Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

Mənim indi nə iş gördüyümü bilmək istərdinmi? Mən indi öncələrdə olduğundan

qat-qat çalışqan və sağlamam. Bu günlərdə bir yığın qəzeti oxuyub araşdırdım, bunu

həm özümün bilgilənməyim üçün, həm də tibb jurnalına məqalə yazmaq üçün

elədim. Laboratoriyada oturub sınaq aparıram, işlər yaxşı gedir, ancaq hələ olduqca

çoxsaylı çətinlikləri adlamalıyam. Deməyi unutdum, axşamçağı saat beşdən axşam

saat on birədək xəstəxana palatasında həkim köməkçisi işləyirəm, hər şeylə dərindən

maraqlanıram, öyrəndiklərimi detallarınacan yazıram, gərəkəndə yerindəcə xəstələrə

yardım da eləyirəm.

Sevgilim, düzünü desəm, mənim üçün çox ağırdır, işin çoxluğundan yorulub

əldən düşürəm, bu durumumda içkili, yaxud da yarıyuxulu birisinə oxşayıram. Mən

buna da razıyam, təki gördüyüm bu ağır işlər səninlə aramızda olan dözülməz ayrılığı

aradan qaldıra bilsin.

Mənim bütün çalışmalarım indilikdə elmi fəaliyyətə və həkimlik təcrübəmin

artırılmasına yönəlibdir. Mənim üçün bu işlərin gərginliyi, onların çoxluğundan özümü

unutmağım, necəsə, səninlə olan ayrılığın acısına dözə bilmək üçün bir narkoz sayıla

bilər. Elm dünyasına qapılaraq mən özümü bu kədərli gerçəkliklərdən ayırıram. Bunu

sən yaxşı bilirsən, mən həmişə maraqlı işlə başımı qarışdırıb, sarsıntılarımı və

küskünlüyümü unuda bilirəm. Mənim günüm belə keçir. Mənə elə gəlir, dünyada baş

verən olaylar mənim qapımı döymədən keçib gedirlər. Birdən də, mən bütün dadlı

istəklərimi özümdən qovub uzaqlaşdırıram, özümü bir monastır küncündə azacıq

buğda ilə keçinən monaxın yerinə qoyuram.

Beynim elə bil ayrı-ayrı oyuqlardan qurulub və çoxlu faktlar, nəzəriyyələr,

diaqnoz və formullar, möcüzəli şəkildə, hərəsi özü üçün ayrılmış oyuqlarda səliqə ilə

yerləşir. Tibblə bağlı bilgilər, ilk sırada, çox asanlıqla axıb başıma dolur. Beynimin

qatlarında, tez-tez öz rənglərini dəyişən, birdən yaşıl, birdən də göy rəngə çalan

bakteriyalar yaşayırlar; başqa bir qatda mənim gələcəkdə taunun aradan qaldırılması

ilə bağlı keçirmək istədiyim elmi simpoziumların təsvirləri yer alıbdır; indilikdə

beynimdə doğulan, tauna qarşı savaş açan bu məsləhətlərin, təkliflərin önəmi

yoxdur, bugün insanlıq üçün ən böyük qorxu: vərəmdir! O, yoluxucudurmu, yoxsa hər

bir insan, orqanizmində baş verən proseslərdən asılı olaraq, ona ayrıca yoluxur, onun

yaranma səbəbi nədir, Berlində yaşayan doktor Koxun

10

vərəmi törədən və



laboratoriya şəraitində də yaradıla bildiyini dediyi, vərəm çöplərini tapması ilə bağlı

dedikləri doğrudurmu?

Səndən məktub alınca, bütün bu yuxular, dalğınlıqlar çəkilib gedir, yaşam bütün

çoxçalarlığı və alabəzəkliyi ilə mənim alaqaranlıq hücrəmə dolur. O andaca, beynimdə

dolaşmaqda olan bütün mürəkkəb problemlər yox olur, beynimi yoran anlaşılmaz

xəstəlik tarixçələri dəyərini itirməyə başlayır, daha sonra, elə bil, hansısa sehrin

köməyi ilə, çağdaş elmin durumu ilə bağlı olan çoxlu nəzəriyyələr də

düşüncələrimdən uçub harasa gedirlər. Yaşam, birdən-birə isti, sevinclərlə dolu və

anlaşıqlı olur. Mənim vurğunu olduğum sevgilimin beynimdəki bu qarabasmaları və

qorxunc mifləri qovub dağıtmaq gücü də varmış. Onun varlığını duymaq üçün mən

hansısa kimyəvi reagentə (aşılayıcıya) gərək duymuram. O mənim vurğunu olduğum

bir gerçəklikdir – o mənim səadətimin daşıyıcısıdır, onu xəstəlik daşıyıcılarından

ayıran da elə budur. Umarım, sən yetərincə sağlamsan. Bu, sənin yazdığın

downloaded from KitabYurdu.org




məktubdan da bilinir, yalnız fiziki və ruhi sağlamlığı yerində olan, bu çox gərəkli

yetkinliyə çatan birisinin belə işıqlı düşüncələri ola bilər, mən bütün bunları, bir

həkim olaraq, açıq-aydın duyuram.

Ah Marta, birdən hər bir insan keçdiyi yaşam sınaqlarından qazandığı biliklərini

hansısa düsturlar və rəylər şəklinə sala bilsəydi, necə də gözəl olardı. Ancaq gün

ərzində on bir saatdan artıq gərgin əməyə qatlaşmaqla yaşayan və bu müddətdə ağır

yaşam sınaqlarından keçib onlarla bağlı yaşantılar və biliklər qazanan insan, istər-

istəməz, öz insanlığından uzaqlaşmalı olur. Ona görə də, biz hər gün öz insan

ömrümüzü yenidən başlamalı oluruq. Onun üçün də, hər gün bizim üçün yeni olan

başqa bir yaşam sınağından keçib, büsbütün yeni olan bilgilər qazanmalı oluruq.

İstəkli sevgilim, sabah da sənə məktub yazacağam. Sağlamlığını qoru. Ömrünə,

bacardıqca, sevinc qatıb yaşamağa çalış.

Sənin dönməz sevgilin Ziqmund

10 Professor Robert Kox (1843-1910) – Froudla bir çağda yaşamış, 1882-ci ildə

vərəm xəstəliyini törədən vərəm çöplərini tapmışdır.

Vyana, ikinci gün, 23 oktyabr 1883-cü il

Mənim sevimli Marthenim!

Birdən, yanlış düşüncələrə qapılsam da, inciklikdən doğan sözlər yazsam da,

ancaq yenə də, düşüncələrimi səninlə bölüşməkdən özümü çəkindirə bilmirəm. Mən

hansısa sözümlə səni incitmişəmsə, gərək biləsən, bütün bunların niyəsi, mənim sənə

qarşı olan çılğın istəklərimin, yalqızlığımın, səndən olan gözləntilərimin və bir də məni

səndən uzaqlarda saxlayan qandallarımın birlikdə yaratdığı gərginlikdən yanadır.

Mənim çıxılmaz sandığım düşkünlüyə və dardüşüncəliyə qapılmağım da olur və ancaq

sənin mənə olan sevgindəki dönməzliyin, habelə, məni belə yüksək

dəyərləndirməyin, sonunda, bu darlıqdan qurtulmağıma gətirib çıxarır. Sən gərək, bu

yazdıqlarıma görə, mənə gülməyəsən, habelə, mənim öz mühakimələrimdə və

ovqatımda aşırı kövrək və dayanıqsız olduğumu da düşünməyəsən.

Hə, gözəl qızcığazım, bugün günortadan sonra çoxdankı axtarışlarımı uğurla başa

vura bildim: mən artıq büsbütün yeni bir müalicə metodu tapdığımı deyə bilərəm və

bu yeni metodun, bundan öncə düşündüyüm metodlardan qat-qat uzunömürlü və

etibarlı olacağına inanıram. Ürəyədammaya arxalanan bir öncəgörmə ilə gəlib

çıxdığım bir sonuc gözümün önündədir: mən ya artıq axtardığım metodun özünü

tapmışam, ya da onu tapmağın bir addımlığındayam.

Yaşamın bu dözülməz ağırlığı məni sarsıda bilməz, biz sağlamıqsa, tale bizi böyük

bədbəxtliklərdən qoruyursa, bundan yaxşı nə ola bilər? Biz onsuz da sonucda bütün

istəklərimizə çatacağıqsa, qəm eləməyə dəyməz. Qayğıların aşıb daşdığı, ancaq

ehtiyacın yol tapa bilməyəcəyi, kiçik bir evimiz olacaq, orada sevinclə dolu bir ömür

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə