Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   2   3   4   5   6   7   8   9   10   ...   32

mənim Marthenimi düşünürəm və onun taleyinin yaxşı olması üçün əlimdən gələni

eləməyə çalışıram.

Mənim yoldaşlarımın, demək olar, hamısı çox yoxsuldurlar və gələcəkdə uğur

qazanarlarsa, biri-birinə əl tutacaqlarını deyirlər. Onlar yaxşı insanlardır, yoxsa, mən

onlarla yoldaşlıq eləməz, onları öz arxadaşlarım sanmazdım. Ancaq nə yazıq, biz biri-

birimizə çox az kömək eləyə bilirik. Buna baxmayaraq, bizlərdən hər birimizin, kiməsə

ümid vermək və yardımçı olmaqdan heç vaxt boyun qaçırmadığı da bəlli bir

gerçəklikdir. Mən bu durumu yaradan psixoloji özəlliyin üzərində düşünmüşəm.

Doğrudan da, kiməsə dayaq duranda, başqasına yaxşılıq eləməyi bacardığını duymaq,

insanın öz gücünə olan inamını artırır. Başqasına yaxşılıq eləməyə yetəcək bir

gücünün olduğunu anlayan insan öz ruhunu da yüksəklərə qaldırmış olur. Bu olayın

dərin psixoloji mexanizmi məncə belədir: bu yaxşılıqsevər insan, köksünü dünyada

hökm sürən ədalətsizlikdən doğan yamanlıqlara qarşı gərməklə, öz arxadaşını

bacardığı qədər onlardan qorumağa çalışır və beləliklə də, ola bilsin qeyri-şüuri, ola

bilsin də şüurlu olaraq, özünə qarşı da belə bir münasibətin bəslənəcəyinə inanır.

Özünə ömür-gün yoldaşı olmaq üçün seçdiyin qızın sevimlisi ola bilmək çox

böyük səadətdir. Ancaq kişi arxadaşlarımdan bir çoxunun mənə, yaşamımda

göstərdiyi yardımlardan boyun qaçırmaq da doğru olmazdı.

... Beləliklə də, mən bizim dolanışıqca belə, çox yoxsul olmağımıza dözümlü

yanaşıram. Bir anlığına düşün, sevgilim, birdən hamı öz bacarığına görə uğur qazana

bilsəydi, onda insanlar arasındakı mənəvi ilişkilər də, ola bilsin, çox azalardı.

Deyə bilmərəm, sən məni ürəkdənmi sevirsən, yoxsa yalnız elə səni dəlicəsinə

sevməyimi bəyəndiyinə görə mənə bağlanmısan. Ancaq buna da inanmıram, birdən

başıma bir iş gəlsə, uğursuzluqla üzləşsəm, mənim sevgilim belə deyə bilsin: “Mən

daha səni sevmirəm. Sən mənim gözümdə bütün dəyərini itirmisən”. Bu çox qorxunc

görünərdi və rəsmi çevrələrdə işlək olan, çinovniklər arasındakı ilişkilərə oxşayardı,

axı onlar arasındakı ilişkilərdə başlıca meyar mundirlə, poqonla və döşlərində

gəzdirdikləri medallarla ölçülür.

Doğrudanmı, yaşamda baş verənlər hansısa gözlənilməzliklərin doğurduğu

şıltaqlardan asılıdır? Varlıları tale ərköyünləşdirir, onları ədalətsizlikdən və

uğursuzluqlardan qoruyur. Elə isə, yoxsullara nə qalır? Onların ürəyində alovlanan

gerçək sevgi – yaşamda, bu sevginin işığı üstünə düşməyən bütün nəsnələr olduqca

solğun və qondarmadır! Varlıların yiyələndiyi bütün bu maddi dəyərlərin yerini verə

bilərmi? Sənsiz mən çox düşkün və olduqca yoxsulam, səninlə isə mən varlı və güclü

olacağam və insanların öz aralarında yaşatdıqları bu cılız dəyərlər mənim üçün

önəmsiz olacaqdır, mən buna ürəkdən inanmaqdayam.

Ah, mənim istəkli Marthenim, biz necə də yoxsuluq. Ancaq bu bizi öz

yaxşılığımızdan çəkindirməməlidir: biz bütün doğmalarımıza biri-birimizi sevdiyimizi

və birgə yaşamaq istədiyimizi, utanıb-çəkinmədən, deməliyik. Onlar bizdən

soruşacaqlar: “Sizin dolanmaq üçün əlinizdə nə qədər pulunuz var?” Biz deyəcəyik:

“Bizim əlimizdə biri-birimizə bəslədiyimiz sonsuz sevgidən başqa heç nə yoxdur”.

Onlar acı-acı qımışıb deyəcəklər: “Doğrudanmı, sizin bundan başqa heç nəyiniz

yoxdur?”

downloaded from KitabYurdu.org




Bizə birgə yaşayış üçün nə gərəkdir? Yaşamaq, yemək bişirmək, qonaq

qarşılamaq üçün iki-üç otaqlı bir ev. Yemək bişirə bilmək üçün həmişə isti olan bir

soba.

Evimizin avadanlığı necə olmalıdır? Stol və stullar, çarpayılar, bizim səadətlə



keçən ömrümüzün üzümüzdə buraxdığı izləri görə bilmək üçün güzgü, oturub xoş

düşüncələrə dalmaq üçün kreslo, evin xanımının döşəməni kirlənməkdən qoruya

bilməsinə yarayan xalça. Paltar dolabının yeşiklərinə qalaqlanmış, bükülü və lentlə

bağlanmış döşək ağları; sənin dəbə uyğun gözəl donun və süni çiçəklərlə bəzənmiş

şlyapan, divardan asılı şəkil, gündəlik işlətdiyimiz qab-qacaq və bayram günlərində

ortaya qoyulacaq qədəhlər, boşqablar və fincanlar, azacıq yemək azuqəmizin

qorunduğu dolab. Birdən, acanda, ya da gözlənilmədən qonaq gələndə, orada

əlimizin altında bir az yeyəcəklər olsa yaxşıdır. İplə bağlanmış bir topa açarlar. Bu

dediklərim sənə önəmsizmi görünür? Ancaq bütün bunlar səninlə yanaşı olanda

mənə sevinc və dinclik gətirəcəkdir. Hə, unutmuşdum, ən başlıcası, ev kitabxanamız

olacaq, gecə stolu və xəfif işığının mərhəmlik və güvənlik gətirdiyi gecə lampası da öz

yerində. Bütün bu avadanlıqların hamısı gərək, yerli-yerində və yaxşı durumda

olsunlar, yoxsa evin xanımı onları bəyənməz.

Ev avadanlıqlarından çoxu bu evi dolandırmaq üçün çəkilən gərgin əməyi

andıracaqdır. Qalan nəsnələr isə ev yiyələrinin bədii zövqünün simvolları olacaq,

dəyərli dostlarını xatırladacaq, ər ilə onun xanımının gəzib bəyəndikləri, yenidən bir

də qayıdıb görmək istədikləri şəhərləri onlara andıracaqdır.

Bütün bunlar – yaşadıqları dünyanın onlara bağışladığı kiçik bir səadət payı,

yaxşılıqlara sığınıb yaşayan insanlara xas olan kiçik bir dünya olacaqdır. Özü də, bu

onların sevdiyi, ayrılmaq istəmədiyi bir dünya olacaqdır. Ancaq bu hələ onların ailə

ocaqlarının özülü deyildir. Bu ocağın gecə-gündüz yanması, sönməz olması, burada

yaşayan bu iki nəfərin biri-birini sonsuz bir istəklə sevməsindən asılı olacaqdır.

Gündəlik yaşamın məişətlə bağlı bu kiçik detalları bizə hansısa təsirləri göstərə

bilərmi? Taleyin qaçılmaz sonucu olan yoxluğa gömülməyənə kimi, sözsüz, bunlarsız

keçinmək olmayacaqdır. Ancaq biz gərək hər gün ürəyimizdən gələn bir səslə biri-

birimizi bərk-bərk sevdiyimizi ucadan deməkdən çəkinməyək. İki sevən ürək bunu

biri-birinə anlatmaq üçün gərəkən incə sözləri deməyi bacarmırsa, bundan da

qorxunc durum ola bilməz. Onlar ilişkilərindəki bu incəliyi qorumaqla, gözlənilmədən

qarşılaşacaqları hansısa bədbəxtliklər, xəstəliklər baş verəndə, yaxud hansısa başqa

ağır durumlara düşəndə, bütün bunlara qarşı duruş gətirməyi bacaracaqlar. İlişkilərdə

biri-birinə bəslənən bu incə duyğuları gizlətməyə, onları biri-birindən qızırğanmağa

dəyməz. Qarşılıqlı ilişkilərdə onları qarşı tərəf üçün nə qədər çox işlədirsənsə, ondan

da bir o qədər çox qarşılığını alırsan. İlişkilədəki incəlik unudulanda ruhlar arasındakı

bağlar qırılır, ərlə onun xanımı arasındakı ilişkilər pas kəsmiş qıfıla bənzəyir. Baxırsan

qıfıldır, ancaq pas atıb, açılası deyil. Sevən ürəklərin sonradan bu duruma düşməsi

çox olur.

Səni düşünürəm. Sən məndən çox-çox uzaqlardasan. İradəmi toplayıb bu

ayrılığın acılarına dözməyə çalışıram. Mənim üzgün və istəkli körpəm, bu gənc

yaşında payına necə də ağır qəm-qüssə yükü düşüb, ancaq bunu açıb-ağartmırsan,

çəkdiyin ağrı-acıları ürəyində gizlədirsən. Sənin bu durumdan qurtulmağın asan

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə