Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

Səkkiz gündən sonra, elmi araşdırmalarımla bağlı: “Baş-beynin anatomiyası” adlı

sınaq mühazirəm olacaqdır.

Sənə ürəkdən gələn alqışlarımı göndərirəm, üstündən uzun bir müddət keçsə də,

çatdığım bu səadətə alışa bilmirəm. Mənim üçün ən böyük səadət, üç il öncə, 17

iyunda səninlə adaxlanmağımdır!

Sənə yüz min öpüş göndərirəm.

Sənin Ziqmundun

Paris, bazar ertəsi, 8 yanvar 1886-cı il, gecə saat on bir

Mənim istəkli şahzadə xanımım!

Dünən iş vaxtım qurtarandan sonra bir analitik araşdırmamın qaralamasını yazıb

bitirdim. Bugün isə, sənin çoxdan gözlədiyim dəyərli məktubun gəlib çıxdı. İndi sənə

cavab yazmağa tələsirəm, yoxsa, bugünlər başım bərk qarışdığından, sonra sənə

məktub yazmağı çatdıra bilmərəm, sən də məndən uzun bir müddətə soraq tuta

bilməzsən.

Dünən mən bir saata kimi Şarkonun

18

yanında oldum, onun on vərəqlik



əlyazmasını almancaya çevirmək üçün götürdüm. Mən bu böyük alimlə görüşümdən,

onunla danışığımdan sənə bir az geniş yazmaq istəyirəm, ola bilsin, sonrakı

məktublarımda yazdım. Bir-iki gün öncə o mənimlə Rikettini ikinci gün, işdən sonra öz

evinə qonaq çağırıbdır. Mənim bu qonaqlıqla bağlı həyəcanlarımı və orada baş

verəcəklərə necə maraq göstərdiyimi yaxşı başa düşərsən.

Gərək ağ əlcəklər geyinim, qalstuk taxım, təzə köynək geyinim, saçımı qırxdırıb

artıq tüklərini aldırım, habelə bu kimi xırdalıqları gözləyim. Dilim topuq vurmasın

deyə, bir azca kokain

19

də udmalı olacağam. Gərək bu yeniliyin Hamburqda və -



Vyanada yayılması qayğısına da qalam, bir az da özümdən artırıb, bu böyük alimin

mənim alnımdan öpdüyünü də uyduram.

Görürsən, mənim işlərim pis getmir və sənin gələcək üçün qurduğun planları da

bəyənirəm. Məncə, bunları çox yaxşı düşünmüsən.

Sənə ürəkdən gələn alqışlarımı yetirirəm. Çox istərdim, sənin diş həkimin özüm

olam.


Sənin Ziqmundun

18 Şarko Jan-Marten (1825-1893) – fransız həkim psixiatr, Froudun müəllimi

olmuşdur. Şarko öz çağının ən böyük nevropatoloqlarından biri sayılırdı, o isteriyanın

yeni psixoloji nəzəriyyəsinin yaradıcısı sayılır.

19 Froud kokainin elmi baxımdan öyrənən ilk araşdırıcılardan biri olmuş, gənclik

illərində, yanlış olaraq, onu psixi sarsıntıları və depressiyanı aradan qaldıran bir arac

saymışdır. Froud özü də kokain qəbul eləmiş, yaxın arxadaşlarına və doğmalarına da

bunu gərəkli bir arac kimi tanıtmışdır. Onun kokainlə bağlı yazıları bu narkotik

downloaded from KitabYurdu.org



maddənin geniş yayılmasına gətirib çıxarmışdır. Sonradan, kokainin narkotik olduğu

aydınlaşanda, Froud, çox çətinliklə olsa da, kokainlə üzülüşə bilmişdi.



Paris, 20 yanvar 1986-cı il

Sevgilim!

Dünən gecə saat on ikidə, evə qayıdan kimi, sənə məktub yazmaq istəyirdim,

ancaq ha axtardımsa kibrit tapa bilmədim və ay işığında özümün gözəl geyimlərimi

soyunub yatmalı oldum.

Qoy hamısını sıra ilə, bir-bir danışım. Şənbə günü Şarko, yurduna dönməyə

hazırlaşan, Rikettiyə yanaşıb ikinci gün onu evinə qonaq çağırdı. Riketti öncə özünü

itirib boyun qaçırmaq istədi, sonra haçandan-haçana gələcəyinə söz verdi. Sonra

Şarko otağıma keçib məni də qonaqlığa çağırdı. Mən bu çağırışa görə ürəkdən

sevindim. Sonra o mənimlə bazar günü də görüşmək istədiyini, onun əsərlərini

almancaya çevirməyimlə bağlı danışmalı olduğumuzu bildirdi. İlk öncə, Şarkonun

evində bərk sıxıldım. Ancaq bu, onun evi ilə bağlı, mənim bölüşmək istədiklərimin

hamısı deyildir. Öncə, onun iş kabinetindən danışmaq istəyirəm. Onun bu kabineti

bizim gələcəkdə yaşayacağımız otaq böyüklükdədir, bura, elə bil, Şarkonun

arxayınçılıq içində yaşadığı sirli və alınmaz bir qaladır.

Onun kabineti iki yerə bölünüb. Çox böyük olan birinci bölüm elmə qulluq

eləmək üçündür, o burada elmi yaradıcılığını sürdürür, kiçik bölüm isə, yaxşıca

dincəlmək üçün qurulubdur. Divarlara bərkidilmiş iki çıxıntı, onun kabinetindəki bu iki

bölümü biri-birindən ayırır. Kabinetin qapısını açan kimi, ilk öncə, bağçaya açılan üç

laylı pəncərə görünür. Pəncərənin şüşələrini gözoxşayan naxışlar bəzəyir. Divarlar

boyunca ikiqatlı kitab dolablarından düzənlənmiş çox böyük bir kitabxana vardır. Hər

iki divar boyunca, ikinci qatdan kitab götürə bilmək üçün, asma nərdivanlar

qoyulmuşdur. Sol divarın yanında, üstündə çoxlu kitablar və jurnallar olan, olduqca

uzun bir stol qoyulub. Üçlaylı pəncərənin qarşısında isə üstündə qovluqlar və

əlyazmalar olan kiçik bir stol vardır. Qapıdan bir az aralıda, alabəzək boyanmış

şüşələri olan pəncərənin önündə, üstündə kitablar və əlyazmalar qalaqlanmış,

Şarkonun iş stolu qoyulubdur, stolun başında onun oturduğu kreslo, yörəsində isə

çoxlu stullar düzülübdür. Kabinetin dincəlmək üçün olan bölümündə isə buxarı və stol

qoyulub, bundan başqa da hind və çindən gətirilmə incə əl işlərinin düzüldüyü

dolablar vardır. Divarlar, qoblen və şəkillərlə bəzədilibdir. Bunların hamısı çox gözəl

və ürəyəyatımlı görünür. Başqa otaqlara da ötəri göz gəzdirib, onlarda da, çoxlu

qoblenlər, şəkillər, xalçalar, keçmişdən qalma gözəl nəsnələr gördüm. Bir sözlə,

Şarkonun evinə muzey, lap ondan da artıq bir yer demək olar.

Şarko ikinci gün günortadan qabaq bizi qonaq çağırdığını dediyi andan

başlayaraq, Riketti ilə mən bu qonaqlığa necə gedəcəyimizi götür-qoy eləməyə

downloaded from KitabYurdu.org




başladıq. Çox simic olan Riketti bu görüş üçün özünə təzə şalvar, xanımına isə təzə

şlyapa almaqla yetindi. Onun deməsinə görə, belə qonaqlığa fraksız və syurtuksuz da

getmək olardı. Sonradan, o gün qonaqlığa yalnız onun frak geymədən gəldiyi bəlli

oldu.


Mənim geyimim çox gözoxşayan alınmışdı, həmişə geyindiyim ağ jiletin yerinə,

Hamburqdan aldığım, indiyəcən geymədiyim, parlaq qara rəngli, gözəl düymələri

olan jiletmi geyindim. Frakımı da ilk dəfə o gecə geyinirdim, sonra özümə təzə köynək

və təzə ağ əlcəklər aldım, necə olsa da, gündəlik geyindiyim əlcəklər, yuyulmuş

olduğundan, pis görünür. Sonra mən bərbərxanaya gedib saçımı qaydaya saldırdım

və çox uzanmış saqqalımı qısaltdırıb fransızsayağı elədim. Bir sözlə, mən o gün üçün

on dörd frank pul xərcləməli oldum. Elə buna görə də, mənə elə gəlir, qonaqlıqda çox

yapışıqlı və gözəçarpacaq bir görünüşüm vardı.

Gecikməmək üçün Riketti ilə, yarılığına pul qoyub, ekipaj tutduq və deyilən

vaxtdan da bir az qabaq qonaqlığa gəlib çıxdıq. Riketti buralarda yaxşı tanınan birisi

olsa da, ancaq bərk həyəcan keçirirdi; mən belə qonaqlıqlara alışmasam da, burada

çaşıb pis duruma düşə biləcəyimdən çəkinsəm də, ancaq kiçik dozada udduğum

kokainin yardımı ilə özümü çox toxtaq tuta bilirdim. Biz vaxtından qabaq gəldiyimiz

üçün, qonaq otağında oturub, ev yiyələrinin gəlişini gözləməli olduq. Boş qalan bu

vaxtımızda oturduğumuz yaraşıqlı otağın bəzəklərini izləməkdən həzz alırdıq. Çox

keçmədən ev yiyələri, ardınca da o biri qonaqlar gəlib çıxdılar və ara qızışdı.

Qonaqlıqda bu sadaladığım adamlar var idi: müsyö və madam Şarko, madmazel

Joan Şarko, müsyö Leon Şarko, Alfons Dodenin oğlu gənc müsyö Dode, çox ağıllı və

anlaqlı birisi olan, məhkəmə tibb ekspertizası üzrə professor Bruardel; taun

xəstəliyinin adlı-sanlı araşdırıcısı, habelə, Pasterin assistenti olmuş müsyö Ştraus,

gödək boylu, xəstə görkəmli, Fransanın ən güclü klinika həkimlərindən biri sayılan

Lionlu professor Lepi; Şarkonun keçmiş assistenti, indi isə professor Bruardelin

assistenti işləyən, müsyö Jil de lya Turet (bu adam görkəmcə Güney fransalılara

oxşayır, işlədiyi institutun fəxri üzvüdür, tibbdən başqa, habelə, riyaziyyat və

astronomiya üzrə də görkəmli alim sayılır, o almanca da yaxşı danışır, sonradan

danışığımızın gedişində onun kökəncə norveçli olduğu da bəlli oldu); bir az sonra

Şarkonun qardaşı ilə professor Vulpi və başqa çoxlu qonaqlar da gəldilər, onların

adlarını çəksələr də, indi xatırlamıram, nədənsə mənə elə gəlir, bu adların hamısı biri-

birinə oxşayırdılar. Qonaqların arasında italyan rəssam Toffano da vardı.

İndi elə bilirəm, mənim belə bir yüksək yığıncaqda özümü necə apardığımla bərk

maraqlanacaqsan. Sözün düzü, özümü çox yaxşı apardığımı, ürəklə deyə bilərəm:

mən ilk öncə, elmi işləri ilə tanış olduğum professor Lepi ilə danışmağa başladım və

bu danışığımız yetərincə uzun çəkdi, sonra isə Ştraus və Jil de lya Turetlə

danışıqlarımız oldu. Bu arada Şarkonun qızı madmazel Şarko ilə bir fincan qəhvə içdik,

bir az sonra pivə içdim, çubuq çəkdim və baş verən bir xoşagəlməz durumu çıxsaq,

demək olar, bütün qonaqlıq boyunca, özümü çox yaxşı hiss elədim. Mən bir qıraqda

tanımadığım qonaqlarla danışığa girişmişdim, danışığımız yaxşı alınırdı və mənim

qırışığım getdikcə daha çox açılırdı. Birdən professor Lepi yaxınlaşıb məni, Liona gəlib,

onun başçılıq elədiyi klinikada işləməyə çağırdı, mən onun bu çağırışına hə deyərdim,

ancaq onda gərək professorun yaxın tanışları olan Vyanalı alimlərin məni necə

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə