Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

yarada bilmir”. Kiminlə danışmasından asılı olmayaraq, onda bir damcı da olsun

çəkingənlik və utancaqlıq olmazdı. Dünyada baş verənlər onu büsbütün

ilgiləndirməzdi, təkcə öz peşəsi üzrə yeniliklərlə maraqlanardı. Onun davranışlarında

çox sıx-sıx düşüklük və utanmazlıq da özünü göstərərdi. Sən bacın Minna ilə onu

görəndə Natanı qeyri-adi bir insan sanmışdınız. Sizinlə görüşdə o özünü yığışdırıb,

yersiz davranışlarından çəkinməyi bacarmışdı. Tələbə olanda o bir qıza vurulubmuş,

ancaq yazıqlar olsun, qız onu sevməmişdi. O qız sonradan, Natandan fərqli olaraq,

çox yaxşı özəllikləri olan birisinə ərə getmişdi. Uğursuz sevgidən sonra Natan

mənəviyyatca heç dəyişməmiş, onun bütün əyər-əskikləri necə varsa eləcə də

qalmışdı.

O, bütün uğurlarını yaxşı bir həkim kimi ad çıxarandan sonra qazanmışdı.

Olduqca az dostu vardı, mənimlə dostluğunda da çox dəymədüşərlik eləyərdi. Bütün

tanıyanlar onu adi insanlıq normalarından və qaydalarından qırağa çıxan bir fenomen

sayardılar. O öz planlarını hamıdan gizlədən birisi idi və bir neçə il ərzində ən yaxın

dostlarına belə öz işlərinin gedişindən danışmaya bilərdi. Düzdür, o, aradabir, çox

oturub-durduğu adamlara ürəyini açardı. Onun ruhunda nəsə bir qarmaqarışıqlıq

olduğu duyulurdu; biz yalnız ölümündən sonra onun çox şeyləri bizdən gizlətdiyini

öyrənə bildik. O mənə böyük sayğı və sevgi ilə yanaşardı, ancaq aradabir ürəyimə

toxunmağı da vardı. Bir dəfə o mənə çox qəribə bir söz dedi. O ölümündən sonra

bütün əmlakının mənə çatmasını vəsiyyət eləmək istədiyini deyir, nəyi varsa mənim

adıma keçirmək istəyirdi. Mənə bu təklifi eləyəndə onun özünəvurğunluğu,

yaxşılıqsevərliyi və tikansız yumorunun biri-biri ilə baş-başa verdiyi duyulurdu.

O, gərək duymayanda, öz işlərini başqalarından gizlətməyə çalışmazdı. Öz işində

qazandığı və elmdə əldə eləyə bildiyi uğurlar onun yekəbaşlığını və lovğalığını ört-

basdır eləyə bilirdi. Düzünə qalsa, o başqalarının öyüncünü qazanmağa can atmazdı.

O haçan istəsə, adamı vurğun eləyən bir bacarıqla və çox asanlıqla, özünü

yaxşılıqsevər və umacaqsız birisi kimi tanıda bilirdi. Bax, onun xarakteri belə idi.

Mənə böyük sayğı ilə yanaşmasına baxmayaraq, açıq danışası olsaq, daşıdığı

özəlliklərin onu bir gün özünü öldürməyə gətirib çıxaracağı da gözlənilən idi. Özünü

öldürdüyü anlarda o, çox ola bilsin, puç olmuş arzularından və uğursuz sevgisindən

bərk sarsılmış bir durumda olmuşdu. Ola bilsin, onu sarsıdan faktorlardan biri də,

özünü yaradıcılıqda və elmi işdə axtarmağa can atıb ancaq bunu bacara bilməməsi

olmuşdu. Ola bilsin...

O varlı adamların evlərinə gedər, orada gücü çatmayan, boyuna biçilməyən rollar

oynamağa çalışardı. Bir dəfə o, ötəri bir danışığımızda, yoxsul bir qızla evlənib onu ağ

günə çıxarmaqla yörəsindəki insanların sayğısını qazanmaq istədiyini demişdi. Onun

evlənmək istədiyi üç qız vardı: Helene Fain, çox gənc bir qız olan Hammerşlaq

(Froudun ata-anası ilə dostluq eləyən ailənin tək qızı olmuşdur), bir də mənim kiçik

bacım Roza. Onun Rozayla evlənmək istəyinə düşməsini mən ancaq dünən bildim və

bu məni şaşırdı, axı Natan Rozanı vur-tut bircə dəfə görmüşdü. O bu ürəyinə yatan

qızlardan birincisi, ən varlısı ilə evlənmək istəyirdi və bir ara onun arxasınca

düşmüşdü. Ola bilsin, o bununla öz dolanışığını biryolluq yaxşılaşdırmaq istəyirdi.

Ancaq sonradan onun evlənməklə bağlı planında gözlənilməz bir dəyişiklik baş

verdi. Onun üç il bundan öncə mənə dediyi bu sözləri olduğu kimi xatırlayıram: “Bu

downloaded from KitabYurdu.org



gün bir xanım mənim yanıma müalicə olunmaq üçün gəlmişdi, iki qızı da onunla

yanaşı idilər. Ah, bilsən, qızlar necə də gözəl idilər! O da məni bəyənsəydi və çoxlu

pulum olsaydı, düşünmədən, o xanımın böyük qızı ilə evlənərdim”. Natan, dediyi

kimi, elə o böyük qıza vuruldu və onunla adaxlandı. Çox keçmədən o bu qızla

evlənmək istədiyini öz qohumlarına da bildirdi. Brunhilda adlanan bu qız çox uzun bir

zaman onun sevgisinə hə deməmişdi. Bu qız, təbiətcə adamayovuşmaz, dönüklüyə

meyilli və iddiasız birisi idi. Ancaq çox ağıllı və ehtiyatlı olması ilə də seçilirdi. Natan

ondan aldığı məktublardan ikisini oxumaq üçün mənə vermişdi. Bu məktublardan

onun adaxlısı olan bu qızın qadınlıq incəliyi ilə qovuşmuş çalışqanlığı və iradəliyi

aydınca duyulurdu.

Natanla adaxlananda onun artıq iyirmi altı yaşı vardı. Bu qızın qarşısına çıxacaq

prinslə bağlı xəyalları artıq çoxdan arxada qalmışdı. Necə deyərlər, o artıq sevmədən

evlənməyin də, yolverilən olduğu çağlarını yaşayırdı. Natan çılğınlıqla onu sevdiyini

deyir, qız isə onun sevgisini rədd eləyirdi. O, Natanın kobudluğunu, lovğalığını

bəyənmirdi, habelə, Natanın onunla davranışında bilərəkdən və bilməyərəkdən

buraxdığı olduqca çoxlu etik yanlışlıqlar da onu bezdirmişdi. Ancaq Natan, onu yola

gətirmək üçün, özünü yaxşılığa doru dəyişəcəyinə, qabalığından əl çəkəcəyinə, söyüş

söyməyəcəyinə söz vermişdi. Mənə elə gəlir, bu qız ona sevgi ilə yanaşsaydı, verdiyi

vədləri yerinə yetirməyə onun gücü çatardı. Çox sonralar qız Natanın sevgisinə inanıb

evlənməyə razılıq verdi. Çox ola bilsin, ilk çağlar qız ona bir az vurulmuşdu da. Sözsüz,

kiməsə qarşı yaranan vurğunluğun öncədən gerçək sevgi olub-olmadığını demək

çətindir.

Natan, böyük bir sevinc içində, iş yoldaşlarına və həkim tanışlarına özünün ailə

quracağı ilə bağlı xəbər verdi.

Evlənəcəyi qızın cehizi ilə bağlı soruşanda o, bunun onu maraqlandırmadığını

deyirdi. Adaxlandıqdan sonra Natan getdikcə daha çox qəmli və qanıqara olmağa

başlamışdı. Onların arasında sözləşmə, dava-dalaş başlamışdı. Natan adaxlısı ilə

savaşmaq üçün çox tez-tez müxtəlif bəhanələr tapırdı. Qız da kədərli gəzib dolanır,

tez-tez ağlayır, Natandan küsür, onunla görüşüb-danışmaqdan heç bir sevinc

duymurdu. Bir az sonra, onun və bacısının isteriya xəstələri olduğu da bəlli olmuşdu.

Mən bütün bunları biləndən sonra Natanla danışdım, yalnız elə üzdən gözəl olan,

sağlamlığı yerində olmayan bir qızı sevməyin, onunla öz taleyini həmişəlik

bağlamağın düzgün olmadığına onu inandırmağa çalışdım, evlənməyə tələsməməsi,

qıza düşünmək üçün vaxt verməsi üçün onu dilə tutdum. Ancaq onun lovğalığı

düzgün qərar verməsinə mane oldu və o, nəyin bahasına olursa olsun, onunla

evlənməyə qızı razı salmağa çalışdı. O qıza min quldenlik hədiyyələr alır, yerli-yersiz

ona böyük məbləğdə pullar verirdi. Yaşadığı evi bəzəmək, gözəl görünüşə salmaq

üçün o, əlində olan, illərlə topladığı bütün pullarını xərcləyib qurtarmışdı. Bütün

bunlara baxmayaraq, qız tərslik eləyir, onunla evlənməkdən boyun qaçırırdı, Natan

isə bunu ürəyinə salır, bərk acıqlanırdı. Bir dəfə Natanın mənə danışdığına görə, qız

ona öz bacısı ilə evlənməyi təklif eləmiş, Natan razılaşmayanda isə, heç olmasa toyu

gecikdirməyi xahiş eləyib onu buna razı salmışdı, bütün bunlar onun Natanı

sevmədiyini açıq-aydın göstərməkdəydi. Mən bunları Breynerə danışmışdım. Onda

Jozef Breyner belə demişdi: “Hansısa qız belə bir ovqatla ərə gedirsə bunun axırı çox

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə