Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud


 fevral 1886-cı il, gecə saat birin yarısı



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   24   25   26   27   28   29   30   31   32

3 fevral 1886-cı il, gecə saat birin yarısı

Mənim dəfinəm!

Tanrının baxışları üstümüzdə olduğu üçün hər şey yaxşı qurtardı və indi

gecikdirmədən, dünənki qonaqlıqla bağlı düşüncələrimi sənə yazmaq istəyirəm.

Ürəyimə damanlar çin çıxdı. Kiçicik dozada udduğum kokain olmasaydı bu

qonaqlıqda, darıxmaqdan, bağrım çatlayacaqdı. Bütün qonaqlıq boyunca vaxtımı,

demək olar, yalnız səni düşünməklə keçirdim.

İndi də qonaqlığın gedişindən yazıram. O gecə Şarkonun qonaqsevər evində 40,

yoxsa 50 adam vardı, mən onları bu evdə, öncədən də, görmüşdüm. Ona görə də,

kiminləsə tanış olmağa gərək yox idi. Bu qonaqlıqda kim necə bacarırdısa elə də

əylənirdi. Mənim üçün burada ilginc olan bir iş yox idi. Məncə, elə başqaları da

burada vaxtlarını öldürürdülər, ancaq yenə necə də olsa onlar biri-biri ilə danışmaqla

başlarını qatırdılar. Mənim isə onlarla danışığım tutmurdu. Burada məni

tanıyanlardan da heç biri mənə qarşı diqqətli deyildi. Mən nəzakətlə Şarkonun xanımı

ilə salamlaşdım, görünür mənimlə danışmaq onun üçün maraqlı olmadığından,

madam Şarko, o andaca, ərinin qonşu otaqda, qonaqlarla olduğunu deyib uzaqlaşdı.

Qoca professor Şarko stulda tərpənməz oturub qalmışdı və çox yorğun görünürdü. O,

mənimlə xəstələrlə bağlı danışmağa başladı. Uzun tanışlığımız boyunca, mən yalnız

indi, onunla təklikdə çox geniş sorularla bağlı dərindən danışa bildim.

Şarkonun qızı yunan stilində geyinmişdi və çox gözəl görünürdü. Sənin

qısqanmağına yol verməmək üçün deyim, madmazel qonaq otağına gələn kimi

mənimlə əl tutub görüşdü və bir söz belə demədən uzaqlaşaraq başqa qonaqların

yanına getdi.

Qonaqlıq sona yaxınlaşanda mənimlə Jil de lya Turet arasında siyasi konuda

qızğın bir danışıq oldu. O, çılğınlıqla, Avstriyanın Almaniya ilə döyüşməli olduğunu

əsaslandırmağa çalışırdı. Mən bir az barışdırıcı danışmağa üstünlük verib, istər alman,

istərsə də avstriya vətəndaşlarının öz hakimiyyətlərinin istəklərindən xəbərsiz

olduğunu dedim. Belə danışıqlar, bir neçə səbəbdən, mənim üçün çox ağır və

sıxıntılıdır. Ancaq, mən içimdə baş qaldıran alman yurdsevərliyi duyğusunu boğub

özümü toxtaq apara bildim.

Saat on ikinin yarısında bizi yemək stoluna çağırdılar. Stolun üstündə çoxlu içkilər

və az-maz da yeyəcəklər vardı. Mən bir fincan şokolad içməklə yetindim. Bu

qonaqlığa görə incik deyiləm, onsuz da, belə qonaqlıqların hamısı elə bu sayaq olur.

Mən səninlə heç vaxt belə qonaqlıqlar düzəltməyəcəyimizi yaxşı bilirəm. Belə

darıxdırıcı gecələr kimə və nəyə gərəkdir? Ancaq, buna baxmayaraq, Şarkonun məni

çağırdığı, onun ailəsi və maraqlı insanlarla tanış olduğum, o birinci qonaqlığa görə

onlara böyük sayğı duyuram.

İndi isə, gecən xeyrə qalsın, mənim dəfinəm. Sənə ürəkdən gələn alqışlarımı

göndərirəm.

Sənin Ziqmundun

downloaded from KitabYurdu.org



Berlin, beşinci gün, 19 mart 1886-cı il

Mənim şirinliklərlə dolu xəzinəm!

Sənə deyiləsi heç bir yenilik yoxdur və mən, sənin yanına gəlməkdənsə, burada

ilişib qaldığım üçün bərk acıqlıyam. Sənin bizə qonaq gələsi xanım qohumun da hələ

gəlib çıxmayıb və açığını desəm, mən onun belə gözlənilməz gəlişindən bir az qorxuya

düşmüşəm. İndi mən gərək, vaxtın mənim üçün çox dəyərli olduğu bu durumda, bir

həftəmi də bu çağırılmamış qonağın qulluğunda durmaqla itirəm. Ancaq yenə də

qarşıdan, dincələ və əylənə biləcəyim günlərin gəldiyini bildiyimə görə bir az

ovunuram.

Mən çoxdandır, olduqca əməksevər, doğrucul, qoçaq və götür-qoylu olmuşam və

sözün düzü, belə, başqalarına görk olası birisi olmağım məni artıq bezdiribdir,

ürəyimdən bütün bunları bir qırağa tullayıb, nəsə bir şuluqluq salmaq keçir.

İstəyirəm, sənə, gecikdirmədən, bir xəbər də verim, Hammerşlaqın Breslauda

yaşayan kürəkəni professor L.-dən məktub almışdım. O mənim də uzaq qohumum

olan, öz qardaşı arvadına baş çəkməyi xahiş eləmişdi. Mən artıq onun bu istəyini

yerinə yetirmişəm. Sözün düzü, bütün bunlar məni bezdirir, axı mənim üçün indi vaxt

çox dəyərlidir və indi görməkdə olduğum öz başlıca işimdən heç vaxt indiki kimi

sevinc duymamışam.

Müəllimim Şarko ilə bağlı mənim çox parlaq və yüksək dəyəri olan xatirələrim

vardır, bu xatirələri yalnız səninlə birgə keçirdiyim son görüşümüzdən qalan

xatirələrlə tutuşdurmaq olar. Doğrudan da, Şarko ilə bu tanışlığımızdan, nəsə çox

gözəl olan duyğular yaşadım və bu duyğuları kimsə mənim ömrümdən silə

bilməyəcəkdir.

İş yoldaşlarımla çox götür-qoylu dolanmağa çalışıram. Öz kimliyimi və iş

bacarığımı ucuz tutmaqdan qaçıram.

Burada, bu ayın iyirmi ikisində başlayacaq, tətil kursları adlanan mühazirələrə

qatıla bilmədiyim üçün üzgünəm.

Ah, sevdiciyim, mənimlə görüşdən qaçmağın sənin, kiçik də olsa, yanlışındır. Mən

indi özümün xoşbəxt olmağı ən yaxşı bacara biləcək çağlarımı yaşayıram və bu

xoşbəxtliyin acıyam. Mən hələ bir neçə həftə də burada qalmalı olacağam, sonra isə

Vyanada ev kirələməyə çalışacağam və yayda biz evlənəcəyik. Daha sonra biz

əlimizdə olan, mənim bu yeddiaylıq ezamiyyətim zamanı qazandığım nə varsa

hamısını dəyərləndirib, onunla necə dolanacağımızın üstündə düşünərik.

Gözəl diləklərin əlçatmaz olmağı insanı çox ağrıdır. Mən günü sabah və birisigün

sənə bağışlaya biləcəyim və səndən ala biləcəyim öpüşlərin ancaq bir xəyal olaraq

qalmasından çox üzülürəm. Ancaq bax ha, sən də qarşıdakı görüşümüzdə, beləcə

əlçatmaz olacaq və məndən qaçacaqsansa, onda mən də indidən işimi bilim, burada

downloaded from KitabYurdu.org




daha çox gecikməklə, sənin bu yamanlığına cavab verim. Axı Hamburqa bilet bir də

yalnız beş gündən sonra olacaqdır. Mənim bu yaxın günlər üçün qurduğum planlar

baş tutmasa da, ancaq mən belə bir taleyə heç cür boyun əymək istəmirəm.

Mən anlaya bilmirəm, səndə bu son günlərin üzgünlüyü nədəndir? Sənə, adını

gizləyərək, o buketi göndərən kimdir? Yoxsa bunu sənin keçmiş adaxlın Huqo Kadiş

göndərib, bununla da səninlə keçmiş ilişkilərinin barışla qurtardığını bildirmək

istəmişdir?

Çox yüksək çevrələrdə məni gözləyən görüşün

20

baş tutacağını gözləyə-gözləyə



mən burada fransızsayağı saqqal buraxası oldum. Bir sözlə, burada artıq hamı mənə

həsəd aparır. Ancaq indi istəyirəm saqqalımı qırxdırıb, üz-gözümü qaydaya salam.

Doğrusu, mən elə yerində bu berlinlilərin, ən çox da onların bərbərlərinin bədii

yaradıcılıq bacarıqlarını bəyənmirəm. Mənim reyxsmarka ödəyib saç-saqqalımı

qırxdırdığım Unter den Linden küçəsindəki bərbərxanadakı gənc özünü lap nazir kimi

aparır, mənə də çox yuxarıdan aşağı baxır.

Darıxmayım deyə ya şənbə, ya da bazar günü teatra gedəcəyəm. Bu darıxmağın

mənim üçün necə də qorxunc olduğunu bilsəydin. Şənbə günləri kitabxanalar da bağlı

olur. Bazar günləri isə mən fransızcadan almancaya çevirmələrimlə başımı qatmağa

çalışıram. Ancaq deyəsən, yorğunluqdan lap kütləşmişəm, görürsən, birdən hansısa

sözün çevirməsinin dəqiq qarşılığını tapa bilmirəm, sözlərin anlamını olduğu kimi

çevirə bilmirəm, birdən də, çevirdiyim sözün almancamı, yoxsa fransızcamı yaxşı

səsləndiyi üzərində baş sındırmaqla özümü əldən salıram.

Mənə elə gəlir, yolüstü səninlə görüşmədən, birbaşa Parisdən Vyanaya

gəlsəydim darıxmaqdan ölüb gedərdim. İndi Parisdən çox uzaqlarda olan

Vyanadayam və sənə belə yaxın olduğuma görə sevinirəm. Vyananın Deblinq rayonu

isə indi mənim üçün ən sevimli bir yerə çevrilib, axı mən, bu yaxınlarda, buradakı

gözəl kitabxanada öz elmi işimi bitirə bilmişəm.

Bilirsənmi, bugünlərdə mən birgə yaşayacağımız günlərdəki dolanışığımızı götür-

qoy eləyəndə, bizə ildə ən azı min, yaxşısı isə, iki min qulden pul gərəkəcəyini

anladım. Vyanada yerləşə bilsək, burada iş-gücümü qura bilsəm, onda faizlə pul

verən adamların yanına getməli olacağam, ancaq bunların arasında olan soyğunçu

faizlərlə pul verənlərin tələsinə düşməkdən də çəkinməliyəm. Görəsən, yaxşı bir

faizlə pul borc verib qarşılığında insanın başını və əllərini mənimsəmək istəməyən

gözütox bir kapitalisti haradan tapmaq olar? Bu çox çətin bir problemdir. Mən

indidən, bir neçə ay keçəndən sonra, qazana biləcəyimi düşündüyüm o min quldeni

necə xərcləyəcəyimizi düşünürəm. Bu, sözsüz, bizim yaşamımızda böyük bir çevriliş

olardı, sanasan, illər uzunu pul-para korluğu çəkən birisinin əlinə, sonradan, birdən-

birə, bir neçə min qulden pul keçir. Sözün düzü, hərdənbir gələcəklə bağlı düşünəndə

qorxuram.

15 iyun 1886-cı ildə mən, əlimdə ödəniş vaxtı çatmış veksellə, sənin yanına

gələcəyəm, ancaq bacarsam bu işi bir az da qabağa salmağa çalışacağam. Sən də,

mənim sevimli körpəm, elə bütün varlığınla bunu istəmirsənmi? Qarşıdan gələn bu

böyük olay – bizim toyumuz, mənim gözümdə, bu yüzillikdə baş vermiş olayların

hamısından yuxarıda dayanır.

downloaded from KitabYurdu.org




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə