlmiş,

natiq olmaq istəyi möhkəm yer tutmuş halda qayıdırdı ki, sahədə öz ətrafına

başqa muzdlu kəndliləri yığır və kötüyün üstə qalxaraq nitq söyləyir, müxtəlif

əhvalatlar danışırdı. Onun xozeyinləri hiddətlənir və deyirdilər ki, bu kənd

Siseronu – “dəhşətli tənbəldir”, onun zarafatları və laqqırtıları başqa işçiləri

yoldan çıxarır.

Askvit Oksfordda kilsə yanındakı diskussiya klubunun fəal üzvü olandan

sonra sərbəst danışmağı öyrənmişdi. Sonralar o, özünün belə bir klubunu

yaratdı. Vudro Vilson danışmağı diskussiya cəmiyyətində öyrənirdi. Eyni şeyi

Henri Uord Biçer və qüdrətli Berk də etmişdi. Sufrajist

33

xanımlar Antuanette



Blekuell və Lyusi Stoun eyni cür hərəkət etmişdilər. Elihyu Rut natiqlik sənətinə

downloaded from KitabYurdu.org




Nyu-Yorkda 23-cü küçəsinin Gənclərinin Xristian Assosiasiyası nəzdindəki ədəbi

cəmiyyətdə məşqlərlə başlamışdı.

Məşhur natiqlərin ömür yolları ilə tanış olun və görəcəksiniz ki, onların

hamısı eyni bir şeyi edib – MƏŞQ EDİB. Və haqqında söhbət gedən kursların

dinləyiciləri arasında ən çox uğur əldə edənlər də hamıdan çox məşq edənlərdir.

Bunun üçün sizin vaxtınız kifayət etmir? Onda hüquqşünas və diplomat

Cozer Çot kimi hərəkət edin. O, səhər qəzetini alır və nəqliyyatda gedəndə heç

kimin ona mane olmaması üçün üzünü onunla örtürdü. Müxtəlif hadisələr və hər

cür şayiələri oxumaq əvəzinə isə o, edəcəyi çıxışlar üzərində düşünüb-daşınır və

onları planlaşdırırdı.

Çonsi M.Depyu dəmir yolu kompaniyasının idarə heyətinin sədri və ABŞ

senatoru olanda çox məşğul adam idi. Və bütün bunlarla yanaşı, o az qala hər

axşam nitqlə çıxış edirdi. “Mən bunun işgüzar fəaliyyətimə mane olmasına yol

vermirdim, – deyirdi o. – Nitqlərin hamısı mən axşam işdən evə qayıdanda

hazırlanırdı”.

Bizim ixtiyarımızda hər gün bir neçə saat vaxt var ki, həmin vaxt biz

istədiyimiz hər şeyi edə bilərik. Darvin isə özünə elə də çox vaxt ayıra bilmirdi,

çünki onun səhhəti zəif idi. İyirmi dörd saatdan ağılla istifadə etdiyi üçün o

məşhur oldu.

Teodor Ruzvelt Ağ Evdə olanda, tez-tez olurdu ki, onun səhər vaxtının hamısı

çoxsaylı beş dəqiqəlik söhbətlərə gedirdi. Lakin o, yanında həmişə kitab

saxlayırdı ki, həmin görüşlərin arasında ələ keçən hətta saniyələri də istifadə edə

bilsin.

Əgər siz çox məşğulsunuzsa və sizin vaxtınız azdırsa, Arnold Bennetin



“Sutkada 24 saatı necə yaşamalı” kitabını oxuyun. Onu yan cibinizə qoyun və

asudə dəqiqələrinizdə oxuyun. Mən bu minvalla həmin kitabın öhdəsindən iki

günə gəldim. O, sizə vaxta qənaət etməyi, öz günlərinizdən daha yaxşı istifadə

etməyi öyrədəcəkdir.

Sizə nəfəsinizi dərmək, daimi işinizi başqa bir məşğuliyyətlə əvəzləmək

lazımdır. Natiqlik sənəti üzrə təcrübə toplamaq elə bu olmalıdır. Evdə öz

ailənizin üzvləriylə nitqlərin improvizə edilməsi oyununu oynayın.

Xülasə


1. Napoleon deyirdi ki, “müharibə sənəti – bu, ölçülüb-biçilmiş və düşünülüb-

daşınılandan başqa heç nəyin alınmadığı bir elmdir”. Bunun ictimaiyyət

qarşısında çıxışlara aidiyyəti hərbi əməliyyatlardan heç də az deyildir. Çıxış – bu,

marşrutu xəritədə qeyd edilməli olan səyahətdir. Hara getdiyini bilməyən natiq,

adətən, naməlum yerə gəlib çıxır.

2. Fikirlərin təşkilinin və nitqlərin quruluşunun nöqsansız, dəmir qaydaları

mövcud deyildir. Hər bir çıxış özünün fərdi, xüsusi problemlərini yaradır.

3. Natiq toxunduğu məsələni ətraflı işıqlandırmalı və bir daha ona

qayıtmamalıdır. İllüstrasiya qismində mükafata layiq görülmüş Filadelfiya

haqqında nitqi göstərmək olar. Bir məsələdən digərinə sıçramaq və təzədən

onun üzərinə qayıtmaq lazım deyil – bu, ala-toranlıqda ora-bura cuman yarasanı

xatırladan mənasız vurnuxmadır.

4. Mərhum doktor Konuell öz çıxışlarının bir çoxunu aşağıdakı plan üzrə

qururdu:


downloaded from KitabYurdu.org


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə