Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə28/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   24   25   26   27   28   29   30   31   32

Bu məktubun cavabını, sənin Ziqmunduna, ayın sonunda, öz dilinlə verə

biləcəksən.

20 Froud burada Marta ilə qarşıdakı görüşünü yumorla belə adlandırmışdır.

Vyana, ikinci gün, 6 may 1886-cı il

Sevimli qızcığazım!

Mənə yazdığın gözəl məktubunu və öncədən yola salacağını dediyin, sovqatını

göndərdiyinə görə sənə ürəkdən gələn sağollarımı yetirirəm. Sovqat olaraq nə

göndərəcəyin öncədən ürəyimə dammışdı, elə bil, onları alanda sənin yanında

olmuşdum. Sən mənə nə gərək olduğunu çox gözəl bilirsən, elə bilirəm, bu işi səndən

yaxşı bilən başqası ola bilməz. Göndərdiklərinin az olduğunu yazıb dil-ağız da

eləyirsən, ancaq, sevgilim, bu artıq işdir, buna heç bir gərək yoxdur. Sözün düzü, mən

sənə sovqat göndərməkdənsə, sənin mənə sovqat göndərməyinə görə çox utandım

və özümü bu işdə sənə borclu sayıram!

Mən artıq yaşa dolmuşam. Bizim adaxlanmağımızın dördüncü ili başa çatmaq

üzrədir, ancaq biz hələ də biri-birimizlə qovuşmaqla bağlı olan o böyük diləyimizin

haçan gerçəkləşəcəyini dəqiqliyi ilə bilmirik. Ancaq, biz bu məqsədimizə çatmaqdan

necə uzaq düşməyimizdən asılı olmayaraq, heç vaxt, inamsızlığa qapılmamışıq.

Bir neçə həftə sonra mənim əlimdə olan pul qurtaracaqdır (mən artıq bir neçə

dəfə belə duruma düşüb ondan çıxa bilmişəm), ona görə də, pulum qurtarandan

sonra Vyanada qalıb-qalmayacağımı da indidən deyə bilmərəm. Umarım, mənim

sonrakı ad günüm sənin dediyin kimi olacaqdır: sən məni səhər erkən öz öpüşlərinlə

yuxudan oyadacaqsan və daha bir də, mənim səndən məktub gözləməyimə gərək

qalmayacaqdır. Bunun harada baş verəcəyinin isə mənim üçün dəyəri yoxdur, təki

birlikdə olaq, yaşayacağımız yerin isə Avstraliya, ya da başqa bir ucqar ölkə olması

önəmli deyildir. Ancaq mən daha sənsiz yaşamağı bacarmıram. Mən istənilən ağır

qayğını çəkməyi, ən çətin əməyə qatlaşmağı bacararam, təki səndən ayrı olmayım.

Düzünü desəm, Vyanada özümə iş tapıb, burada birgə yaşaya biləcəyimizə ümidim

çox azdır.

Bayaq, işin çoxluğundan, sənə yazdığım məktubu yarımçıq saxlamalı oldum, indi

axşam vaxt tapıb məktubun ardını yazıram. İş otağımda Breyerin mənim üstümə

göndərdiyi iki xəstəsi oturub, başqa heç kim yoxdur. Xəstəxananın bəlli qanununa

görə, mən gün ərzində iş otağımda beş xəstə qəbul eləyirəm. Onlardan ikisini

elektriklə müalicə eləyirəm, habelə, gərək onlardan işsiz olan birisini pulsuz qəbul

eləyim.

...Evimizdə mənim ad günümü böyük sevinclə keçirdilər. Pauli ilə Dolfi məni öpüş



yağışına tutub, gözəl bir çiçək buketi bağışladılar, anam isə mənim çox sevdiyim şirin

peçenye bişirmişdi. Roza yazı stolunun üstünə qoyulan gözəl kağız çərçivələr, Mitsi

downloaded from KitabYurdu.org



isə, böyük bir şəkil bağışladı. Villensdən, Şannadan, Kinenbergerdən və Elias dayıdan

təbrik məktubları aldım. Evdə mənə krallara yaraşan bir sayğı göstərdilər. Mənə

göstərilən bu diqqət və qayğıya görə hamıya ürəyimdə böyük bir sayğı vardır, sözün

düzü, onlar bu istiqanlıqları ilə məni bir az yordular da və ona görə də indi gedib

yatmaq istəyirəm.

Laboratoriyadakı işimdən böyük zövq alıram. Düzdür, buna çox az vaxtım qalır.

Ancaq başımda bir terapevtik ideya yaranıb, yaxın çağlarda onu gerçəkləşdirməyə

çalışacağam. Mən bununla bağlı “Koka” jurnalında bir məqalə də çap elətdirmişəm,

ancaq bu ideyanın gerçəkləşməsinin mənim gözlədiyim sonucu verəcəyini indidən

demək çətindir.

Gecən xeyrə qalsın, mənim qızcığazım.

Sənin Ziqmundun

P.S. Sabah, anan ilə bacın Minnaya ayrıca məktub yazacağam.

Vyana, 13 may 1886-cı il

Mənim dəyərli dəfinəm!

İş otağımda çox dözülməz bir bürkü olduğundan, orada oturub sənə məktub yaza

bilmirəm. Mənim qəbuluma olduqca çoxlu adamlar gəlir və mən saat üçəcən onları

qəbul eləməkdən yaranan gərginliyə güclə dözüb dayanıram. Xəstələrim olduqca

çoxdur, ancaq onları müalicə eləməkdən çox az pul qazanıram. Üstəlik bu iş çoxlu

vaxtımı və diqqətimi əlimdən alır.

İşiasdan (aşağı ətrafların sinir pozğunluğu) müalicə elədiyim, professor M.-in

xanımı mənə çox başağrısı versə də, indi demək olar, bütünlüklə sağalmaq üzrədir.

Ondan başqa da, həftədə bir dəfə, iki polis məmuru müalicə almaq üçün mənim

yanıma gəlirlər. Bax, bugün mən müalicə elədiyim xəstələrə görə səkkiz qulden

qazana bildim, üstəlik Breyerin araçılığı ilə tanış olduğum doktor K.-nın xanımı onun

ərini müalicə elədiyim üçün beş qulden pul göndəribdir. Mənim anladığıma görə,

həkimin işi ilə onun qazancı çox vaxt biri-biri ilə düz gəlmir. Aradabir, demək olar, heç

nə eləmədən yaxşı pul qazanırsan, aradabir də, ağır keçən bir müalicə üçün qəpik-

quruş almalı olursan. Bir örnək deyim, srağagün mənim yanıma müalicə üçün bir

amerikalı həkim gəlmişdi, o çox güclü əsəb xəstəliyinə tutulubdur. Onda özünü

göstərən bu xəstəlik mürəkkəbliyi ilə məni çox maraqlandırdığından, onu pulsuz

müalicə eləməyi üzərimə götürdüm. Onun bu xəstəliyə tutulmasının niyəsi, bu

həkimin çox gözəl bir xanımla qarşılıqlı ilişkilərində baş verən ardıcıl dolaşıqların

olmasıdır. Dediyim xanımı da mən müalicə eləyirəm. Bu xanımla bağlı bir sıra soruları

aydınlaşdıra bilmək üçün, gərək sabah ginekologiya üzrə professor Xrobakunun

yanına məsləhət almağa gedim.

downloaded from KitabYurdu.org




İnanırsanmı, elə bərk yorulmuşam, işimlə bağlı olan bu incəlikləri sənə bütün

genişliyi ilə yazmağa da heyim qalmayıb. Ancaq sənə, çox pis duruma düşdüyüm, bir

olayı açıb deməkdən özümü saxlaya bilmirəm, yuxarıda dediyim o gözəl xanımı qəbul

eləyəndə, iki dəfə, gözlənilmədən, mənim iş stolumun üstündə dayanan sənin

portretin aşaraq üzü üstə düşdü. Qarşıda, bir də, belə gözlənilməzliklə üzləşməyi heç

istəməzdim. Yox, birdən, bu olay məni nədənsə çəkindirmək üçün baş verirsə, mənim

buna gərəyim yoxdur.

Həkim gərək qazandığı pulları əlində saxlamağı bacarsın. Mən hər bir quldeni

qorumağa çalışıram. Dünən Ştatquthassedə yaşayan bir tanışımı müalicə eləmək

üçün onun evinə getməli oldum, sözsüz, müalicə üçün pul götürmədim. Ancaq

oradan evə qayıtmaq üçün, vaxtında taksi tapa bilmədiyimdən, iki saat vaxtımı

boşuna itirdim. Bugün yenidən o tanışımı müalicə eləməyə getməli oldum, yenə də

ondan pul götürmədim və çox çətinliklə, yorğun-arğın evə gəlib çıxdım, ancaq mən

hələ bundan sonra xəstəxanaya gedib xəstələrimi qəbul eləməliyəm. Vaxt itirməyim

deyə, yenə taksi ilə getməli oldum. Bu da ucuz başa gəlmədi; üç gün şam yeməyindən

qənaət eləyib yığdığım bütün pullar yol puluna xərclənib qurtardı.

Bu həftənin ikinci günü, Psixologiya klubunda hipnozla bağlı məruzə elədim.

Yaxşı qarşıladılar, üstəlik alqışladılar. Bugün isə, bu məruzəni Psixiatrlar birliyində, iki

həftə sonra, yenidən oxuyacağımla bağlı bildiriş yaydım, Həkimlər birliyində isə, üç

həftə sonra, mənim Parisdə keçdiyim ixtisasartırmam ilə bağlı başqa bir məruzə

eləyəcəyəm.

Vyananın rəsmi çevrələri ilə, özümə gərəkən iş yeri açmaqla bağlı

çarpışmalarımda hələ də yaxşılığa doğru bir dönüş yoxdur, ancaq sən indi burada

olsaydın, səni öpüb deyərdim: səninlə altı aydan sonra evlənəcəyimizə olan inamımı

itirməmişəm

21

.



Umarım, tezliklə mənə daha bir iş otağı ayıracaqlar və mən orada pulsuz müalicə

alan xəstələrimi elektriklə daha yaxşı müalicə eləyə biləcəyəm. Mənə elə gəlir,

bununla bağlı mənim irəli sürdüyüm təklifləri anlaşıqla qarşılamağa başlamışlar.

Gecən xeyrə qalsın, mənim dəyərli dəfinəm.

Sənin Ziqmundun

P. S. Necə bilirsən, anama ikimizin adından bir hədiyyə alıb bağışlasaq yaxşı

olmazdımı?

21 Froudla Marta 1886-cı ilin sentyabrında toy eləyib evlənmişdilər.



Z. FROUDUN AFORIZMLƏRİ VƏ ƏSƏRLƏRİNDƏN ÇIXARIŞLAR

Özümüzə doğma bildiyimiz kimsələri hansısa gözlənilməzlikdən yana seçmirik... Biz,

yalnız öncədən, şüurdışımızda yaradıb yaşatdığımız kimsələrlə qarşılaşanda onları

bəyənirik.

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə