Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   2   3   4   5   6   7   8   9   ...   32

Konvertin üstündə Hamburq poçtunun möhürü vurulub, yoxsa sənin düşdüyün

Vandbesk Hamburqa çox yaxındır? De görüm, dənizi görə bilmisənmi? Mənim

alqışlarımı ona yetir, vaxt gələcək, biz onun sahilinə ikilikdə gedəcəyik. Gərək dənizlə

torpaq barış içində yaşasınlar, mənim adaxlım isə onların arasında dayanıb, açılmış

çiçək kimi, öz gözəlliyi ilə göz oxşasın. Nə işdir bilmirəm, ayrılıq onu daha da cəlbedici

eləyir, ondan uzaqda olduqca onun çəkiciliyi (cazibəsi) daha da artır.

Mən elə coşmuşam, qorxuram birdən sənə olan sevgim vətənə olan sevgimi də

üstələsin. Görünür, bu səni öz sevgilim sayacaq qədər aşırılığa varmağımdandır.

Yazıq Minna mənə gileylənib deyir, gərək bacıma beşsəhifəlik uzun bir məktub

yazam. Mənim Marhenim ona necə qorxu gəlibsə, qız oturub kağızları necə yazıb

doldurmaq üstündə baş sındırır. Çox istərdim, Elinin mənimlə bağlı sənə nə yazdığını

biləm. Onun mənimlə bağlı nə düşündüyünü öyrənmək çox maraqlı olardı.

Sən məni poetik kitabları oxumaqdan çəkindirməyə başlamısan, Marthen. Mən

bütün günü, var gücümlə işləyirəm, yorğunluqdan, axşamlar öz peşəm üzrə kitab da

oxuya bilmirəm. Poetik əsərlər isə məni ilgiləndirmir. Mənim sənin sevginlə

yaşamağımın özü elə poeziya deyilmi?

Mənim qulluq eləməyə çalışdığım Böyük Elmə gəlincə, ona ürəkdən gələn bu

sözlərimi çatdırmaq istərdim: “Ey Böyük Elm, mən Sizin üzüyola qulluqçunuz olaraq

qalıram, Siz mənə çox dərin sevinclər aşılayırsınız, ancaq mənim mənəviyyatsız birisi

olduğumu da düşünməyin. Siz, heç vaxt mənimlə dost kimi davranmadınız, məni

ovundurmaq üçün bir söz belə demədiniz. Mənim yazılarıma cavab vermirsiniz;

mənim dediklərimi eşitmirsiniz; mən bir Xanım da tanıyıram və onu Sizdən qat-qat

yüksəkdə tuturam, o mənim ona göstərdiyim qulluğu sizdən yüzqat artıq

dəyərləndirə bilir. Mən onun təkbir qulluqçusuyam, Sizin isə qulluqçularınız

minlərlədir. Ona görə də, mənim nə üçün öz ömrümü dediyim bu əvəzolunmaz və

istiqanlı xanıma qulluqda keçirmək istədiyimi anlayarsınız. Məni yaxşılıqla xatırlayın,

mən tezliklə yenə qayıdacağam. İndi isə, üzrlü sayın, mən gərək Martaya məktub

yazam”.


Ancaq mənim Marthenim yanımda olanda və mən onu hər gün görə və onunla

ürəyim istəyən qədər danışa biləndə, bu durum dəyişəcək və hər şey daha yaxşı

olacaqdır.

Hər iki Xanım (Elm ilə Martanı deyirəm), onda, biri-biri ilə anlaşacaq və barış

içində yaşayacaqlar, ötkəm və yovuşuqsuz Elm xanım öz yerini istiqanlı və ciddi

Xanıma verəcək, sonra yenidən məni yanına çağırıb, doğruluğu axtarmaq yoluna

yönəldəcək, qazandığım uğurlara görə ödül də verəcəkdir.

Dünən mən dostluq eləməyə başladığım Ernst fon Fleyşlin

4

evində oldum.



İndiyədək mən ona çox şeydə həsəd aparırdım. Ancaq indi bir sıra şeylərdə ondan

üstün olduğumu anlayıram. O, on, yoxsa on iki il bundan öncə adaxlanıb, adaxlısı

onunla yaşıddır və onunla evlənəcəyini neçə il desən gözləməyə də hazırdır, ancaq

mənim bu dostum, bilmirəm nəyə görəsə, onunla savaşıb, sonra da ayrılıbdır.

Ernst çox gözəl insandır, özəllikləri və tərbiyəsilə başqalarından çox seçilən

birisidir. Onun çoxlu məşqlərlə yetkinləşdirdiyi fiziki sağlamlığı, olduqca dərin ağlı və

çoxçalarlı istedadı ilə uyuşaraq, gözəl bir insani bitkinlik örnəyi yaradır.

downloaded from KitabYurdu.org




Görkəmcə yaraşıqlı və adlı-sanlı soydan olması, habelə, çoxsaylı bacarıqları,

çalışqanlığı və istənilən konu üzrə özgün mühakimələri ilə seçilməsi onu mənim

idealıma çevirmişdi. Biz onunla dostluq eləməyə başlayanda mən onun bu

üstünlüklərini görüb sevinirdim. Budəfəki görüşümüzdə mən onunla, yenicə

oxuduğum bir pamfletlə bağlı düşüncələrimi bölüşdüm, o isə yaponların qo deyilən

intellektual oyununu mənə öyrətdi. O mənə sanskrit dilini öyrəndiyini deyəndə isə,

mən lap sarsılmışdım. Anlaşmamız üzrə mən onun bu dili öyrənməyini kimsəyə

deməyəcəyimi boynuma götürsəm də, ancaq mən Martadan nəyisə gizlətməyi

özümə sığışdırmadığım üçün, bu önəmli sirri də ona deməkdən özümü saxlaya

bilmirəm.

Mən özümü çoxlu yönlərdə üstələyən dostumla bağlı düşünəndə birdən ağlıma

gələn bir fikirdən sarsıldım: görəsən, mənim bu dostum Marta kimi gözəl bir qızı

görsə nə baş verərdi, onun işığı Marta adlı almaza gözqamaşdıran bir parıltı verə

bilərdimi? Axı sən artıq bir dəfə, bizim tanışımız olan yazıq Kalenberqin ağlını

başından çıxarmısan. Alplar da, Venesiyanın su yolları da, Romadakı Müqəddəs Pyotr

kilsəsinin azmanlığı da, sənin gözəlliyinin yanında çox solğun görünür. Mənə elə gəlir,

bu duyğularımda pis heç nə yoxdur: mənim sevgilimin özümdən üstün olduğunu

bildiyim bir gənc kişiyə necə təsir edəcəyini görə bilmək arzusu sevgilimin bütün

konularla bağlı düşüncələrinin, mənim üçün necə dəyərli olduğunun göstəricisidir.

Məndən doqquz yaş böyük olan Ernestin bu illərdə yaşaya bildiyi xoşbəxtliyini,

mənim ömrümdə çatmayan bu doqquz illə tutuşduranda, elə bilirəm, məndən artıq

yaşadığı bu illərin ona heç bir üstünlük qazandıra bilmədiyi aydın görünməkdədir.

Ondan fərqli olaraq, mən gözləməyi bacarıram və bu dözümlüyümə görə də, Tanrı

mənə Marta kimi bir xəzinə bağışlamışdır. Boynuma alıram, bir anlığına, birdən sənin

Ernstlə qarşılaşa biləcəyini gözlərimin önünə gətirəndə duyduğum acını sözlə demək

çətindir. Axı o, hər il iki aylığına Münhenə gəlir və orada oxumuş insanların

yığıncaqlarında dolaşır. Marta onu öz əmisinin

5

yanında görə bilərdi. Sənin onda



hansı təəssürat yaradacağını bilmək, mənim üçün, çox ilginc olardı.

Sonra mən başımda dolaşan bu qara-qura düşüncələri bir qırağa tulladım. Bu

düşüncələrim mənim üçün büsbütün aydın olan bir sonuca gəlib çıxdı: sevgilimin

mənə qarşı hansısa bir yanlış addımı olsa belə, kiminsə onu mənim əlimdən almasına

yol vermərəm. Adaxlanandan sonra Martanın könüllü olaraq əl çəkdiyi sərbəstliyini

biz çox keçmədən, köməkləşib, birlikdə geri qaytaracağıq. Mənim gözəlim gərək uzun

illər boyunca gənc və sağlam qalsın, lap doqquz il keçsə belə, bugünkü kimi, öz

gözəlliyi və başqa qadınlardan üstünlüyü ilə baxanları təəccübləndirə bilsin.

İnanmıram, Marta, gecə-gündüz, başı evin iş-gücündən ayılmayan bir ev xanımı

olsun, axı Marta Lizetta deyil

6

.

Elə mən də, gələcəkdə haqqım çatan hansısa bir yaxşılığa yetməli deyiləmmi?



Mənim yalnız bir diləyim var: Marta mənim olsun.

Mənim istəkli sevgilimə, Ziqmundun ürəkdən gələn alqışlarını yetirməklə

məktubumu bitirirəm!

4 Ernst fon Fleyşl (1847-1891) – Vyana universitetində elmi işçi-assissent

olmuşdur.

downloaded from KitabYurdu.org




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə