Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

ilişkilərimizin məzmunu da çox yoxsul görünərdi. İnsan ilişkiləri bəzək-düzəksiz və

umacaqsız olanda ən gözəl olur.

Bax, mən əllərimi inamla və ürəkdən gələn bir istəklə sənə uzatmışam, səndən

də bunu gözləyirəm.

Açıqlama: Bu məktubun sonunda Froud öz ad və soyadını yazmamışdır, “Sevgi

məktubları” kitabının tərtibatçısı Ernst Froud bu məktubu atasının Martaya şəxsən

özünün verdiyini düşünür.

8

3

-

c

ü

i

l

,

h

ə

t

ə

Sevimli Martam!

Sənin vurğunluqla oxuduğum gözəl məktubcığazın, burada Valdebeker

sərgisindən verdiyin geniş bilgi, məni çox sevindirdi. Bu sevincin isə mənim indilikdə

korlanmış sağlamlığımın düzəlməsi üçün yaxşı bir arac olduğunu deyə bilərəm. Bu

zökəm olmasaydı, özümü çox yaxşı hiss elədiyimi də deyə bilərdim.

Sənin bu düşüncələrin “Faustdakı” Vaqnerin, öz gözəl gəzintisi boyu daldığı,

düşüncələrinə çox oxşayır, mən də bu yerdə doktor Faustun dediyi bu sözləri anmaya

bilmirəm: mən insanam, insana xas olan şeylərdən heç biri mənə yad deyildir.

Sevgilim, sən düz deyirsən, xalq belə yarmarkalara axışıb basabas salmağı

bəyənsə də, ancaq dərin düşüncəli insanlar üçün bu yarmarkalar çox darıxdırıcıdır.

Mənim üçün ən gözəl əyləncə sevgilimlə baş-başa verib danışmaqdır, bunun belə

olduğunu mən artıq dönə-dönə yoxlamışam. Bundan başqa, kitab oxumaq da belə

gözəl əyləncələrdən biridir, bu durumda bizim oxuduğumuz kitablar duyğu və

düşüncələrimizə bir aydınlıq gətirir, insanın varlığının və bütövlükdə yaşamın,

anlamını gözüaçıqlıqla qavramağımıza yardımçı olur.

Məni özümdən sitat gətirməkdə qınama, ancaq burada insan taleyi ilə bağlı

düşüncələrimi səninlə bölüşməkdən özümü saxlaya bilmirəm: dayaz düşüncəli,

geridəqalmış adamlar heç bir sıxıntı çəkmədən, çox asanlıqla yaşaya bilirlər, biz isə,

daima, ömrümüzdə nələrinsə çatışmadığını duyaraq yaşamaqdayıq. Öz kimliyimizi

bölünüb kiçilməkdən qorumaq, onun bütünlüyünü saxlamaq üçün biz özümüzün

bacarıqlarımızı sağlam bir özül üzərində qurmaqdansa, çox vaxt, əyləncələrə, hay-

küyə və yersiz duyğulanmalara qapılmaqla ömrümüzü yelə veririk. Biz, özümüz də

niyəsini bilmədən, gerçəkləşməyə çalışan gücümüzü sıxışdırır, onu gərəkli işlərə

qoşulmaqdan çəkindiririk. Bu öyrəncəmiz təbii istəklərimizi basıb əzir və biz bununla

şəxsiyyətimizi incələşdirdiyimizi sanırıq.

Biz dünyanı dərinliklərinədək qavraya bildikcə, özümüzü də çox dərin duyğular

yiyəsi olan kimsələr saya bilərik. Biz nə üçün içki düşkünlüyünə qapılmırıq? Yoxsa,

içkili adamların yiyəsiz küçələrdə, öz doğma və yaxınlarının yardımlarından uzaq

düşüb qaldığı anlarda, eşitməli olduqları it hürüşmələrinin, pişik miyovultularının

downloaded from KitabYurdu.org



yaratdığı yadlıq bizi bundan çəkindirir? Görəsən, biz nə üçün, hər ay özümüzə yeni bir

sevgi axtarmırıq? Hər dəfə qapıldığımız sevgidən ayrılanda, ürəyimizin bir parçası da

qopub ayrılırsa, onda biz nədən, çox vaxt, belə duyğusuz yaşamağı özümüzə

sığışdırırıq? Görünür, bizləri buna sürükləyən, bədbəxtlik və fəlakətlərin ağırlığından

qorxmağımızdır.

Biz, bilərəkdən, yaşamda bacardıqca az ağrı-açılar çəkməyə, ondan bacardıqca

daha çox həzz almağa çalışırıq. Bizim kimi, bütün insanların da ömrü, yaşamla ölümün

asılılığındadır və insanlar, uzun illər boyunca, sevincin nə olduğunu duymadan

yaşamalı olurlar. Onlar yalnız birlikdə olanda, özlərinə könülcə doğma olan birisi ilə

əl-ələ verib yaşayanda, əllərindəki ən dəyərli nəsnələri dartıb alan taleyin ağır

zərbələrinə qarşı daha asan duruş gətirə bildiklərini anlayırlar. Ona görə də, dərin

duyğular yiyəsi olan insanlar öz ömürlərində yalnız bir dəfə sevməyi bacarırlar. Bu,

mənim ürəkdən inandığım bir gerçəklikdir, kimsə məni bunun belə olmadığına

inandıra bilməz.

Adi bir insanın bütün ömrü, gündəlik yaşamında üzləşdiyi yoxsulluq yükünün

ağırlığını az da olsa yüngülləşdirmək uğrunda apardığı savaşlarda keçir. Bəlli olduğu

kimi, yoxsullar, toplumun daha yüksək təbəqədən olan insanların çiyninə qoyduğu

ictimai vəzifə yüklərindən azaddırlar, ancaq onlar, istər-istəməz, özlərindən asılı

olmayaraq, gönüqalın və incə duyğulardan uzaq insanlar olurlar, yoxsa, onlar

yaşadıqları ömrün necə də miskin olduğunu anlaya bilsəydilər, onun ağırlığına dözə

bilməzdilər. Onlar öz sağlam instinktlərinin səsinə qulaq asır, onun çağırdığı yönə üz

tuturlar və təbiətin də, toplumun da, onları sevmədiyini anlayırlar. Ona görə də, bu

adamların əlinə ötəri və yüngül əyləncələr keçən kimi, bundan artığının olmayacağını

bildiklərindən, özlərini onlara qapılmaqdan çəkindirmirlər.

Yoxsullar çox gücsüz və düşkünlüyə qapılmağa yönəlik olduqlarından, biz onları

yamsılamaqdan uzaq qaçmalıyıq. Mən hansısa xalqın yaxşılıqsevərlikdən

uzaqlaşdığını görəndə, bunun niyəsinin onun sıx-sıx üzləşdiyi epidemiyalar,

xəstəliklər, yoxsulluqlarla bağlı olduğunu düşünürəm, xalqlar, elə bil, başlarına gələn

bu bədbəxtlikləri unutmaq üçün, yaxşılıqlardan uzaqlaşır, yamanlığa qapılmaqla

üzləşdikləri bu fəlakətlərə “dözməyə” çalışırlar. Yazıqlar olsun, bütün bu

bədbəxtliklərlə üzləşən xalqların hamısının yaşadığı dövlətlərdəki ictimai qurumlar

tərəfindən qorunmadığı göz önündədir.

Mən bu düşüncələrimin ardını danışmaq istəmirəm, ancaq mənə elə gəlir, xalqın

sevgisi də, mühakiməsi də, işi-gücü də bizimkinə bənzəmir. Sadə insan deyilən

varlığın psixologiyası var və onun bu psixoloji durumu bizimkindən büsbütün seçilir.

Yoxsulların təbii hissləri bizimkindən güclüdür. Ancaq onlarda, hələ də, bizim hər

birimizi sonucda ölümə, daha doğrusu, yoxluğa gətirib çıxaran bu özəllik: gerçəkliyi və

yaşamı dəyişməyə can atan ehtiras öz yaşarılığını saxlayır.

Sevgilim, birdən, bu düşüncələrimi bəyənməsən məndən incimə. Sənin mənim

üzərimdə necə güclü təsirinin olduğunu bilirsən. Sənin bəlli durumlara uyğun olan

qavram və davranışların mənimki kimi deyildir. Bütün bunlar, bizim keçdiyimiz ömür

yolunda qazandığımız təcrübələrdən və duyğularımızdan asılıdır. Bu konu ilə bağlı

bundan artıq danışmağa gərək duymuram. Mənim şahzadə xanımımdan bütünlüklə

asılı olmağım isə ürəyimcədir. Öz sevgilisinin buyuruğunda olmaq çox gözəldir, ancaq

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə