Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə21/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

min ədəd qızıl pul var, ancaq bacılarım Roza ilə Dolfi aclıq çəkirlər? Sözsüz, mən

qazandığım pulların, ən azı, yarısını onlara verəcəyəm, özümə qalan pulla isə, yenidən

pul qazana bilənədək, ölmə-diril yaşamalı olacağam.

Ola bilsin, mən bacılarıma qarşı həmişə yetərincə düzgün davranmıram. Ancaq

mən onlarla bağlı davranışımda vicdanımın səsinə qulaq asmağa çalışıram. Mənim

üçün özümlə anlaşmaq çox önəmlidir.

Bugün Panet işlə bağlı olaraq mənim yanıma gəlmişdi. Bu adamı bəyənməsəm

də, onunla soyuqqanlı və toxtaq davranmağa çalışdım. Mən öz duyumuma çox

güvənirəm. Panet kimi, mənə qarşı çıxan adamlar varsa da, ancaq mənim elmi

baxışlarımı doğru sayanlar da az deyil.

Tezliklə görüşəcəyimizə inanıram, mənim sevgilim. Sağlamlığının qayğısına qal,

indicə yenə, çap olunacaq yazımın korrekturasını yoxlamaq üçün gətirdilər, ona görə

də, məktubumu bitirməli oluram.

Sənin Ziqmundun



Vyana, bazar ertəsi, 30 iyun 1884-cü il

Mənim sevimli adaxlım!

Tezliklə bir yerdə olacağımıza görə bərk sevinirəm, sən doğrudan da məndən

ötəri darıxırsansa, onda bu qısa sürəcək qovuşmağımızdan sonra az da olsa toxtaqlıq

tapa biləcəksən. Mən birlikdə keçirəcəyimiz o gözəl günləri gözləməkdən duyduğum

sevinclərlə yaşamaqdayam. Bilirəm, burada sən məni saxlayıb, bu görüşümüzdən çox

şeylər ummaqdan çəkindirəcəksən, axı gözləntiləri doğrulmayanda insanın ürəyi sınır,

ona görə də düşünürəm, sən məni bu duruma düşməkdən qorumaq istəyərdin.

Ancaq Marthen, bu, birlikdə keçirəcəyimiz günlərin gözəl olması bizim özümüzdən

asılı deyilmi?.. Bizim bu günləri sevinc içində yaşamağımıza nə pis keçən hava, nə

başqalarının ovqatı, nə də eşitdiyimiz yaxşılı-yamanlı xəbərlər təsir eləyə bilər.

Bilirsənmi, mənim bu, qarşıdakı birgə gəzintimizdən gözləntim nədir? Mən bu,

birlikdə keçirəcəyimiz vaxt ərzində sənin həmişəlik mənim olacağına bir də arxayın

olmaq istəyirəm, bir də, bizim ilişkilərimizin sözdə yox, gerçəkdən də böyük bir sevgi

üzərində qurulduğuna inanmaq üçün də, bu birgə səfərimiz mənim üçün çox

önəmlidir.

Sənin olub-keçənləri göz önünə gətirib götür-qoy eləmək özəlliyin doğrudan da

yaxşı bir iş imiş. İndi mən də bu yolla geriyə boylananda, mənim səni, sənin məni

sevdiyindən, qat-qat artıq sevdiyimi görürəm. Daha doğrusunu desəm, biz hər birimiz

ayrı-ayrılıqda öz sevgimizin mahiyyətini qavramadıqca, mən özümü sənə sırıyacağam,

sən isə, heç bir vurğunluq və istək olmadan mənim sənə aşıladıqlarımı qəbul

edəcəksən. Ancaq mən bizim bu maneəni də adlaya biləcəyimizə ürəkdən inanıram.

downloaded from KitabYurdu.org



Mən bütün bunların yaxşılığa doğru dəyişəcəyinə arxayınam. Bilirsənmi, mənə

səninlə bağlı nələr deyirlər? Deyirlər, mənim işim-gücüm səni qıcıqlandırıb özündən

çıxarmaqdır, özü də, sən demə, mən bunu çox yaxşı bacarıram. Deyirlər, biz ara

vermədən biri-birimizlə öcəşirik, savaşırıq, sən mənim üçün heç nə eləmirsən, yalnız

özünü düşünürsən. Deyirlər, biz büsbütün ayrı-ayrı adamlarıq, özümüzün eqoist sevgi

istəyimizi qarşılıqlı sevgi adı ilə ortaya çıxarır, belə tanıtmaq istəyirik. Deyirlər, biz

sevib sevilmək istəyimizdən adaxlanmışıq, ancaq bizim ömür yolumuz, özəlliklərimiz

biri-biri ilə uyğun deyildir. Ancaq bütün bu ağır sözləri eşidəndən sonra da, boynuma

alıram: mən səni sevirəm. Bizim sevgimizlə bağlı soruda mənim tərəfimdə olan bir-iki

adamı çıxsaq, qalan çoxlu kimsələrdən heç birisi sənin insanlıq mahiyyətini anlamaq

gücündə deyil, onlar sənin, taleyin mənim üçün yaratdığı, ən gərəkli bir varlıq

olduğunu başa düşə bilmirlər.

Sənin deməyinə görə, mən sənə heç bir təsir göstərə bilmirəm. Bunun niyəsi,

səni yetkin və öz anlağı ilə yaşamağı bacaran bir kimsə saymağımdır. Ancaq sən mənə

acımırsan və bu davranışını adətlərin qoyduğu yasaqlarla doğrultmağa çalışırsan,

mənim isə sənin üzərində heç bir ağalığım yoxdur və mən bunun olmasını istəmirəm

də. Sən mənim sözümə qulaq asmasan da, günü-gündən mənim gözümdə

böyüyürsən. Birdən, on üç ay bundan öncə, Vyanadakı hospitalın qarşısında sözləşib

ayrılmağımıza oxşar bir olay yenidən baş versəydi, onda mən özümü bu dünyanın ən

qaragünlü kişisi sayardım. Onda mənim ümidim az qala tükənmək üzrə idi və mən,

elə bil, dəyişməyi unutduqları keşikçi əsgərin gününə düşmüşdüm. Onda bizim biri-

birimizlə görüşmək, vaxtımızı bir yerdə keçirmək istəyimiz də çox soyumuşdu.

Durumun bu ağırlığı məni sındıra bilmədi və mən bu sınaqdan qalib kimi çıxmağı

bacardım, düzdür, mən onda başqalarının bacardığı kimi, qadınların könlünü almaq

üçün deyilən çoxlu incə sözləri də bilmirdim. Ancaq mən onda sənin gözündə hansısa

dəyərimin olduğunu duymuşdum. Sənin tez-tez şikayətləndiyin bu, bizim

ilişkilərimizdə özünü göstərən iyəşmələr və özünəqapanmalar biz birgə yaşayanda öz-

özünə yox olub gedəcəkdir.

O günlərdən keçən vaxtda mən çox dəyişmişəm. Ruhumdakı yaraların bir çoxu

qaysaq bağlasa da, indi başqa, daha dərin yaralarım vardır. Sən bilirsən, məndə indi

çox güclü inadcıllıq və özünəsayğı özəllikləri oyanmışdır. Bir il öncəyə kimi mən bu

özəlliklərimin olmasından baş açmırdım. Ona görə də, mən daha öz səadətimizə

qovuşmağı gecikdirmək istəmirəm. Səninlə ürəklərimizi biri-birinə bağlayan

anlaşmanın olması mənə öz işlərimi davam elətdirmək, yeni işlərə başlaya bilmək

üçün də çox önəmlidir.

Ancaq necə də olsa, kiçik bir inamsızlıq da qalır. Sən məni, yenədəmi, öncələrdə

olduğu kimi, o çılğın vurğunluq ilə sevirsənmi? Belə uzun bir sürədə görmədiyin,

səsini eşitmədiyin, düşüncələri ilə tanış ola bilmədiyin bir insan sənə yadlaşmayıb

görəsən? Yoxsa, çoxdandır sənin yanında olmayan bu insan sənin üçün özgələşibdir?

Bütün bu, çoxillik ayrılıqdan sonra görüşəcəyin bu insan sənin öz düşüncələrində

obrazını yaratdığın və iki-üç il bundan öncə tanıdığın o insana oxşayacaqmı, yoxsa sən

onun indisinin keçmişinə uyğun gəlmədiyini görüb sarsılacaqsan? Mən sənin “yox”

sözünün ağırlığına dözüb yaşaya bilmərəm. Sənin gəlişini dözümsüzlüklə -

gözləməkdəyəm. Görünür, gözləmək, səninlə mənim taleyimizə yazılıb. Bezikmədən

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə