Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə25/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

gözümçıxdıya saldıqlarını açıb tökəydim ortaya, bu isə istər-istəməz qonaqlığın

ruhuna uyğun olmayacaqdı. Riketti Şarkonun xanımı ilə qızının qulluğunda

dayanmışdı və xanımlar onun davranışlarının incəliyinə vurulmuşdular. Şarkonun

xanımı mənimlə danışmağa başlayıb, hansı dilləri bildiyimi soruşdu. Mən, almanca və

ingiliscəni yaxşı, ispancanı bir az, fransızcanı isə çox pis bildiyimi dedim. Xanım mənim

fransızca yaxşı danışdığımı dedi, müsyö Şarko da onunla razılaşdı və ardınca, mənim

hərdən fransızca deyilən sözləri bir az gec qavradığımı də söylədi. Mən onunla

razılaşıb, çox vaxt, fransızca deyilən sözləri yalnız yarım dəqiqədən sonra anladığımı

boynuma aldım və bu durumu tabes xəstələrində özünü göstərən əlamətlərə

oxşatdım, bəlli olduğu kimi, belə xəstələrdə onurğa beynində quruma getdiyindən,

onlar qıcıqlara gec reaksiya verirlər.

Bir sözlə, bu qonaqlıqda qazandığım uğurdan razıyam, ancaq deyəsən, bu uğura

kokainin uğuru demək daha doğru olardı. Mən o gecə professor Bruardelin

ölüxanada oxuduğu mühazirəyə qatılmaq üçün onun razılığını aldım və bugün onun

mühazirəsini dinləməyə getdim. Çox gözəl bir mühazirə idi, ancaq bu əsəbləri zəif

olan adamlar üçün deyildi, bu mühazirədə hansısa bir ölünü göstərib onun Paris

qəzetlərində verilən ölüm tarixini danışır, sonra ölümün necə baş verdiyi praktiki

olaraq göstərilir.

Ola bilsin, mənim Şarkonun xanımı və qızı ilə bağlı duyğularım səni ilgiləndirir.

Şarkonun xanımı gödəkboylu, yumru bədənli, çox təpərli, ağ- pudralanmış saçı olan,

hər şeylə maraqlanan və incə görkəmli bir qadındır. Şarkonun evindəki bütün

zənginlik bu xanıma görədir, müsyö Şarko özü çox yoxsul birisi olmuş, onun xanımına

isə, irs olaraq, atasından çoxmilyonluq bir var-dövlət qalmışdır. Şarkonun qızı

madmazel Şarko isə gödəkboylu olsa da, görünüşcə, anasına oxşamır. O

dolubədənlidir və görkəmcə, demək olar, öz dahi atasının oxşarıdır. Ona görə də,

atasını tanıyanlar, ilk baxışdan, bu gənc xanımın atasına oxşarlığına daha çox diqqət

yetirdiklərindən, onun gözəl olub-olmaması ilə ilgilənmirlər. Onun iyirmiyə yaxın yaşı

var, səmimi və adamayovuşandır. Düzdür, mənim onunla danışığım, tanış olmaq üçün

biri-birimizə dediyimiz, bir-iki sözdən oyana keçmədi, ancaq Riketti bütün qonaqlıq

boyunca onun yanından əl çəkmədi və onun qulluğunu tutmaq üçün əlindən gələni

elədi. Madmazel Şarko almanca və ingiliscəni başa düşür. Ancaq mənim ömrümdə

sən olduğuna görə, mən ona başqa gözlə baxa bilməzdim. Ola bilsin, sən olmasaydın,

onunla bir sevgi romanı yaşamağa dəyərdi. Bu gənc xanıma qarşı yaranan marağa

gəlincə, burada qorxulu heç nə yoxdur: axı bu gənc qadın mənim böyük sayğı

göstərdiyin bir kişinin oxşarıdır. Onunla isti ilişkilər qurub heç olmasa bu gecənin

gedişində doyunca deyib-gülmək olardı, onda mənim “sevgi macəralarımla” bağlı

təcrübəm, heç olmasa, bir az artardı, ancaq bu baş vermədi.

Sözün düzü, bir şey də məni maraqlandırır, görəsən Şarko məni birinci və

sonuncu dəfəmi qonaqlığa çağırmışdı? Düşünürəm, elə belədir, axı o məni bu

qonaqlığa öz adıma görə yox, yalnız Riketti ilə bir yerdə işlədiyim üçün çağırmışdı.

Səni bağrıma basıb öpürəm.

Sənin Ziqmundun

downloaded from KitabYurdu.org



Paris, ikinci gün, 2 fevral 1886-cı il

Mənim dəyərli incilərin yatağı olan sevgilim!

Sən məktublarında olduqca ilginc olaylardan söz açmağı çox gözəl bacarırsan,

ona görə də, mən sənin sonrakı məktubunda daha hansı maraqlı yeniliklər yazacağını

səbirsizliklə gözləyirəm. Bilirəm, çatdırdığın bu bilgilərə görə məndən sağ ol

istəmirsən. Sənin yazı stilin təbiətinə çox oxşayır. Son çağlar mən sənə daha da artıq

sayğı və inam bəsləməyə başlamışam.

Mənim ürəyimdə indi bir istək baş qaldırıb, elə bilirəm, hər bir insanda belə bir

istək var – mən sağlam olmaq istəyirəm. Ola bilsin, bu sözümü oxuyanda

gülümsəyəcəksən. Ancaq doğrudan da, mən indi sağlam deyiləm. Gərgin işləməkdən

yaranan yorğunluq məndə yüngül formada nevrasteniya(sinir pozğunluğu)

doğurubdur. Bu xəstəliyin məni yaxalamasının niyəsi isə, ara vermədən qarşılaşdığım

sıxıntılar, daimi əsəb gərginliyi, son illərdə çəkdiyim ağır qayğılar və yaşadığım

sarsıntılarıdır. Ancaq nə işdirsə, səninlə görüşəndə bu xəstəlik bir andaca yox olub

gedir. Bu fakt isə mənə sağalmağımın yolunu göstərir. Biz gecikmədən bir yerdə

yaşamağa başlamalıyıq və bizim bu istəyimizin gerçəkləşməsinin qarşısını kimsə ala

bilməz. Biz evlənəndən sonra mən ildə ən azı üç min qulden pul qazanmağa

çalışacağam. Onda bizim ağır qayğılarımıza də son qoyulacaq, özümüzü qaragünlü və

yalqız saymaqdan da qurtulacağıq. Umarım, onda mənim əsəblərim də qaydasına

düşəcəkdir.

Sən nə yaxşı, mənim Vyanadakı naşirdən, Şarkonun çevirdiyim kitabına görə,

alacağım qonorarı xatırlatdın. Mən bu naşirlə, ürəyimin təmizliyinə görə, götür-qoy

eləmədən bağlaşdığım üçün, bu işdə çox pis duruma düşdüm. Burada durum

doğrudan da sən dediyin kimidir. Görünür, biz hələ çox gənc olduğumuzdan belə

yanlışlara yol veririk və yaşamın bu sınaqlarından gələcək üçün dərs almalıyıq. Mən

kitabın satışı ilə məşğul olan adama məktub yazsam da, o mənə cavab vermir. Sözün

düzü, bütün bunları sənə yazmaq mənim üçün çox ağırdır. Ancaq naşirin bu davranışı

məni sarsıtdığından, özümü saxlaya bilməyib, bunları sənə yazmalı oldum.

Başqa bir yenilik də deyim. Oberştaynerdən çox dostyana yazılmış bir məktub

almışam. Bildiyin kimi, onun mənə yardımçı olacağına ümid bəsləməkdəyəm. O mənə

öz işlərindən yazır, sonra isə Vyanadakı elmi çevrələrdə alimlər arasında çoxlu

çəkişmələrin olduğunu deyir. Bilmirəm, onun yazdıqlarına inanmaq olarmı? Sözün

düzü, Vyanadakı böyük alimlərin mənə çox yaxşılıqları keçib. Çox ola bilsin, elmi

çevrələrdəki mənəvi ovqat heç də bir çoxlarının danışdığı qədər pis deyildir. Ancaq nə

bilmək olar, gərək bu işlərə yanaşanda, necə olsa da, götür-qoylu olmağı da

unutmayasan. Oberştayner buradakı həkimlər cəmiyyətinin statusu ilə bağlı bilgilər

almaq istəyir. Mənə məktubu da buna görə yazıbdır. Çox ola bilsin, bu axşam mən

ona gərək olan bilgiləri öyrənə biləcəyəm.

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə