Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   2   3   4   5   6   7   8   9   ...   32

– Bizim bu böyük ravvin asket deyildi. Tərsinə, o bütün insanların, o sıradan

yəhudilərin də, sevinmək, işləmək və həzz içində yaşamaq üçün yaradıldığını deyirdi.

O öz ömrünü sevinclər və həzlər içində keçirə bilməyən insanlara acıyardı.

Bu yerdə mən sənin qardaşını, o böyük ravvinin nəvəsi olan, Elini, onun, sevərək,

sıx-sıx işlətdiyi bu sözü xatırladım: “Mən insanam və insana xas olan şeylərdən heç

biri də mənə yad deyildir”. Qoca yəhudi isə, bu dünyada qarşılaşdığımız ən kiçik

uğurlara görə də sevinməli olduğumuzu deyir, ancaq bütün bunlara görə Tanrıya

dualar eləməyi unutmamağın gərəkliyini də önəmli sayırdı. Onun deməsinə görə, bu

gözəl dünyada hər şey biri-birilə qarşılıqlı bağlılıqdadır. O ustadı olmuş ravvinin bir

sözünü xatırlatdı: insan sevinmək üçün, sevinclər isə insan üçün yaradılıb. Martanın

babası olan ravvin bayram günlərində bu düşüncəni daha çox vurğulayarmış. Qoca

yəhudi sözünə belə davam elədi:

– Xristian yeni ili qarşılayanda bütün pisliklərin köhnə ildə qalacağına, yeni ildə

yaxşılıqlara qovuşacağına, uğur qazanacağına inanır. Yəhudi üçün yeni il –taleyilə

barışıq və anlaşma günüdür, bu gün irəlidən gələn bütöv bir ildə onun taleyini

müəyyən edir. Adama elə gəlir, qarşıdan gələn ildə Tanrının bizimlə necə

davranacağını düşünüb qorxuya düşməliyik, ancaq xoşbəxtlikdən yəhudilər onları

gözləyən taledən qorxmurlar. Tərsinə, biz Tanrıdan qorxduğumuzu yox, onu

sevdiyimizi sübut eləməyə çalışırıq, bunun üçün də yeni ilin birinci gününü bütünlüklə

oruc tutmaqla keçiririk. Biz Tanrını sevdiyimiz üçün oruc tuturuq. Sevgi isə özünün

gerçəkliyini ağır sınaqlarla sübut eləməli olur. Beləliklə də, biz yəhudilər üçün yeni il

bayramı Tanrını sevmək bayramıdır. İudey dini insanların bu gün sevinc içində olmalı

olduqlarını öyrədir. Bir sözlə, Yeni il yəhudilər üçün İlahi sevincə qovuşmaq

bayramıdır.

Bu vaxt dükana yeni bir alıcı gəldi və Natan sözünü kəsdi, bir anın içindəcə

dəyişib, yenidən bayaqkı çoxbilmiş tacirə çevrildi. Onun bayaqdan dediklərinə qulaq

asdıqca həyəcanımı gizlədə bilməyən mən, yüngülcə baş əyib ayrılmaq istədim, ancaq

o müəllimi ilə bağlı danışanda mənim nədən belə həyəcanlandığımı duymamışdı.

Sağollaşıb ayrılanda o, Praqaya gəlsə, hökmən məni axtarıb tapacağına söz verdi.

Ancaq nə etmək olar, o Praqaya gələndə onsuz da məni orada tapa

bilməyəcəkdir. Onun könlünü almaq üçün mən bu qoca yəhudini başqa bir şeylə

sevindirmək istərdim. Birdən, mənim Marthenim Vyanaya gələndə özü ilə, ailə

arxivindən, böyük bir insan olan babasını xatırladan nəsə gətirə bilərdisə, onda biz

Vyanadakı Adolfplatsdakı o qoca yəhudinin, babanın öyrəncisinin yanına gedərdik və

sən onunla tanış olanda, gözlənilmədən, öz Bernays soyadını səsləndirərdin. Onda o

qoca yəhudi öz müəllimini dinlədiyi vaxtlardan necə uzun bir zaman keçdiyini anar,

ancaq mənim Martama baxıb ravvin Bernaysın bütün gözəl özəlliklərinin onun

nəvəsində yaşadığını da görərdi.

Bunun belə olduğunu ondan eşitmək ikimizi də sevindirərdi. Din insan yaşamına

yüksək anlam və sevinc gətirə bilirsə, deməli, bizim gələcək evimizdə ona da yer

tapılacaqdır.

7 Ziqmund Froud Marta ilə tanış olanda, Martanın ailəsi Hamburqun yaxınlığında

yaşayırdı.

downloaded from KitabYurdu.org




8 İssak Bernays (1792-1849) – Froudun adaxlısı Martanın babası idi, o alman-

israil birləşmiş sinaqoqunun ravvini olmuşdur.

9 Yakob Bernays (1824-1881) – Bonn universitetində filologiya üzrə professor

olmuşdur.



Vyana, 18 avqust 1882-ci il, gecə

Sənin sevgindən başqa

hər şey mənə yad.

O mənə sevinc verir,

o mənə həyat.

Dostum, səadət gəzsən,

sevərək yaşa –

Səadət ömrə gəlir

sevgiylə qoşa.

İstəkli sevgilim!

Mənim, inanclara qarşı qatı sayğısızlıq göstərməsilə seçilən, bir arxadaşım var,

biz onunla oturub dünyanın yaradılışındakı əyər-əskiklərdən uzun-uzadı danışırıq, bu

gün arxadaşım, gözlənilmədən, kitab dolabından Götenin kitabını götürüb onun bu

bənzərsiz şerini oxudu. Bu şeirdəki duyğuların dərinliyi ürəyimi yerindən oynatdı.

Səslənən bu poetik misraların mənim duyğularıma arxadaşımdan qat-qat artıq

təsir elədiyini desəm yanılmaram. Ona görə də, məni qaplayan bu həyəcanımı

arxadaşım duymasın deyə, ondan tezliklə ayrılmalı oldum. Bu anımda mən özümə

qapılmağı, düşüncələrimlə baş-başa qalmağı istəyirdim.

Görməli olduğum iş də, bu gün mənimlə çəkişməyin yersiz olduğunu anlamışdı,

ona görə də, günortadan sonra məni özünə sarı çəkməkdən daşınıb, yaxamı buraxdı.

Günortadan sonra, özüm üçün gəzərkən, gözlənilmədən, çoxdankı bir tanışımla

qarşılaşdım, biz onunla universitetdə birlikdə oxumuşduq. Yazıqlar olsun, qarşılaşdığı

çox ağır uğursuzluqlar onu gənclik illərinin gözəl düşüncələrindən uzaqlaşdırmışdı.

Keçmiş arxadaşlarla dərdləşmək, indi mənə çox çəkici görünür; biz onunla danışanda,

ikimizin də artıq, yaşamın biz düşündüyümüzdən qat-qat ağır olduğunu anladığımız

bəlli oldu. Gəncliyimizdə bağlandığımız yüksək və əlçatan olduğunu düşündüyümüz

ideallar, biz irəlilədikcə, daha da uzaqlara çəkilib getmişdilər. Bu isə onları bizim üçün

daha artıq dəyərli eləmişdir. Arxadaşlarımdan bir çoxu, özlərinə qapılaraq,

ürəklərində, bugün də, bu yüksək diləklərini qoruyub saxlamaqdadırlar.

Mən indi çox üzgünəm, mənən yorulmuşam və gələcəkdə də yaxşı nəsə

olacağına inamım qalmayıb. Ancaq mən öz taleyimi düşünəndə onu başqa bir tale ilə

dəyişmək də istəmirəm. Mən özümdən çox, taleyimin mənə bağışladığı Martheni,

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə