Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə13/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

II BÖLMƏ 
48
4. Cüml l ri oxuyun. Sayları seçib m naca növünü t yin edin.
1. 1777-ci il idi.
2. Ana üç yaşlı oğluna baxdı.
3. Axırıncı sıra h l  d  boş idi.
4.  ld n qalan  lli il qalar.
5. Dost min is  azdır, düşm n bir is  çox.
5. M tni oxuyun. 
Sayları seçib m na növün  gör  qruplaşdırın. 
Dahi Az rbaycan b st karı Üzeyir Hacıb yli hesaba dair d rslikl r
d  yazmışdır. Onun 1907-ci ild  n şr edilmiş “Hesab m s l l ri” kitabı
üç hiss d n ibar tdir. I hiss d  birr q mli  d dl rd n, ikincid  yuvar-
laq onluqlardan, üçüncüd  is  ikir q mli  d dl rd n b hs olunur. Ki -
tabda 352 m s l  v  dörd hesab  m lin  aid çoxlu misal vardır. 
M tnd  r q ml  ifad  oluna bilm y n sayı göst rin.
6. Verilmiş miqdar saylarına v  sözl r  
-ıncı
4
ş  kil çisinin  uyğun
variantını artırmaqla sıra sayları dü z l din.
bir, üç, dörd, altı, yeddi, doqquz, on bir,  vv l, axır
*
7. M ntiq. “Miqdar” sözü hansı  d dl  ifad  olunmalıdır?
MARAQ
– 31512
DARAQ
– 41512
QADİR
– 21465
MİQDAR
– ...
şyanın miqdarını v  ya sırasını bildir n  sas nitq hiss sin  say
deyilir. Say 
neç ? n  q d r? neç nci? suallarına cavab olur.  M s  -
l n: 
iki, on beş, minl rl , xeyli, yüz qırx üçüncü v  s.   
Sayların m naca 2 növü vardır: miqdar sayları v  sıra sayları.
Miqdar sayları  şyanın miqdarını, k miyy tini bildirir 
v  neç ?
n  q d r? suallarına cavab olur: beş kitab, çox iş, üçd  iki hiss .
Sıra sayları  şyanın sırasını bildirir, 
neç nci?, b z n d hansı?
sualına cavab olur: 
altıncı sinif, on ikinci m rt b .  Sıra sayları
mü yy n miqdar saylarına, el c  d  
vv l, axır, son sözl rin  -ıncı
4
ş kilçisi artırmaqla düz lir:
beşinci, iyirmi dör düncü, sonuncu.
Yadda saxla!      
SAY VӘ ONUN MӘNACA NÖVLӘRİ
 Çap üçün deyil


ROZETTA DAŞININ 
SİRRİ 
1799-cu ilin avqust ayı... Misir...
İsgəndəriyyə yaxınlığındakı Rəşid
şə həri... 
Günəşin od yağdırdığı qızmar
bir gündə Napoleon Bonapart or -
du  sunun əsgərləri qan-tər içində
xən dək qazır dılar. Bonapartın əmri
belə idi:  fra n  sızlar Misir uğrunda
gedən mü ha ri bədə türklər və ingilis -
lərlə dö yüşə girəcəkdilər.
Generalının əmrini can-başla yerinə
yetirən bir fransız əsgəri dö zülməz istiyə fikir
vermədən çalışırdı. Birdən o, belin bərk bir şeyə
toxunduğunu hiss etdi. Bu, böyük bir daş idi. Әsgər beli kənara qoyub
əli ilə daşın üstündən torpağı təmizləməyə başladı. Bir azdan daşın
üzərində qəribə yazılar göründü. 
Üzərində Misir heroqlifləri və qədim yunan dilində yazılar olan bu
daş lövhənin hündürlüyü 114 sm, eni 72 sm, qalınlığı 27 sm, çəkisi isə
760
kiloqrama bərabər idi. Rəşid şəhəri o zamanlar Rozetta adlandığı
üçün bu sirli daş lövhəyə “Rozetta daşı” adı verildi. 
1801-ci ildə fransızlar Misir uğrunda gedən döyüşlərdə ingilis or-
dusuna məğlub oldular. Onlar Misir səfərində ələ keçirdikləri bütün qə -
niməti, o cümlədən Rozetta daşını ingilislərə verməyə
məcbur oldular.
1802-ci ildə Rozetta daşı Britaniya muzeyinə veril -
di. 
Bir çox
alimlər daşın üzərindəki yazıların sirrini
açmağa çalışdılar. Lakin qədim yunan dilində yazıl -
mış mətni oxumaq mümkün olsa da, heroq liflərin
sirrini açmaq heç kəsə müyəssər olmadı. 
İllər keçdi. Rozetta daşı onun sirrini açacaq
insanın yolunu göz ləməkdə idi... 
* * *
1822-ci ilin sentyabr ayı... Paris...
Kitab rəflərindən divarları görünməyən bir otaqda masanın üstünə
49
İXTİRALAR VƏ KƏŞFLƏR
 Çap üçün deyil


qədim yazılarla dolu papiruslar, perqamentlər səpələnmişdi. 32 yaşlı
tarixçi-şərqşünas və linqvist Jan Fransua Şampolyon neçə gün idi ki,
nə doyunca yatır, nə də vaxtlı-vaxtında yemək ye yir di. O, Rozetta
daşının yazısı üzərində baş sındırırdı... 
Şampolyonun uşaq yaşların 
dan qədim dillərin öyrənilməsi və
araşdırılmasına böyük marağı var idi. 16 yaşında ikən o artıq on iki dil
bilirdi. Gənc alim 19 yaşında tarix üzrə professor adını almışdı. 
Jan  əvvəlcə hər bir heroqlif işa 
rəsinin bir səsi bildirdiyini əsas
götürərək mətni oxumağa cəhd etdi. Amma onu bu yolla oxumağa
müvəffəq olmadı. Onda qərara gəldi ki, araşdırmalarını “bir işarə – bir
söz” prinsipi ilə davam etdirsin. Lakin bu da öz nəticəsini vermədi. 
Şampolyonun özünə inamı sarsılmışdı. O, masanın arxasından qalx -
dı. Otaqda yeyin addımlarla gəzişməyə başladı. Әsəbləri gərilmişdi,
bey nində bütün mümkün variantları analiz edirdi. Birdən addımlarını
yavaşıtdı. Masasına yaxınlaşdı. Çoxdan tərcümə olunmuş qədim yu -
nan dilindəki mətni əlinə aldı. Bəlkə də, yüzüncü dəfə onu diqqətlə nə -
zərdən keçirdi. Çox güman ki, Rozetta daşı üzərində həm hero q lif lərlə,
həm də qədim yunan dilində yazılmış mətnlər məzmunca eyni idi. Am -
ma işarələrin mənasını bilmirsənsə, bunun nə faydası?! 
Birdən Şampolyonun ağlına bir fikir gəldi. Bəlkə, qədim misirlilərin
ya zısında hər bir heroqlifin iki təyinatı var? Bəlkə, heroqliflər bəzən
bü töv sözü, bəzi məqamlarda isə yalnız bir hərfi ifadə edir? Necə ki
biz “sək  kiz” sözünü bircə işarə – 8 rəqəmi ilə ifadə edirik, onlarda da
he roq liflər bu funksiyanı yerinə yetirə bilir? Şampolyon daha bir şey
xa tırladı: yəhudi və ərəb əlifbalarında sait səsləri bildirən hərflər yox-
dur. Ola bilər ki, qədim Misir yazıla rın -
da da sait bildirən hərflərdən istifadə
olunmurdu. 
Gənc alim yenidən masasının arxa -
sına keçdi. Baxışları Rozetta daşının
surətinə tuşlandı: “Maraqlıdır, nəyə
görə burada sözlərdən bəziləri haşiyə -
yə alınıb? Yəqin ki, bunlar çox hörmətli
adamların adlarını ifadə edir. Aha! Qədim yunan yazısında Misir fironu
Ptolemeyin adı çəkilir. Tutaq ki, bu ilk dörd işarə “p”, “t”, “o”, “l” hərf -
ləridir. Bunlar isə... Özüdür ki var! Bax bu ha şi yədəki sözdə də həmin
hərflərdən bəziləri təkrar olu 
nur. Aman Allah! Bu ki Kleopatranın
adıdır!”
50
II BÖLMƏ 
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə