Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə53/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   45   46   47   48   49   50   51   52   53

6. Verilmiş cüml l rd  mübt da il  x b rin k miyy t  gör  uzlaşıb-
uzlaşmadığını mü y y n edin.
1. Qarışqalar yuvalarına yem daşıyırdılar.
2. Bülbüll r bağda s s-s s  vermişdi.
3. Yaz g ldi, ağaclar çiç kl ndi.
4. Şagirdl r s h r tezd n m kt b  t l sirdil r.  
5. Aylar, ill r bir-birini  v z edir.
7. Sütunlarda verilmiş mübt da v  x b rl ri k miyy t  gör  uzlaş -
dırın.
camaat toplaşmaq
sürü otlamaq
yağışlar başlamaq
günl r qısalmaq
nümay nd l r
görüşm k
8. Bayatıların hansı misralarında mübt da il  x b r arasında uzlaşma
pozulmuşdur?
Sular g l r, göl dolar, 
İldırım çaxar, ged r,
Şaxta vurar, gül solar. 
Su g lib axar, ged r.
M rd igidin balası
Dostlar dar günd  g l r,
Özü kimi m rd olar. 
Biv fa baxar, ged r.
9. Buraxılmış s hvl ri düz ltm kl  m tni d ft riniz  köçürün.
K ndin s h rl ri göz l olurlar. H r s h r oyananda quşların
c h-c hi insanları valeh edirl r.  trafa tamaşa ed rk n görürs n
ki, k  p n kl r r qs edir, qarışqalar yuvalarına yem daşıyır, quş -
lar o ağac  dan bu ağaca hoppanırlar.
Budur, çobanın qabağına qatıb apardığı sürü yaşıl düz l r
dağılırlar.  oban itl ri s s-s s  verib sanki sürünü qo ru duq  la rını
nümayiş etdirirl r.
Yaxında qıjıltı il  axan çayın s si eşidilir.  ay k narında açılan
güll r f r hl   trafa boylanırlar. H ş ratlar is  bu gö z l likd n
dadmağa t l sirl r. 
Yazın g lişi il  yağışlar yağmağa başlayırlar. Yağış damcıları
ağac ların yarpaqlarını, evl rin damlarını döy cl yir.  öld  işl  -
y n k ndlil r daldanacaq axtarır, bulaq başına g l n qızlar ev
t l sirl r.
182
VI BÖLMƏ 
 Çap üçün deyil


ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1. Bölm d ki m tnl rin siyahısını q dim dünya il  bağlı hadis l rin
xronologiyasına uyğun olaraq t rtib edin. 
2. Hansı m tni siyahıya daxil ed  bilm diniz? N  üçün?
3. Doğru, yoxsa yanlış?
1. Mübt da feill  ifad  oluna bilm z.
2. İsiml ş n sif t v  saylar mübt da ola bilir.
3. İsmi x b r ad v   lam t bildirir.
4. Feili x b r m sd rl  ifad  oluna bil r.
5. Feili x b r frazeoloji birl şm  il  ifad  oluna bil r.
6. X b r v  mübt da ş xs  gör  h miş  uzlaşır.
7. X b r v  mübt da k miyy t  gör  h miş  uzlaşır.
4. Cüml l rd ki mübt daların ifad  vasit l rini mü yy nl şdirin.
1. Kitab bilik m nb yidir.
2. G ncl r bizim g l c yimizdir.
3. Onbirincil r buraxılış imtahanlarına hazırlaşırlar.
4. Bulaq suyu, dağ havası h r bir d rdin d rmanıdır.
5. Düşünm k yalnız insana m xsus xüsusiyy tdir.
6. Dostunun köm yin  hamıdan  vv l o g lmişdi.
7. Qocalara hörm t etm k h r bir g ncin borcudur.
5. Cüml l ri oxuyun. İsmi v  feili x b rl ri mü yy nl şdirin.
1. Nümay nd l r iç risind  m n d  var idim.
2. Q dim xalçalarımız s rgid  nümayiş etdirildi.
3. Az rbaycanın t bi ti füsunkardır.
4. Qarabağ atları bütün dünyada m şhurdur.
5. Muğam s n tini yaşadan g ncl rimiz çoxdur.
6. Şeir parçasında mübt da il  uzlaşmayan x b rl ri göst rin.
Quş qanadla uçar, insan dil kl ,
Yatır h r ür kd  min-min arzular.
Tutub  limizd n ucaldır bizi
Arzular, arzular, şirin arzular.
(B xtiyar Vahabzad )
183
QƏDİM DÜNYA
 Çap üçün deyil


SÖZLÜK
Agah etmək – f. Xəbərdar etmək, bildirmək.
Aqibət – is. [ər.] Son, axır, nəticə, nəhayət.
Alicənablıq – is. Nəciblik, nəcabət, mərdlik, safqəlblilik; alicənab hərəkət.
Altruizm – is. [fr.] Başqasının naminə, təmənnasız olaraq, öz mənafeyini
qurban verməkdən ibarət əxlaqi prinsip.
Analiz – is. [yun.] Tamın tərkib hissələrinin tədqiqi, təhlil.
Analoji – sif. [yun.]  Oxşar, bənzər, uyğun.
Asiman – is. [fars] Göy, səma.
Atlet – is. [yun.] Atletika ilə məşğul olan idmançı.
Atletika – is. [yun.] Qüvvət və çeviklik tələb edən gimnastik hərəkətlər.
Bətn – is. [ər.] Qarın.
Blok – is. [ing.] İri kərpiclər şəklində olan süni tikinti daşı.
Blokada –  is. [ing.] 1. Mühasirə; mühasirəyə alma. 
Boğaz – is. Dənizin iki quru arasındakı dar hissəsi.
Cahil – sif. [ər.] Oxumamış, savadsız, avam, nadan.
Cila – is. [ər.] Parıltı, parlaqlıq.
Cinah – is. [ər.] Tərəf, qol (orduda).
Çağ – is. Vaxt, zaman.
Çatırtı – is. Taxta, odun kimi bərk şeylər yanarkən çıxan səs.
Dəftərxana – is. [yun. və fars] Bir idarənin sənədlərlə məşğul olan şöbəsi.
Dərviş – is. [fars] Qapı-qapı gəzərək qəsidə oxuyub pul yığan adam. 
Dispetçer –  is. [ing.] Nəqliyyatın hərəkətini, yaxud müəs si sə nin işinin
gedişini bir mərkəzi məntəqədən idarə edən işçi.
Divanə – is. [fars] Ağlını itirmiş, dəli.
Dövri-qədim – is. Qədim dövr.
Düçar etmək – f. Üz-üzə gətirmək, məruz qoymaq, uğratmaq. 
Ebonit – is. [yun.] Rezin qatışıqlarından alınan bərk maddə.
Ehram – is. [ər.] Qədim Misirdə: fironların nəhəng məqbərəsi, sərdabəsi,
piramida.
184
SÖZLÜK
 Çap üçün deyil


Ekspedisiya – is. [lat.] Müəyyən məqsəd üçün qrup halında edilən
səyahət, səfər.
Eksperiment – is. [lat.] Elmi təcrübə, təcrübə, sınaq. 
Ekspozisiya – is. [lat.] Tamaşa edilmək üçün müxtəlif şeylərin, material -
la rın və s.-nin müəyyən qayda üzrə yerləşdirilməsi.
Ekstremist – is. [lat.] Siyasətdə ifrat tədbirlər tərəfdarı.
Emosional – sif. [fr.] Həyəcan ifadə edən, həyəcanla dolu olan, həyəcanlı.
Әczaçı – is. [ər.] Aptekdə dərman hazırlayan mütəxəssis.
Әdəb-ərkan – is. [ər.] Әdəb, tərbiyə, əxlaq, nəzakət qaydaları.
Әdviyyat – is. [ər.] Xüsusi dad, xoş iy, bəzən də rəng vermək üçün xörəyə
və şirniyyata qatılan darçın, hil, sarıkök, mixək və s. kimi maddələrin
ümumi adı.
Әqidə – is. [ər.] İnsanın mühit, həyat və ümumiyyətlə, varlıq haqqındakı
dü şün cə və inamı; etiqad, inam, məslək. 
Әyan olmaq – f. Bəlli olmaq, aşkar olmaq, aydın olmaq.
Әzm – is. [ər.] Qəti niyyət, qəti qərar.
Festival – is. [fr.] İncəsənətin hər hansı növünü nümayiş etdirən bayram,
müsabiqə.
Fədai – is. [ər.] Ümumi bir iş yolunda, məslək uğrunda təhlükəli işlərə
qoşulub canından keçməyə hazır olan şəxs. 
Fəhm – is. [ər.] Anlama, anlaq, dərrakə.
Fərsəx – is. [fars] arxaizm Təxminən 5-6 kilometrlik məsafə.
Fəsilə – is. [ər.] Quruluşca oxşar, mənşəcə bir-birinə yaxın bir neçə hey-
van və ya bitki cinsinin əmələ gətirdiyi qrup.
Fəzilət – is. [ər.] Dəyər, qiymət, məziyyət.
Firon – is. [ər.] Qədim Misir padşahlarına verilən ad.
Flaqman – is. [holl.] Böyük hərbi gəmi birləşməsinin komandanı, habelə
həmin gəmi birləşməsi komandanının olduğu gəmi.
Forum – is. [lat.] Qədim Romada: şəhərin ictimai həyatının mərkəzləşdiyi
yer; meydan.
Funksiya – is. [lat.] Vəzifə, fəaliyyət dairəsi. 
Geologiya – is. [yun.] Yerin quruluşu, tərkibi, tarixi, yerdə üzvü həyatın
tarixi və faydalı qazıntıların yerdəyişməsi haqqında elm.
Geoloq – is. [yun.] Geologiya mütəxəssisi.
Gəda – is. [fars] Aşağı təbəqədən olan adam, səviyyəsiz adam.
185
SÖZLÜK
 Çap üçün deyil


Gilavar – is. Cənub və cənub-şərqdən əsən külək adı.
Girov – is. [fars] Tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədi ilə
saxlanılan adam.
Heroqlif – is. [yun.] Bəzi dillərdə səs və ya məfhum bildirən yazı işarəsi.
Hədis – is.  [ər.] Məhəmməd peyğəmbərin qanun hökmündə olan
sözlərinə verilən ad.
Həkim – is. [ər.] Klassik ədəbiyyatda: alim, filosof.
Hilal – is. [ər.] Təzə çıxmış bir-iki günlük ay; aypara. 
Huri – is. [ər.] Cənnət mələyi. 
Hüzur – is. [ər.] Ön, qabaq. 
Xaqan – is. Qədim türk və monqol hökmdarlarına verilən ad, titul.
Xələt – is. [ər.] Bəxşiş, hədiyyə.
Xərac – is. [ər.] Vergi, bac.
Xəzri – is. Abşeron yarımadasında şimaldan əsən şiddətli külək.
Xiffət – is. [ər.] Fikir, dərd, qəm, qüssə.
Xudbin – sif. [fars] Ancaq özünü düşünən, eqoist. 
İxtiyar – sif. [ər.] Qoca, yaşlı.
İntixab olunmaq – f. Seçilmək.
İtaət – is. [ər.] Tabe olma, boyun əymə, sözə qulaq asma, göstərişə əməl
etmə.
Kayut – is. [holl.] Gəmilərdə sərnişinlər və ya komanda heyətinə mənsub
şəxslər üçün ayrıca otaq.
Kətil – is. Söykənəcəyi olmayan sadə stul.
Kitabə – is. [ər.] Qəbir daşları üzərində həkk edilmiş yazı.
Klavesin – is. [fr.] Orta əsrlərdə Avropada geniş yayılmış simli musiqi aləti.
Kolleksioner – is. Kolleksiya toplayan, kolleksiyaçılıqla məşğul olan.
Kolleksiya – is. [lat.] elmi, bədii və tarixi əhəmiyyəti olan şeylərin müəyyən
sistem üzrə düzülmüş toplusu.
Kombinat – is. [lat.] Bir neçə sahəni birləşdirən iri sənaye müəssisəsi.
Komendant – is. [fr.] Qalada və s.-də qoşuna, nizam-intizama nəzarət və
başçılıq edən zabit. 
Kompliment – is. [fr.] Xoş söz, tərifli ifadə.
Konsul – is. [lat.] Qədim Romada respublika dövründə: seçilən yüksək
vəzifəli  iki şəxsin hər birinin titulu, habelə belə titulu olan adam. 
Köhlən – sif. Yaxşı bəslənmiş at.
186
SÖZLÜK
 Çap üçün deyil


Krater – is. [yun.] Vulkanın ağız hissəsi.
Kupe – is. [fr.] Vaqonda bir neçə sərnişin üçün ayrıca bölmə, otaq.
Kurqan – is. Orta Asiyada və Sibirdəki qədim türk məzarlarına verilən ad.
Kükrəmək – f. Hirslənərək özündən çıxmaq, coşmaq.
Qaşov 
is. Heyvanların tozunu, çirkini qaşıyıb təmizləmək üçün
dəmirdən düzəl dilmiş dişli alət.
Qərargah – is. [ər. və fars] Qərarların qəbul olunduğu yer.
Qərib – is. Yad, özgə, gəlmə.
Qərinə – is. [ər.] 33 illik dövr, əsrin üçdə biri.
Qladiator – is. [lat.] Qədim Romada: sirklərdə bir-biri ilə və ya vəhşi hey-
vanlarla vuruşmaq üçün qullardan, əsirlərdən, yaxud məhkum edilmiş
adamlardan hazırlanan pəhləvan. 
Qoşmaq – f. 1. Bağlamaq, birləşdirmək. 2. Getmək, bir tərəfə üz tutmaq,
yüyürüb getmək.
Lərzə – is. [fars] Titrəmə, titrəyiş, əsmə.
Linqvist – is. [lat.]  Dilçi alim. 
Loja – is. [fr.] Tamaşa zalında bir neçə adamın oturması üçün ayrılmış xü-
susi yer.
Lord – is. [ing.] İngiltərədə nəslən keçən yüksək zadəgan titulu və bu titulu
daşıyan şəxs.
Marıq – is. Pusqu.
Meriya – is. [fr.] İcra hakimiyyəti, bələdiyyə şurası.
Məhəl qoymamaq – f. [ər.] Maraqlanmamaq, fikir verməmək.
Mətləb – is. [ər.] Məsələ, məsələnin, işin mahiyyəti, əsl mənası, məğzi.
Məzun – is. [ər.] Hər hansı bir təhsil müəssisəsini bitirmiş şəxs.
Mifologiya – is. [yun.] Miflər, mifik rəvayətlər toplusu, əsatir.
Miniatür – is. [ital.] Zərif işlənmiş kiçik rəsm, şəkil.
Miniatürçü – is. Miniatür rəssamı.
Misl – is. [ər.] Bənzər, oxşar, tay.
Missiya – is. [lat.] Vəzifə, borc.
Molbert  – is.  [alm.] Rəssamın işləməsi üçün üzünə kətan çəkilmiş
çərçivəni saxlayan dayaq; rəssam dəzgahı.
Monarxiya – is. [yun.] Dövlətin başında bir nəfərin – padşahın durduğu
idarə üsulu, habelə bu üsulla idarə olunan dövlət.
187
SÖZLÜK
 Çap üçün deyil


Mozaika – is. [fr.] 1. Sement və ya mastika təbəqəsi üzərinə yapışdırılmış
əlvan şüşə, mərmər, mina, daş və s. parçalardan düzəldilmiş şəkil və
ya naxış.
Mötəbər – sif. [ər.] Hörmətli, xatiri sayılan, sözü keçən, tanınmış, nüfuzlu. 
Mumiya – is. [ər.] Balzamlanma vasitəsilə çürüməkdən qorunmuş insan
cəsədi.
Mumiyalamaq – f. Çürüməmək üçün mumiya çəkmək.
Mücadilə – is. [ər.] Mübarizə, vuruş, dava.
Müdam – zərf [ər.] Daim, həmişə, fasiləsiz, aramsız.
Müəmmalı – sif. Aydın olmayan, başa düşülməyən, sirli.
Münəccim – is. [ər.] Ulduzlara görə gələcəkdən xəbər verən şəxs, as-
troloq.
Müstəmləkə – is. [ər.] Zorla tutulub istismar edilmiş, siyasi və iqtisadi istiq -
la liy yətini itirmiş ölkə.
Müşavir – is. [ər.] Məsləhətçi, məşvərətçi.
Mütəşəkkil – sif. [ər.] Təşkil olunmuş, ciddi nizam və intizama tabe olan.
Mütrüb – is. [ər.] 1. Keçmişdə musiqinin müşayiəti ilə yoylarda rəqs edən
oğlan (bəzən qız). 2. dan. Hərəkət və danışığında yüngül, qeyri-ciddi
adam haqqında, oyunbaz.
Müyəssər olmaq – f. Mümkün olmaq, başa gəlmək, qismət olmaq.
Nadan – sif. [fars] Avam, cahil, biliksiz, geridə qalmış.
Narkoz  – is.  [yun.] Cərrahiyyə əməliyyatı zamanı xəstəni yatırtmaq,
keyləşdirmək üçün ona verilən narkotik maddə və ya narkotikli hava.
Natura – is. [lat.] Üzündən şəkli çəkilən təbii, canlı nümunə, yaxud şəklini
çəkmək üçün rəssamın qarşısında duran adam. 
Naşir – is. [ər.] Kitab və s. nəşr edən adam.
Neyro – is. neyro... [yun.] Sinir sisteminə aid mürəkkəb sözlərin tərkib
hissəsi.
Neyrocərrah – is. Sinir sistemində əməliyyat aparan cərrah.
Orbit – is. [lat.] Göy cisminin hərəkət etdiyi yol // Süni peyklərin, kosmik
gəmilərin hərəkət etdiyi yol.  
Ovqat – is. [ər.] Әhvali-ruhiyyə, kef, əhval.
Paleolit – is. [yun.]  Daş əsrinin ən qədim dövrü.
Paleontologiya – is. [yun.] Nəsli kəsilmiş ən qədim heyvan və bitkilərin
tədqiqi ilə məşgul olan elm. Paleontoloq – Paleontologiya mütəxəssisi.  
188
SÖZLÜK
 Çap üçün deyil


Papirus – is. [yun.] Tropik qamış bitkisi, həmin bitkinin qədim misirlilərin
və başqa qədim xalqların kağız kimi istifadə etdikləri yarpağı.
Parik – is. [fr.] Parçaya tikilmiş süni taxma saç.
Pasiyent – is. [lat.] Həkimin yanına müalicəyə gəlmiş xəstə.
Pasport – is. [fr.] Sahibinin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən
sənəd.
Pauza – is. [yun.] Danışıq zamanı müvəqqəti dayanma, fasilə, ara vermə.
Perqament – is. [Kiçik Asiyada qədim Perqama şəhərinin adından]. 1.
Kağız icad olunana qədər üstündə yazı yazmaq üçün istifadə olunan
heyvan dərisi. 
Perpendikulyar – sif. [lat.] Başqa bir düz xətt və ya müstəvi ilə düz bucaq
təşkil edən düz xətt.
Peşəkar – is. [fars.] Sənətkar.
Peşkəş – is. [fars] Hədiyyə, bəxşiş.
Premyera – is. [fr.] Pyes, opera, balet və s.-nin ilk tamaşası.
Prinsip –  is.  [lat.] Hər hansı bir işdə rəhbər ideya, əsas istiqamət,
gözlənilməli olan şərt. 
Problem – is. [yun.] Həll olunması çətin, lakin mümkün, həm də vacib olan
məsələ.
Reaksiya – is. [lat.] Hər hansı bir fikrə və ya hərəkətə münasibət, əks-təsir.
Reanimasiya – is. [lat.] Klinik ölüm vəziyyətində olan insanın canlanması
üçün tədbirlər kompleksi.
Respublika – is. [lat.] Ali hakimiyyət orqanlarının xalq tərəfindən seçilən
dövlət idarə forması.
Reverans – is. Әyilərək salam vermə üsulu, baş əymə.
Rəşadət – is. [ər.] İgidlik, qoçaqlıq, qəhrəmanlıq.
Rəvac – sif. Müştərisi çox olan, tezsatılan.
Risk – is. [fr.] Təhlükə imkanı, ola biləcək təhlükə, qorxulu iş. // Yaxşı
nəticələnə cəyi ümidi ilə hərəkət etmə, iş görmə, cəsarət etmə.
Riz – is. [fars] Cığır, iz, yol.
Ruzigar – is. [fars] məc. Dövran, zəmanə; tale, fələk.
Sarvan – is. [fars] Karvanı aparan, karvana başçılıq edən, karvanbaşı.
Sayğı – is. [ər.] Hörmət, ehtiram. 
189
SÖZLÜK
 Çap üçün deyil


Senat – is. [lat.] 1. Qədim Romada: yüksək hakimiyyət orqanı. 2. ABŞ-da
konqre sin baş palatası; Belçikada, Kanadada və bəzi dövlətlərdə par-
lament. 
Senator – is. [lat.] Bəzi ölkələrdə ali hakimiyyət orqanı olan senatın üzvü.
Səltənət – is. [ər.] Padşahlıq, hökmdarlıq. 
Səyirtmək – f. At çapmaq, dördnala sürmək.
Siferblat – is. [alm.] Saatlarda: üzərində rəqəmlər olan lövhəcik.
Spesifik – sif. [lat.] Özünəməxsus, yalnız özünə xas olan.
Standart – is. [ing.] Bir şeyin təşkilində, qurulmasında, hazırlanmasında,
həyata keçirilməsində tətbiq edilən forma, eyni tip, eyni nümunə. 
Status – is. [lat.] Vəziyyət, yer.
Sui-qəsd – is. [ər.] Birinin canına qəsd etmək, birini öldürmək və ya yarala-
maq qəsdində olma. 
Şəstlə – zərf. Vüqarla, qürurla, təşəxxüslə, lovğa-lovğa.
Taleyüklü – sif. Çox əhəmiyyətli, zəruri.
Tapınmaq – f. Səcdə etmək, sitayiş etmək, ibadət etmək, pərəstiş etmək.
Terror – is. [lat.] Öz siyasi və sinfi düşmənlərinə qarşı onları cismən məhv etməyə
qədər zorakı tədbirlər siyasəti. 
Terrorçu – is. Fərdi terror tərəfdarı və iştirakçısı.
Tezis – is. [lat.] Müəyyən elmi məlumatların formalaşdırılmış lakonik
ifadəsi
Təbəə – is. [ər.] Bir dövlətə tabe olan, onun vətəndaşı olan əhali, adam.
Təcəssüm – is. [ər.] Bir şeyin maddi təzahürü, ifadəsi.
Təəssübkeşlik – is. Qeyrətkeşlik, qeyrət çəkmə.
Təxəyyül – is. [ər.] Bir adamı və ya bir şeyi zehnində, xəyalında təsəvvürə
gətirmə, canlandırma, xəyal.
Təkəbbürlü – sif. İddialı, lovğa.
Təkhakimiyyətlilik – is. Hakimiyyətin bir adamın əlində toplanması.  
Təlqin – is. [ər.] Hər hansı bir fikri, əqidəni, hissi qəbul etdirmək üçün
birinin iradəsinə, psixikasına təsir etmə, beyninə yeritmə.
Təmənnasız – sif. Özü üçün bir məqsəd, fayda, mənfəət güdməyən.
Təsbit – is. [ər.] Әvvəl deyilmiş bir fikrin, sözün düzgünlüyünü təsdiq etmə,
qəbul etmə.
Təsis – is. [ər.] Әsasını, binasını, təməlini qoyma; qurma yaratma.
190
SÖZLÜK
 Çap üçün deyil


Təvazökar – sif. [ər. və fars] Şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olan,
sadə. 
Totem – is. Bəzi xalqlarda tayfanın əcdadı və himayəçisi sayılıb sitayiş
edilən heyvan (bəzən isə bitki və s.). 
Törə – 1. sif. Hündür olmayan, yastı, kiçik. 2. is. Adət, ənənə, qanun.
Tribun – is. [lat.] Qədim Romada müxtəlif vəzifəli şəxslərin adı. 
Truppa – is. [fr.] Teatr, sirk artistləri dəstəsi.
Ulus – is. El, oba, yurd, kənd.
Üsuli-idarə – is. [ər.] Bir ölkənin idarə üsulu, dövlət quruluşu, rejim.
Vahə – is. [ər.] Böyük səhra və ya çöl ortasında suyu və yaşıllığı olan sahə.
Vali – is. [ər.] Vilayət hakimi, bir vilayəti idarə edən vəzifəli şəxs.
Veto – is. [lat.] Qadağan etmə, ləğv etmə.
Vitse... is. [lat.] Mürəkkəb sözlərin əvvəlində: müavin, köməkçi mənasında
olan hissəcik.
Yalquzaq – is. Canavar, qurd; tək gəzən canavar.
Yalov – is. Alov. 
Yekdil – sif. [fars] Fikri, hissi, rəyi bir olan; həmrəy.
Zər – is. [fars] Qızıl. 
191
SÖZLÜK
 Çap üçün deyil


AZӘRBAYCAN DİLİ 6
Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün 
Azərbaycan dili (tədris dili) fənni üzrə dərslik 
Tərtibçi heyət:
Müəlliflər:
Rafiq İsmayılov 
Dilrüba Cəfərova
Sahibə Məmmədova
Redaktorlar
Aynur Rüstəmova
Arzu Quliyeva
Rəssamlar
Elçin Cabbarov
Şəlalə Rüstəmova
Səidə Eyvazova
Dizayner
Rəşad Nəbiyev
Korrektor
Afaq Məmmədhüseyn
Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi:
2017–004
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2017
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun
hər han sı bir hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron
informa siya vasitələri ilə yaymaq qanuna ziddir.
Kağız formatı 70x100 1/16. Fiziki çap vərəqi 12. Səhifə sayı 192. 
Tirajı 132056 nüsxə.
 Çap üçün deyil

Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə