Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   2   3   4   5   6   7   8   9   ...   32

haqqında düşünür, ancaq çox uzun çəkən götür-qoydan sonra bu işdən əl çəkir.

Deyəsən bu, Götenin “Vilhelm Meysterin özünə qapıldığı illər” dramında verilən

nağılda olmalıdır. Bu süjet mənim istəklərimin dumana bürünmüş təsviridir.

Üstündən neçə il keçəndən sonra mən bu kitabı tapıb bir də oxudum və

yanılmadığımı gördüm. Bu kitabı oxuyanda, orada, axtardığımdan çox şeylər tapdım.

Buradakı oxucunu əyləndirən yüngül eyhamlar gözlənilməz və təkəmseyrək olsa da,

bizim ilişkilərimizlə bağlı çoxlu şeyləri mənə andırdı.

Ancaq sonradan, sənin məndə yaratdığın özüməinamı xatırlayıb bu kitabdan üz

döndərdim, onu bir qırağa tullayıb: “Mənim Martam bu kitabdakı kimi bir pəri

deyildir, gözəl bir insan övladıdır” deyərək, toxtaqlıq tapdım. Bildiyimə görə, biz

yumorla danışanda da biri-birimizi çox gözəl anlaya bilirik, ancaq ola bilsin, sən

Vilhelm Meyster haqda olan bu kiçik kitabçanı vərəqləyib burada sənə oxşar olan

kimisə axtardığıma görə məndən inciyə də bilərsən. Sözün düzü, mənim baş-beynimi

aparan bu yaramaz fantaziyalarla sənin başını ağrıtmağı heç istəməzdim.

Sevimli Marthen

1

, bu məktubu birdəfəyə yazmamışam. Eli



2

ilə Şenberq dünən

mənim yanıma gəlmişdilər, bu axşam yenə də mənimlə idilər; dünən onlarla bir neçə

qız da buraya gəlmişdi. Qızların könlünə toxunmamaq üçün mən onlara qulluq

göstərməli, onlarla danışmalı oldum, ancaq onlarla vaxt keçirməkdənsə təkliyə

qapılmaq daha çox ürəyimdən olardı.

Mənim əyləncəmə bax, Şenberqin enerji və doğruculluq yağan üzünə baxıram,

onun gözlərindən bir yığın alabəzək xatirələri oxuyub sevinirəm. Bütün bu xatirələrin

baş qəhrəmanı isə sənsən, ay mənim möcüzə yaradanım... İkimizin də tanıdığımız

Şenberqə baxıb səni xatırlaya bilməyim, onu get-gedə mənim üçün ən doğma birisinə

çevirir.

Səninlə vağzalda ayrıldığımız anları, sənin, arxamca baxıb, əlini yellətməyini

xatırlayıram. Eli bugün sənin yaxın günlərdə buralara gəlmək istədiyini deyəndə,

deyəsən, ən böyük arzuma çata biləcəyimi düşündüm.

Sənin qardaşın Vyanada, bizdə olanda könlü açılır. Mənə yalqızlığımı

unutdurmağa da çalışır, ancaq mən ona, sənin buralara gəlmək sorağını alandan

sonra, artıq yalqız olmadığımı deyib, ürəyinə toxunmaq istəmədim. Bundan başqa da,

mən iş yerimdə özümə yaxşı bir əyləncə tapmışam, özümü belə bir inam ilə

ovuduram: Marta çox uzun bir müddətə mənim olacağına görə, o, uzun bir ömür

sürə biləcəkdir.

Mənim istəkli adaxlım! İndiyədək sənin taleyinlə özümünkünü qırılmaz tellərlə

bağlamağa, səni bütün sevinclərimizi və kədərlərimizi bölməyə çağırmağa ürək

eləmirdimsə, indi, elə bilirəm, bunu eləmək çağı gəlib çatıbdır. Çalış, yaxın

qohumlarında qorunan bütün uşaqlıq fotolarını toplayıb mənə gətirəsən. Mənə elə

gəlir, burada olacağın sürədə, sənin ananla çəkilmiş bütün fotolarını özümdə

saxlamağa haqqım çatır. Buralardan nəsə alıb göndərmək gərəksə mənə yaz, sənin

istənilən tapşırığını yerinə yetirmək mənim üçün xoşbəxtçilikdir.

Çox istərdim, özünün işgüzar və dostluq ilişkilərindən mənə yazasan. Bu, sənin

ayrılığına dözə bilməyimə kömək eləyərdi.

Hamburqda olmağından yararlanıb sağlamlığını bərkitməyə çalış. Səni, yenə də,

uşaqlıq fotolarında olduğun kimi, toppuş yanaqlı görsəydim, bilsən necə sevinərdim.

downloaded from KitabYurdu.org




Gecə yarıdan keçib, məktubu bitirirəm, kağız da qurtarır və beləliklə də, səninlə

danışığımı burada kəsməli oluram... Sağlıqla qal və ruhunu xilas elədiyin, xoşbəxtliyə

çatdırdığın bu yazıq kişini unutma.

Şenberq mənə Minnanın

3

alovlu salamlarını yetirdi.



1 Marthen – almanca “Martacığaz”demək olub, əzizləmək üçün deyilən bir

sözdür.


2 Eli – Martanın kiçik qardaşıdır.

3 Minna – Martanın kiçik bacısıdır.



Vyana, ikinci gün, 27 iyun 1882-ci il, günortaya yaxın,

laboratoriyada

Mənim sevimli adaxlım, apardığım hesablamaları yazdığım dəftərdən bir neçə vərəq

qoparıb, keçirdiyim sınağın gedişini izləyərək, sənə məktub yazıram. Peronu

professorun yazı stolundan oğurlamışam. İş yoldaşlarım da elə bilirlər başım sınağa

qarışıb, onlardan biri bayaq yaxınlaşıb məni sorğuladı, on dəqiqəyəcən vaxtımı

əlimdən aldı. Yaxınlığımdakı stolda yoxsulları müalicə eləmək üçün təyin olunmuş

həkim yeni tapılmış məlhəmi araşdırır, görsün, onun sağlamlığa ziyanı var, yoxsa yox.

Qarşımdakı aparatdakı məhlul qaynayır, ondan burum-burum qaz çıxır, mən də

gərək bu qazı izləyib, məhlul quruyandan sonra yerdə qalan qalığın necə olacağını

araşdıram.

Burada hamı özünə qapılıb apardıqları sınaqların hansı sonucları verəcəyini

gözləyir. Kimyəvi sınaqlar aparanda vaxtın üçdə ikisi gözləməyə gedir; görünür, elə

yaşam da belədir, mən isə bu durumda görə biləcəyim ən gözəl işlə başımı

qatmaqdayam.

Sənin sevimli məktubcığazın gözlənilmədən gəldi və bu mənim umacaqlarımı

ikiqat ödəmiş oldu. Vurğunluqla oxuduğum dəyərli yazında bir qarmaqarışıqlıq olsa

da, mən sevincimdən özümü göyün yeddinci qatında duymağa başladım. Yazanda

düşüncələrini topla, gözəl qız, özünün dağınıq düşüncələrinə yön verməyə çalış. ...

Yenə nəsə demək istəyirdim, ancaq bu anlamaz qonşum məni civə duzları ilə bağlı

danışığa tutub düşüncələrimi dağıtdı. Tanrı bu yaramazlığına görə onun cəzasını

versin.

Sənin məktubcığazın bugünkü bu iyrənc havanı da dəyişdi, elə bil başımın



üstündə dayanan buludlu və yağışlı hava öz yerini mavi və günəşli bir günə verdi.

Yazdığın bu sevimli kağız parçası Berlindən keçib gəlib. İstəyirəm sənin adına biri-

birindən gözəl incə sözlər deyəm, ancaq baxıram, mən belə sözləri deyəsən çox az

bilirəm.


downloaded from KitabYurdu.org


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə