Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

neyləyəsən, indilikdə biz biri-birimizdən çox uzaqda yaşamalı oluruq, mənim

Marthenim!

Sözün düzü, taleyində dönüş yaratdığım o köməksiz qızı, bu yaxınlarda, bir-neçə

günlüyünə unutmalı olmuşdum, bu anlarda onunla bağlı düşüncələr daha mənim

ürəyimi yerindən oynatmırdı. Bunun niyəsi, mənim başıma gələn, ancaq bizim

ilişkilərimizə qarışacağı olmayan iki qarışıq-dolaşıq olaydan yana idi. Çoxları,

həkimlərin insan ağrılarını duymaq özəlliyini itirdiyini düşünür, ancaq mənim

düşüncəmə görə, onların bu duyğuları sonacan kütləşmir. Ailə xoşbəxtliyi olan

həkimdə isə bu duyğu, bütün ömrü boyunca, güclü olaraq qalır.

Mənim, bu yaxınlarda, doktor Pfunqe ilə bir qarşıdurmam oldu, mən professor

Meynertin yanında onun gördüyü işləri tənqid eləmişdim, o isə bundan bərk

acıqlanıb mənimlə çəkişməyə başlamışdı. Pfunqe bu çəkişmədə özünün, ilk baxışdan

insanı çaşdıran, sarsaq ideyalarını bütün gücü ilə işə salsa da, bu dartışmanın

gedişində mənim doğru yolda olduğum bəlli oldu. Ancaq sənin qarşında bunu da

boynuma almalıyam, mənim kimliyimdə despotçuluq var və mən coşanda, özümü

çox çətin ələ ala bilirəm. Sən, sözsüz, bunu bilirsən, ancaq buna baxmayaraq məni

sevirsənsə, mən buna görə özümü ikiqat xoşbəxt sayıram.

Bütün vaxtımı, başlanğıcı çox da uğurlu alınmayan, yeni başladığım işimə

verməyə çalışıram. Ola bilsin, sən düz deyirsən, mən doğrudan da, öz işimdəki uğur

və uğursuzluqlara çox kəskin reaksiya verirəm. Mənim qurduğum yeni metodla bağlı

hələ çox qaranlıq yerlər qalmaqdadır, ancaq mən onu bitkinləşdirmək üzərində

dayanmadan çalışıram. Yazıqlar olsun, o hələ də, məni ardıcıl olan uğurlara gətirib

çıxara bilmir.

Gecən xeyrə qalsın, mənim istəkli, sevimli şahzadə xanımım. Son məktubun məni

çox qanadlandırdı. Sən də, mənim səni ömrümün sonunacan sevəcəyimə inana

bilərsən.

Sənin Ziqmundun

saat keçmiş

Sevgilim!

Yaxşısı, sən bir də heç vaxt, özünün soyuqqanlı olmağından və elə buna görə də,

öz duyğularını yetərincə açıqlaya bilmədiyindən mənə yazma. Sən məni nədəsə

qınayanda da, bunu çox böyük incəliklə eləməyi bacardığından, mənim buna ancaq

səni bağrıma basıb uzun-uzadı öpməklə cavab verəsim gəlir. Gün gələcək, səndən

ayrılıqda necə bərk darıxdığımı və ağrı-acılar çəkdiyimi sənə danışacağam və bütün

bunlar bizim üçün çox dəyərli xatirələrə çevriləcəkdir. Bu ağrı-acılar məni elə sarsıdır,

elə üzür, mən birdən, haçansa səninlə həmişəlik bir yerdə olacağıma da inamımı

itirməyə başlayıram. Ancaq bütün bunlarla bağlı ara vermədən düşünməyi özümdən

downloaded from KitabYurdu.org



uzaqlaşdırmalı oluram, axı bu düşüncələrə qapılmaq, mənim dözümümü tükədə

bilər, mən isə gərək bizim birlikdə yaşaya bilməyimiz üçün, habelə, düşdüyüm ağır

maddi sıxıntılardan çıxış yolu tapa bilmək üçün gecə-gündüz çalışam.

Marta, sənin sorularını cavablarkən yalan danışmağı bacarmadığımdan, heç də

sənin düşündüyün qədər güclü bir insan olmadığımı boynuma almaqdan özümü

saxlaya bilmirəm. Gözəlim, səndən məktub almayanda isə mən ən gücsüz olduğum

çağlarımı yaşayıram. Heç olmasa, qısa bir zaman üçün, bu gərgin işlərdən ayrıla

bilsəydim, bu mənim ürəyimcə olardı. Bunun üçün bir az pul tapıb, bir neçə

günlüyünə kurorta getmək istəyirəm, ancaq bu istəyim alınmasa da, bunu özümə

dərd eləyəsi deyiləm. Bildiyin kimi, Kaşauda dincəlməyə getməyim alınmadı. Sözün

düzü, belə düşüncələrə qapılıb, əyləncə axtaran ərincək birisinə çevrilmək də

istəmirəm. Bizim gələcəkdəki birgəyaşayışımız üçün, mənim indidən özümü

əməksevərliyə və yaşamda aza qane olaraq sevinclə ömür sürməyə alışdırmağım, elə

bilirəm, sənin də ürəyincə olar. Mənim düşüncəmə görə, insanın öz məqsədinə çata

bilməsi üçün biri uzun, o birisi qısa olan iki yol vardır. Mən bu gün məqsədə aparan

uzun yolu tutmalı olmuşam, ancaq bu yolun məni istəklərimə yetirəcəyinə ürəkdən

inanıram. Mən bunun addım-addım doğrulduğunu duyuram.

Sənin özünə belə güvənməyini çox bəyənirəm. Mən isə özümü elmdə

qazanacağım uğurlarda tapmaq istəyirəm, bu uğurlar isə, dayanıqlı və uzun çəkən

əməksevərliklə aparılan elmi axtarışlarla qazanılır və onun gətirdiyi sevinclər

ölçüyəgəlməz dərəcədə böyük olur. Mən, öz ad-soyadının baş hərflərini dəniz

qırağındakı qayalara çapıb, ləpədöyənin haçansa onu silib itirəcəyinə soyuqqanlıqla

yanaşa bilən insanlardan deyiləm.

Mənim incim, birdən yaşamda səni tapmasaydım, kim bilir, mənim sonum nə

olacaqdı, çox ola bilsin, bu durumda mən: özünə güvənməyən, sənin sevgini qazana

bilmədiyi üçün, insan yaşamının bəzəyi olan çoxlu həzlərə və əyləncələrə əli

çatmayan, ölçü-biçili kiçik duyğularla və ağır maddi sıxıntılarla ömrünü çürüdən birisi

olacaqdım. Habelə, mən sıxıntılarımın və düşkünlüklərimin dustaqlığından çıxış yolu

da tapa bilməyəcəkdim. Sən məni böyük məqsədlərə yönəltməklə yanaşı, dəyəri

ölçüyəgəlməz olan bir səadətlə varlandırdın, bunacan yaşamalı olduğum mənəvi

yoxsulluqdan qurtardın.

Sən mənə uğur qazanmaq üçün ümid və inam verirsən. Mən bunu sən hələ məni

sevmədiyin vaxtlardan bilirəm, indi sənin məni sevdiyini bildiyim üçün bunu ucadan

deyirəm. Sənin yardımınla mən özünə güvənən qoçaq bir kişiyə çevrildim.

Marta, mənim gözəl incim, bizim ağgünlü gələcəyimiz bütünlüklə biri-birimizi

sevməyimizdən asılıdır. Mən sənə özünün istədiyindən heç də az olmayan səadət

arzulayıram. Mən bunu çəkinmədən, ürəkdən gələn bir inamla deyirəm: səninlə

birlikdə olmağa yönələn istəklərimin yanında bütün yerdə qalan istəklərim bir heçdir.

Sənin yerin mənim ürəyimin başındadır.

Sənə çatdırmaq istədiyim bir yenilik də vardır: Şenberq hər gün mənim yanıma

gəlir, onun işlərinin gedişi mənim ürəyimcədir. Tezliklə qardaşı Alois qayıdacağından,

indi onun başı qarşıdakı İtaliya səfərinə hazırlaşmağa bərk qarışıbdır.

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə