Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə30/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   24   25   26   27   28   29   30   31   32

insanlara gəlincə onlar, nəyisə sözdə güzəştə getdilərmi, bir azdan elə işdə də yavaş-

yavaş geriyə çəkilməyə başlayırlar.

Bizim bütün davranışlarımızın iki qaynağı vardır: daha böyük olmaq diləyi və cinsi

istək.


Masturbasiya (onanizm) – insanın qapıldığı ilk düşkünlükdür. Bütün qalan

düşkünlüklər – içkidən, tütündən, narkotikdən olan asılılıqlar onun əvəzediciləridir.

Sevdiyiniz qadınla yataqda elədiklərinizin hamısı – çox gözəldir və büsbütün

düzgündür. Ən başlıcası, bu elədiklərinizi ikinizin də bəyənməsidir. Belə bir qarşılıqlı

anlaşma və uyarlıq varsa, siz bütün durumlarda doğru yoldasınız, sizi qınayanlar isə

pozğundurlar.

Haçansa qarımış qız it saxlamağa başlayırsa, qoca və subay kişi gözəl fiqurlar

toplayırsa, birincisi, yaşaya bilmədiyi evlilik boşluğunu doldurmağa çalışır, ikinci isə,

özünün çoxsaylı keçmiş sevgiləri olduğu illüziyasını yaratmağa çalışır. Bütün

kolleksionerlərdə bir Don Juanlıq vardır.

Homoseksuallıq, sözsüz, insanın üstünlüyü sayıla bilməz, ancaq onda heç bir

insani əskiklik də yoxdur, bu, nə yaramazlıq, nə də alçaqlıq deyildir; onu xəstəlik də

saymaq olmaz; biz tibbi baxımdan onu, seksual inkişafın dayanması ilə bağlı yaranan

bir seksual özəllik növü sayırıq. Keçmişlərdə və elə indi də, çoxlu sayda sayğılı insanlar

homoseksual olmuşlar, onların arasında çoxlu böyük və adlı-sanlı insanlar da

olmuşdur. Homoseksuallığı cinayət sayaraq, buna görə onun daşıyıcıları olan

adamları izləyib sıxışdırmaq – böyük ədalətsizlikdir, habelə amansızlıqdır.

Apardığım sınaqlardan öyrəndiklərimə görə, inamla deyə bilərəm: ən güclü

homoseksuallar, onların da içində öz homoseksual duyğularını boğmağa

çalışmayanlar, insanlığın xoşbəxtliyi üçün ən çox çalışan kimsələr olur.

İncildə deyilən: “öz doğmalarınızı sevin” öyüdü insanı aqressivliyə yönəldir və

burada mədəni “Üstün Mənin” psixologiyaya zidd davranışının açıq-aydın üzə çıxması

görünməkdədir. Bu, yerinə yetiriləsi bir öyüd deyildir, yoxsa, sevgini belə

ucuzlaşdırmaq onun dəyərini heçə endirərdi, beləliklə də, sevgi insanların ona olan

ehtiyaclarını ödəyə bilmək gücünü itirərdi.

Əyləncəyə məhdudiyyət qoyulması onun dəyərini artırır.

Bütün insanların başqalarından gizlətdikləri istəkləri vardır, eləcə də, hamının

özünün belə baş açmadığı istəkləri vardır.

Nevroz – qeyri-müəyyənliyə dözə bilməməkdən yaranır.

İstənilən normal sayılan insan ancaq qismən normal olur.

Çox-çox əski çağlarda başqasına daş atmaqla yanaşı, onu söyməyə də başlayan

birinci insan sivilizasiyanın yaradıcısı oldu.

İnsanı ağgünlü eləmək dünyanın yaradılması planına daxil olmamışdır.

İtiağıllıq – insanın içində alovlanan yağılıq duyğusunun başqa yolla söndürülə

bilməməsindən yaranır.

İnsanların çoxu, doğrudan da, özgür olmaq istəmirlər, axı özgürlük onlardan

sorumlu (məsuliyyətli) olmağı tələb eləyir, elə bu sorumlu olmaq da insanların

çoxunu qorxudur.

Başqasında görüb güldüyümüz yanlışlıqlar, çox vaxt, elə bizim özümüzdə də olur.

downloaded from KitabYurdu.org




İnsan, əli çatmayan nəsnələrə olduğundan qat-qat artıq dəyər verir və onu gərək

olduğundan çox istəyir.

İnsanlar düşündüklərindən daha çox əxlaqlıdırlar, ancaq təsəvvür elədiklərindən

də qat-qat əxlaqsızdırlar.

Bir insan başqasında aradan qaldırılmalı olan hansısa bir yanlışlıq tapa bilməzsə,

onda onların birlikdə yaşaması dözülməz bir darıxdırıcılıq yaradardı.

Nevrotik (əsəb xəstəsi) konfliktlə üz-üzə gələndə xəstəliyin yanına qaçıb ona

sığınır.


Yuxugörmələrimizdə biz həmişə bir ayağımızla uşaqlıqda oluruq.

Yaşama dözümlü yanaşmaq bütün canlı varlıqların ilkin vəzifəsi olaraq qalır.

Fərdin yaşlandıqca keçdiyi psixi inkişaf yolu, insanlığın öz tarixi boyu keçdiyi

bütün inkişaf yolunun qısaldılmış təkrarıdır.

Qanmazlığın ilkin əlaməti utanmazlığın heç olmamasıdır.

Din insanlığın hamılıqla yoluxduğu nevrozdur.

Gerçək mazoxist həmişə öz üzünü yumruq yeyə biləcəyi yönə tutur.

İstənilən mədəniyyət məcburilik və ehtirasların cilovlanması üzərində qurulur.

İnsan yaşamın anlamının, yaxud dəyərinin nə olması üzərində baş sındırmağa

başlayırsa, bu onun xəstələnməsindən soraq verir.

İnsanlar gerçəklikdə öz umacaqlarına çata bilmədikləri üçün fantaziyalar

aləmində yaşamağa başlayır, bununla da, öz diləklərini yerinə yetirdiklərini təsəvvür

eləyirlər. Güclü kimsələr öz diləklərini yaşamın içində gerçəkləşdirirlər. Gücsüzlər isə,

özlərinin bu uydurma dünyasında yaşamaqda davam eləyirlər və onların fantaziyaları

getdikcə müxtəlif xəstəliklərin əlamətləri kimi üzə çıxmağa başlayır.

Orta yüzilliklərdə məni tonqalda yandırardılar, indisə yalnızca kitablarımı

yandırırlar.

Bütün məstedici içkilər, qanımızı coşduran alkoqol, indiyədək sirri açılmamış

həmən o, sevgi doğuran toksinin zəif təzahürlərindən başqa bir şey deyildir.

Körpə əxlaqın nə demək olduğunu bilmir, onun daxilində öz istəklərini yerinə

yetirməkdən saxlayan əyləc yoxdur.

Biz özlüyündə ləzzət almağa yox, ağrı-acılarımızdan can qurtarmağa çalışırıq.

İnsanların hamısı şüurdışında (qeyri-şüurluqda) özlərinin ölümsüzlüyünə

inanırlar.

İntellektin səsi çox yavaşdır, ancaq o, dediklərini təkrarlamaqdan yorulmur və

onun dinləyiciləri də həmişə tapılır.

İnsanın bütün çalışmalırının məqsədi – özünü ovundurmaqdır.

Yaşamın ağırlığı içində çox tez-tez kimsə bizim yolumuzu kəsir, işlərimizi korlayır,

bunlar baş verən kimi, yuxugörmə yardımımıza gəlib bizi bu kimsəni öldürməyə

yönəldir, o kimsənin kimliyi isə önəmli olmur, bu, bizim atamız, anamız, qardaşımız,

bacımız, habelə arvadımız da ola bilər.

Depressiya – donmuş qorxudur.

Düşdüyünüz depressiyanın niyəsini və dəyərlərinizin nədən ucuzlaşdığını

öyrənmək istəyəndə, birinci yan-yörənizə baxın: görün, siz qanmaz adamların

çevrəsində deyilsiniz?

downloaded from KitabYurdu.org




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə