Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   2   3   4   5   6   7   8   9   ...   32

“Hamletində” deyilən kimi: “Hekubedən mənə nə?” Bütün bunlar da mənim üçün

heç bir anlam daşımayan olaylar sırasındandır. Yerusəlimi dağıdıblar, nə olsun,

mənim Martam sağdır və xoşbəxtdir, mənə bu da yetər. Ola bilsin, gələcəkdə,

tarixçilər bunu sübut eləyəcəklər: birdən onda Yerusəlimi dağıtmasaydılar, yəhudilər

də, bunadək bu torpaqlarda yaşamış başqa xalqlar kimi, bütünlüklə yer üzündən

silinəcəkdilər. Axı bu əski çağdan qalma məbədlər dağılandan sonra iudaizm bir din

kimi formalaşmağa başladı.

Qoca yenidən sözə başladı:

– İudaizm inancının bu pəhrizinə doqquz gün qalmış biz yaşamımızda olan bütün

əyləncələrdən və həzlərdən əl çəkirik. Bununla da biz Yerusəlimdəki məbədin

dağıdılmasına yas tuturuq. Yəhudilər burada çox azdır, yaşlılardan da çoxu ölüb

gediblər, ona görə də, qocalardan biz sağ qalanlar dini ənənələri qoruyub saxlamaq

üçün var gücümüzlə çalışırıq. Düzdür, özümüzü buradakı yaşamın gerçəklərindən də

ayırmırıq. İnancımızı qoruyub saxlamaqda biz bir nəfərə çox borcluyuq.

Çox qabaqlar Hamburqla onun yaxınlığındakı Altonedə yaşayan yəhudilər bir dini

icmada birləşmişdilər, sonradan onlar ikiyə bölündülər. Dini təhsillə çox əski

çağlardan Almaniyada yaşayan ravvinlər məşğul olurdular. Biz buraya, dini təhsilimizi

qurmaq üçün çox seçkin bir kimsə olan ravvin Bernaysı

8

çağırmışdıq. Bu gözəl insan



bizim inancımızın dayanıqlığı və inkişafı üçün çox böyük işlər gördü. Soruşursunuz, o,

hamburqlu idimi? Yox, o, Vyurtsburqdan buraya gəlmişdi. Onu oraya Birinci

Napoleon oxumağa göndəribmiş. O, bura gələndə çox gənc idi, ancaq otuz yaşına

kimi burada olmamışdı.

– Siz, onun ailəsini tanıyırdınızmı? – mən ondan soruşdum.

– Yaxşı tanıyırdım. Mən onun uşaqları ilə bir yerdə böyümüşəm.

Sonra o iki ad çəkdi: Münhendə yaşayan Mixael Bernays və Bonnda yaşayan

Yakob Bernays

9

. Daha sonra, nəyisə xatırlayıb dedi:



– Hə, onun üçüncü bir oğlu da vardı, Vyanada yaşayırdı. Elə orada da ölmüşdü. O

bütün ömrü boyu qardaşlarının kölgəsində qalıb gözə görünməzdi. Onu yaxşı

tanıyırdım. Atalarının çoxçalarlı özəllikləri uşaqlarına da keçmişdi. Ataları çox yaxşı

linqvist, filoloq idi, əski çağdan qalma əlyazmalara yozum yazardı. Uşaqlar da

atalarından onlara keçən bu üstünlüklərə görə çox böyük alimlər oldular. Böyük oğul

da filoloq oldu, atasının elmi işlərini davam elətdirdi. Ortancıl oğulun çox incə bədii

zövqü vardı, o öz elmi işlərində bizim böyük şairlərimizin yaradıcılığını araşdırar,

onların əsərlərindəki gözəllikləri incələyərdi. Üçüncü oğul, çox qaraqabaq və

özünəqapılmış birisi idi, dünyanı elmin və incəsənətin yol verdiyindən daha artıq

səviyyədə qavramağa çalışardı. Onu yaxından tanıyanların deməsinə görə, o çox ideal

bir insan idi. O, insan ruhunu dəyişməyə yönəlik yeni əsərlər yazırdı, daha qardaşları

kimi, ömrünü insanlığın yaratdığı böyük əsərləri araşdırmaqla keçirmək istəmirdi.

Qoca tacirin dediyi bu böyük insanın xatirəsini yaşadan üzüyünün surətini

Marthen mənə bağışlamışdı. Görəsən, bu qoca yəhudi, sabah, Praqalı dostum doktor

Valenin, mənim tapşırığımla, onun ruhani ustadının nəvəsinin əlini öpəcəyini bilsəydi

nə deyərdi?

Qoca yəhudi isə gənclik xatirələrinə qapılıb danışmaqdan yorulmurdu, bu

görkəmində o mənə Lessinqin dramındakı bilgin Natanın duyğulu obrazını

downloaded from KitabYurdu.org



xatırladırdı. O, gənclik çağında ruhani ustadı olmuş ravvin İsaak Bernaysın ruhani

zənginliyindən, insansevərliyindən, necə dərin bir inanc yiyəsi olmağından, usanmaq

bilmədən, danışırdı. Onun deməsinə görə, bu bilgin ravvin öz baxışlarını ona inanmaq

istəməyənlərə sırımağa çalışmazdı. Ancaq kimsə dediklərinə inansaydı, onun çağırdığı

yolu tutub getsəydi, onlara qarşı çox tələbkar olardı. Bizim qulaqardına vurub

önəmsiz saydığımız, dəyər vermədiyimiz çoxlu nəsnələri o çox yüksək dəyərlər sayar,

onları bizə aşılamaqdan yorulmazdı. Örnək üçün, o yeməklə bağlı dinin qoyduğu

yasaqlara barmaqarası baxmağı ən böyük suçlardan biri sayırdı. Qoca yəhudinin

deməsinə görə, bu konunun üzərində dərindən düşünüb-daşınmağa dəyər.

Minillərdir insan Tanrıya inanır. Elə bu gerçəkliyin özü, inancı və dini, məntiqsizlik və

yanlışlıq saymağın doğru olmadığını göstərir. Əksinə, din hansısa böyük anlamların

daşıyıcısı olmasaydı insanlar bu qədər uzun bir vaxtda ona bağlanıb qalmazdılar. Tanrı

insanı yaradıb onu Yer cənnəti olan Edem bağında yerləşdirəndə onlara birinci olaraq

yeməklə bağlı yasaq qoymuşdu –hansı ağacın meyvəsini yemək olar, hansını yemək

olmaz, insanların davranışına qoyulan ilk yasaq sayılır. Tanrının ilk yasağı yeməklə

bağlı idisə, onda biz bu yasağın insanlar tərəfindən pozulmasına necə soyuqqanlı

yanaşa, barmaqarası baxa bilərik?

O yenə də bir neçə dini yasaqlardan danışıb, onların gizlin anlamlarını mənim

üçün yozmağa başladı. Onun deməyinə görə “Müqəddəs Kitablardakı yazıların

özülündə ən doğru-düzgün buyuruqlar dayandığı üçün də insanlar onlara söz-sovsuz

boyun əyməlidirlər. Ancaq bu heç də insanın əzəli haqqı olan şübhə eləməyi onun

əlindən almağa yönəlməmişdir, insanın yer üzündəki istənilən ad-sanlı, bilgin kimsəni

danmağa, ona inanmamağa haqqı vardır”.

Görünür, Lessinq “insanların arasında nəsildən-nəslə keçən dini tərbiyənin

insanlığın tərəqqisində böyük rol oynadığını” deməkdə haqlıdır. Dinin insan anlağına

təsiri çox böyükdür, dini və fəlsəfi baxışlar donuq ehkamlara çevrilməyənə kimi

onların insan üzərində təsiri çox böyük olur. Bu baxışlar öz ardınca dərin elmi

düşüncələrə yol açmış, dünyanın incəsənət, poeziya və ədəbiyyat kimi dəyərlərinin

yaranmasına, habelə, yüksəlişinə olduqca böyük təsir göstərmişdir. Neçə-neçə böyük

düşünürlərin və şairlərin dini süjetlərdən yararlanaraq necə böyük əsərlər ərsəyə

gətirdikləri də bəllidir. Dini təlimlər mistik qavrama arxalandığına görə, onlardan əl

çəkilməli olsa belə, yenə də onların qurulmasında özünü göstərən ilham və incə

məntiqin insanlığın yetirdiyi çoxlu bilgin kimsələrin yaradıcılıqlarına göstərdiyi

təsirləri danmaq olmaz.

Qoca yəhudi hamburqlu ravvinin verdiyi bütün öyüdləri yaxşı xatırlayırdı. Ancaq

bu, onun ravvini müqəddəs saymasına görə deyildi. Bununla bağlı, onun

dediklərindən bir örnək də verirəm:

– O bizə dini təlimi dərindən qavraya bilməkdən doğan sevinc duyğusu aşılamağı

bacarırdı. O insanların yerdəki yaşam qaydalarını bəyənməzdi, bizə aşıladığı dini

tərbiyə ilə yetkin insanın necə olmasını anlatmağa çalışardı.

İndi öz böyük müəlliminin nəvəsinin adı oyulmuş poçt kağızı düzəldən bu qoca

yəhudi, onun çox illər bundan öncə dediyi sözləri hələ də unutmamışdı:

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə