Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   2   3   4   5   6   7   8   9   ...   32

5 Froud burada Martanın Münhen universitetində tarix professoru olan əmisi

Mixael Bernaysı anır.

6 Lizetta – Xristian Hellertin şeirlərindən birinin qəhrəmanıdır.

Hamburq, bazar günü, 23 iyul 1882-ci il.

Demək Natan sənə “yəhudi qızı” deyir.

Görünür o, həyatda deyib-gülməyi sevir!

Ardını danışsana, de, nədən utanırsan,

Daha nələr söyləyir, sənə o qoçaq Natan?

Deyəsən, bu şeir Lessinqin hansısa dramından, ya da başqa bir şerindəndir. İndi

şəhər kitabxanasına gedib gətirdiyim sitatın doğruluğunu yoxlamağa imkanım da

yoxdur. Qenzemarktdakı o ucalıqda, həmişəlik dayanıb duran o böyük kişi, elə

bilirəm, məni bu özbaşınalığıma görə bağışlayar.

... Bizim ilk tanış olduğumuz günləri anıram. Boynuma alıram, mən onda

Hamburqa

7

bir gözlənilməzlikdən gəlmişdim və sənə, bu balaca qıza, elə ilk



baxışdanca vurulmuşdum. Yadındamı, sən bir dəfə atanın haçansa anana bağışladığı

üzüyü mənə göndərmişdin? Mən də sənin incə barmaqlarının ölçüsündə, o üzüyün

oxşarını düzəltdirmək istəmişdim. Ancaq zərgərin sözündən sonra, mənə göndərdiyin

üzüyün əslinin evinizdə olduğunu bilmişdim. Lessinqin dramında olduğu kimi, bu

üzüyü görənlərin çoxu onun əsl üzüyün surəti olduğunu deyirdilər. Mən bu olaydan

çox üzülmüşdüm. Başımda qarışıq-dolaşıq düşüncələr dolanırdı, mənə elə gəlirdi, yer

üzündə sevə biləcəyim bir kimsə də yoxdur. Ruhumu belə bir ağır düşüncə sarmışdı:

görəsən o, bir başqasınımı sevir, yoxsa bir başqası onun sevgisindən dəli-divanədir?

Hamburqa gələndə mən bax belə bir düşkünlüyə qapılmışdım. Səhərlər, həmişə

olduğu kimi, ilıq və gözəl idi, axşamlar da elə bu səhərlərə oxşayırdı. Mən bu, gözəl

keçən səhərləri və axşamları ilə qarşıma çıxan günlərə sayğı duyurdum.

Daha sonra, ola bilsin, səni öz despotik xarakterimlə qorxuda biləcəyimi

düşünmüşdüm. Ancaq bu da məni öz istəyimdən çəkindirə bilməmişdi. Mən

yaşamdan nə isə bənzərsiz və çox böyük bir sovqat ala bilmək yanğısı içində idim və

az qala mövhumata qapılıb, qarşılaşdığım ən kiçik əlamətlərə də anlam verir,

gələcəyin necə olacağını öyrənməyə çalışırdım.

Mənim sevgilim alimlər ailəsində doğulub, indi də yazıçılıq eləyir, daha doğrusu,

o da mənim ona yazdığım kimi, vaxtının çoxunu mənə məktub yazmaqla keçirir.

Sözsüz, bu məktubları mənə göndərmək üçün o, poçt markaları almağa az-maz pul da

xərcləməli olur. Mən də, onun kimi. İndi budur, mən bu sevimli, çalışqan qızın mənə

məktub yazması üçün özəl bir kağız düzəltdirirəm, bu kağızın da bir özəlliyi var,

ondan ancaq mənə məktub yazmaq üçün yararlanmaq olar: bax, elə bu da mənim

üzə çıxan, özünü göstərən despotizmimdir. Mənim istəyimlə, oymaçı (qravüraçı)

downloaded from KitabYurdu.org




bütün vərəqlərin üstündə, “M” və “Z”, sənin və mənim adlarımızın baş hərflərini

yazmışdır. Ona görə də, bu poçt kağızından yalnız mənə məktub yazmaq üçün

yararlana biləcəksən.

Həftənin beşinci günü, bu kağızları düzəltməyi sifariş elədiyim adam kağızların

ancaq bazar günü hazır olacağını dedi. O bunun niyəsini belə açıqladı: “Biz axı neçə

min ildir, şənbə günləri işləmirik, inancımız bunu yasaqlayır”. Ah, mən bu əskidən

qalma ənənələrin nə olduğunu yaxşı bilirəm!

Kağızları düzəltməyi sifariş verdiyim tacir, yovuşuqlu-yapışıqlı, çox da yaşlı

görünməyən birisi idi. Görkəminə baxıb, ürəyimdə, ona əlli dörd yaş vermişdim.

Ancaq demə, bərk yanılıbmışam. Deməyəsən, onun yetmiş dörd yaşı varmış.

Danışığımızın gedişində o özünün hələ də işdən-gücdən yorulmadığı, və yaşamın

dadını çıxarmaqdan bezmədiyi ilə öyünürdü. Bundan başqa da, o hələ ömrünü başa

vurmağa tələsmədiyini də deyirdi. Mən bu adamı çox bəyəndim. Görünür, bu mənim

də o anlarda onun təki optimist duyğularla köklənməyimlə bağlı idi. Bazar günü mən

kağızları götürmək üçün onunla yenidən görüşməli oldum. O mənim üçün belə gözəl

və keyfiyyətli poçt kağızı düzəltdirdiyi ilə öyünürdü. Görünür, o da məni nəyə görəsə

bəyənmişdi, ona görə də, mənə sıradan bir alıcı kimi yanaşmırdı, oradan-buradan

danışıb, sonra onun dükanının qarşısında yerləşən alman bankını göstərib sözə

başladı.

Bu bankda, hamburqlu tacirlərdən pul-parasını evdə saxlamaq istəməyənlərinin

var dövləti qorunur. Bankın zirzəmisi ağzına kimi qızıl-gümüşlə dolub tıxanıbdır.

Mən ona üz tutub: çox ola bilsin, o qızıl-gümüşlərin bir hissəsi də sizin dükanın

zirzəmisində qorunur, dedim. Onda o mənə, varlı adamların öz var-yatırlarını nə üçün

banklarda saxladıqlarını anlatmağa başladı.

– Birdən, alıcı borcludursa və mənə olan bu borcunu gecikdiribsə, onda o banka

gedir, mənə nağd pul verməkdənsə, öz hesabında olan pullardan bir hissəsini mənim

hesabıma köçürüb borcunu ödəyir – o bankların necə işlədiyini mənə belə

aydınlaşdırmağa çalışdı.

Boynuma alıram, onun bu dediklərindən sonra da, bankların borcların

ödənilməsi ilə bağlı necə işlədikləri mənə qaranlıq qaldı. Qoca məni buraxmaq

istəmədiyindən, stul çəkib oturmalı və onunla danışmalı oldum. O məndən şəhərin

haralarında olduğumu soruşdu, mənə şəhərin hələ olmadığım görməli yerlərindən

danışdı və dedi:

– Böyük həvəslə sizi şəhərlə tanış eləyərdim, ancaq mən qoca bir yəhudiyəm,

görürsünüz, saçım-saqqalım qarışıb biri-birinə, belə bir yaman günlü görkəmdə sizin

yanınızca düşüb gəzsəm adamlar buna pis baxarlar.

Doğrudan da, pırpızlaşmış saqqalı onu çox pis göstərirdi.

“Axı bu qoca dünən bərbər yanına gedib saç-saqqalını qaydaya sala bilərdi” –

deyə, mən düşündüm.

Qoca birdən gözlənilmədən məndən soruşdu:

– Mənə elə gəlir, siz, bu yaxınlarda hansı dini pəhrizin başlayacağını bilmirsiniz!

Necə gözlənilməz olsa da, mən bu pəhrizin adını bilirdim. Müqəddəs kitablarda

yazıldığına görə, İsa Məsihin ölümündən bir neçə il sonra Yerusəlim bütünlüklə

dağıdılmışdı. Sevgilim, bunu bütün genişliyi ilə sənə danışmağa dəyərmi? Şekspirin

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə