Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

pis qurtara bilər. Bu durumda ən yaxşısı onun yaxın qohumlarından birinin işə

qarışması, qızı, ona vurulan adamla evlənməkdən çəkindirməsidir. Ya da bütün

yaxınları, doğmaları birləşib ona köməklik eləməlidirlər. Bu durumda, qızı, qısa bir

müddət üçün, harayasa, uzaqlara gəzməyə yola salır, o da az bir vaxtda öz

tərəddüdlərindən əl çəkib, onu sevən kişiyə birdəfəlik rədd cavabı verir”.

Necə acı olsa da, bu qızın onu sevmədiyinə, haçansa onu atıb gedəcəyinə, Natanı

inandıra bilmişdim. Mən onu, bu olaya ayıq başla yanaşmağa və düzgün qərar

verməyə çağırmışdım. Ancaq o, nə olursa olsun, bu işdən əl çəkmək istəmədi və onun

bütün bu dirənişi ancaq bir məqsədə qulluq eləyirdi. O, adamların gözü qarşısında

uğursuzluğa düşməsini özünə sığışdıra bilmirdi.

Qızın doğmalarının və yaxınlarının da özlərini ağılsızcasına apardıqlarını və ona

təsir eləmək üçün yetərincə çalışmadıqlarını da deməyin yeridir. Bu yazıq qız, özündə

güc tapıb Natanın sevgisini rədd eləməkdənsə, ancaq zaman-zaman toyun vaxtını

gecikdirirdi. Mənim Natanla çox ciddi bir danışığımdan sonra o, beş gün sonra bir

müddət üçün buralardan uzaqlaşacağına söz vermişdi. Ancaq o, söz verdiyi kimi, çıxıb

getməkdənsə, gözlənilmədən, toy eləyib evləndi. Görünür, o adaxlısının qarşısında iki

yoldan birini seçməyi bütün kəskinliyi ilə qoymuşdu: ya evlənmək, ya da biryolluq

üzülüşmək. Qızın niyə belə elədiyini anlamaq çətin deyildi. Mənə elə gəlir, Natan

adaxlısı ilə, evlənməyə qədər yasaq olan işlərin hamısını güclə ələ gətirmiş, bununla

da qızı özünə həmişəlik bağlamaq istəmişdi. O bu davranışı ilə, təbiətcə xəstə,

küsəyən və vasvası olan bu qızda özünə qarşı güclü psixoloji nifrət oyatmış, onun

gözündən büsbütün düşmüşdü. Habelə, qızın ona bəslədiyi az-maz sevgi duyğularını

da həmişəlik söndürmüşdü. O, bütün uğurlarını öz gücünə arxalanmaqla qazandığı

kimi, sevgidəki uğurunu da güc işlətməklə qazana biləcəyini düşünürdü. Elə buna

görə də, sevdiyi qızın onu rədd eləməsini bilsələr, bunun, başqalarının gözündə ona

əskiklik gətirəcəyini sandığından, tələm-tələsik toy eləyərək, gerçəkdən nə baş

verdiyini ört-basdır eləmək istəmişdi.

Toydan sonra mən onu, yalnız bir dəfə, ötəri görmüşdüm, ayaqüstü danışıb

ayrılmışdıq. Sentyabrın on ikisində Panet onunla görüşmüş, evliliyinin necə baş

tutduğunu soruşmuşdu. O, qısaca: “yaxşı nə vardısa keçmişdə qaldı” demiş, ona

ürəyini açmaqdan çəkinmişdi. Sentyabrın on üçündə isə o özünü asmışdı.

Nə baş vermişdi, onu bu faciəyə sürükləyən nə idi? Adamlar onun ölümündə

bütün suçu Natanın arvadının üstünə yıxmağa çalışırlar. Mən isə onlara inanmıram,

belə düşünmürəm.

Onun bu faciəsi üzərində çox düşünmüşəm, mənə elə gəlir, onun özünü

öldürməsinin niyəsi tutduğu yolun onu uğursuzluğa gətirib çıxardığını bütün

dərinliyinəcən anlaması və bunun ağırlığına dözə bilməməsindədir. İstəklərinin

cavabsız qalmasından yaranan hikkəsi və quduzluğu, acığından başını itirməsi, elmi

karyerasının və böyük saydığı istedadının ailə faciəsinin qarşısını ala bilməməsindən

sarsılması, onu bu addımı atmağa gətirib çıxarmışdı. Bunu da gizlətməyəcəyəm,

toydan öncə, ona gəlinin çox bahalı cehizi olacağını demiş, ancaq onu aldadaraq çox

az cehiz vermişdilər və bu da onu özündən çıxarmışdı. Məncə, onun ən başlıca

çatışmazlığı, yaxınlarına güvənə bilməməsi, dostlarına ürək qızdırıb, dərdini bizimlə

bölməməsi idi.

downloaded from KitabYurdu.org



Onda özünü göstərən, yersiz kişilənmə, onu ən kiçik qıcıqlardan belə

quduzlaşmağa gətirib çıxarırdı, elə bu özəlliyi də onun evini yıxdı. Düşdüyü bu

durumda özünün gücsüzlüyünü anlayanda o, bundan bərk sarsılmışdı. Onu ölümə

sürükləyən psixikasının özəllikləri idi, bir sözlə, onun kimliyindəki özünəvurğunluq

mənliyindəki yaxşılıqlardan və soyluluqdan (nəciblikdən) güclü çıxmışdı.

Natanı torpağa tapşıranda onun və arvadının ailəsi arasında bərk sözləşmə oldu.

Onun hələ qapağı örtülməmiş tabutu üstündə hönkürtülərə qarışmış və bu durumda

çox iyrənc görünən, qarğışlar, qisas almaq çağırışları səslənməyə başladı, elə bil, bu

qarşıdurmanı da yaradan Natanın özü idi.

Natanın qoca atasının dostlarından biri, yerli institutda müəllim işləyən Fridman

da qəbir üstündəki çıxışında araqarışdıranlıq elədi: “Ata-anası qocalıq çağlarında

onun özlərinə dayaq duracağına, onları çətinliklərdən qoruyacağına inanırdılar. Ancaq

budur, o indi tabutda uzanıb qalıb. Müqəddəs kitablarda yazıldığına görə, kimsə

ölübsə və onu kimin öldürdüyü bəlli deyilsə, onda gərək ölənin yaxınları və doğmaları

axtarıb onu kimin öldürdüyünü tapsınlar. Sözsüz, ata-anası və qardaşları Natanın

ölümünü istəməzdilər, deməli, onu öldürən başqasıdır”. Bunun ardınca, Fridman

Natanın arvadının qohumlarını Natanı özünü öldürməyə sürükləməkdə qınamağa

başladı. O demək olar, danışmır, bərkdən çığırırdı. Bu qoca yəhudi, kəskin və ağayana

bir səslə, Natanın qisasını almağa çağırırdı. Biz bərk acıqlanmışdıq. Bütün bunlar bizi,

dəfnə qatılan xristianların gözündən salmaq demək idi. İndi onlar bizim sevgi

tanrısına deyil, nifrət tanrısına boyun əydiyimizi düşünməkdə haqlıdırlar. Bundan

sonra söz alıb danışan Pfungenin toxtaq və yumşaq səsi bu söyüşqarışıq qınaqların

hay-küyü içində eşidilməz oldu.

Natanın atası da, arvadı da, ayrı-ayrılıqda onun ölümü ilə bağlı qəzetdə elan

verdilər. Beləliklə də, mətbuat onun faciəli ölümü ilə bağlı iki dəfə məlumat yaymalı

oldu, hər iki məlumatda onu qəzetə verənlərin o biri tərəfi bu ölümdə suçlu sayması

duyulurdu. Mənə elə gəlir, onların bu yersiz və iyrənc çəkişmələri hələ çox davam

eləyəcəkdir.

Onun ölümü də öz yaşamı kimi çox tələsik və gözlənilməz oldu. Məncə, Natanın

qeyri-adi obrazı doğmalarının və dostlarının xatirələrində uzun müddət yaşayacaqdır.

Görünür, yaşamda xoşbəxt olmaq üçün gərək, arxalanıb güvəndiyin bir sevgilin

ola, elə mən də, sənin varlığına görə, belələrinin sırasındayam. İstəkli Marthen, daha

bundan artıq nəsə yazmağa gücüm çatmır.

Sonsuz sevgilərlə, sənin Ziqmundun



Vyana, ikinci gün, 9 oktyabr 1883-cü il, gecə

Sevgili Marthen!

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə