Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

Dünən anam xəstələndi, ona bərk soyuq dəyib, ona görə də, keçmişdən qalma

ağciyər xəstəliyi də baş qaldırıbdır. Ancaq bugün anamın qızması düşüb. Pauli də

xəstədir.

Dünən Dolfi ilə birlikdə şəhərin qırağındakı Petsleyndorfa gəzməyə getmişdik. O

mənim xəstələrimi qəbul eləyib qurtarmağımı gözləmiş, sonra gəzməyə çıxmışdıq.

Qayıdanda yolumuzu Dornbaxdan saldıq.

Dorfi bacılarımdan ən sevimlisi və ən yaxşısıdır. Onun çox zəngin daxili dünyası

vardır. Ancaq yazıqlar olsun, o təbiətcə çox incədir və tez hissə qapılandır. Bizim

onunla danışıqlarımızın başlıca konusu, sözsüz, sən idin. O sənin daimilik könül

yoldaşın olacaqdır. Ancaq indi o da, instinktiv olaraq, onun səninlə bağlı dediklərinin

mənə təsir göstərmədiyini anlayır.

Marthen! Sənin ürəyinin açılması üçün hansı istəyini yerinə yetirim deyə

düşünürkən, sən özün istəklərindən birini dilə gətirdin və onu yerinə yetirmək mənim

üçün ən böyük xoşbəxtlikdir. Elə bilirəm, sən mənə yazdığından başqa da, nələrisə

almaq istərdin, çəkinmədən onları da mənə yaz. Sən bu məktubu oxuyanda mən

sənə yenə də pul göndərəcəyəm. Sənə nəyisə hədiyyə eləmək mənim üçün çox

böyük sevinc qaynağı olduğundan, çox vaxt özümün hələ də buna layiq olmadığımı

düşünürəm... Sənin mənim niyyətimi düzgün anlayacağına arxayınam.

Mənim birdənəm, sevgilim, sənə çox şeylərdən yazmaq istəyirdim, ancaq bugün

günortadan sonra Şenberqlə Frantseşini bizə gəlib, qaranlıq düşənəcən başımı

qatdılar. Sonra biz onlarla birlikdə şam elədik. İndi isə yuxu gözlərimi tutub, mən indi

sənin dadlı dodaqlarını öpə bilmək yerinə, oturub bu uzaqlıqdan sənə məktub

yazmağıma görə özümü çox qaragünlü birisi sayıram. Ona görə də, icazənlə, xeyirli

gecələr arzulayaraq, səninlə sağollaşıb ayrılmaq istəyirəm.

Səni sarsılmaz bir vurğunluqla sevən Ziqmundun

Vyana, bazar günü, 16 sentyabr 1883-cü il

Mənim istəklim!

Öncə, sənin bir sıra düşüncə və mühakimələrində, mənə qarşı ədalətsizliyə və

yanlışlığa yol verdiyini demək istəyirəm və sən bunları aradan qaldıra bilsəydin, çox

sevinərdim. Bəyəndiyini dediyin o iki geyimi sevinclə sənə bağışlamaq istərdim. Sən

mənə almaq istədiyin gödəkcənin neçəyə olduğunu niyə yazmırsan? Düzdür, indi

əlimdə pulum yoxdur, ancaq gələn ay çalışıb bu istədiyin nəsnələri almaq üçün pul

düzəldəcəyəm.

Sən öz əyin-başının qayğısına qalmaqdan çəkinmə, mən də özüm üçün gərəkən

şeyləri almağa pul əsirgəmirəm. Sən gəncsən və gözəl geyinib-keçinməyin sevincini

duymaq sənə yaraşır! Mənə elə gəlir, səni yaxından tanıyan istənilən birisi, sənə

downloaded from KitabYurdu.org




sevinc gətirəcək nəsə bağışlamaq fürsətini qaçırmazdı. Elə isə, sən nə üçün belə bir

imkanı mənim üçün yaratmaq istəmirsən? Yoxsa bunu mənə çox görürsən?

Sənin məktubunu oxuyanda, elə bil, göylərdən enmiş bir mələyin səsini

eşidirdim. Məktubunu oxuduqca duyduğum bu ilahi səs, könlümü qanadlandırıb,

məni yerdən ayırdı, yersiz qayğılarımı, dəymədüşərliyimi, çaşqınlığımı və

inamsızlığımı unutdurdu.

Sənin qanını qaraltmaq istəməsəm də, deməliyəm, bugün mən böyük bir sarsıntı

içindəyəm, gözlənilmədən baş verən bir bədbəxtçiliyin dözülməz acısını

çəkməkdəyəm. İndi durub morqa gedəcəyəm, bir azdan orada dostum Natan Vaysın

meyitini yaracaqlar. O bir ay olardı evlənmişdi və bir neçə gün öncə ongünlük toy

gəzintisindən qayıtmışdı. Natan ölümündən qabaq polisə çatası iki məktub yazmışdır.

Bu məktublarda o özünün ölüm xəbərini ata-anasına çox ehtiyatla çatdırmağı xahiş

eləyir və arvadının ona dönük çıxması ilə bağlı xəbərin qəzetlərə bildirilməməsini

istəyir.


Sentyabrın on üçündə, günortadan sonra, saat ikinin yarısında onun

Dandştrassedəki evində özünü asıb öldürdüyünü bilmişdilər. Həftənin dördüncü

günü, axşam çağı, Natan Vaysın işlədiyi qospitalda onun ölüm xəbəri yayılmışdı.

Deyilənə görə, iş yoldaşlarından biri bu xəbərin yalan olduğuna özünü inandırmaq

üçün qaçaraq Natanın kabinetinə baş çəkmişdi. Ancaq kabinetin qapısı bağlı imiş.

Biraz sonra, Natanın bu qospitalda həkim işləyən qardaşı gəlib çıxmış və onun ölüm

xəbərinin doğru olduğunu bildirmişdi. Beşinci gün səhər ertədən Lyusqarten mənim

yaşadığım evə gəlmişdi. Mən yataqdan qalxıb onu qarşılamağa macal tapmamış daha

iki iş yoldaşım bu acı xəbəri mənə çatdırmaq üçün gəlib çıxdılar. Bizim heç birimiz

buna inanmaq istəmirdik. Bu yaxınlaracan yaşam sevgisi aşıb-daşan, enerjili, çalışqan

birisini indi ölmüş və susqunluq içində görmək, bizim üçün, dözülməz dərəcədə ağır

idi. Onun yaşam sevgisi çox güclü idi və onun öz ömrünə qıyması inanılmaz

görünürdü.

...İndi onu torpağa tapşırandan sonra da, onun yoxluğa gömülməsinə və bir də

heç vaxt onu görməyəcəyimə özümü inandıra bilmirəm. Bu, qarşısıalınmaz qorxunc

olay nə üçün baş verdi? Axı o, çox böyük uğurlar qazanaraq, qarşısına qoyduğu

məqsədlərə doğru gedirdi və bütün arzularına çata bilmək üçün çox böyük şansları da

vardı. O dosent idi və iş yerində, qazandığı bu üstünlüyünün dadını çıxarmağa

çalışdığı, bununla öyündüyü açıq-aydın duyulurdu. O artıq öz işinin bilicisi olan bir

həkim kimi ad-san qazana bilmişdi. Bu yaxınlarda o xəstəxanada şöbə müdiri

vəzifəsini tutmuşdu. Bununla da, onun öz həkimlik praktikasını artırmaq üçün çox

böyük imkanları yaranmışdı.

Natan lap bu yaxınlarda evlənmişdi. Ancaq, görünür, elə bu evlilikdən sonra

qarşılaşdığı hansısa durum onu özünü öldürməyə sürükləmişdi. Bu durumun nə

olduğu bizə bəlli deyildir. Ancaq onun ölümünün niyəsinin evlənmək olduğuna söz

ola bilməz. İndi yaxşı xatırlamıram, mən deyəsən onun necə evləndiyini sənə

yazmışdım, ancaq bilmirəm, mən bu olayı sənə bütün detallarınacan yazmışammı?

Necə olursa olsun, mən indi bununla bağlı bildiklərimi bütün genişliyi ilə sənə

danışmaq istəyirəm, bu anlarda mənə elə gəlir, dostum ölməyib və mən də sənə

onun başına gələnləri danışıram.

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə