Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

Beləliklə, 
üç 
yüksək vəzifəli erməninin işə qarışması ilə Yusif Məmmədə li -
 ye vin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmadı. 
Lakin bu dahi şəxsiyyətin fəaliyyəti həmişə yüksək elmi dairələrin diqqət
mərkəzində olmuş, layiqli qiymətini almışdır. 1945-ci ildə SSRİ Elmlər
Akademiyasının prezidenti B.L.Komarov Yusif Məmməd əliyevin fəaliyyətini
yüksək qiy mət ləndirərək demişdi: “Təkcə Yusif Məmmədəliyevə görə Azər -
bay canda Elmlər Aka de mi yası açıl malıdır”. Doğrudan da, 1945-ci ildə
Azərbaycan Elmlər Aka de mi yası təsis edildi. Müharibədən sonra Yusif
Məmmədəliyev Akade miyanın prezidenti, Azərbaycan Dövlət Universite-
tinin rektoru və zi fə lərində çalışdı.
Görkəmli alim 1961-ci ildə dünyasını dəyişdi. Elmin inkişafında böyük
xidmətlərinə görə 1998-ci ildə Bakıda, Elmlər Akademiyasının Rəyasət
Heyətinin bina sı yanında alimin heykəli qoyuldu. 
Yunis Xəlilovun “Yusif Məmmədəliyev nə üçün
Nobel mükafatı ala bilmədi” məqaləsi əsasında
Yazı
3. M tnd ki m lumatlardan v   lav  m nb l rd n istifad  ed r k
Yusif M mm d liyevin t rcümeyi-halını yazın.
Dil qaydaları
4. M tnd  göy r ngl  verilmiş sayların yazılış formaları arasındakı
f rqi izah edin. 
5. Sayların müxt lif yazılış formalarından istifad  ed r k Nobel mü -
kafatının t sisçisi v  tarixi haqqında yazılı t qdimat hazır layın. 
Sayların müxt lif yazılış formaları vardır: 
1. Sözl : 
beş, iyirmi, yüz, milyon, beşd  iki, minl rl .
2.  r b r q ml ri il : 
14, 2589, 35000.
3.  r b r q ml ri v  sözl : 
3 milyard, 9,2 milyon.
4. Roma r q ml ri il : 
V, IX, XXII, XXXVI.
Yadda saxla!        
SAYLARIN YAZILIŞI
2. Yusif M mm d liyevin Nobel mükafatına namiz d li yinin ir li
sürülm sin  erm nil rin etiraz etm sinin  sl s b bi n  idi?
60
II BÖLMƏ 
 Çap üçün deyil


QƏDİM SAATLAR
Təsəvvür edin ki, hansısa sə bəb dən dünyada bütün saatlar da yanıb.
Sizcə, bu halda nə baş verər?
Bir vaxtlar, doğrudan da, saat yox idi. Bəs onda insanlar vaxtı necə
təyin edirdilər? 
Qədimdə insanlar günəşi ən etibarlı saat hesab edirdilər. Biz elə indi
də bəzən vaxtı bildirmək üçün “səhər”, “günorta”, “axşam” və ya “günəş
ba  tandan sonra” deyirik.
Qədim misirlilər günəş çıxandan batana qədər olan vaxtı 
12-yə
bölüb
hər hissəni, indiki dildə desək, bir saat kimi qəbul edirdilər. Günün vaxtını
müəy y ən etmək üçün onlar xüsusi bir qurğu icad etmişdilər. Uzun düz bu -
caqlı bir taxta götürüb onun üzərində
6
xətt cızırdılar. Tax ta nın baş tərə -
fin dəki dirəyə perpendikulyar şəkildə başqa bir lövhə bər ki dirdilər. Səhər
tezdən düzbucaqlı taxtanın baş tərəfini şərqə tərəf yö nəldirdilər. Günəş
çıxanda perpendikulyar lövhə taxtanın üzərinə kölgə salırdı. Kölgənin han -
sı xətt üzərində dayanmağından asılı olaraq günün vaxtını təyin edir dilər.
Günorta tamam olanda taxtanın yönünü dəyişib qərbə tərəf çevirirdilər.
1. Birinci abzasda qoyulmuş suala cavab verm k üçün aşağıdakı
cüml l ri tamamlayın. 
D miryolunda qatarlar dayanar, çünki ...  
N qliyyat vasit l rinin sür tini hesablamaq olmaz, çünki ... 
Zavodlarda, m kt bl rd  qarışıqlıq yaranar, çünki ...
2.
İkinci abzasda qoyulmuş suala cavab verm y  çalışın.
3. Günortanın tamam olduğunu misirlil r n y   sas n mü yy n -
l ş dirirdil r? 
4. Hansı ş kild  misirlil rin icad etdiyi gün ş saatı t svir olunub?
61
İXTİRALAR VƏ KƏŞFLƏR
1
2
3
 Çap üçün deyil


Qədim Çində, Babilistanda, Yunanıstanda da günəş saatının müx tə lif
növlərindən istifadə olunurdu. Bütün günəş saatları eyni prinsipə əsas -
lanırdı: günəşdən asılı olaraq kölgənin uzunluğu və istiqaməti dəyişirdi. 
Bu-
rada kölgə indiki saatlardakı ... rolunu oynayırdı.
Әrəb alim lərinin ya rat dığı
günəş saatlarında hətta azan vaxtını göstərən işarələr də qoyulurdu.
Әlbəttə, günəş saatının bir sıra çatışmazlıqları da var idi. Belə saat ları
evdə quraşdırmaq, bu saatla günəş batandan sonra və ya ya ğışlı günlərdə
vaxtı ölçmək mümkün deyildi. Onda insanlar su saatı icad etdilər. Babilis-
tanda belə saatlar 
2500 
il bundan əvvəl mövcud idi. Böyük şə hər lərdə
suyu dibində kiçik deşik olan iri qaba tökürdülər. Su axıb qurtaran kimi
carçılar vaxt haqqında şəhər əhalisinə məlumat verir və qabı yenidən su
ilə doldururdular. 
Qısa vaxt məsafələrini ölçmək üçün çox zaman qum saatlarından is ti -
fadə olunurdu. Bu saat üst və alt şüşə qablardan ibarət olur. Onların ara -
sında hər iki qabı birləşdirən kiçik deşik açılır. Üstdəki qabda qum olur.
Müəyyən vaxt ərzində qum deşik vasitəsilə aşağıdakı qaba tö külür. Bundan
sonra saatı yenidən “qurmaq” üçün onu yalnız tərsinə çevirmək lazım gəlir. 
Adətən, qum saatı bir neçə dəqiqəni və ya saatı ölçmək üçün is  ti fadə
olunur. Lakin çox böyük qum saatları da var. Mə 
sələn, Budapeştdə
quraşdırılmış “Vaxt təkəri” adlı qum saatının hündürlüyü 8 metrdir. Orada
qumun tökülməsi düz bir il çəkir. İldə bir dəfə, dekabrın
31-də
onu tərsinə
çevirirlər.
Әsrlər ərzində həyat dəyişdi, daha səs-küylü, işgüzar oldu. İnsanlar öz
vaxtlarının qədrini bilməyə başladılar. Saatlar da görkəmini dəyişdi: 12 rə -
qəmli siferblat, saat şüşəsi və üç əqrəb. İndi saniyənin 
milyonda birini 
ölç -
məyə qadir olan saatlar var. Müasir həyatımızı dəqiq işləyən saatsız
təsəvvür etmək çətindir. 
Rafiq İsmayılov
Söz ehtiyatı
7. Lüğ td n istifad  ed r k “perpendikulyar”, “siferblat” sözl rinin
m nalarını araşdırın.
6. 
Göy r ngl  verilmiş cüml d  nöqt l rin yerin  hansı söz
uyğun g l  bil r:
A) siferblat
B) r q ml r
C)  qr b
5. N y  gör  Misir gün ş saatında istifad  olunan taxta üz rind
12 deyil, 6 x tt cızılırdı?
62
II BÖLMƏ 
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə