Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

olmayacaqdır. Axı indi səadətinin səndən üz çevirdiyini düşünürsən. Yox, sakın bu

düşkünlüyə qapılmaqdan, biz yaşamın bizə verməyə borclu olduğu sevinc payımızı

almaq üçün var gücümüzlə çalışmalıyıq. Sənin mənə böyük bir səadət bağışlayacağına

inanıram. Mənim səadətim sən özünsən, sənsiz mən ruhdan düşürəm, əlim boşda

qalır. Səninlə olanda ruhlanıram, sənin üçün dağı dağ üstünə qoymağı bacaracaq

qədər güclü olduğumu sanıram, ürəyimdə, sənin üçün çalışmaqdan və səninlə birgə

yaşamağın dadını çıxarmaqdan böyük istəyim yoxdur.

Sənə ürəkdən gələn alqışlarımı yetirirəm. Ola bilsin, bu dəqiqələrdə elə sən də

məni düşünürsən və daimi görüş yerimiz olan bağçada məni gözlədiyin anları

xatırlayırsan.

Sənin Ziqmundun

Vyana, 25 sentyabr 1882-ci il

Mənim sevimli Marthenim!

Göndərdiyim məktuba yazacağın cavabı gözləməkdən bezib, yenidən sənə öz

işlərimin gedişindən yazmaq istəyirəm. Sözün düzü, səninlə üz-üzə oturub danışa

bilməmək məni çox üzür. İstəyirəm, bu məktubda heç nəyi gizlətmədən,

düşüncələrimi, necə varsa eləcə də yazam, məncə, biri-birinə əllərini və ürəklərini

etibar eləmiş, talelərini ömürlük biri-birilə bağlamış insanlar elə belə də etməlidirlər.

Boynuma alıram: cavab almadan bir də yenidən sənə məktub yazmaq çox da elə

ürəkaçan deyildir. Sən mənim məktublarımı cavabsız qoymağa başlasan, görünür,

mən də aramızdakı yazışmaya son qoymalı olacağam. Haçandandır, bizim

yazışmamız, yalnız, mənim sevgilimə göndərdiyim, ayrılıqdan nələr çəkdiyimi

anlatdığım, monoloqlar üzərində qurulubdur. Bu monoloqlar belə uzun bir sürədə

cavabsız qaldıqca tükənə bilər, bu isə bizim ilişkilərimizin yalan üzərində qurulduğu

düşüncəsinə gətirib çıxarardı. Bizim sevgimizi və arxadaşlığımızı yaşadan, qarşılıqlı

anlaşmadır. Mən bütün durumlarda yovuşuqlu ola bilmirəm, çox vaxt ciddi olmağa,

sözü üzə deməyə üstünlük verirəm, məncə, dostlar arasındakı ilişkilər belə də

olmalıdır. İlişkilərdə hansısa üzgörənlik və örtülülük varsa orada dostluqdan söz gedə

bilməz. Sənin indi öz yan-yörəndəki adamların içində mənim yoxluğumu duyduğuna

inanmaq istəyirəm. Yanında görmədiyin o adam üçün sən bu dünyanın ən böyük

dəyərisən. İnan mənə, sənin bunca dəyərli olmağın mənim əməyim deyildir. Ancaq

mənim öz qavramımda sənin kimliyinə verdiyim dəyər, sənə belə yanaşmağım, sənə

sevimli bir oyuncaq kimi yanaşmaq istəyənlərin davranışlarından çox-çox seçilir.

Onlar üçün bu seçim çox asandır və bütün bunlar, onların, sənə yiyələnmək istəklərini

doğrultmağa hesablanmışdır.

Mənim istəklim, gözəlim, səni qınamaqdan hansısa bir həzz aldığımı

düşünməyəsən. Yox, mən bizim aramızda, azacıq da olsa belə, hansısa soyuqluğun və

downloaded from KitabYurdu.org



incikliyin olmasını istəmirəm. Mənə elə gəlir, sən bunu çox gözəl anlayırsan: biz

taleyimizi biri-birimizlə bağlayıb, iki taleyi bir taleyə çevirən gündən, ikimiz də,

bundan öncəki kimliyimizdən ayrılıb, büsbütün başqa insanlara çevrilməliyik, daha

doğrusunu desək, o andan başlayaraq biz yalnız biri-birimizin maraqları və qayğıları

ilə köklənib yaşamağa çalışmalıyıq. Bu sözləri, indidən, çəkinmədən deyə bilərəm:

qarşıda bizi gözləyən qocalıq da, mənim sevgilimin gözəl obrazını korlaya biləcək,

gözdən sala biləcək gücdə deyildir.

Birdən, bu sözlərimi oxuyub qüssələnsən, ağlasan, mənim qanımı bərk qaraltmış

olarsan. Yox, sən bir anlığına özünü mənim yerimə qoy. İndi mən durub incidildiyim

üçün hönkürməyə başlasam, onda necə olsun, səncə, bu durumumda məni kim

ovutmalıdır?

Evlilik – olduqca çətin bir məsələdir. Bu məsələni həll eləyə bilmək üçün biz

gərək biri-birimizə kömək eləyək, gərək olanda isə, bir-birimizin yanlışını düzəldək.

Təkcə elə biri-birinə öz sevgisini açıqlayan odlu-alovlu sözlər deməklə iş düzəlmir.

Mənim düşüncəmə görə, ərlə arvaddan hansısa biri o birisində bəyənmədiyi hansısa

özəlliyi üzə vurmursa, onda onlar arasındakı ilişkilər dəyərdən düşür və burada evlilik

də öz anlamını itirməyə başlayır. Birgə yaşamaq – bütün durumlarda biri-birinin -

hayında-harayında olmaq, sevinci də bədbəxtliyi də biri-biri ilə bölüşmək deməkdir.

Mənə elə gəlir, qızların çoxu kişilərlə dostluqlarına, yalnız öz könüllərini

əyləndirəcək bir iş kimi baxır, çox vaxt, kişilərdən bunu lap tələb də eləyirlər. Siz

qızlar, çox vaxt, kiminsə ürəkdən gəlməyən, yalnız üzdə olan basmaqəlib nəzakəti ilə

yetinirsiniz və belə durumlarda sizlərin dilindən sıx-sıx belə sözlər çıxır: “Ah, bilsəniz

o, bugün necə istiqanlı və ürəyiaçıq idi”.

Mən burada, avqust ayında, xəstələnəndə qardaşın Eli məni yoluxmağa gəlmişdi,

birdən o qayıdıb qınaqla dolu belə bir söz dedi: sən, belə ağır xəstəsənsə, niyə gedib

xəstəxanada uzanmırsan, sənə doğma olan adamlara yük olursan? Bax, səninlə

mənim aramda gərək, biri-birimizə belə bir yanaşma olmasın. Heç bir durumda biz

biri-birimiz üçün ağır yükə çevrilə bilmərik. Mənim diləyim gələcəkdə səninlə uzun

illər boyunca sakit və işıqlı günlər yaşamaq, səni diqqət və qayğı ilə bürüməkdir, sənin

də mənə qarşı belə davranacağına inanıram. Mən, bizim, bütün ömrümüz boyu, biri-

birimizə tükənməz bir sevgi bəsləyərək yaşamağımızı istəyirəm, habelə, doğma

insanlar olaraq biri-birimizin öyrəncə və zövq ayrılıqlarına da sayğı ilə yanaşacağımızı

gözləyirəm. Mən özümün bunu bacaracağıma arxayınam.

Gizlətməyəcəym, sən bir dəfə artıq öz davranışınla məni bərk sarsıda bilmisən.

Xatırlayırsanmı, ilk tanış olduğumuz çağlarda, bir dəfə sən Fritslə dostluğa başlayıb

məni gözdən salmışdın. Mən sənin bu davranışına sonacan dözüb gözlədim, sonra

sən mənə qarşı yanış davrandığını özün başa düşdün. Düzdür, mən onda sənin bütün

bunları öz bağımsızlığını göstərmək üçün elədiyini anlamamışdım. Sən sonradan özün

bunu mənə açıb dedin və bundan sonra mən sənin öz davranışlarını götür-qoy eləyib

onlara düzəliş verə bilmək bacarığına inandım.

Qarşılıqlı olaraq biri-birimizə güvənməyimiz bizi birləşdirən ən qırılmaz doğmalıq

tellərindəndir. Sevgilin üstəlik səninlə dost da olursa, bu onu sənin gözündə daha da

yüksəklərə qaldırır. Mən sənə yalnız sevgilim kimi yanaşıb, səndə dostluğa yaraşan

özəlliklər tapa bilməsəydim bu, bizim üçün çox böyük bir itki olardı. Onda bizim

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə