Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə29/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   24   25   26   27   28   29   30   31   32

İdeal sayıla bilən, daimi, nifrətdən arınmış sevgi, yalnız narkomanın narkotikə

olan sevgisidir.

Sevgi ilə əmək – hörülən insanlıq binasının özülündə dayanan daşlardır.

Mənliyinin ideala qovuşması üçün nə çatmırsa, insan onları öz sevgisilə

qazanmağa çalışır.

Biz sevəndə ən çox köməksiz olduğumuz duruma düşürük, sevdiyimizi itirəndə,

yaxud onun bizə bəslədiyi sevgisi bitəndə isə, ən düşkün və ən qaragünlü çağımızı

yaşayırıq.

Sevgi ilə bağlı ilişkilərdə biri-birinə güzəştə getmək doğru deyildir, bu, iki sevən

kimsəni yadlaşdıra bilər. Ortalıqda hansısa çətinlik varsa, anlaşaraq, onu adlamaq

gərəkdir.

Sevgi – utancaqlıq duyğusunu aradan qaldırmaq üçün ən sınanılmış bir yoldur.

Özünün sevildiyini bilən insan necə də ürəkli və özünə inamlı olur!

Yuxugörmədə çiçəklər çox vaxt insanın cinsi orqanlarının simvoludur; çox ola

bilsin, yaşamda özünə yer eləmiş, sevgilisinə bitkinin “cinsi orqanı” olan çiçək

bağışlamaq da belə bir şüurdışı dəyərləndirmə ilə bağlıdır.

İnsan gözəllikdən həzz almağı, öz yaşamına anlam və sevinc gətirən ən başlıca

olay sayır. Gözəlliyi öyrənən Estetika adlı ayrıca elm bölməsi olsa da, ancaq gözəllik

anlayışının nədən və nə üçün yarandığı ilə bağlı sorunun düzgün cavabı bugünəcən də

tapılmamışdır. «Gözəllik» və «həyəcanlanmaq» adlı kateqoriyaların biri-biri ilə

qarşılıqlı və qırılmaz tellərlə bağlı olduğu bəllidir; gözəllik, həmişə, biranlamlı olaraq,

həyəcan doğurur. Ancaq nədənsə, ən böyük həyəcan doğuran nəsnələrdən olan –

insanların cinsiyyət orqanları, gözəllik kateqoriyasına aid olunmur.

Sevgi özlüyündə, ağrı-acılara, itkilərə tuş olmaqdır və bir çox durumlarda, insanın

özünü öz gözündən salmağa gətirib çıxarır, ancaq sevgi qarşılıqlı olanda, insan sevdiyi

obyektə qovuşmaqla yenidən öz mənliyini ucaldır.

Sevməklə hipnoz olunmaq biri-birinə çox oxşayır. Bu iki durumun uyğunluğu göz

önündədir; hər ikisində başına gələnlərə dinməzcə boyun əymək, üzüyolalıq vardır,

habelə, hipnoz olunan da hipnozçuya, sevdiyi insana tənqidi yanaşa bilməyən sevgili

kimi yanaşır, ən başlıcası isə, insan sevgidə də, hipnozda olduğu kimi, şəxsi təşəbbüs

özəlliyini büsbütün itirir.

Uşağın anasına olan sevgisi ölçüyəgəlməzdir, o, anasının yalnız özünün olmasını

istəyir və onu başqası ilə bölmək istəmir.

Bu çox böyük soruya indiyədək cavab verilməyib və mən də, qadın könlünü otuz

ildən artıq araşdırmağıma baxmayaraq, onun cavabını bilmirəm: “Qadın nə istəyir?”

Sevgi adlanan olayların çoxu, seksual yaxınlıq çağırışı eləyən obyektin psixi təsiri

altına düşməkdən başqa bir şey deyildir, bu ilişkilərin sonucu olaraq “sevən” kimsə

özünün cinsi tələbatını ödəyir və duyğuları soyuyur; bu, aşağı səviyyəli, yalnız

duyğulara bağlanan sevgidir. Ancaq bəlli olduğu kimi, ödənən cinsi istəklər sonacan

sönüb getmir. Ona görə də, “sevən” kimsə, cinsi yaxınlıqdan sonra sönmüş

ehtiyacının yenidən oyanacağını bildiyinə görə də, seksual obyektin dustaqlığında

qalmaqda davam edir və ehtirasları soyuyandan sonra da, gələcəkdə yararlana

bilməsi üçün gərəkən, bu seksual obyekti “sevir”.

downloaded from KitabYurdu.org




Feministlərin cinslərlə bağlı olan oturuşmuş düşüncələrə qarşı çıxaraq, onların

büsbütün bərabərhüquqlu və eyni cür dəyərləndirilməli olması ilə bağlı dedikləri

gərək bizləri çaşdırmasın, ona qalsa, kişilərin çoxu kişilik ideallarından çox uzaqdırlar,

irsi özəlliklərin kəsişməsi və insanlarda özünü göstərən ikili seksual meyllər

(biseksuallıq) onlarda qadın və kişi özəlliklərinin birlikdə olmasına gətirib çıxarır,

beləliklə də, ayrıca götürülmüş kişilik və qadınlıq deyilən dəyərlər özlüyündə

gerçəklikdə yoxdur, onlar ancaq nəzəri baxımdan, özü də sonacan aydınlaşmayan bir

anlamda qavranıla bilərlər.

Çoxunu sevən, qadınları tanıyır. Birini sevən, sevgini anlayır

Ər – demək olar həmişə, qadınının ürəyində, yalnız sevimli kişinin boş qalan

yerini tutur, ancaq o kişinin özü ola bilmir.

İnsanlar evlənəndən sonra, çox vaxt, artıq biri-birini sevdikləri çağlardakı kimi,

biri-biri üçün yaşamırlar. Onlar daha çox üçüncü birisinin varlığı üçün birlikdə

yaşayırlar və çox keçmədən, kişinin çox qorxulu iyəşkənləri (rəqibləri) ortaya çıxır,

onların adı: dolanışıq və uşaqdır.

Qadın kişini gücsüzləşdirməli deyil, yumşaltmalıdır.

Qadının döşü, sevgi ilə aclığın qoşalaşdığı bir yerdir.

Yalnız seksual gücsüzlüyü seksual çatışmazlıq saymaq olar, seksual istəklərin

ödənməsinin bütün başqa formaları isə zövq məsələsidir.

İnsanlar, az qala hamılıqla, sekslə bağlı sorularda ikiüzlüdürlər. Onlar öz seksual

istəklərini açıq-aydın sərgiləməkdən çəkinir, onu “yalan” adlanan qalın materialdan

tikilmiş paltonun altında gizlədirlər, elə biləsən, seksual ilişkilərin olduğu yerdə

havalar çox pis keçir.

Seksual istəklərini sıxışdıran insan, öz yaşamında, bəlli qorxaqlıq və çəkingənliklə

əl-ələ verib addımlayır, qorxmazlıq və igidlik isə, öz seksual istəklərini ürəyincə,

çəkinmədən yerinə yetirməklə bağlıdır.

İnsan özünün seksual istəklərinə azadlıq verəndə xəstəlikdən sağalır.

Yeniyetmələrdən seksin yaşamda oynadığı önəmli rolu gizlətməyə çalışmaq

çağdaş tərbiyənin çatışmazlıqlarından yalnız biridir. Bu tərbiyənin başlıca suçu isə,

gəncləri gələcək yaşamlarında üzləşə biləcəkləri yaramazlıqlara qarşı dirəniş

göstərməyə hazırlaya bilməməsi və beləliklə də, onları belə durumların qurbanlarına

çevirməsidir. Bu tərbiyənin gəncliyi düzgün olmayan psixi yönətməsini: qütb

ekspedisiyasına gedənlərə yay geyimləri geyindirib, onların əlinə İtaliya göllərinin

xəritəsinin verilməsinə bənzətmək olardı.

Qızların böyüyüb analarının kimliyində öz seksual özgürlüyünü əngəlləyən birisi

ilə qarşılaşması, onlar arasında konflikt yaradır, qızının ərgənləşməsi isə anaya öz

seksual istəklərindən əl çəkmək zamanı gəldiyini xatırlatmağa başlayır.

Cinsi münasibətlərdən açıq danışmağa utananlar və bu konudan danışanda

nəsnələri öz adı ilə çağırmağı insanlığa yaraşdırmayanlar, bu durumda yaxşı

səsləndiyini düşündükləri eros və erotika sözlərindən yararlanırlar. Mən də onlar kimi

eləyə bilər, bununla da mənə qarşı yönələn söyüşlərin çoxundan qurtula bilərdim;

ancaq mən bu “utancaqlığı” dardüşüncəliyə qapılmaq sandığımdan, onlar kimi

eləməyi özümə sığışdırmıram. Bunun nəyə gətirib çıxaracağını demək də çətindir;

downloaded from KitabYurdu.org




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə