Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə25/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

III BÖLMƏ 
86
ƏLİF HACIYEV
Şəhidsiz torpaq, itkisiz qələbə, qan -
sız istiqlal olmur. 
Bu
yolda öz ca nından
ke çənlər əbədi olaraq adlarını vətən ta -
ri xinə həkk edirlər.
Azərbaycanın müstəqilliyi və ərazi
bü tövlüyü uğrunda gedən döyüşlərdə
qəh  rəmancasına şəhid olmuş igid oğul -
 larımızdan biri də Әlif Hacıyevdir.
Әlif Lətif oğlu Hacıyev 24 iyun 1953-cü
ildə Xocalı şəhərində anadan olmuş dur.
O, hərbi xidməti Minsk şə hərində keç -
miş, sonradan Daxili İşlər Nazirliyinin
Akademiyasını bitirmişdir. Bir müd dət Belorusiya milis orqanlarında müxtəlif
vəzifələrdə işlədikdən sonra 1982-ci ildə Azər baycana qayıtmışdır. 1984-cü
ilin okt  yabr ayına qədər Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İda -
rəsində çalışmışdır. 
Həmin
dövrlərdə Qarabağda ermənilər tərəfindən azərbaycanlıların
incidilməsi, gənclərin günahsız yerə həbsə salınması, milli abidələrimizin
dağıdılması Әlifi çox narahat edirdi. O, yaxşı başa düşürdü ki, ermənilərin
əsas məq sədi Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistanın
tərkibinə daxil etməkdir. Әlif dəfələrlə ermənilərin bəd əməllərinin üstünü
açmış, onlara mənfur planlarını həyata keçirməyə imkan verməmişdi.
Belə
hadisələrdən biri də 1984-cü ilin avqust ayında baş vermişdi. 
O
vaxt erməni quldur dəstəsi Kosalar kəndində 9 yaşlı İlham Әs gə ro vu
oğurlayıb Xankəndində bir zirzəmidə gizlətmişdi. Әlif Hacıyev pe şə kar
əməliyyatçı kimi hadisənin izinə düşmüş, uşağı xilas etmişdi. Әgər o, İl -
ha mın yerini vaxtında  tapmasaydı, uşaq vəhşicəsinə öldürüləcəkdi.  Әlif
Ha  cı  ye  vin bu hadisə ilə əlaqədar topladığı materiallar əsasında 5 nəfər
erməni canisi həbs olunmuşdu. 
Ermənilər bunun qisasını almaq məqsədi ilə saxta sənədlər tərtib edərək
Әlifin həbs olunmasına nail oldular. O, 10 il azadlıqdan məhrum olun du. Әlif
bir neçə il uzaq Sibirdə, soyuq həbsxana kamerasında dustaq həyatı keçirdi.
Lakin 4 il sonra haqq öz yerini tapdı və o, həbsdən azad olundu. 
Həbsxanadan çıxan Әlifin qarşısında bir məqsəd var idi: erməni mil -
lət çiləri ilə ömrünün axırına qədər mübarizə aparmaq. 
Bu
dövrdə erməni
daş nakları Qarabağı ələ keçirmək planlarını gizlətmir, mətbuatda bununla
bağlı çıxışlar edir, silahlı dəstələr yaradırdılar. Dağlıq Qarabağ üzrə Təş -
ki lat Komi təsində işləməyə başlayan Әlif ermənilərin mənfur niy yət lə rinin
 Çap üçün deyil


DƏYƏRLƏRİMİZ
87
ifşa olunmasında fəal iştirak edirdi. Millətçi ekstremistlərin bir çoxunu
şəxsən tanıması, erməni dilində səlis danışması, ərazilərə yaxşı bələd ol -
ması erməni terrorçu-quldur dəstələrinin tutulmasında və tərk-silah edil -
mə sində Әlifin köməyinə gəlirdi. 
1990-cı ilin dekabr ayında Әlif Hacıyev yenidən daxili işlər orqanlarına
bərpa olundu və Xocalı təyyarə limanının daxili işlər bölməsinə rəis təyin
edil di. O həmçinin Xocalı aeroportunun komendantı idi. Artıq Әlif ermə ni -
lər üçün ciddi təhlükəyə çevrilmişdi. Onlar Әlifin başına bö  yük pullar qoyur,
onu aradan götürməyə çalışırdılar. Әlif isə erməni millətçilərinə qarşı
mübarizəsini davam etdirirdi. Məhz onun sayıqlığı sayəsində Xocalı aero-
portu ermənilərin nəzarətindən ta mamilə çıx dı, onların təyyarə ilə Xan kən -
dinə silah-sursat daşımasının qarşısı alındı. Göstərdiyi xidmətlərə görə
1991-ci ilin dekabr ayında ona mayor rüt bə si verildi. Lakin cəmi üç ay sonra
qanlı Xocalı faciəsi baş verdi. 1992-ci il fev ral ayının 26-sı Xocalının təh -
lükəsizliyini qoruyan Әlifin son günü oldu...
1992-ci il fevralın 25-də gecə saat 22-23 radələrində Ermənistan silahlı
qüvvələri Xankəndində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası
və hərbi heyətinin köməyi ilə Xocalıya üç tərəfdən hücum etdi. İlk həmləni
aeroportdan başlayan erməni və rus hərbçiləri səhər saat 5-ə qədər Xo -
ca lını gülləbaran etdilər. Günahsız insanlar ayaqyalın, başıaçıq me şə yə
qa çdılar. Әlif və onun dəstəsi azğınlaşmış rus hərb 
çiləri və er 
mə ni
yaraqlıları ilə son ana qədər vuruşdular. O, təyyarə limanından çıx  ma mışdan
əvvəl aeroportun və məxfi sənədlərin ələ keçməməsi üçün dispetçer mən -
tə  qə si ni partlatdı. Körpələri, qızları, qocaları xilas etmək üçün əlindən gə -
ləni  et di. Bir dəstə dinc əhalini təhlükəsiz yerə çıxara bildi. Әlif özü də bu
kənddə qala, bir daha geri qayıtmaya bilərdi. Lakin o, xocalıların yeganə
ümid yeri olduğunu bilirdi. Odur ki Әlif təhlükəsiz yeri tərk edib yenidən
od-alovun içinə atıldı, bə ra bər olmayan qüvvə ilə döyüşməyə davam etdi.
Öz həyatı bahasına yenə də ne çə-neçə qadını, uşağı ölümün pən cə sin dən
xilas etdi. Lakin özü qəh     rə mancasına həlak olub şəhidlik zirvəsinə ucaldı.  
Әlif Hacıyev Şəhidlər xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra
ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Xəzər dənizində Әlif
Hacıyev adına gəmi, Bakının Nizami rayonunda orta məktəb və küçə var.
Elbrus Şahmarın
“Şah İsmayıl qartalları” kitabından
Söz ehtiyatı
1. Lüğ td n istifad  ed r k “ekstremist”, “terrorçu” v  “dispetçer”
sözl rinin m nalarını araşdırın.  
 Çap üçün deyil


Düşün və cavab ver
2. M tnin birinci abzasında verilmiş fikirl ri nec  başa düşürsünüz?
3. M tnd  erm nil rl  bağlı söz v  ifad l ri seçin, onların erm nil ri
nec  xarakteriz  etdiyini söyl yin. 
Araşdırma
4. M nb l rd n Xocalı faci si haqqında m lumat toplayaraq yazılı
t qdimat hazırlayın. 
Dil qaydaları
5. M tnd  göy r ngl  verilmiş  v zlikl r  diqq t yetirin. Sizc , onlar
hansı nitq hiss sini  v z edir, m na etibaril  n y  xidm t edir?
6. Hansı cüml l rd  “o”  v zliyi ş xs, hansılarda işar   v zliyi kimi
işl nib? 
1. Ovçu, insaf el , keçm  bu düzd n,
O çöll r qızını ayırma bizd n. (S m d Vurğun) 
2. Ona söz vermiş m ki, yaxşı oxuyacağam.
3. O insanla söhb t etm k kitab oxumağa b rab rdir.
4. Dostu il görüş onu çox sevindirdi.
5. M nim  n yaxın r fiq m odur.
6. O adamı  vv ll r d  ş h rd  görmüş m.
7. Nöqt l rin yerin  hansı işar   v zlikl ri uyğun g lir?
h min, o, bel , bu, el
1. ... çobanın ... d  sürüsü olar.
2. ... yanı qaya, ... yanı qaya, içind  sarı maya.
3. Qılınc ... qılıncdır, qol ... qol deyil.
4. M n ... sevincimi yalnız s ninl  bölüş  bil r m.
5. Ömrünün ... ill rini ür k ağrısı il  xatırlayırdı.
İşar  m qs di il  işl n n  v zlikl r  işar   v zlikl ri deyilir. 
İşar   v zlikl ri bunlardır:
o, bu, el , bel , h min. M s l n: Bu
binanı t z  tikibl r. El  yaşa ki, yaddaşlarda qalasan. Akif h min
x b ri eşid nd  çox sevinmişdi. 
Yadda saxla!          
İŞAR   V ZLİKL Rİ
88
III BÖLMƏ 
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə