Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

Evliliyin anlamını daraldıb onu yalnız evi yığışdırmaqla, yemək bişirməklə, habelə, bu

kimi işlərlə bağlasaq, onda, sözsüz, qadın ev işlərinə kişidən qat-qat artıq vaxt sərf

eləyir. Ancaq Mill buradakı mühakimələrində evlilikdəki qadın-kişi münasibətlərinin,

tarixən, necə yarandığını və formalaşdığını unudur. Millin bu konu üzrə baxışları,

bütünlüklə baxanda, məncə, antihumanist sayıla bilər. Onun çox quru bir dillə

yazılmış avtobioqrafiyasını oxuyanda, cəmiyyətdəki insanların qadınlara və kişilərə

ayrıldığı duyulmur və insanlar arasındakı ən başlıca fərqin də, elə bu, cinsi ayrılıq

olduğu anlaşılmaz qalır. Onun öz arvadına bəslədiyi münasibətdə də, məncə, çox da

elə humanistlik yoxdur. O, çox yaşlı çağlarında evlənmişdi, onların uşaqları

doğulmamışdı, habelə, aydın olduğu kimi, onunla arvadı arasındakı hansısa sevgidən

söz belə ola bilməzdi. Arvadının da, onun tanıtmaq istədiyi kimi, önəmli bir kimlik

olması inandırıcı görünmür. Bir sözlə, o qadınların büsbütün başqa bir varlıq

olduğunu və biz kişilərin onları bütün durumlarda qorumalı olduğumuzu düşünmür.

O öz dediklərini doğrultmaq üçün zənci qadınların hüquqsuzluğunu örnək göstərirdi.

Ancaq, işə bax, istər səsvermə, istərsə də başqa heç bir hüquqları olmayan bir qız,

ona vurulan bir kişinin sırtıqlığına salıb öz əlini öpməsini görəndə onu söyüb-

yamanlamaqdan, beləliklə də, özünün toxunulmazlıq hüququnu qorumaqdan,

çəkinirmi?

Millin: “qadınlar da öz dolanışıqları üçün, eyni ilə kişilər kimi, çalışmalı, bununla

da kişilərin asılılığından qurtulmalıdırlar” deyimi, məncə, gerçəkliklə uyuşmayan,

yaşarılıq qazana bilməyəcək bir düşüncədir. Belə çıxır, mən vurğunu olduğum incə və

istəkli sevgilimə özümün rəqibim kimi baxmalıyam. Mən düz on yeddi ay bundan

öncə, bir qıza ürəyimi açdım və onu sevdiyimi bildirdim. O da, məni sevdiyinə görə və

bizim sevgimiz beləcə qarşılıqlı olduğu üçün, bizim aramızda heç bir öcəşkənlik ola da

bilməz və mən, sevgilimin bizim gələcək ailə ocağımızda dincliyin və gözəl bir yaşamın

oturuşması üçün əlindən gələni əsirgəməyəcəyinə arxayınam.

Doğrudanmı, qadın da kişi kimi, bütün gününü bir parça çörək qazanmaq üçün

əlləşib-vuruşmalıdır? Ola bilər, tərbiyə, mühit, oturuşmuş ənənələr qadını əzir, ancaq

onların evlilikdə qazandıqları bu qədər böyük dəyərləri görməmək də doğru deyildir!

Ola bilsin, hüquq anlayışı baxımından, bu dediklərim doğru sayılmasın. Ancaq Millin

dedikləri gerçəkləşərsə, onda qadınlığın dünyaya bağışladığı incəliklər, gözəlliklər,

cazibələr də yox olacaqdır və biz qadınlıq idealının yoxa çıxmasından yaranan bu

ürəksıxıcı boşluğu heç nə ilə doldura bilməyəcəyik.

Mənə elə gəlir, qanunvericilik və tərbiyəvericilik baxımından irəli sürülən

islahatların uğursuzluğunun başlıca niyəsi, onların təbiətlə öcəşmək yolunu

tutmasındadır, qadınlara gəlincə, onlar istər toplumda, istərsə də ailədə öz

gözəllikləri, cazibələri və yaxşılıqsevərlikləri ilə özlərinə yaraşan yerlər qazana bilirlər.

Ancaq bu dediklərim, heç də, mənim qadınlarla bağlı soruda özünü göstərən geriçi

düşüncələri doğru saydığım anlamına gəlmir. Marta, mən səndən ötrü, sən necə

varsansa bax o, özgünlüyündən ötrü, çox bərk darıxıram, mənə elə gəlir, mənim

səndə sevdiyim özəlliklərinin dəyişməsini və beləliklə də mənim üçün özgələşməyini

sən özün də istəməzdin. Qanunlar və adətlər qadınlara toplumda hamı tərəfindən

tanınan çoxlu ictimai hüquqlar verməlidir, ancaq elə situasiyalar da vardır, onları

qadınların özlərindən başqa heç kimsə həll eləyə bilməz. Gənclik illərində o, cazibəli

downloaded from KitabYurdu.org



və sevilən, yaşlı çağlarında isə öz ərinin sevimli xanımı olur. Bununla bağlı sözü

uzatmaq da olardı, ancaq biz ikimiz də bu konu üzrə eyni cür düşünürüksə, buna

gərək yoxdur.

Sağlıqla qal, mənim gözəlim. Sənin məktubun bugünədək də gəlib çıxmayıb.

Sənin Ziqmundun, ürəkdən gələn alqışlarını və öpüşlərini sənə göndərir.

11 Hammerşlaq Froudun gimnaziya müəllimi olub, habelə onun atasının dostu

idi.

12 Con Styuart Mill (1806-1873) – adlı-sanlı ingilis filosofu və iqtisadçısıdır.



13 Georq Brandes (1842-1927) – danimarkalı ədəbiyyat tarixçisidir.

14 Teodor Komperts (1832-1912) – Vyanalı filologiya professoru olmuşdur.



Vyana, dördüncü gün, 10 yanvar 1884-cü il

Mənim, dəfinəm!

Mənim indi özüm üçün rahatlıq axtaran çağım deyil, sən mənim qayğıma

qalmağı öz üzərinə götürsəydin, mən heç onun yoxluğunu duymazdım da.

Haçansa, bizim adaxlandığımız gündən bəri, başımıza gələn önəmli olayları yazıya

almaq istədiyimiz o kitabçanı vərəqləsən, elə bilirəm, orada ürəkaçan nəsə tapa

bilməyəcəksən. Ancaq biz bu qanıqaralıqdan da çıxış yolu tapa biləcəyik. Bunun üçün,

sənin verdiyin bir sözün üstündə durmağın yetərlidir, unutmamısansa, sən məni heç

vaxt yalqız qoymayacağına söz vermisən! Sənin bu sözün mənim ən gərəkli yarağıma

çevrilib və mən onunla yaşam sınaqlarına qarşı savaşda özümü çox güclü sanıram.

Sən bu sözünün üstündə sonacan duracaqsanmı, bax mən bunu deyə bilmərəm. Niyə

belə düşündüyümü soruşsan, deyim: yadındamı, biz sənin köçüb mənim yanımda

yaşamağını götür-qoy eləyəndə sən buna qarşı necə bərk bir dirəniş göstərmişdin?

Sözsüz, sənin iradən və istəyin mənim üçün öz iradə və istəyim qədər önəmlidir. İndi

də yazırsan, gərək mən səni buraxmayaydım

15

, yanılırsan, sevgilim! Mən yalnız özüm



üçün yaxşı olacağını düşünüb, sənin bəyənmədiyin, səni incidə biləcək bir iş tuta

bilərəmmi? Yox, bu çıxış yolu deyildi və bütün qalan yollar da ürəyimcə olmazdı. İndi

isə, istəkli Marthenim, bizi çox uzun bir məsafə ayırmaqdadır, sözün düzü, mən indi

sənə öz işimdən danışmaq istəməsəm də, ancaq deyəsən, yalnız elə bununla bağlı

danışıqlarımız, bizim üçün, yalqızlığımızı unutduracaq təkbir araca çevrilmişdir.

Dünən küçədə atamla qarşılaşdım. O hələ də düşünüb-daşınmaqda, işlərinin

düzələcəyinə inanmaqdadır. Mən qardaşlarım Emanuellə Filipə məktub yazıb onları

atamızın işlərini yoluna qoymaq üçün yardım eləməyə çağırmağı düşündüm. Düzdür,

atam bunu istəmir, o həmişə öz gücünə arxalanan birisi olduğundan, ən çətin

günündə də kimdənsə kömək gözləməyib. Buna baxmayaraq, mən dünən Emanuelə

çox sərt bir məktub yazası oldum. Özüm də bilmirəm, nədən bu ağrı-acılarımdan

yazıb, sənin qanını qaraldıram!

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə