Az ərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 369,39 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix13.11.2017
ölçüsü369,39 Kb.
#10071
1   2   3   4   5   6   7   8   9   ...   14

15 

 

və dəstəklənməsi istiqamətində fəaliyyət göstərirlər. 



1977-

ci ildən başlayaraq Infoterm tərəfindən dilçilik, 

xüsusən  də  terminologiyanın  müxtəlif  problemləri  üzrə 

simpoziumlar  təşkil  edilir,  terminologiya  sahəsində 

mühüm layihələr və proqramlar  həyata keçirilir.  İnfoterm 

qlobal 


cəmiyyətdə  biliyin  ötürülməsi  və  informasiya 

təminatının  həyata  keçirilməsi  məqsədilə  yeni  terminoloji 

mərkəzlərin və şəbəkələrin yaradılması ideyasını irəli sürür 

və dəstəkləyir. 

Hal-

hazırda  İnfoterm  aşağıdakı  istiqamətlərdə 



fəaliyyət göstərir: 

 



 t

erminologiya sahəsində əməkdaşlıq; 

 

 terminologiya 



siyasəti; 

 



 hüquqi 

məsələlər (müəlliflik hüququ ilə əlaqəli); 

 

 i



nformasiya və biliyə əlyetərlik; 

 



 terminologiya 

standartlaşdırılması. 

Terminologiya  biliyin  ötürülməsi  və  ünsiyyət 

qurma


ğın  bütün  aspektlərində  həlledici  rol  oynayır  və 

müxtəlif formada təqdim oluna bilər: yazılı və şifahi nitqlə; 

qeyri-

verbal  kommunikasiyada;  bir  və  ya  bir  neçə  dildə. 



Müasir  dövrdə,  ünsiyyət  yalnız  insan-insan  əlaqələrində 

deyil,  həm  də  insan-maşın  (kompüter)  və  maşın-maşın 




16 

 

əlaqələrində  də  baş  verir.  Qloballaşma  dövründə  insanlar 



uğurlu əlaqə qurmaq üçün çoxlu vasitələrdən istifadə edə 

bilərlər.  Bu  zaman  dil  siyasəti,  təhsil  və  professional 

hazırlıq, tərcümə və lokallaşdırma, hüquqi məsələlər (məs., 

müəlliflik    hüququ,  intellektual  mülkiyyət)  və  s.  kimi, 

terminologiya  ilə  şıx  əlaqədə  olan  siyasi,  mədəni  və 

iqtisadi faktorlar da 

nəzərə alınmalıdır. 

Bu  gün  terminoloji metodlar 

informasiya  və 

kommunikasiya 

vasitələrini  daha  səmərəli  edir  və 

dill


ərarası  məzmun

 

uyğunluğunu



 

təmin  edə  bilər.  Son 

məqsəd

 

e-



biznes vasitəsilə e-səhiyyə, e-tədris sahələrində, 

eləcə  də  digər  e-tətbiqlərdə  məzmunun  uyğunluğuna  nail 

ol

maqdır. 


İqtisadi  nailiyyət,  sosial  tərəqqi  və  dayanıqlı  inkişaf 

üçün xarici 

əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Müasir 

terminologiya  menecmenti  təkrarçılığın  azaldılmasına, 

vaxt itkisinin 

olmamasına və problemlərin birlikdə həllinə 

kömək edir. Bu səbəbdən, əsas fəaliyyət terminologiyanın 

mövcud,  eləcə  də  yeni metod və  vasitələrinin  işlənməsi, 

həmçinin  terminoloji  sistemlərin  layihələndirilməsi  və 

tətbiqində 

ən 

son 


işlərlə 

maraqlı 


tərəflərin 

məlumatlandırılmasına  yönəlmişdir.  İnfotermin  fəaliyyəti 




17 

 

terminologiya və digər dil və məzmun resursları sahəsində 



fəaliyyət  göstərən  müəssisə,  təşkilat  və  şəbəkələrin 

əməkdaşlığına,  eləcə  də    standartlaşdırma  fəaliyyətinə 

istiqamətlənib.  

İnfotermin 30 illik  fəaliyyət  tarixi  dörd  dövrü  əhatə 

edir [9] . 

Birinci dövr 

˗  1971-1978-ci  illəri  əhatə  edir, 

“r

eallaşdırma  və  qurulma”  dövrü  adlanır.  Bu  dövrdə, 



İnfoterm  əsas  diqqəti  texnikada  və  təbiət  elmlərində 

terminoloji  işlə  bağlı  informasiya  və  sənədlərin 

toplanmasına  yönəltdi.  İnfoterm  ilk  addım  kimi,  bütün 

dünya 


üzrə terminologiya təşkilatları ilə ilk müqavilələrini 

bağlamalı  idi.  Qeyd  etmək  lazımdır  ki,  bu  prosesdə 

Viezelburq  mərkəzində  toplanan verilənlər  İnfoterm  üçün 

rahat 


və  əlverişli  mənbə  oldu  və  əsas  diqqət  terminoloji 

standartların  toplanmasına  yönəldildi.  Bu  dövrdə  Eygen 

Vyuster 

İnfotermin fəxri elmi rəhbəri idi. 

1972–1973-

cü  illərdə  Avstriya  Texnologiya  və 

Tikinti Nazirliyi tərəfindən maliyyələşdirilən “Texnologiya 

sahəsində 

 

terminologiya 



standartlaşdırılmasının 

fundamenti 

və  koordinasiyası  üçün  mənbələrin  yazılması 

və  analizi”  kimi  yöndəmsiz  ad  altında  elmi-tədqiqat 




18 

 

layihəsi həyata keçirildi. Bu dövrdə həyata keçirilən daha 



bir  layihə  terminologiya  üzrə  nəzəri  ədəbiyyat  haqqında 

kompüterin 

oxuyabiləcəyi 

formada 


biblioqrafik 

informasiya və onların sonrakı nəşri ilə bağlı idi. 

1974-1975-

ci  illərdə  daha  çox  əmək  tələb  edən 

layihələr 

yerinə 


yetirən 

İnfoterm 

tərəfindən 

“Terminologiya 

sahəsində  beynəlxalq  əməkdaşlıq”  adlı 

birinci Simpozium (1975-

ci ildə) təşkil olundu. 

1976-


cı  ildə  YUNESKO  tərəfindən  İnfotermin 

fəaliyyətini  qiymətləndirmək  üçün  beynəlxalq  ekspertlər 

qrupu  yaradıldı.  İnfoterm  “Terminologiya  üzrə  fəaliyyət 

göstərən təşkilat və mərkəzlərin şəbəkələrinin yaradılması 

və  inkişafı”  adlı  tədqiqat  layihəsində  iştirak  edir. Bu 

tədqiqatın  nəticəsi olaraq  Beynəlxalq  Terminologiya 

Şəbəkəsi (TermNet) yaradıldı. 

TermNet 1988-

ci  ildən  qeyri-kommersiya  təşkilatı 

kimi qeydiyyatdan keçib, 50-d

ən çox üzvü var [10]. 

TermNet-


in  üzvləri  terminologiya  məhsulu  təqdim 

edən  və  terminologiya  xidməti  göstərən,  çoxdilliliyin 

inkişafını  dəstəkləyən    və  proqram  təminatı  xidmətini 

göstərən,  terminologiya  sahəsində  fəaliyyət  göstərən 

universitet və təşkilatlardır. 



Yüklə 369,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə