Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

Nazim bir qədər fikirləşdikdən sonra qərara gəldi ki, həyat yoldaşı düz
deyir. Oğlu ilə küsülü qalmaqdan yaxşı bir şey çıxmaz. Vəziyyəti düzəlt -
mək lazımdır. Bunu isə o etməlidir, çünki o, atadır. Bəlkə, oğlu ilə sa kitcə
söhbət eləsə, onun bugünkü hərəkətinin səbəbini də öyrənə bilər.
Qapını açıb dəhlizə çıxdı. Elxanın otağında zəif işıq yanırdı. Yavaşca
gəlib qapını açdı. Elxan öz çarpayısında yatırdı. “Görünür, stolüstü lam -
pa  nı söndürmək yadından çıxıb. Eybi yox, sabah söhbət edərəm”.
Nazim stola yaxınlaşıb lampanı söndürmək istədi. Elə bu zaman gözü 
“EL XA   NIN GÜNDӘLİYİ” yazılmış qalın dəftərə sataşdı. Dəftəri götürüb və -
rəq lədi. Elxan son bir neçə ayda başına gələnləri, fikir və duyğularını bu
dəf tərdə qeyd etmişdi. Ata qeydlərdən bir neçəsini oxudu. Bu onu çox ma -
raqlandırdı. Sanki oğlunu daha yaxından tanımağa başladı. Son qeyd lər
yazılmış vərəqi açdı. Sonuncu qeydin qarşısında bugünkü tarix yazılmışdı:
“21 noyabr 2012-ci il. Səhər saat 8.30. Bu gecə pis bir yuxu gördüm.
Gördüm ki, atam emalatxanada işləyərkən onu elektrik vurur. Allahım,
sənə qurban olum, onu qoru!.. Mən əlimdən gələni edəcəyəm ki, bu hadisə
baş verməsin!..”
Nazim ayaq üstə dura bilməyib stula əyləşdi. Onun gözləri yaşarmışdı. 
İşləyəni: Rafiq İsmayılov
Düşün və cavab ver
3.
s rd ki hansı epizoddan sonra sizd  hadis l r  maraq daha da
artdı?
Yazı
4. Sizin d  günd liyiniz olsa idi, son bir h ft   rzind  h yatınızda baş
vermiş  n mühüm hadis ni nec  t svir ed rdiniz?
Dil qaydaları
5. M tnd  transkripsiyada verilmiş sözl rin düzgün yazılışını mü y -
y n edin.
Sonu “a”, “ ” saitl ri il  bit n sözl r yönlük halda işl  n r k n
h min saitl r [ı], [i], [u], [ü] kimi t l ffüz olunur. M s l n: 
ana-
ya [anıya], n n -y  [n niy ], qoca-ya [qocuya], kölg -y
[kölgüy ].
Yadda saxla!       
YÖNLÜK HALDA OLAN SÖZLӘRİN TӘLӘFFÜZÜ
35
FƏRD VƏ CƏMİYYƏT
 Çap üçün deyil


6. Yönlük halda olan sözl ri seçin. S hvl ri düz ldib köçürün.
1. N niy , babıya hörm t olmayan yerd  b r k t olmaz.
2. Alma almıya b nz r.
3. Yük ağır olduğundan arabıya qoşulan atlar ç tinlikl  yeriyirdi.
4.  n niy  sadiq qalaraq bayram axşamı tonqal yandırdılar. 
Sözl rin kökünü mü yy n edin. S hvl rd ki ümumi c h ti mü y -
y nl şdirin. 
7. “Dülg r oğlu” m tnind  göy h rfl rl  verilmiş sözl rin deyilişi il
yazılışı arasındakı f rqi mü yy nl şdirin.
8. Hansı cüml l rd  çıxışlıq hal ş kilçisi q bul etmiş söz var?
1.  aydan qaynayan kimi m n  x b r el .
2. Qızlar yığışıb çaydan su g tirm y  getdil r.
3. H rd n gördüyüm işl r haqqında özüm  hesabat verir m.
4. Qurddan qorxan qoyun saxlamaz.
5. Bu sözü q sd n dedim.
*
9.  Hansı cüml l rd  [-nan
2
] çıxışlıq hal ş kilçisinin t l ffüz for -
masıdır? 
1. [Rüst mn n] yola getm k çox ç tindir.
2. O, qapını döyüb [ehtiyatnan] iç ri daxil oldu.
3. Bunu [atannan] soruşarsan. 
4. [Atamnan] g zm y  getdim. 
5.  li [aşınnan] da olduq, V li [aşınnan] da.
6. Bu kitabı evin yanındakı [dükannan] almışam.
7. Bu sözl r işıqlı g l c y  [inamnan] x b r verir.
8. Bu sözl ri el  [inamnan] dedi ki, hamımız ona inandıq.
İsmin çıxışlıq hal ş kilçisi
(-dan
2
) m,  n samitl ri il  bit n sözl r
qoşulduqda
[-nan
2
]
kimi t l ffüz olunur. M s  
l n: 
ç m n d n
[ç m nn n], inamdan [inamnan].
Yadda saxla!     
ÇIXIŞLIQ HALDA OLAN SÖZLӘRİN TӘLӘFFÜZÜ
36
I BÖLMƏ
 Çap üçün deyil


“O MƏNİM
BACIMDIR...”
Qızıl Aypara Cəmiyyətinin səy -
yar tibb məntəqəsi cəbhə xəttindən
40 kilometr aralıda – Ağdam rayo -
nunun ərazisində yerləşdirilmişdi.
Burada işləyən həkimlərdən biri
əcnəbi idi. Әslən şotland olan cər -
rah Allen Maksvel hər gün bir neçə
ağır yaralı üzərində əməliyyat apar -
malı olurdu. Tibb bacılarından yal -
nız Aygün ingilis dilini bildiyindən
daim onun yanında olur, yaralılarla ünsiyyətinə kömək edirdi.
Günorta xəbər gəldi ki, düşmən cəbhə bölgəsindəki kəndlərimizdən
birini bombardman edib. Bir azdan yaralıları maşınla tibb məntəqəsinə
gətirəcəklər. Doktor Maksvel göstəriş verdi ki, böyük palatalardan birini
yeni gətirilən yaralılar üçün hazırlasınlar. 
Gələnlərin arasında dörd uşaq da var idi. Yeddi yaşlı bir qız uşağının
vəziyyəti çox ağır idi. Mərmi qəlpəsi onun çiynini yaralamış, qız xeyli qan
itirmişdi. Allen Maksvel ilk növbədə həmin qızı əməliyyat otağına aparmağı
tapşırdı. Doktor onu müayinə etdikdən sonra bildirdi ki, yaralıya təcili qan
köçürülməlidir. Tərslikdən qızın qanı nadir qan qrupundan idi.
O dəqiqə məntəqəyə xəbər yayıldı: “Yeddi yaşlı qızı xilas etmək üçün
qan lazımdır. IV qan qrupu olan könüllülərdən xahiş olunur, tibb bacısı
Aygünə müraciət etsinlər”. 
Yeni gələn uşaqlardan biri – doqquz yaşlı bir qız həyəcan içində əmə -
liy yat otağının qarşısında vurnuxurdu. O axsayırdı, bombardman zamanı
qaçarkən ayağı burxulmuşdu. Lakin ağrılara fikir vermədən yalvarıcı
nəzərlərlə otağa girib-çıxanlara baxır, içəridən bir xəbər bilməyə çalışırdı.
Nəhayət, o, əməliyyat otağına daxil olan Aygünün xalatından yapışdı:
– Xala, olar, mən də içəri keçim?
– Yox, balaca, bu otağa girmək olmaz. Get palatana, həkim indi gəlib
ayağına baxar.
– Nə olar, qurban olum, qoy keçim də! Axı o mənim bacımdır.
Aygün “Yox, yox, olmaz”, – deyib içəri keçmək istəyirdi ki, birdən ayaq
saxlayıb qıza tərəf döndü:
– Doğrudan, sənin bacındır?
– Hə, vallah, bacımdır.
37
FƏRD VƏ CƏMİYYƏT
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə