Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

və toxtaqlıqla, həyəcan içində və çarpışaraq, o günü gözləmək. Düzünə qalsa,

gündəlik yaşamımızda əlimizə düşən səadəti necə bərk-bərk qoruyub saxlamağa

çalışırıqsa, burada da elə o sayaq dirənişə gərək vardır.

... On dörd gün də gözləməliyik. Ardınca nə olacağını isə artıq düşünmürəm.

Qarşıdakı illər, elə bil, zaman adlı bir pərdə ilə örtülmüşdür. Mən səni çox sevirəm,

ancaq özümün də sənin sevimlin olmağımı, bilsən, necə çox istəyirəm.

Mən görüşümüzədək qalan bu iki həftəni də, indiyədək ömrümə sevinc gətirmiş

günlərin sırasına yazmaq istəyirəm, ancaq bu günləri də, hər şeyin yaxşı olacağı

düşüncəsi ilə özümü ovudaraq, gələcəyə qurban vermək və səni görmədən

yaşamağın ağrısına qatlanmaq istəmirəm. Bu iki həftənin özü elə gələcək deməkdir.

Mənim körpəmin sağlamlığı yerindədirmi? Mən elə sağlamam, deyəsən, heç vaxt

bunca sağlam olmamışam, habelə, indi işim də çox azdır. Mən gərək sənin

gəlişinədək, vaxt tapıb, nə işlər görəcəyimin üzərində düşünüb daşınam.

Məndən qəzet üçün məqalə yazmağı istəyiblər və bir sıra xəstələrin üzərində

müşahidə aparmağı tapşırıblar. Mən xəstəxananın müalicə şöbəsində onları

izləyirəm.

İstəkli Marthenim, bu məktubumda sənin könlünə toxuna biləcək nəsə varmı?

Varsa, mənə çəkinmədən de.

Sənin Ziqmundun

Vyana, 16 yanvar 1885-ci il

Mənim dəfinəm!

Səni ayın onyeddisinə

17

görə ürəkdən alqışlayıram! Görünür, bu da bir yaxşı



gəlişigözəllikdir, mənim dərs deməyə başladığım kurs da ayın on yeddisində açıldı.

İndi isə, gecikmədən, səni sevindirəcək yeniliklərimi çatdırmaq istəyirəm.

Artıq püşküm atılır. Mən pırtlaşıq saqqalımı qırxdırıb, Notnagelin yanına getməli

oldum, bu yaxınlarda isə ona belə bir açıqca göndərmişdim: “Cənab dövlət müşaviri,

icazənizlə bilmək istərdim, məni özəl bir işimlə bağlı qəbul eləyə bilərsinizmi, bu

mümkündürsə, qəbul vaxtını mənə bildirməyinizi rica eləyirəm”. Açıqlamama cavab

olaraq Notnagel məni yanına çağırdı.

Yenə də yan-yörəmdə, mənə qorxu ilə baxıb pıç-pıç eləyən bir yığın adamlar

vardır. Onlara belə bir soru dinclik vermir: ölkənin sayğılı vətəndaşlarından biriləri

düzmü eləyib mənim yanıma müalicəyə gəlirlər? mənə həkim demək doğrumu?

mənim gördüyüm işlərin tibb elminə bir qarışacağı varmı?

Mənimlə bağlı danışılan sözlərin mahiyyətini, bir qara paltarlı xanımın öz

qardaşına dedikləri daha aydın açıqlayır. O özünün qadınlara xas “uzaqgörənliyi” ilə

mənim işimə şübhə ilə yanaşdığını demişdi. Onun qardaşı isə, incə bir tərzdə ona

etiraz eləmişdi, ancaq gülümsəməsindən onun da bacısı kimi düşündüyü, habelə,

downloaded from KitabYurdu.org




mənə bir həkim kimi güvənmədiyi duyulurdu. Kolleqalarımdan Manne adında

birisinin mənə münasibəti daha kəskindir. Ancaq mən onu yaxşı başa düşürəm: bu

adamın kabinetində ölmüş arvadının ciddi və qaraqabaq görünüşlü portreti asılıbsa,

ondan nəsə bir yaxşı iş gözləməyə dəyməz.

Mən Notnagelin kabinetinə girən kimi ondan soruşdum: mən elə indi nə

istədiyimi deyə bilərəmmi? O mənə: qısa danışa biləcəksizsə indi də deyə bilərsiniz,

uzun çəkəcəksə, sonraya saxlayaq, dedi.

Mən qısa danışacağımı deyib sözə başladım:

– Siz, bir dəfə yeri gələrsə mənə kömək eləyəcəyinizi demişdiniz, mən də buna

inandığım üçün sizə müraciət elədim. İndi isə sizə nə işim düşdüyünü deyirəm. Bilmək

istəyirəm, indiyədək gördüyüm elmi işlərimə görə mən dosent adı almaq üçün

namizədliyimi verə bilərəmmi, yoxsa hələ gözləməliyəm?

– Sayğılı doktor, siz ancaq bu “Koko” dərgisində işləmisiniz, yoxsa elmi

çalışmalarınız başqa dərgilərdə də çap olunubdur?

Mən ona mart ayından bugünə kimi yazdığım elmi məqalələrimin əlyazmaları

olan qovluğu verdim. O bu məqalələrin məzmunu ilə maraqlanmayıb, yalnız onları

saymaqla yetindi. Sonra isə mənə dedi:

– Həcminə görə bu elmi işləriniz ya səkkiz, ya da doqquz müəllif səhifəsi eləyir.

Siz dosent adı almaq üçün ərizə verə bilərsiniz. Aman allah! Bilsəydiniz, necə adamlar

dosent adı almaq üçün ərizə verirlər! Onların arasında azacıq da olsa belə elmlə

məşğul olmayanlar da vardır.

Mən dilləndim:

– Lap bu yaxınlarda mənim daha bir neçə elmi məqaləm çap olunacaqdır,

onlardan ikisi bugünlərdə çıxacaqdır.

– Sizin yeni məqalələrinizin çıxmasını gözləməyə gərək yoxdur. Çap olunan

yazılarınız yetərlidir.

– Axı çap olunan yazılarımın çox azı nevropatologiya ilə bağlıdır...

– Bu önəmli deyil. Psixologiya və anatomiya ilə dərindən tanış olmadan

nevropatologiyadan necə baş açmaq olar? Siz nevropatologiya üzrə dosent olmaq

istəyirsiniz? Onda Meynertin, Bambergerin, bir də, çox ola bilsin, mənim sizin

referatınızın rəyçiləri olması ən məqsədəuyğun bir iş olardı. Elə bilirəm, sizin dosent

seçilməyinizə etiraz edən olmaz, birdən kolleqalarınızdan kimsə sizin elmi işlərinizə

şübhə ilə yanaşsa, adını çəkdiyim rəyçilərin ortalıqda olması onları geri çəkilməyə

məcbur eləyər və siz, sözsüz, bu işdə uğur qazanarsınız. İşlər yoluna qoyulacaq, siz

özünüzü darıxdırmayın.

– Elə isə, sizin mənim namizədliyimə səs verəcəyinizə ümid bəsləyə bilərəmmi?

Meynertlə yaxından tanışıq, onun mənə səs verəcəyini bilirəm.

– Sözsüz, mən sizə səs verəcəyəm və sizin namizədliyinizə qarşı kiminsə

çıxacağını da düşünmürəm, birdən belələri olsa belə, biz səs çoxluğu ilə onları

üstələyərik.

Mən sözümə davam elədim:

– Bilirsiniz, mən indi ara-sıra kurslar düzənləyib mühazirələr oxuyuram, dosent

görəvi alsam bu kursları arasıkəsilməz olaraq apara bilərdim. Düzdür, mən indi ancaq

downloaded from KitabYurdu.org




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə