Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

sürəcəyik, taleyin dönüklüyünə qarşı dirənəcəyik və insanların qarşısında lap çoxdan

dayanan bu sorunun cavabını da tapacağıq: “Görəsən biz nə üçün yaşayırıq?” Mən

sənin belə bir möcüzəli evinin olmasını ürəkdən istədiyini bilirəm, habelə sənin belə

bir evi bəzəyəcəyinə, orada çox böyük çalışqanlıqla, qayğılı və sevinc içində keçən bir

ömür sürəcəyinə də inanıram.

Bir anlığına sənin bizim evimizdə yiyələnmək istədiyin ağalığı əldə elədiyini göz

önünə gətirirəm, belə bir üstünlüyə yiyələnməyin qarşılığında isə sən, mənim

mühakimə olunmalı yanlışlarıma baxmayaraq, mənə öz sevgini və yanlışlarıma qarşı

göstərdiyin dözümü, bir ödül olaraq verəcəksən. Mənim elmi çalışmalarımın yol

verdiyi qədər, biz birlikdə kitab da oxuyacaq, bizim ikimiz üçün də ilginc və əyləncəli

olan yeni-yeni bilgilər alacağıq. Mən sənə ilgilənmədiyin bilgilər də öyrətməyə

çalışacağam, bunları bilmək ərə gedən qızın, öz ərinin iş-gücündən, onun üstündə baş

sındırdığı problemlərdən baş açması, onu daha yaxşı tanıya bilməsi üçün çox

önəmlidir. Onda elmi araşdırmalarımla bağlı olan çalışmalarım, sənin diqqətini

çəkdiyinə görə, mənim üçün daha da maraqlı olacaqdır. Bu yolda uğurlar qazana

bilməsəm belə, sən məni qınamayacaqsan. Ancaq mənim öz istəklərimdə səmimi

olduğuma və təmiz niyyətlər güddüyümə şübhə etməyə bilərsən. Gəncliyinin ən gözəl

illərini məni gözləməklə keçirdiyin, mənə dönüklük eləmədiyin üçün, səninlə bütün

ömrüm boyu öyünəcəyəm. Mən sənin üçün açıq bir kitab olacağam, sən bu kitabın

ürəyin istəyən yerlərini oxuya biləcəksən və biz biri-birimizə dayaq duraraq, yardımçı

olaraq, xoşbəxt bir ömür sürəcəyik.

Sən məni yaramazlıqlara, yamanlıqlara, gözügötürməzliyə, acgözlüyə

qapılmaqdan çəkindirəcəksən. Sən, birdən, məni elmi fəaliyyətimdən də daşındırmaq

istəsən, onda mən sənə bu yaxınlarda Kasseldə ölmüş Benedikt Ştillinqin başına

gələnləri danışa bilərdim. O, gəncliyindən başlayaraq, gərgin elmi çalışmalar aparmış

və işlədiyi klinikada çox böyük görəv qazana bilmişdi. O, otuz il, ara vermədən,

gündüzlər insanın onurğa beyni, axşamlar isə baş beyni üzrə elmi araşdırmalar

apararaq, onları bütün dərinliyinəcən öyrənə bilmişdi. Biz indi bu iki orqanla bağlı nə

biliriksə, bütün bunlara görə sağ ol deməli olduğumuz araşdırıcıların ilk sırasında

Ştillinq də vardır. O öz elmi araşdırmalarında çalışqanlığı və dönməzliyi ilə seçilirdi.

Onda böyük yaradıcılıq sevgisi ilə böyük istedad qovuşmuşdu, bildiyimiz kimi,

yəhudilərin arasından belə insanlar çox çıxır.

Sevimli Martam, mənim ömrümdə gələcəkdə tutacağın yerin bir hissəsinə sən

elə indidən yiyələnmisən. Sən mənim ömrümdə ən başlıca insan olmalısan. İşlər

yaxşılığa doğru gedirsə, onda xoşbəxtlik qaçılmaz olur. İndi bizi yolların uzaqlığı ayırır,

ona görə də, bugün biz xoşbəxt deyilik.

Gecən xeyrə qalsın, mənim öz sevgisində dönməz olan adaxlım! Mənə öz

ruhundan pay ayırmağa qızırğanma. Mənə yaz. Səndən uzun müddət məktub

almayanda mən, sözlə deyiləsi olmayan, sonsuz bir qəm-qüssəyə dalıram.

Sənin Ziqmundun

downloaded from KitabYurdu.org



Vyana, 15 noyabr, 1883-cü il, dördüncü gün, axşamüstü saat

beşdə

Mənim sevimli, balaca şahzadə xanımım!

Sözün düzü, səni belə çağırmaq mənim ürəyimə çox yatır, bu ad sənə elə yaraşır,

elə bil, boyuna biçilibdir. Son günlər mən yalnız səni düşünürəm, başqa birisi yadıma

da düşmür. Tez-tez adaxlandığımız o, xoşbəxtliklərlə, gülüşlərlə, alqışlarla dolu günü,

dünyalar dolusu sevinc tapdığımız o anları xatırlayıram. Bizim birinci görüşümüzü

anıram. Bu görüş ayın on yeddisində şənbə günü olmuşdu. İndiki üst-üstə düşmə də,

görünür, boş yerə deyildir: bu ayın da on yeddisi şənbə gününə düşür. Bildiyimə görə,

mənim yenidən qapınıza elçiliyə gəlməyimə gərək olmayacaq, deyilmi?

Bugün bayram günü olduğundan, işsiz-gücsüz oturmuşam, xatirələrə dalıb yaxın

keçmişdə baş verən olayları anmaqla vaxtımı keçirirəm. Bayırda dözülməz bir hava

var. Bugün axşam, çox ola bilsin, Hammerşlaq

11

gilə gedəcəyəm. Sözün düzü, elə



kövrəlmişəm, bu görüşün az da olsa ürəyimi açacağını düşünürəm, onların evində

hamı mənə çox yaxşı yanaşır, gülərüzlə qarşılayır. Hammerşlaq, yenə də, səni

məndən soruşacaq, mən isə fürsəti əldən

verməyib, uzun-uzadı, yorulmaq nədir bilmədən, səndən danışacağam.

Sənin sonuncu məktubunda Millə

12

bağlı yazdıqların məni çox ilgiləndirdiyindən,



onun əsərlərini arayıb, dediyin yeri tapdım, indi bununla bağlı səninlə bir sıra

düşüncələrimi bölüşdürmək istəyirəm. Sənin oxuduğun o Brandesin

13

yazısında



onun Mill ilə bağlı öz subyektiv baxışları yer almışdır, Brandes bu böyük insanın

çağdaş tarixdə oynağı rolu yetərincə anlaya və dəyərləndirə bilməmişdir. Mən indi

Mill ilə bağlı danışmağa bir az hazırlıqlıyam, elə bu yaxınlarda professor

Kompertsin

14

Millin əsərlərinin sonuncu cildini ingiliscədən almancaya çevirməyi



mənə etibar eləməsi də bunu göstərir. Mən Millin əsərlərini çevirəndə, olduqca quru

yazı stilinə görə, onu ürəyimdə çox söymüşəm. Onun əsərlərindən, nə qədər axtarsan

da, bir dənə də olsun aforizmə oxşayan, ürəyəyatımlı, yaxud da tutarlı görünən

hansısa bir söz tapıb yadda saxlamaq mümkün deyildir. Ancaq sonradan mən Millin

fəlsəfi əsərlərini oxuyanda onun buradakı yazı dilinin çox təpərli və kəsərli olduğunu

duydum. O, çox ola bilsin, öz çağının ən böyük kimliyi sayıla biləcək birisidir və ən

başlıcası, o, insanların çoxluğunun düşüncəsi üzərində ağalıq eləyən geriçilikdən

bütünlüklə qurtula bilmiş bir düşüncə yiyəsi idi. Ancaq belə durumların hamısında

olduğu kimi, o da, öz düşüncələrində bir sıra aşırılıqlara varmışdır, onun qadın

azadlığı, habelə, bütünlüklə qadınla bağlı sorular üzrə yazdıqları mənə olduqca bayağı

görünür.

Millin çevirdiyim əsərlərindən xatırladığıma görə, onun başlıca arqumenti

belədir: qadının ərə gedərkən evlilikdən qazandığı şeylər, kişinin – onun ərinin

qazandıqlarından qat-qat az olur. Düzdür, evlilikdəki görüləsi ev işləri, uşaqların

böyüdülməsi və tərbiyə olunması qayğıları insandan çox böyük əmək tələb eləyir,

ancaq bununla yanaşı evlilik bu işlərin qarşılığında insana çoxlu şeylər də verir.

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə