Azərb ay can miLLİ elmlər akademiy asi folklor institutu cəlal bəYDİLİ (MƏMMƏdov)



Yüklə 162,84 Kb.
Pdf görüntüsü
səhifə61/102
tarix14.06.2018
ölçüsü162,84 Kb.
#48775
1   ...   57   58   59   60   61   62   63   64   ...   102

Yaşayışın  əbədi  dövrəviliyinin  ifadəçisi  olan  (minarələr,  qəbirüstii 
daşlar  və  b.k.)  fallik  simvollar  bugünəcən  də  mədəniyyotlərdə  təmsil 
olunmaqdadır [279, s.74]. Kosa oyununun fallik səciyyəli  rəqslərlə  bağlılığı 
bu  baxımdan  ayrıca  diqqəti  cəlb  edir.  Azərbaycanda  uzun  müddət  el 
avasında  Kosa  rolunu  oynayan  şəxsin  «Kosa-kosa»  oyunu  zamanı  lülə 
siimüyə parça dolayıb, onu fallos halıtıa salmağı və eləcə də canlı ənənənin 
özündən  qeydə  alınan  digər  bu  kimi  faktlar  oyunun  fallik  məzmunlu 
oldıığunu  göstorir.  Bu  isə  oyunun  artım,  bərəkət,  bolluq  ideyasmdan 
gəldiyinə  işaıədir.  Təsadüfi  deyil  ki,  təbiətlə  yaşanılan  çağın  qalığı  olan 
ritual  qaynaqlı,  mərasim xarakterli  oyunlarda  fallos  hadisəsinə  rast  gəlinir. 
Fallosla,  fallik  hərəkət  və  eləcə  də  rəqslərlə  torpağın  verimli  olmasımn 
tənıin  ediləcəyino  inamlırdı.  Ən  son  çağlaracan  oynanan  ritual  qaynaqlı 
maskalı  oyunlarda da ən çox rast gəlinən elementlər  içərisində fallos  rəmzi 
başlıca  yer  tutur.  Fallosun  artım  məqsədi  daşımasının  universal  xarakterli 
olması arxeoloji, tarixi və etnoqrafık araşdırmalarla da təsdiqlənmişdir.
«Kosa-kosa»  oyununda  Kosaran  fallik  rəqslərini,  pantomim 
həıokotlorlə  müşayiot olunan  şən,  oynaq  və  güliiş doğuran  «əməllərini»  isə 
tipoloji hadisə olduğu halda, yanlış olaraq birbaşa Dionisin fallik rəqsləriylə 
bağlamlmışdır.  Azərbaycan  xalq  teatn  tarixinə  dair  araşdırmalarda  artım 
ideyası  ilə  bağlılıqda  bu  fallik  mərasim  tamaşası  ilə  əlaqoli  qiymətli 
etnoqrafik  detala rast  gəlinir;  xalq  arasında yaşamaqda  olan  əqidəyə  görə, 
guya uşağı  olmayan bir kəs Kosa rolunda çıxış etsəymiş, onun oğlu olarmış 
[13,  s.33].  Bu  etiqad  mifoloji  simvolikasma  görə  Umaya  tapınanm  oğlu 
olacağı  kimi  əski  iııamla  funksionai eyniyyət təşkil  edir.  Kosanı  oynayanın 
bəxtiııin  açılacağı  inamı  da  artım  ideyasmdan  gələn  eyni  bir kökə  bağlıdır. 
Cliilməli  sözlər deyə-deyə  meydanı  dolaşan  Kosanın  ulaqdan  düşüb  zarafat 
eləməsinin,  toy  çalınmasınm,  seyirçilərin  gülüb  uğunmasmın  belə  artım 
ideyası  ilə  əlaqələııdirilmosi  fikri də diqqəti  çəkir.  Gerçəkdə buradakı  gülüş 
ritual  məııa  daşıyır51.  Taxdığı  üzlükdə  təbiət  ruhuna  inamın  izlori  yaşadığı
51  Ölüb-clirilmə  motivinə,  gülüş  aktına  və  s.  az  qala  ritual  qayııaqlı  bütün  oyunlarda  rast 
golinir.  G ülilşb  bağlı  görkomli  folklorşünas  V.Y.Proppun  «rmrasimi  gülüş  masnbsini  həll 
clmək  iiçüıı  bizdəki  komiklik  anlayışını  bütiinlükb  кэпага  qoymaq  lazımdır.  Biz  elə 
gülmüriik,  песэ  ki  bir  vaxtlar  gülilrdübr.  Ona  görə  do  chtimal  ki,  komikliyin  vn  gülüşün 
ümumi  folsoti  tərifiııi  vermək  mümktln  deyil...»  [340,  s. 179]  fıkrini  xatırlamaq  bu  mənada 
yerinə  dttşür.  Azərbaycan  foiklor'iünaslığında  giililşün  gcnezisi 
vd
  poctikası  ılə  bağlı 
M.Kazımoğlunıın  araşdırması  bu  baxımdan  diqqəti  çnkir  [53].  Ümııməıı  arxaikada  vo 
ənəııədə  hər  yeni  həyat  nişanı  gülüş  motivıyb  mdşayiət  olunubdur.  Mnsobn,  xakaslarda 
diişünürdiibr ki, qadıtı güldüyü zarnan «qut» udmaqdan da ham ib qala bib r [375,  s. 1621.
kimi, bundan başqa Kosanm kürkü tərsinə geyməsinin də ritual semantikası 
baxımından öz izahı var. Eləcə də çirkin və eybəcər olması, şikəstliyi heç də 
sadəcə  ətrafdakılarda  gülüş  doğurmaq  üçün  uydurulan  zahiri  qüsur  deyil, 
onu sakral dünyaya, xtonik zonaya bağlayan detal kimi yozula bibr.  Belinə 
zınqırovlu  кэтэг  bağlaması,  üstəlik  boynuııdan  zınqırov  asması  mifoloji 
aspektdə ritual mahiyyətli oyun kimi onlarrn fallik məzmun daşıdığına işarə 
olaraq qavranılır.
Ölüb-dirilmə  motivi,  demək  olar  ki,  çox  vaxt  məntiqi  ardıcıllıqdan 
uzaq  hadisələr  düzümündən  ibarət,  üstəlik  də  qəlibləşmiş  hazır  mətıı 
parçaları  olmayan  ritual  qaynaqlı  bütün  oyunlarda var.  Elliklə  oynanaıı  və 
ənəııənin yönəltdiyi,  əski  bayramlardan qalma həmin  oyunlar bütün  kütləvi 
oyunlar kimi  dirilik,  bolluq və bərəkəti rəmzləndirir.  Simvolik olaraq  Kosa 
adı  ilə  bağlanan  çox  sayda oyunlar köhnə  ilin  qovulması,  təza  iiin  golişıylə 
əlaqələndirilir.  Qədimdən  ilk  bahar  günündə  -   yazm  gecə  ilo  gündüzün 
bərabərləşdiyi gündə  şənlik kimi  keçirilən  bu mərasim-rituallar da Kosanm 
adma  bağlanırdı.  Köhnə  ilin  gedib  təzə  ilin  gəlməsini  rəmzləndirəıı  bu 
oyunlarda  yaşlı  Kosanın  həm  də  təkgözlü  təsəvvür  olunması  is о  onun 
mifoloji varhq kimi xtonik sfera ilə əlaqəsindən də хэЬэг verir.
«Kosa»  və  ya  «Kosa  gəlin»  oyunlannda  on  çox  da  qafiyəli  sözlər 
söylənməsi  diqqəti  çokir ki,  bu  da  eyni  zamanda  ritmlə,  dövrəvilik  idcyası 
ilə  bağhdır.  Güney  Azərbaycanda  Kosa  ritualma  «Ağ  kosa  -   Qara  kosa» 
deyilir  vo  bu  ənənənin  Həzrət  İbrahimə  qədər  uzandığı  söyləııir.  Kosanın 
artım,  bərəkət  ideyası  ilə  əlaqəsi  Həmədanda  iera  olunan  oyıın  zamanı 
«Kosa  goldi»  sözləriııə  «Xoş  goldi»  deyiləndən  sonra  yeııə  iki  adamm  bir 
ağızdan:  «Nə  gətirdi?»  sualına  «Bərəkət»  cavabı  verilməsindo  do  oksini 
tapıbdır  [107, s.l7].  İranın Fars bölgəsində köçabo qaşqaylar quraqlıq vaxtı 
yağış  yağmağmı  istədikləri  vaxt  Kosa  gəlin  adı  verdiklori  birinə  keçədən 
yapıncı geyindirib, yun saqqallı, üzünü unla bulaşdırar, başına da iki buynuz 
taxardılar.  Нэг  çadırdan  ona  уеуэсэк  verməliydilər.  Çadır  sahibləri  onun 
başmdan  su  tökərdilər.  Qaşqay  əşirətləriııdə:  «Kosa  gəlinənı,  qızıl 
buynuzam,  yağış  gətirdim,  şimi  istərəm»  -   deyən  Kosa  gəlinlo  göybrdən 
yağış buludları gələcəyina inanılmışdır.
Quzey İraqdakı Kosa oyunu isə eyni zamanda bir ölüb-dirilmə oyunu 
olmağı  ilə  diqqəti  daha  çox  çəkir.  Bu  oyunun  qaydasmca,  öləıı  adamın 
üstüno  su  tökərək  onu  dirildərlər.  Sonra  da  qadıııla  kişi  rəqs  eləyər,  cinsi 
əlaqəyo  girməyin  tərzini  çıxararlar  [107,  s. 18-19].  Buradala  ölüb-dirilmə


Yüklə 162,84 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə