Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

Onun obrazı diriymiş kimi gözlərimin qarşısında dayanır və mən bu anlarda onun

xarakterindəki bütün yaxşı və pis özəllikləri bircə-bircə xatırlamağa başlayıram. Onun

ömrü, sanasan, bir şair ömrü kimi çoxçalarlı idi və elə buna görə də, bu vaxtsız ölümü

də qaçılmaz bir faciə kimi qavranıla bilər.

Onun atası yerli dini məktəbdə mühazirə oxuyur; o çox istedadlı bir alimdir, çin

dilini bütün incəliklərinədək bilir və istəsə lap universitet professoru da ola bilərdi.

Ancaq bütün bu intellektual üstünlüklərinə baxmayaraq o, xaraktercə çox ağır,

amansız və pis bir adamdır. Natan onunla bağlı danışıqlarında tez-tez deyərdi:

“Mənim atam çox qorxunc bir adamdır”. Natanın anası çox enerjili, çalışqan,

ürəyiyuxa bir qadındır, onun əri ilə heç bir mənəvi yaxınlığı olmasa da, onunla cinsi

yaxınlığından doğulan çoxlu uşaqları vardır. Bu ipək təbiətli qadın, özünün çoxsaylı

uşaqları ilə evdəki yoxsulluğun bütün ağrı-acılarını bölüşmüşdü. Onların evində

amansız bir yoxsulluq hökm sürürdü, ürəkaçan heç nə yox idi, uşaqlar nə sevgi, nə bir

qayğı görür, hansısa tərbiyədən isə söz belə gedə bilməzdi, tərbiyə adına, atalarının

onlara qarşı çox sərt bir tələbkarlığı vardı. Atalarının özünəvurğunluğunu doğrultmaq

üçün uşaqların hamısı çox yaxşı oxumalı idi. Ancaq onların çoxu bunu bacarmırdı.

Natanın qardaşlarından biri, başqa çıxış yolu tapmayıb, onun üçün oxumağın çox ağır

olduğu institutun elə birinci kursunun birinci yarımilində özünü güllələyib

öldürmüşdü. Atasının öz oğullarını belə sıxma-boğmaya salmasına baxmayaraq,

onlardan ancaq Natan, bir də bizim xəstəxanada işləyən o biri qardaşı ali təhsil ala

bilmişdilər.

Natan qardaşlarının arasında ən istedadlısı idi. Atasının istedadı ona keçmişdi,

ancaq o, atası kimi amansız birisi deyildi, onun yaxşı özəllikləri çox idi. Düzdür, bir

çoxları onu pis adam kimi tanıyırdılar, ancaq tanıyanların bir çoxu da onu yaxşı bir

insan kimi dəyərləndirirdilər.

Onun bütün maraqları, çalışmaları, bir sözlə, bütün ömür yolu, özünü təsdiq

eləməyə yönəlmişdi. O bu yaşamdan nə istədiyini çox yaxşı bilirdi və işləri düz

gətirməyəndə, öz maddi durumu ilə hesablaşmadan, kəsə yolla getməyə çalışırdı. O

özünə qarşı deyilən haqlı qınaqları dəyərləndirə bilməzdi, özünün kiməsə elədiyi,

yaxud da eləmək istədiyi pislikləri də çox tez unudardı. Onda başqalarına yaxşılıq

eləmək istəyi də vardı və çox vaxt, öz davranışlarını bunun üstündə kökləməyə də

çalışardı.

Breyer, onun gözü doymayan birisi olduğunu çox doğru demişdi. O bunu

deyəndə bir çvikaulu qocanın öz oğlu ilə olmuş danışığını xatırlatmışdı, qoca soruşur:

“Oğlum, de görək, sən nə istəyirsən?” Oğlu deyir: “Yer üzündə nə varsa, hamısını”.

Natan çox iradəli adam idi və o, doğrudan da, öz ömründə əldə eləyə biləcəyi

uğurların hamısına çatmaq istəyirdi. Onun ölçüyəgəlməz özünəvurğunluğu çox böyük

enerjisinə və qeyri-adi davranışlarına uyğun idi. Ancaq o öz uğurlarını təkcə elə bu

özəlliklərinə görə qazanmamışdı, mən onun xarakterində başqa özəlliklərin də

olduğunu görürdüm. Onun kimliyinin ən başlıca özəlliyi, bacardıqca, yaşamın əyləncə

və sevinclərinin dadını çıxarmağa çalışması idi. Onun başqa dillərdə danışan və biri-

birindən fərqli düşünən çoxlu dostları vardı. O özünü heç vaxt kəmağıl və başısoyuq

bir insan kimi aparmazdı və çoxlu durumlarda, bir çox işləri başqalarından qat-qat

yaxşı bacardığını da göstərə bilmişdi. Onun düşündüyü və danışdığı nə varsa,

downloaded from KitabYurdu.org



hamısında, bir yumşaqlıq, elastiklik, istilik vardı və o bütün davranışlarında özünün

dəyərini qabartmağı sevərdi, onun bütün çatışmazlıqlarına baxmayaraq, bir az dərinə

gedəndə, onun belə üstünlüklərinin olduğu da üzə çıxardı.

Onun istedadı çox kiçik olduğundan, biliyi də dar bir çərçivəni aşa bilmirdi, heç

vaxt problemlərin dərinliyinə vara bilmir, elmdə uğur qazanmağın başlıca

şərtlərindən olan tənqidi yanaşma və sarsılmaz özül qurmaq kimi bacarıqlar onda

çatışmırdı. Onun qazandığı uğurlar ötəri olmaqla, yalnız üzdən uğura oxşayır,

özlüyündə isə heç bir özgün anlam daşımırdı. Bütün mühakimələrində onun qızğınlığı,

mənlikcə yoxsulluğu, yaşama bağlılığı və düşüncələrinin çılpaqlığı duyulurdu. O Anton

Auerşperqin bir şerindəki poetik obraza çox bənzəyirdi. Meşə, meşə talası və günəşin

şüaları biri-birinə qarşılıqlı təsir eləyirlər, ancaq bu durumda onlardan hər birinin

özünəməxsusluğu da gözə çarpacaq olur. Natan Vays hansısa bəlli faktdan danışanda

çox böyük təəssürat yarada bilirdi, o bu durumda, sanasan, özünün tapdığı böyük bir

kəşfi açıqlayırmış kimi danırdı. Belə demək olarsa, o özünün çox yüksək zarafat

eləmək bacarığı ilə sıradan bir avropalının kimliyini açıqlamağa çalışır, onu ələ salırdı,

ancaq elə özü də bu avropalını ötüb keçə bilmirdi. O yörəsində olan insanları uzun-

uzadı güldürməyi bacarsa da, ancaq onu sevən insanlara çox az inam aşılaya bilirdi.

Tanışları arasında gördüyü işlərlə bağlı olan yaxşı rəylərin yaranmasında onun özünün

çox böyük rolu vardı, o özü haqqında belə düşüncələri formalaşdırmaq üçün yaranan

bütün durumlardan yararlanmağa çalışır, harada olursa olsun, sözü çəkib öz üzərinə

gətirir, çəkinib eləmədən, özünü bugün üçün, işinin ən böyük bilicisi kimi tanıtmağa

çalışırdı. Onun istedadının başlıca üstünlüyü çox çevik düşünmək bacarığında və bu

özəlliyini, yerinə düşən zarafatları ilə birləşdirə bilməsində idi. Sözün qısası, Natanın

duyumu, sağlıq durumu və ovqatı bütünlüklə onun cismani çevikliyindən və

təsəvvürlərinin aydınlığından doğulurdu. Biz ara-sıra şampan içəndə necə yüngülləşir,

enerjili və sevinc içində oluruqsa, onun da ovqatı həmişə buna oxşar bir durumda

olardı. Natanın davranışlarında özünü göstərən arasıkəsilməz çevikliyi, onun

qarşısıalınmaz bir çılğınlıqla, yüksəlişə can atdığını göstərməkdəydi. Ona görə də,

onun özünü öldürməsinə inanmaq bizim üçün çox çətindir. Bizlərdən heç kim son

çağlar onun küskün və üzgün olduğunu görməmişdik.

O bütün intellektual gücünü elmin bir bölməsini araşadırmağa yönəltmişdi. Elə

buna görə də, onun dünyagörüşü birtərəfli və subyektiv idi. Onun başlıca çatışmazlığı

dünyagörüşünün geniş olmamasında idi. O elmi bütün genişliyi və ənginliyi ilə

qavramağa çalışmazdı, onun maraqları tibbin bəlli bir kəsiminə ilişib qalmışdı. Onda

insaniliklə və təbiiliklə bağlı olan duyğulardan həzz ala bilmək bacarığı yox idi. Ondörd

il ərzində o işlədiyi xəstəxanadan qırağa çıxmamış, orada bir avtomat qurğu kimi

işləmişdi, onun getdiyi yerlər isə uzaqbaşı mehmanxana və kafe olmuşdu. Aradabir,

dincəlmək istəyəndə, o böyük həvəslə, kart, ya da şahmat oynayardı, oyunun

gedişində bərk həyəcan keçirsə də, ancaq qıraqdan baxanda onun özgün və kəskin

zarafatları çox yapışıqlı görünərdi. Bu durumda onun davranışlarını izləmək, hansısa

ürəyəyatımlı teatr tamaşasına baxmaq qədər xoş gəlirdi. O özünə dalıb, dünyanın

gözəlliklərini toxtaqlıqla izləyə biləcək birisi deyildi. Toydan sonrakı gəzintidən

qayıdandan sonra mənimlə ayaqüstü danışığında o boynuna almışdı: “Mən saatlarla

oturub dənizi izləməkdən sevinc duya bilmirəm, bu məndə heç bir duyğu coşqunluğu

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə