Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə31/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   24   25   26   27   28   29   30   31   32

Sən kiməsə onun elədiyi bütün yamanlıqları bağışlayırsansa, deməli, o insan

sənin üçün artıq yoxdur.

Özünüzü tutuşdurmalı olduğunuz təkbir insan varsa, o da sizin keçmişdə qalan

mənliyinizdir. Sizin daha yaxşı olmalı olduğunuz insan isə sizin bugünkü kimliyinizdir.

Bədbəxtlikdən, bizim sıxışdırılan duyğularımız ölmür. Biz onları yalnız susmağa

məcbur eləmişik. Ancaq onlar, onsuz da, daxildən bizə təsir eləməkdə davam

eləyirlər.

Söz gəlib özünü doğrultmağa çıxanda biz hamımız dahi oluruq.

Zarafat, öcəşdiyimiz kimsəyə açıq-aydın deməyə ürək eləmədiyimiz, yaxud da

ona qarşı bəslədiyimiz duyğudan baş açmadığımız durumlarda, bu kimsədə gülüş

doğuran özəlliklər axtarmağa çalışmaqdır. Zarafat, eşidənləri əyləndirməklə yoldan

çıxarır, onların düşüncələrini danışdığımız konunun dərinliklərinə varmaqdan

yayındırır və onları biz dediyimiz baxışlara bağlayır.

İnsan üzdən nə qədər çox qüsursuz görünürsə, onun içində bir o qədər çox

şeytan gizlənir.

İnsan könlünün gizlinləri onun uşaqlıqda yaşadığı psixi dramın içindədir. O

dramacan gedib çata bilsəniz, sınıq könülləri sağalda da biləcəksiniz.

Kütlənin bəlli adı yoxdur (anonimdir) və o öz üzərinə heç bir sorumluluq

götürmür. Ayrılıqda götürülmüş hər bir fərddə olan sorumluluq duyğusu, bu fərd

kütləyə qarışanda yoxa çıxır.

Olduqca çoxlu sayda mədəni sayılan kimsələr insan öldürməkdən, yaxud da

insentdən

22

sarsılardılar, ancaq elə bu mədəni kimsələr də, özlərini acgözlükdən,



aqressivlikdən, aşırı seksual çılğınlıqdan həzz almaqdan çəkindirmir, cəzasız

qalacaqlarına arxayın olduqca, başqalarının yaşamını yalanla, fırıldaqla,

qarayaxmaqla ağuya döndərməyə yönəlik olurlar və bütün bunlar neçə min illər

boyunca sürən mədəniyyət dönəmlərinin hamısında dəyişilməz olaraq qalmaqdadır.

Məni söyəndə özümü qorumağa gücüm çatır, ancaq məni öyməyə başlayanda

buna qarşı çıxmağa gücüm çatmır.

Bizim sivilizasiya, instinktlərin sıxışdırılıb əzilməsi üzərində qurulmuşdur.

İnsanın ictimai varlıq olaraq yaşaya bilməsi üçün gərəkən və qaçılmaz olan

özünüqorumanın yaratdığı güc, onun instinktlərini sıxışdırır və onların enerjisini

ictimai baxımdan yararlı olan işlərə yönəldir. Bax elə insanın bu bacarığı da, onun

yüksək psixi fəaliyyətinə yol açır.

İctimai həyat – insanın instinkti ilə əxlaqı və bioloji tələbatı ilə cəmiyyətin

tələbləri arasında baş verən arasıkəsilməz, dayanmaq bilməyən bir savaşdır.

Gerçəkləşmək istəyən instinktlərin güclü basqısı altında olan insanın qarşısında

cəmiyyət üç yol qoyur. İnsanın daxili istəkləri ölçü-biçi gözləmədən birbaşa özünü

gerçəkləşdirmək istəyəndə o, cinayətkara çevrilir; insan bu istəklərini sıxıb öz içində

saxlayırsa o, nevrotik olur; insan bu istəklərini ictimai baxımdan yararlı sayılan işlərə

qoşa biləndə isə dinclik içində yaşaya bilir.

Tale insanın özünü doğrultmasını saya salmır.

Biz dünyaya yalqız gəlib, ondan yalqız olaraq da gedirik.

Biz öz diləklərimizdən yaranmışıq.

Ən yaxşı nəsnələr sonsuzluğun içində gizlənmişdir.

downloaded from KitabYurdu.org



Bizim çoxumuz əl çəkmək istəmədiyimiz belə bir inanca bərk-bərk bağlanıb

qalmışıq: “İnsanın daxilində yetkinləşməyə doğru arasıkəsilməz bir canatma vardır,

elə bu canatma da, bizi bugünkü yüksək mənəvi yüksəlişə və əxlaqi ucalığa gətirib

çıxarmışdır, ona görə də, bu inkişafın sonucu insanı aparıb üstün insana

çatdıracaqdır”. Mənə qalsa, insanın daxilində belə bir canatmanın olduğuna

inanmıram və bu çox dadlı illüziyaya qapılmağı da böyük bir yanlışlıq sayıram. İnsanın

bugünədək olan inkişafını mən təbiətdə yer alan başqa heyvan soylarının inkişafından

ayırmıram və burada başqa bir yozumun ola biləcəyinə də inanmıram, insanların kiçik

bir kəsimində özünü göstərən daha artıq yetkinləşməyə doğru arasıkəsilməz

canatmaya gəlincə, bu olsa-olsa, insan mədəniyyətinin ən dəyərli örnəklərini yarada

bilmək üçün sıxışdırılmış ehtirasların üzə çıxmaq istəyindən doğulur.

Mənim dünyam – biganəlik okeanında üzən, ağrılardan qurulmuş kiçik bir adadır.

İnsanın bəyənmədiyi nəsnələri doğru saymamaq özəlliyi vardır, bu, onları

danmaq üçün arqument tapmağı asanlaşdırır.

Kütlədə heç vaxt həqiqəti öyrənmək yanğısı olmur. Ona illüziya gərəkdir, o,

bunsuz yaşaya bilmir.

Biz yaşlılar artıq öz uşaqlığımızı unutduğumuzdan, uşaqları anlaya bilmirik.

Çalışqan insanın yanına işsiz-gücsüz qonaqlar çox az gəlir – qaynayan bardağın

üstündə çibinlər uçuşmaz.

Öz kimliyini yaxşılığa doğru dəyişdirməyə çalışmaq “narsizmdən” qaynaqlanır,

daha doğrusunu desək bu, özünü böyüdərək, başqalarından üstün olmaq istəyidir.

Yuxularda gerçəkliklər, gerçəklikdə isə yuxular əks olunur.

Problemin olduğunu boynuna almaq – onun uğurla aradan qaldırılmasının

yarısını bacarmaq deməkdir.

Özünə qarşı mütləq səviyyədə vicdanlı davranmaq – özünü insanlığa alışdırmaq

üçün ən yaxşı yoldur.

Azlığın kütlə üzərində ağalığı olmadan keçinmək olmaz, kütlə qaba olduğu, uzağı

görmədiyi üçün özünün gərəksiz ehtiraslarından əl çəkmək istəmir, bununla bağlı

çağırışları qulaqardına vurur və kütlənin içindəki ayrı-ayrı fərdlər onu özbaşınalığa və

əxlaqsızlığa şirnikləndirir.

İnsan yaşamının hansı anlam daşıdığı ilə bağlı soru dönə-dönə ortaya çıxmışdır;

bu sorunun ağlabatan cavabı indiyədək tapılmayıb və çox ola bilsin də heç tapılmasın.

Bu sorunu verənlərin biriləri, ona belə bir qoşma da artırmışlar: yaşamın heç bir

anlamı yoxsa, onda onun bizim üçün heç bir dəyəri də yoxdur. Ancaq insanlığa belə

bir qara-qorxu gəlmək də, burada nəyisə dəyişmək gücündə deyildir. Görünür, bu

sorudan yayınmağımız daha düzgün sayılmalıdır. Bu sorunun ortaya çıxmasının niyəsi,

bizim addımbaşı qarşılaşdığımız insan şübhələri ilə bağlıdır. Elə isə buna nə deyirsiniz:

insanın işinə yarayanları çıxmaqla, yerdə qalan heyların nə üçün yaşadıqları ilə bağlı

sorulara niyə cavab axtarmırıq?

Yaşama dözmək istəyirsinizsə, ölməyə hazırlaşın.

Həqiqət sizi özgürlüyə çatdırır.

Din, sanasan, insanı suça batmaqdan çəkindirmək üçündür, ancaq söz gəlib dini

sorulara çıxanda, insanlar ürəklərindən keçənləri gizlətməklə, düzgün saydıqlarını

deməkdən çəkinməklə, elə ən böyük suça batırlar.

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə