Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə18/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

Bu yaxınlarda mən Hammerşlaqın evində oldum. Onlar məni çox böyük bir

sevinclə qarşıladılar. Bu qoca professor məni, özünün xeyriyyəçilik işlərində ona

kömək eləməyə çağırdı və bu yöndə ilk iş olaraq, gənc həkim Albertlə səmimi bir

danışıq aparıb onun ürəyini almağı mənə tapşırdı. Sonra o mənə yoxsullara pulla

yardım eləmək istədiyini bildirdi. Varlı kimsələrdən biri ona çoxlu pul verərək, bunu

yoxsulların arasında bölməyi istəyibmiş. O isə mənim də bu işdə ona yardımçı

olmağımı istəyir. Professor mənə, dönə-dönə, öz gəncliyində çox ağır bir yoxsulluq

içində yaşadığından danışmışdı. Onun düşüncəsinə görə, indiki çağda yoxsulları təkcə

dövlətin ümidinə qoymaq doğru deyildir.

Mənim bu işlərə qoşulmağa vaxtım çatmaz. Ancaq mən də bu işə pulla yardım

eləmək istərdim, yəni yoxsullara sözdə yox, işdə köməklik eləsəm bu ürəyimcə olardı.

Professor mənə, çox çətin günlərimdə, dönə-dönə maddi yardım göstəribdir.

Universitetdə oxuyanda o məni, habelə, başqa yoxsul tələbələri də pulsuzluqdan

korluq çəkməyə qoymazdı. Mən, öncə, onun göstərdiyi bu yardımlara görə, çox

sıxılırdım, ancaq sonradan, onun baxışları ilə tanış olanda, professorun çox yaxşı bir

insan olduğunu, bu yardımları da ürəkdən və umacaqsız elədiyini anlayıb toxtaqlıq

tapdım. Ona güvənmək olar və o elədiklərinə görə səndən nəsə umacaq birisi

deyildir.

Mən son çağlar əlimi sıxıb əlli qulden pul toplaya bilmişəm. İstəyirəm bu pulu

ata-anama verim.

Mənim işim olduqca ağırdır və başqalarına kömək eləməyə də bilərdim. Mən

bununla bağlı düşündüklərimi professora dedim və ona bu işində, gücüm çatan qədər

kömək eləyəcəyimə söz də verdim. Bizim bu danışıqlarımız onun evində baş verirdi və

mən bu danışığı və professorun bir qıza qarşı göstərdiyi çox istiqanlı ilişkilərini olduğu

kimi sənə çatdırmaqda çətinlik çəkirəm. Mən professordan Roza adlı bu qızın da

danışığımıza qoşulmasını istədim və biz üçlükdə başqa bir otağa keçən kimi, professor

bu qızın bacısından çox ürəklə danışmağa başladı və mən bu danışığın gedişində

professorla xanımı arasında duymağa başladığım soyuqluğun nədən yarandığını

anladım. Mən insanların biri-birindən ayrılmasının, öz ilişkilərində soyuqluğa gəlib

çıxmasının, hansısa insani və psixoloji baxımdan yaxşı sayıla biləcək motivlərinin

olduğunu düşünmürəm, ancaq bizim istəyimizdən asılı olmayaraq, belə olaylar baş

verir. Mənə elə gəlir, Roza bu durumdan çıxmaq üçün özündə güc tapacaq və

professorun xanımı Anna ilə birlikdə bu işləri yoluna qoya biləcəkdir. Ola bilsin, onlar

necəsə frau N.-nin onlara yardım eləməsinə yol tapacaqlar və onun işə qarışması

mənim onlar üçün eləyə biləcəklərimdən daha yararlı olacaqdır. Məncə, frau N.-nin

bu işlərə qatılması yardıma gərək duyan daha iki qızın işlərinin yoluna qoyulması

üçün də çox yaxşı olardı. Sənin nədən söz getdiyini daha yaxşı anlamağın üçün deyim

biləsən, bu qızlar olduqca yoxsuldurlar və ailənin böyük uşaqlarıdırlar. Bu ailədə

oğlanlardan biri kiminsə evində lakey işləyir, qızlar isə xalq məktəblərində müəllimlik

eləməklə qəpik-quruş qazanırlar.

Professorun kömək eləyib işə düzəltdiyi yoxsullardan biri olan Albert isə

həkimdir, professor Lyüdviqin

16

laboratoriyasında kimyaçı işləyir, dolanışığına



yetəcək təqaüd alır. Mən bu Professor Lyüdviqi çoxdan tanıyıram, o, görünüşcə çox

yaraşıqlıdır və görkəmindən Şavab bölgəsinin varlı almanlarına oxşayır. Bu qoca

downloaded from KitabYurdu.org



yəhudi müəllimimə, mənə gimnaziyada dərs dediyi dönəmdə ürəkdən bağlanmışam.

Görürsən, səndən heç nəyi gizlətmədiyim üçün, mənim iş-gücümlə bağlı nə varsa

hamısını öyrənə bildin. Ancaq mənim birdənəm, bilsən, mən səninlə bağlı necə də az

şey bilirəm.

... Elmi işlərimdəki irəliləyişlər heç də ürəyimcə deyildir. Ara vermədən, heç nəyi

gözdən qaçırmadan, xəstələr üzərində apardığım maraqlı müşahidələrimi

ümumiləşdirirəm, çoxlu oxuyuram, dayanmadan, təkbaşına çalışıram. Umarım, yaxın

çağlarda araşdırmalarımla bağlı yazılarım elmi dərgilərdə çap olunmağa

başlayacaqdır. Sənə demişdim, mən indi yazıq Natanın yerinə müalicə şöbəsinin

müdiri işləyirəm, onun yarım il ərzində gecələdiyi otağı da mənə veriblər, gecələr

onun ruhunun hələ də burada dolaşdığını duyuram. Ancaq mənim belə şeylərdən

qorxum yoxdur deyə, gecələr çox dərin bir yuxuya dalıram.

Sənin xanımları başına toplayıb, kitab oxusu gecələri keçirməyini çox bəyəndim,

bu işinə uğurlar diləyirəm. Gərək bizim buradakı xanımlara da sənin gördüyün bu

yararlı işdən danışıb onları da yerindən tərpətməyə çalışım. Kişilər üçün də belə oxu

gecələri keçirmək istəyirsənmi?

Mənə elə gəlir, Dikkensin əsərindəki Çayms çox ürəyəyatımlı və gözəldir, ancaq

bu əsərin başlanğıcı çox ağır oxunur. Düşünürəm, Dikkensin “Battle of live (Yaşam

sınaqları)” əsərindən başlasaydınız, sizin oxunuz üçün, daha asan və daha yararlı

olardı, bu sözlərim deyəsən artıq oldu, axı bu işlərdən sən özün də yaxşı baş açırsan.

İndi mənim başım, elmi jurnal üçün yazdığım yazılara və xəstəxanadakı işlərimlə

bərk qarışıqdır.

Ancaq, sevgilim, darıxma, bizim birlikdə, sevinc içində yaşayacağımız günlər də

gələcək. İndi sən də gərək, bu məktubu oxuduqca nə düşünmüsənsə, hamısını mənə

yazasan.

Gecən xeyrə qalsın.

Sənin Ziqmundun

15 Froud ilə Martanın evlənməzdən öncə də birlikdə yaşamalarının qarşısını

Martanın anası almışdı.

16 Ernst Lyüdviq (1842-1915 ) – Vyana universitetində kimya üzrə professor

olmuşdur.

Vyana, ikinci gün, 7 fevral 1884-cü il

Mənim balaca şahzadə xanımım!

Sənin sonuncu məktubunu qırmızı lentli ağ poçt göyərçini çox gözəl bir anda

gətirib çıxardı. Mən elmi məqalə yazdığım yerdə o uçub gəldi. Sənin məktubun mənə

təpər verdiyindən, işimi uğurla bitirə bildim. Bu işi görməyə axşamüstü dördün

yarısında başlamışdım, axşam saat doqquzun yarısında onu qurtara bildim. İşi uğurla

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə