Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

İndi saat altıdır, axşam saat onun yarısında isə Şarko məni evinə qonaq çağırıb.

Qorxuram, bugünkü qonaqlıq mənim üçün çox da ilginc olmasın. Bu qonaqlığa, birinci

qonaqlıqda olduğu kimi, çox da bərk hazırlaşmıram. Özümlə götürdüyüm kiçik

dozada kokain, elə bilirəm, mənim dilimi açmağa kömək eləyəcəkdir. Şarkonun

evindəki qonaqlığın necə keçdiyini sənə gələn məktubumda bütün genişliyi ilə

yazaram, indi isə sənin mənim kimliyimlə bağlı qınaqlarından söz açıb, dediklərinin

doğru olduğunu bildirmək istəyirəm. Sən bunu yaxşı bilirsən, insanın yaxşılıqsevərliyi,

yaşamda çox az durumlarda ona köməklik eləyir, çoxunda isə onu, demək olar,

qaragünlü eləyir. Bunun tərsinə olaraq, insanın kimliyində özünü göstərən kiçik

çatışmazlıqlar və onun böyük olmayan yanlışlıqları, çox vaxt görürsən, onun çıxış yolu

tapmağına və xoşbəxtliyinə yardımçı olur.

Məncə, sənin Barnayslar soyunun özəllikləri ilə bağlı yazdıqların da doğrudur.

Ancaq mən bu özəlliklərdən şikayətçi deyiləm. Sənin soyunda özünü göstərən,

olayları bir az şişirtməyə çalışmaq özəlliyi olmasaydı mən, çox ola bilsin, sənin sevgini

qazana da bilməzdim. Birdən, necəsə, mənim gözləntilərim də səninki kimi belə ağır

durumlarla üzləşsəydi, onda mənim hansı duyğuları yaşayacağımı demək çox çətindir,

ancaq bütün bu: yoxsulluğuma, olduqca yavaş-yavaş uğur qazanmağıma, işimin çox

vaxt düz gətirməməyinə, yersiz dəymədüşərliyimə, əsəblərimin yerində olmamasına

və çoxlu ağır qayğılarıma baxmayaraq, mən özümü xoşbəxt saymaqdayam. Mənə bu

sarsılmaz gücü verən isə, sənin mənim olacağına inamım və özümün də sənin

tərəfindən sevildiyimə olan arxayınçılığımdır. Mən səninlə həmişə açıq danışmışam,

deyilmi? Mən bütün durumlarda, istənilən insanda, o sıradan qadınlarda da, hər -

şeydən öncə onların ən yaxşı özəlliklərini görməyə çalışıram. Bu baxışlarım istənilən

yaşda olan insanlar üçün də belədir. Bununla bağlı sənə belə geniş yazmağımın bir

niyəsi var, bizim qarşılıqlı ilişkilərimizin sonucunu mən yalnız belə görürəm: biz gərək

həmişəlik bir yerdə olaq. Mən bu konuda çoxlu düşünüb-daşınandan sonra, ancaq

sənin mənim olmağından başqa bir şey istəmədiyimi anlaya bildim. Bir sözlə, sən

mənə olduğun kimi, necə varsansansa elə də gərəksən.

... Doğrudanmı, mən deyilən kimi, görünüşcə çox yaraşıqlıyam? Sözün açığı, mən

özümdə nəsə bir qeyri-adilik, daha doğrusu, bir qəribəlik olduğunu duyuram. Məncə,

bunun niyəsi, gəncliyimdə olduqca toxtaq, yaşa dolanda isə çox çılğın olmağımla

bağlıdır. Ötənlərdə mənim biliksevər və özünəvurğun birisi olduğumu deyərdilər.

Mən çox vaxt təbiətin məni görünüşcə dahiyə oxşatmasını onun mənə qarşı

yamanlığı sayaraq ondan inciyərdim. Doğrudan da, təbiətin belə anlaşılmazlıqları çox

olur, görürsən, gözlənilmədən, kiməgəldi, necəgəldi, dahilik möhürü vurub ortaya

çıxarır. Mən indi dahi olmadığımı bilirəm və bunu bilən gündən, özümün nə üçün

dahi olmaq istədiyimi heç cür anlaya bilmirəm. Çox ola bilsin, mənim böyük bir

istedadım da yoxdur. Ancaq mənim kimliyimdə olan bir sıra özəlliklər, olduqca

əməksevər bir kimsə olmağıma gətirib çıxarmışdır. Ona görə də, qazandığım uğurların

mənim çox böyük intellekt yiyəsi olmağımla bağlı olmadığını düşünürəm. Ancaq mən

bir şeydən arxayınam, insanın kimliyində belə özəlliklərin olması onu yavaş-yavaş olsa

da, gerçəkliyi anlamağa doğru aparır. Mənim oxuyub işləməyim üçün yaxşı maddi

imkanlarım olsaydı, onda Notnageldən daha çox işlər görə bilərdim və ola bilsin,

Şarkonun qalxdığı ucalığa çata da bilərdim. Bu heç də mənim onlar təki olacağım kimi

downloaded from KitabYurdu.org



anlaşılmamalıdır, birincisi, onlar kimi əlverişli maddi durumum, bundan başqa da,

məni içəridən tərpədəcək mənəvi gücüm və dahilik enerjim yoxdur. Deyəsən, yaman

çox yanşaqlayıram a!

Mən büsbütün başqa söz demək istəyirdim. Məni, ən çox da bu yad yer olan

Parisdə, özünəvurğun və qapalı adam olmaqda qınayanların yanıldıqlarını demək

istəyirdim, gör hara gəlib çıxdım. Qarşılaşdığım pis adamların, elə adi sayılan

adamların da çoxunun, davranışları məndə adamlara qarşı belə bir inamsızlıq

yaratmışdır və buna görə də öz yalqızlığımı onlarla qaynayıb-qarışmaqdan üstün

tuturam. Düzdür, iş yoldaşlarım və tabeliyimdə olan adamlarla qurduğum yaxşı

ilişkilər bu baxımdan məni ovundurur. Ancaq, sözün düzü, məndən azacıq üstün

mövqedə dayanan insanlarla ilişkilərdə mən onlardan çoxlu yamanlıqlar gördüyümü

deyə bilərəm. Bütün bunlardan gəldiyim sonuc isə belədir: yaşamın ağrı-acılarına

qarşı dayana bilmək üçün gərək bacardıqca müstəqil və güclü olasan.

Mən hələ məktəbdə oxuyanda özümün olaylara fərqli yanaşmağımla seçilər, ən

kəskin ideyaları bəyənər, onları yaymağa çalışardım. Habelə, bunu düşünərəkdən

eləyər, bütün bu elədiklərimə görə cavab verməli olacağımdan da çəkinməzdim. Çox

vaxt, mənə elə gəlir, bu üsyankarlığımın və çılğınlığımın niyəsi, ulu babalarımın öz

torpaqlarından qovulmaları, öz müqəddəs məbədlərini və inanclarını itirmələri ilə

bağlıdır. Ona görə də, mən hansısa böyük ideyaya görə özümü qurban verməyə

sevincək atılacaq bir durumdaydım. Müəllimlərim bu davranışlarıma görə çox tez-tez

məni söyüb yamanlayardılar. Ancaq bir az sonra, mənim sinifdə ən yaxşı dərs oxuyan

öyrənci olduğumu və yaşıdlarımın mənə çox böyük sayğı ilə yanaşdıqlarını görüb,

daha məndən atama şikayət eləməyi yığışdırdılar.

Bilirsənmi, bir dəfə gecə vaxtı Breyer mənə nə demişdi? Mən onu özümə yaxın

bildiyimdən, bizim necə adaxlandığımızı, habelə, bununla bağlı başqa ürək sözlərimi

də açıb ona demişdim. O gecə, onunla başqa konularda da çox danışmışdıq. Onun

deməsinə görə, mən üzdən çəkingən və utancaq olsam da, içdən çox kəskin və

dönməz baxışları olan birisiyəm. Sözün düzü, mən də çoxdan özümlə bağlı belə

düşünürdüm, ancaq bu düşüncələrimi başqa birisi ilə bölüşməyə ürək eləmirdim.

Bundan başqa da, mən öz düşüncələrimi sözlə və şeirlə yetərincə açıqlamağı da

bacarmıram. Ona görə də, içimdəki bu qızğınlığı örtülü saxlamağa üstünlük verirəm.

Ola bilsin, məni dərindən izləyə bilənlər bu özəlliyimi duyurlar. Görürsənmi, mənim

incim, necə bir sayalıqla öz ürəyimdəkiləri açıb tökürəm. Sözün düzü, bütün bunları

mənə dedirdən azacıq dozada qəbul elədiyim kokaindir, məni belə açıq danışdıran

onun gücüdür. İndi isə mən gərək çağırıldığım qonaqlığa tələsəm. Sabah sənə

Şarkonun evindəki qonaqlığın necə keçdiyini doğru-düzgün, olduğu kimi yazmağa söz

verirəm. Sən hər dəfə, məktublarında, mənimlə danışmağın çox maraqlı olduğunu

yazırsan. Ona görə də, mən Vyanadakı doğmalarıma da Şarkodan da, səndən də

bilgilər yazıram. Ancaq, nə olursa olsun, yenə də özümü düşdüyüm bu yalqızlıqdan

qurtara bilmirəm. Sənə ürəkdən gələn alqışlarımı yetirirəm.

Sənin Ziqmundun

downloaded from KitabYurdu.org




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə