Azərbaycan Mədəniyyətində Ata Babalar Sözləri



Yüklə 1,1 Mb.
səhifə10/46
tarix25.06.2018
ölçüsü1,1 Mb.
#51593
1   ...   6   7   8   9   10   11   12   13   ...   46

 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

38

Dağ yerimǝsǝ abdal yeriyǝr. 



Dağ yıxılmasa – dǝrǝ dolmaz. 

Dağ nǝ qǝdǝr uja olsa, el üstündǝn yol salar. 

Dağ sǝfasız olmaz, gözǝl vǝfasız. 

Dağ suları dağdan gǝlǝr. 

Dağ üstǝ maral gǝzǝr.  

Dağ üstündǝ tısbağa, gomuşdan böyük görünǝr. 

Dağa yağsa – çöl abadan, çölǝ dǝ yağsa – çöl abadan. 

Dağarjıq  çuvaldan böyük oldu?! 

Dağarjığını çuval yanına sürür. 

dağarjığını çuvala tay tutur).  

Dağdan gǝlǝn, dağa gedǝr. 

Dağdan gǝlir, dağ arabası, heç kim onu mindiyi yox

Culfa toxur nazik bezi, heç kim onu geydiyi yox. 

Dağdan hey götürüb desǝn ki, «çoxdur», bir dǝ görǝrsǝn ki, dağ özü 

yoxdur. 

Dağlar dağımdır mǝnim, qǝm ovlağımdır mǝnim, dindirmǝyin ağlaram 

yaman çağımdır mǝnim. 

Dağlar marala qaldı!  

Dağı dağ üstǝ qoyub. 

Dağın nǝ dǝrdi dağ boydadır. 

Dağın üstǝ bağın sağ olsun.  

Dağılasan  vilayǝt; azançısı – eşşǝk, münǝjjimi – çaqqal. 

Dağına baxar – qar verǝr, bağına baxar – bar verǝr. 

Dad yaman ǝlindǝn, yaman gǝlin ǝlindǝn. 

(Dad fǝlǝk ǝlindǝn, yaman gǝlin ǝlindǝn). 

Dadanmısan, qudurmusan?!  

Dad fǝlǝk, dad fǝlǝk, mǝn içǝn şǝrbǝtdǝn özün dǝ dad fǝlǝk! 

Dadanmısan dolmaya, bǝlkǝ bir gün olmaya?  

Dadanan dayanmaz, yığdıqja da doymaz. 

(Dadanan dura bilmǝz dursa da dözǝ bilmǝz). 

Dadananla quduranı saxlamaq olmaz. 

Dadmamısan qaz ǝtini, nǝ bilǝsǝn lǝzzǝtini?  

Dadanan qudurandan pis olar.  

Dadı ağzında qalıb. 

(Dadı damağında qalıb). 

Dad dadıyjan, duz da dadıyjan. 




 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

39

Dadsız şorbaya duz da kar elǝmǝz. 



Dadı dağarjığında qalıb.  

Dadımlıqdır, doyumluq deyil. 

Dadlı dil – gülǝr üz. 

Dadlı söz dinlǝnǝr, dadsız söz ǝsnǝdǝr. 

Dadlı söz – jan arzusu, dadsız söz – baş ağrısı. 

Dadmaqla mal tükǝnmǝz. 

Dadsız - duzsuz qonşuya qalsın. 

Daz keçǝldǝn xoşlanar.  

Dazın istǝdiyi qara saç olar. 

Dairǝnin nǝ başı var, nǝ ayağı. 

Dayça at olunja yiyǝsi mat olar. 

Dayça nǝ qǝdǝr bǝrk qaçsa, arabanı çǝkǝn atdır, at! 

Dayağı dağ olanın, başı göylǝrdǝ olar. 

Dayan, doldurum! 

Dayanan su tez iylǝnǝr. 

Dayı ilǝ dağ dolan, ǝmi ilǝ bağ dolanma. 

Dayı görmǝyib, elǝ bilir Şaqqulu da bir dayıdır. 

Dayı tikǝn körpünü su aparmaz. 

Dayısı olan dayısına güvǝnǝr. 

Dal ayağı ilǝ qulağını qaşıyır. 

Dalaşan köpǝk xoralı olar. 

Dalda qalma, yoldaşından yeyin get. 

Daldan atılan daş topuğa dǝyǝr. 

Daldan gǝlǝn dadlı olar. 

Dalı bağlıdır. 

Dalın daşa dayayıb. 

Dalında namaz qılıram. 

Dalınja aftafa aparır. 

Dam dirǝksiz olmaz, tövlǝ kürǝksiz. 

Dam olmadın, eşik ol barı?! 

Dam uçdu, kalafası qaldı. 

Dama - dama göl olar, axa-axa sel. 

Damazlığını yeyǝn tamarzı qalar. 

Damar - damar, daşı dǝlǝr. 

Damara baxarlar, qan alarlar. 

Damda verǝr azanı, yerdǝ sayar qazanı. 




 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

40

Damdan - dama gǝzǝn köpǝyin beli sınar (qırılar). 



Damdan düşdüm, ǝtǝyim sındı. 

Damdan düşǝnin halını damdan düşǝn bilǝr. 

Damdan düşsǝ, pişik kimi ayağı üstǝ düşǝr. 

Damımız uçdu, dam kürǝmǝkdǝn qurtardıq. 

Dan ulduzuna dönmüsǝn.  

Dana göbǝlǝk götürdü. 

Dana oynar, mıxını bǝrkidǝr. 

Danalı inǝkdǝn sağım olmaz. 

Danışanı adam bilir, hürǝni – it. 

Dananın evi yıxılsın. 

Danışmaq gümüş olsa, danışmamaq qızıldır. 

Danışmaq dananı qurda verǝr. 

Danışıram da pis olur, danışmıram da.  

Dar yerǝ min dost yerlǝşǝr, bir düşmǝn yerlǝşmǝz. 

Dar küçǝdǝn keçmǝrǝm, çadramı yellǝtmǝrǝm. Adımı  qız qoymuşam, 

dul kişiyǝ getmǝrǝm (bayatı). 

Darayı, sǝni geyǝr hǝr ayı! 

Darvaza qapısın bağlamaq olar, xalqın ağzın bağlamaq olmaz. 

Darvazadan  keçmǝyǝn iynǝ gözündǝn  keçǝr. 

Darğa ǝmimdir, daha nǝ qǝmimdir! 

Darı çörǝyi – xırmana qǝdǝr. 

Darıya girǝn donuz yabanı özünǝ qǝbul elǝr. 

Darıyjan ǝri olanın tanrıyjan hökmü olar. 

Darımızı yeyib, üzümüzǝ xortdayır. 

Daş altından su yeridir. 

Daş at – qolların açılsın. 

Daş atan bǝlli – baş atan bǝlli. 

Daş atana – çörǝk at. 

Daş atıb başını tutub. 

Daş bir yerdǝ qalanda göyǝrǝr.  

Daş bir yerdǝ – qoz bir yerdǝ. 

Daş qayaya rast gǝlib. 

Daş quyuya düşǝn kimi düşüb.  

Daş qızlar  bağrına, gejǝlǝr yalqız yatar. 

Daş - daşa söykǝnǝr – divar olar. 

Daş daşı, dırnaq daşı, siz savaşa, biz tamaşa. 




 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

41

Daş daşı sındırar. 



Daş – dǝyǝnǝ bǝllidir, yol – gedǝnǝ. 

Daş - divarın qulağı var.  

Daş düşdüyü yerdǝ qalar. 

Daş yumşalar, düşmǝn yumşalmaz. 

Daş  kǝsǝnǝ toxunsa, vay kǝsǝnin halına, kǝsǝn daşa toxunsa, vay 

kǝsǝnin halına! 

Daş olma, baş ol. 

Daş olsaydı sıxardım, torpaqdı dayandım. 

Daş ürǝkli düşmǝnin ürǝyini yarar yumşaqlıq. 

Daş daş üstǝ qalmamış. 

Daş üstǝ ǝkin olmaz.   

Daşdan qopar, yoxdan qopmaz. 

Daşdan yumşaq nǝ versǝn yeyǝr. 

Daşdan pul çıxardar. 

Daşdan tük çǝkǝr.  

Daşdan çörǝk çıxardar. 

Daşlar da dilǝ gǝlir. 

Daşı daşa, başı başa vurarlar. 

Daşı ǝtǝyindǝn tök. 

Daşı sıxsa, suyunu çıxardar. 

Daşın xırdası böyümǝz, adamın xırdası böyüyǝr. 

Daşınma su ilǝ bağ salınmaz. 

Daşınma su ilǝ dǝyirman işlǝmǝz.  

Dedi: Dǝdǝ, bir balta tapdım! 

Dedi: - Neylǝdin? 

Dedi: - İtirdim!  

Dedi: - Dǝdǝnǝ bir dǝrd artırdın! 

Dediyi dedik, çaldığı düdük, yediyi hǝdik!  

Dediyin deyir, demǝdiyini gedǝr-gǝlmǝz vaxta saxlayır. 

Dediyindǝn dönǝrsǝn, el dönǝr sǝndǝn, dediyini tutarsan, el tutar 

sǝndǝn!  

Dedilǝr: - Qar yağajaq. 

Dedi: - Dayanmışam titrǝmǝyǝ. 

Dedilǝr: - Qardaşın  nejǝ adamdır?  

Dedi: - Qonşu olmamışam. 

Dedilǝr: - Dǝvǝlǝri yığırlar. 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə