Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

ingilislər üçün və sözsüz, ingiliscə mühazirələr oxuyuram. Onlar mənim

mühazirələrimə böyük axınla gəlirlər.

Sonra biz biri-birimizin əlini bərk-bərk sıxıb ayrıldıq, mən onun yanından tezliklə

ən gənc dosent olmaq umdusu ilə çıxdım.

Dosentliyə namizədlik üçün diləkçəni gələn həftə verəcəyəm.

Bu dəfə “qızıl ilan” sürüşüb əlimdən çıxa bilməyəcək.

Minlərlə öpüşlərimi göndərirəm.

Sənin Ziqmundun

17 Ziqmund Froudla Marta Bernays 17 iyun 1882-ci ildə adaxlandıqlarından,

Froud bütün ayların on yeddisini özəl bir gün kimi vurğulayırdı.



Vyana, dördüncü gün, 7 may 1885-ci il

Mənim balaca şahzadə xanımım!

Bu gün sənin göndərdiyin ərməğanları aldım. Onlar məni çox sevindirdi. Portfel,

mənə indi əlyazmalarımı yığmaq üçün çox gərəkdir, bloknot isə resept yazmağa çox

gözəl yarayacaqdır. Ancaq göndərdiyin bloknot elə gözəldir, sözün düzü, onu

gündəlik işlərdə yararlanıb, tükətməyə əlim gəlmir.

Göndərdiyin keksin necə dadlı olduğunu sözlə demək çətindir. Mən keksin belə

dadlı olduğunu bilməzdim.

Sənin mənə göstərdiyin bu ürəyiyananlıq mənim ovqatımı yüksəltdi və beynimdə

bir sıra düşüncələr yaranmağa başladı. Bu düşüncələrimin özəti belədir: evliliyə

hazırlaşmaq çox önəmli bir işdir və bu hazırlığı evlənənədək görüb qurtarmaq olası

bir iş deyildir.

Bütün bunları düşündükcə ürəyimdə belə bir istək yarandı: biz bu çəkdiyimiz

ağrı-acılara son qoymalı, toyumuz üçün təyin olunmuş 17 dekabr 1886-cı ili gözləməli

deyilik. Daha belə davam eləyə bilməz, biz gərək tezliklə evlənək. Evlilikdə biri-

birimizə qarşı dözümlü olsaq, hər şey yoluna düşəcəkdir. İndi mənim əlimdə olan pul

toyumuzu eləməyə yetər. Evliliyin ilk çağlarını sənin pulunla dolanarıq, sonra mən

qurduğumuz ailəni dolandırmaq üçün yetərincə pul qazana biləcəyimə arxayınam.

Mən bu istəyimin üzərində çox götür-qoy eləmişəm. Onun gerçəkləşməsi indi

yalnız bir nəfərin istəyindən asılıdır – o bir nəfər sənsən, Marthen.

Bugün iş günüm olmadığı üçün evdə qalmışdım, bundan yararlanıb çox ürəkli bir

addım atdım – dərzi Tişerin yanına gedib, mənə indi çox gərəkli olan, iki kostyum

sifariş verdim. Bilmirəm, düz eləmişəm, yoxsa yox.

Hər halda umarım, görüşəndə qucağını geniş açıb məni bağrına basacaqsan.

Gecən xeyrə qalsın, mənim çox dəyərli dəfinəm. İndi gecə saat ikinin yarısıdır.

Daha bir gün sonsuzluğa gömüldü, sabah yenə də işə getməliyəm.

Bacın Minneyə mənim adımdan çiçək bağışlasan sevinərəm.

downloaded from KitabYurdu.org




Çox ola bilsin, sabah sənin məktubun da gəlib çıxsın, sevgilim.

Sənin Ziqmundun



Vyana, şənbə günü, 6 iyun 1885-ci il

Beləliklə də, çoxdan gözlədiyim iş düzəldi. Bugün məni kollokviuma çağırdılar, orada

iyunun on üçündə professorlar kollegiyası – elmi şuranın qarşısında çıxış eləməli

olduğumu öyrəndim. Bu da qarşıda məni gözləyən bir imtahandır elə. Bu sınaqdan

necə çıxacağımı isə indidən deyə bilmərəm.

İndi gərək bu çıxışa gedəndə geyinmək üçün özümə silindr və əlcək də alam,

üstəlik bir abırlı kostyum da almalıyam. Deyəsən, elmi şuranın qarşısına frakda

çıxmalıyam. Sözün düzü, düşüncələrim haçalanır, bilmirəm, bu frakı tikdirim, yoxsa

birovuz götürüm. Düzdür, mən dərzi Gillerə, çöl-bayırda geyinmək üçün, kostyum

tikməyi sifariş vermişəm, ancaq indi bilmirəm, bu kostyumu tikdirməyə dəyərdimi? İş

burasındadır, frakı birovuz götürüb professorların qarşısına çıxanda geyinsəm, gərək

onu saxlayıb bir də, sınaq mühazirəsi oxuyanda da geyinəm. Mənə iki qara rəngdə

kostyum da gərəkdir. Ancaq bilmirəm, onları tikdirməyə pul tapa biləcəyəmmi?

Özümü büsbütün itirmişəm, işin çoxluğundan başım fırlanır!

Məzuniyyətə çıxmaq üçün icazə aldım, üstəlik yol pulunu ödəmək üçün gərəkən

qədər pul da borc eləyə bildim. Bundan başqa da, Oberştayndan məktub aldım, o

mənə bir həftəlik öz evində otaq ayırdığını yazır. Bu mənim işimi yüngülləşdirir və

işlərimi yoluna qoya bilmək üçün mənə ümid verir.

Pulsuzluq nə yaman ağır dərd imiş, sevgilim. Oturub düşünürəm, elmi

məqalələrə bunca az pul ödəyirlərsə, bu alimlər öz ailələrini necə dolandırırlar,

aldıqları bu azacıq pulları biri-birinə calayıb necə yaşaya bilirlər? Boqentsdən

Atemədək olan yolu gedəndə öz işimlə bağlı soruların üzərində düşünməyə imkanım

olmayacaqdır, bu da bir yandan məni kədərləndirir. Beynin anatomiyası ilə bağlı,

kolleqalarımızla başladığımız birgə işdən ayrılmağım heç yaxşı olmadı...

Bizim adaxlandığımız günlə Minnanın ad gününün eyni vaxta düşməsi ilgincdir,

deyilmi? Bizim adaxlandığımız bu ay gözəl olaylarla dolub daşır. Bunların hamısı yaxşı

bir sonluqla bitsəydi nə gözəl olardı.

Amerikalı xəstəm ayın birində mənə iyirmi qulden müalicə haqqı verdi, mən bu

pulları səninlə Minna üçün saxlamışam. O mənə çatası iki həftəlik müalicə pulunun

hamısını ödədi, ancaq elə bilirəm, o gərək mənim şahzadə xanımım və onun bacısı

üçün hələ bir az da töycü ödəsin.

Bu gəzintiyə çıxana kimi təqaüdümü də ala bilsəm, çox yerinə düşərdi. Mən yenə

də, razılaşdığımız kimi, sizinlə birgə, Vandebekə səyahət eləmək istəyirəm. Ancaq bu

gəzintiyə xərcləməli olacağımız, mənim üçün az pul olmayan, yüz quldeni toplaya

bilmək çox çətindir. Bizim ürəyimizcə olacaq bu gəzintidən daşınmaq isə mənim üçün

downloaded from KitabYurdu.org




çox ağırdır. Ancaq, sözün düzü, yüz qulden də bu gəzinti üçün çox az puldur, hələ

səfərimiz vaxtı mən sənə nəsə alıb bağışlamasam belə, yenə bu pulu çox qənaətlə

xərcləməli olacağıq. Qabaqda bir on günlük də işim var, ola bilsin, bir az da pul artıra

bildim. Deməyi unutmuşdum, yeni bir qazanc yeri də tapmışam. İndi mən baron S.

adlı bir xəstəni müalicə eləyirəm. O indiyədək iki dəfə mənim qəbulumda olub, bu ay

hələ iki dəfə də konsultasiya üçün gəlməlidir.

Doğrudan da çox ağır bir durumdur: mən bu pulsuzluqdan necə qurtulmaq üçün

yol tapmaqda çox ərincəklik eləyirəm. Bir yandan da bu dözülməz istilər adamı

təntidir!

Marthen!!! Sən, sözsüz, mənim bu gün necə bir çıxılmaz duruma düşdüyümü və

bu darlıqdan çıxış yolu tapa bilmədiyimi anlayırsan.

Məktubunu mənim köhnə ünvanıma göndər.

Səni var gücümlə bağrıma basıram, mənim dəyərli dəfinəm.

Sənin Ziqmundun



Vyana, şənbə günü, 20 iyun 1885-ci il, axşam

Mənim bambalaca şahzadə xanımım!

Gün gələcək, hər şey çox gözəl olacaq – mən varlanacağam, əlim-qolum açılacaq

və sənə çox gözəl sovqatlar gətirəcəyəm, sonra Parisə gedib orada böyük alim olub,

başımda müqəddəslərin nimbası (xristian ruhanilərinin rəsmlərində, onların

başlarının üstündə görünən işıqlı çevrə) ilə Vyanaya qayıdacağam və biz evlənəcəyik.

Mən bütün sağalmaz əsəb xəstəliklərini sağaldacağam, səni öz alovlu öpüşlərimlə

xəstələnməyə qoymayacağam, həmişə sağlam olacağıq, sevinclər və gülüşlər içində

keçən bir ömür sürəcəyik. İşimiz ancaq yaşamaq olacaq –ölməyəcəyik.

Öncə istədim sənə teleqram vurub, elmi şurada, səkkiz səsə qarşı on üç səs

almaqla dosent seçilməyimi sənə çatdıram. Ancaq sən onda bu seçkidə baş

verənlərlə bağlı bilgisiz qalardın deyə, bunu eləmədim, bir də mənim xəttimlə

yazılmış bu açıqcanın da sənin üçün dəyərli olduğunu bildiyimdən, məktub yazmağa

üstünlük verdim.

Sənin ürəyinə daman o beş yüz marka, üstəgəl altı yüz səkkiz qulden pulumuzun

olması deyəsən çin olacaqdır. Əlimdə bir iş var, onun baş tutmasından çox şey

gözləyirəm. Mənə elə gəlir, iş yoldaşlarım olan professorlar mənim onlarla bir sırada

olmağımı çox da bəyənmirlər. Bu məni pisikdirə bilməz. İyun mənim üçün ayların

gözəli olduğundan, bu ayın mənə illər öncəsi gətirdiyi sevinc ilə yetinirəm.

Elmi şuradakı səsvermədən keçəndən sonra, ümumi yığıncaqdakı səsvermədə üç

səsə qarşı doxsan səs qazanmaqla dosent vəzifəsinə təyin olundum. Öncə mənə qarşı

bir səs verilmişdi, bir az sonra məni istəməyən daha iki nəfər gəlib çıxdı.

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə