Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud


Vyana, ikinci gün, 20 mart 1884-cü il, səhər erkən



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

Vyana, ikinci gün, 20 mart 1884-cü il, səhər erkən

Öz aramızdır, sən çox lovğa adam imişsən!

Fotoşəklini bəyənməyib özünü darıxdırmağın, məncə, çox yersiz görünür. Demək

artıqdır, bu şəklini səni sevən birisinin bəyənməsi yetərlidir, başqaları qoy heç

bəyənməsinlər. Mənim çoxdan anladığım belə bir gerçəklik var: başqalarının sayğısını

qazanmaq istəyirsənsə, çalış onları ağır sınağa çəkmə.

Bu yaxınlarda baş tutan, dağa dırmanmaqla bağlı qorxulu gəzintimin təsiri hələ

də özünü göstərməkdədir. Ancaq sağlamlığım yerindədir, heç yerim ağrımır, yalnız

baldırlarımda bərk yorğunluq vardır. Bir də təkrarlanmayacaq bu gəzintini uğurla

başa vurduğumu sanmaq olar.

Bugün tibbi avadanlıqlar düzəldən ustanın yanına getmək istəyirəm,

düzəltdirmək istədiyim elektron alətlə bağlı hesablamalarımı dəqiqləşdirməliyəm.

Görürsənmi, mən qabaqlar belə işlərə barmaqarası baxardım, indi isə kiçik bir alverə

başlayıb ayda heç olmasa əlli qulden pul qazanmağa çalışıram. İş burasındadır, mən

indi öz laboratoriyamda beş-altı nəfəri müalicə eləmək istəyirəm. Gündüzlər bu işlə,

axşamlar isə oxuyub öyrənməklə məşğul olacağam. Bugün Breyer gəlib çıxmasa mən

axşam ona yaxşı bir sürpriz hazırlayacağam. O dünən axşam mənə belə demişdi:

istəyirsən, gəl, qoşul mənim xəstələrimə, səni də müalicə eləyim. İndi mən onu

laboratoriyamda müalicə olunmağa çağıracağam.

Mənim şahzadə xanımımın sağlamlığı yerindədirmi? Tez yorulduğunu deyirsən,

bunun niyəsi nədir görəsən? Mənim, indi xəstə olduğum üçün, sənin sağlamlığının

qayğısına qalmadığımı düşünürsənsə, yanılırsan. Axı xəstənin bir üstünlüyü də var,

onun durumu yaxşı olmadığı üçün, sevgilisi onunla daha çox maraqlanır, deməli, mən

indi xəstələndiyim üçün, səndən daha çox məktub almalıyam, ona görə də, indi gedib

xəstəlik yatağıma uzanacağam.

Mənim sənə belə qara-qorxu gəlməyim könlünə yatırmı?

Ürəkdən gələn alqışlarımla, sənin Ziqmundun

Vyana, ikinci gün, 19 iyun 1884-cü il

Mənim dəfinəm!

Bildiyin kimi, mən səndən aldığım könülaçan məktublarına həmişə geniş cavablar

yazmışam, ancaq bugün sənə çox qısa bir cavab yazmalı olacağam. Biz tezliklə

görüşüb üz-üzə danışa biləcəyimiz üçün, uzun-uzadı yazmağa gərək duymuram.

“Yuber Koka” tibbi terapiya dərgisi üçün yazdığım məqalənin əlyazmasının yarısını

bugün gözdən keçirib redaktə elədim.

Bugünlərdə qazandığım iki qızıl pulu da, dünən və bugün dərs keçməyə vaxt

tapmadığım öyrəncilərimdən aldığım təhsil haqqını qaytarmağa xərcləməli oldum.

downloaded from KitabYurdu.org




İndi qarşımda ikinci elmi işimin əlyazması durub, mən gərək indi onu oxuyub, əl

gəzdirəm, ətə-qana gətirəm və bununla da dərgi qarşısında götürdüyüm öhdəliyimi

yerinə yetirəm (Burada, Froud “Əsəb sistemi elementlərinin quruluşu” adlı elmi -

məqaləsindən söz açır). Mən indi aslan kimi sağlam və güclüyəm, sevinc və xoşbəxtlik

dolu bir ömür sürürəm. İşlərimin başımdan aşması mənim ovqatımı korlaya bilmir. Bu

yaxınlarda Beyer mənə yüksək maaşlı bir vəzifə verib: mən indi hər gün ruhi xəstələri

gəzintiyə çıxarıram, inana bilməzsən, bu gəzintidə onlara necə dözümlü yanaşıram,

onların ürəkləri nə istəyirsə eləmələrinə yol verirəm. Ancaq bu, psixoloji baxımdan

çox ağır olan iş də, məni yormur.

Sevgilim, mənə yazdığın məktubda söz açdığın, o qaranlıq düşüncələrini özündən

uzaqlaşdır. Sən mənim uğura necə çatmaq istədiyimi bilirsən: mən gördüyüm işin

uğurla bitəcəyindən arxayınam və araşdırıcı-həkim kimi işləməyə başlayandan sonra

mənim işlərim günü-gündən yaxşılığa doğru gedəcəkdir. Mən də, qabaqlar belə

düşkünlüklərə sıx-sıx qapılardım. Ancaq indi sən mənim yaşamımın “başlıca

prinsipinə” çevriləndən sonra, bütün düşüncələrim sənə necə qulluq eləmək üzərində

toplanıbdır. İndi ömrümün başlıca dəyəri bununla bağlıdır, bu olmadan mənim üçün

yaşamağın heç bir dəyəri və anlamı yoxdur. Mən çox inadcılam və elmi

araşdırmalarımda risk eləməkdən qorxan da deyiləm. Gördüyüm işin dəyərinə

inandımmı, məni bundan çəkindirmək olmaz, elə buna görə də, ağıllı sayılan

insanların bir çoxunun baş qoşmaq istəmədikləri çoxlu işləri görməyə girişib onları

uğurla başa çatdırmağı çox sevirəm. Düzdür, elmi çalışmalara qoşulmaq üçün mənim

bir böyük çatışmazlığım da var: mən, maddi baxımdan, çox yoxsulam. Başqa yandan

da mən, bir çox yoxsul qızın da taleyini öz taleyimlə bağlamaq istədiyim üçün,

dünyanın ən qaragünlü kişilərindən biriyəm. Ona görə də, beləcə, aradabir boş

ümidlərə qapılmaqla olsa da, var gücü ilə çalışmaq, tez-tez riskə getmək, yorulmaq

bilmədən işləmək gərəkir. Sıradan bir burjuanın düşüncəsinə görə, mən yolunu

azmış, itirilmiş bir insanam. Bütün bunlarla yanaşı səni görməyə də imkanım yoxdur.

Gərək səninlə görüşə bilmək üçün hələ bir üç ay da gözləyəm, bunun niyəsi isə,

səninlə aramızda olan ilişkilərin hələ də sonacan aydınlaşmamasıdır.

Üç aydan sonra qardaşın Eli Hamburqa gəlib səni də buraya gətirəcəkdir.

Umarım, durum və işlərin gedişi bu görüşümüzün baş tutmasını əngəlləyə -

bilməyəcəkdir.

Sözün qısası, mən demək olar, gələcəyin necə olacağını bilmirəm. Bununla

hesablaşmağa məcburam, ancaq bir şeydən arxayınam, yaxın gələcəkdə məni – sənin

əllərini ovucumda tutmaq sevinci gözləyir. Bu sevinc isə, mənə yemək və içmək qədər

zəruridir. Bilirəm, isti ata ocağında dinclik içində keçən ömründən bir neçə həftəni

oğurlamaqla səni sıxıntıya salıram. Ancaq mən içimdə qaynayıb coşan istəyimə qarşı

çıxası deyiləm və onu gerçəkləşdirmək üçün heç bir maneədən və riskdən də

çəkinmirəm. Mən sənin qarşında güclü görünmək istəyirəm, Marta!

Bu qısa dincəlməkdən sonra mən yeni bir güclə öz elmi sınaqlarımı davam

elətdirəcəyəm, bu sınaqlar mənim çoxlu vaxtımı və enerjimi alsalar da, ancaq onlara

ayırdığım üç ay ərzində, inanmıram, mənə nəsə bir gözədəyən qazanc gətirsinlər. Bu

işdə qazanc çox azdır, bununla çox az pul toplaya bilirsən, habelə, çoxlu vaxt itirməli

olursan. Belə bir acınacaqlı durumu göz önünə gətirə bilərsənmi: mənim pulqabımda

downloaded from KitabYurdu.org



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə